TəMİZLƏNMƏ VƏ TƏRBİYƏ



Yüklə 260,83 Kb.
Pdf görüntüsü
səhifə2/9
tarix04.11.2017
ölçüsü260,83 Kb.
#8332
1   2   3   4   5   6   7   8   9

 

3

ayırmışdır.  Həmçinin  o  fikh  elmini  də  nəzərdən  keçirmiş  və  Quran  və  Sünnəyə  müxalif  olan  fikxi  rəyləri  və 



bidətləri təmizləmişdir.  

   Bundan sonra şeyx tərbiyəyə  keçmişdir. Əvvəl özünü, sonra ətrafını və bundan sonra da bu haqq yoluna dəvət 

edərək  bütün  insanları tərbiyələndirməyə  başlamışdır.  Onun  dəvətinə  dünyanın hər  tərəfindən  ümmətin  ən  xeyrli 

insanları  olan  alim  və  tələbələr  dəstək  vermişdir.  Bundan  sonra  bütün  dünyada  elm  əsasında  dinin  dirçəlməsi 

başlamışdır. 

   Ümumi xeyr üçün Ammandaki “Əl-Maktaba əl- slamiyya” nəşriyyatı bu risaləni yaymaq qərarına gəlmişdir. Bu 

risalə şeyxin elm xəzinələrindəndir və dünyanın hər bir yerində yaşayan müsəlmanlar üçün böyük bir faydadır. Biz 

ümid edirik ki bu risaləyə görə şeyx ölümündən sonra Allah tərəfindən və Allahın izni ilə mükafatlandıralacaqdır.  

 

Nəşriyyatçı 



Amman, 4 zül-hiccə 1420 h.i. 

 

 



 

      


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



 

4

Təmizlənmə və Tərbiyə 



4

 

 



   Həmd yalnız Allaha мəхsusdur, ona həmd edir, ondan yardım və məğfirət diləyirik. Nəfslərimizin şərindən və pis 

əməllərimizdən Allaha sığınırıq. Allah kimi hidayətə yönəltmişsə, onu heç kəs azdıra bilməz, kimi də azdırmışsa, 

heç  kəs  onu  hidayətə  yönəldə  bilməz.  Mən  şəhadət  edirəm  ki,  Allahdan  başqa  ibadətə  layiq  məbud  yoxdur,  O, 

təkdir, şəriki də yoxdur və şəhadət edirəm ki, Muhammad 

 

Onun qulu və elçisidir. 



 

“Ey iman gətirənlər! Allahdan layiqincə qorxun. Yalnız müsəlman olduğunuz halda (müsəlman kimi) 

ölün!”

5

 



 

“Ey  insanlar!  Sizi  tək  bir  şəxsdən  (Adəmdən)  xəlq  edən,  ondan  zövcəsini  (Həvvanı)  yaradan  və 

onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun! (Adı ilə) bir-birinizdən (cürbəcür 

şeylər)  istədiyiniz  Allahdan,  həmçinin  qohumluq  əlaqələrini  kəsməkdən  həzər  edin!  Şübhəsiz  ki, 

Allah sizin üzərinizdə gözətçidir!”

6

 



 

“Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin! (Əgər belə etsəniz, Allah) 

əməllərinizi islah edər və günahlarınızı bağışlayar. Hər kəs Allaha və Peyğəmbərinə itaət 

etsə, böyük bir səadətə (Cənnətə) nail olar”.

٧

 

   Şübhəsiz  ki,  sözlərin  ən  doğrusu  Allahın  kəlamı,  yolların  ən  xeyirlisi  Muhammad  -in  yoludur. 



Əməllərin  ən  pisi  sonradan  uydurulanlardır.  Sonradan  uydurulub  dinə  salınan  hər  bir  əməl  (iş)  bir 

bidətdir, hər bir bidət isə bir zəlalətdir (sapmaqdır), hər bir zəlalət isə oddadır. 

   Bundan sonra: 

Biz hamımız bilirik ki, bu gün biz çətin bir zamanda yaşayırıq. O zamanda ki, müsəlmanların vəziyyəti 

elə bir səviyyəyə çatıb ki, Allaha və Onun rəsuluna   iman gətirən kimsələr üçün bundanda pis vəziyyət 

                                                      

4

  Şeyxin  söhbət  açdıqı  bu  mövzu  slamda  mühüm  bir  yer  tutur.  slam  ümmətinin  gələcəyindən  narahat  olan  və  əndişələnən 



zamanımızın  bir  çox  müsəlmanları,  dinlərini  və  həyatlarını  qorumaq  üçün  insanları  birliyə  çağırır.  Lakin  bu  çağırışda  onlar 

insanların korlanmış əqidələrinin düzəldilməsinə heç bir əhəmiyyət vermirlər və elə hesab edirlər ki, müxtəlif əqidələr əsasında 

adi bir birlik, onların problemlərinin həllidir. Öz tərəfdarlarının sayını artırmaq üçün onlar müxtəlif qaydalar qoyur. Məsələn: 

“ xtilaf  etdiyimiz  məsələləri  tərk  edib,  yalnız  həmrəy  olduğumuz  məsələlər  əsasında  əməkdaşlıq  edək”

  və  ya  “Bizləri 



birləşdirən  bidəət,  bizləri  ayıran  sünnədən  daha  xeyrlidir”

  deyərək  insanları  birləştirməyə  çalışırlar.  Bu  cür  dəvət,  zahirdə 

fəzilətli görünsədə, yanlışdır və dinin əsaslarına müxalifdir.  mam əl-Fudeyl ibn  yad demişdir: “Nəfsləəsgərlərə bənzərdir. 

Onlardan biri birilərini tanıyanlar birləşir, tanımayanlar isə ayrılır. Sünnə əhlinin, munafiqlik etməyərək, bidəəhlinə kömə

etməsi mümkün deyil

”. Bax “Şarh usul itikad”, 1/138. 

   Şeyx  Əhməd  ən-Nəcmi  demişdir:  “Müsəlmanları  əqidə  birliyinə  deyil,  səf  birliyinə  çağıranlar,  yaxşı  işləri  əmr  edib  pis 

işlərdən çəkindirmək dəvətini məhv etməyə çalışır. Bir müsəlmanın başqa müsəlmanın zəlalətində iştirak etməsi caiz deyil.... 

Rəbbimiz  müxtəlif  əqidələr  əsasında  birlikdən  heç  vaxt  razı  qalmayacaq.  Zəlalət  əhli  ilə  birlik  etmək  olmaz  və  bu  şeytanın 

dəvətidir!”

. Bax “əl-Fataua əl-caliya” 70.  

   Bəziləri  ümmətin  fəlakət  və  bəlalarının  slamdan  uzaq  düşməsi  ilə  əlaqələndırərək,  insanları  dinə  qayıtmağa  dəvət  edir. 

Lakin onlar da birinci növ insanlar kimi, insanların pozulmuş əqidələrinin təmizlənməsi və islah edilməsinə laqeyd yanaşırlar. 

Bu  cür  dəvət  mənasız  və  faydasızdır.  Bundan  savayı  o  birliyə  deyil,  parçalanmağa  aparan  dəvətdir.  Çünki  slam  haqqında 

müxtəlif  təsəvvürə  malik  olan  iki  insanın  birləşməsi  mümkün  deyil.  slam  birdir  və  onda  ixtilafa  yer  yoxdur.  Bu  səbəbdən, 

insanları  slama dəvət etməkdən öncə, birinci növbədə əqidəni, ona aid edilən və ona adiyatı olmayan şeylərdən təmizləmək 

gərəkdir. Bundan sonra şəriət qanunlarını bir çox əsassız və Quran və Sünnəyə müxalif olan rəylərdən təmizləmək gərəkdir. 

Sünnədə  (şərii)  təmizliyin  mahiyyəti  haqqında  bir  çox  rəvayətlər  mövcuddur.  Məsələn:  “Bu  elmi  hər  nəsildən  adil  şəxslə

(alimlər) daşıyır. Onlar ondan (elmdən, dindən) ifrata varmış kimsələrin təhrifini, zəlaləəhlinin əlavələrini və cahillərin 

təfsirini  uzaqlaşdırırlar”

əl-Beyhəqi,  10/209;  əl-Xatıb,  1/29.  Bu  hədis  bir  çox  isnadla  rəvəyət  olunur  və  onlarda  bir  birini  gücləndirir.  Bu  hədisin 

səhihliyini  imam  Əhməd,  əl-Lələkai,  hafiz  bn  AbdulBarr,  əl-Ukayli,  bn  əl-Uazir,  əl-Albani  və  AbdulQadir  əl-Arnavut  təsdiqləmişlər

.  Həmçinin 

peyğəmbər    buyurmuşdur:  “Həqiqətən  bu  din  qərib  olaraq  başlamış  və  qəribliyədə  qayıdacaq.  Məndən  sonra  mənim 

Sünnəmdən  insanların  korladıqı  şeyləri  qaydaya  salanlara  tuba  olsun”

At-Tirmizi,  2630;  at-Tabarani,  9/76.  mam  at-Tirmizi  hədisin 

səhih olduqunu bildirmişdir. Bax “Silsilə as-sahiha”, 273. 

   Beləliklə bu və buna bənzər hədislərdə, alimlərin dini müxtəlif təhriflərdən və səhv təfsirlərdən təmizlədiyini peyğəmbər   

özü  təsdiqləmişdir.  Məhz  bundan  sonra,  ümmətimizin  sələflərinin  tabe  olduğu  bu  təmiz  əsaslar  üzərində  müsəlmanları 

tərbiyələndirmək və birləşdirmək, və yalnız bunun üzərində  slama dəvət etmək lazımdır.  

   Şeyx əl-Albaninin bu  məqaləsi,  slam dünyasının problemlərinə görə narahatlıq hissləri keçirən və  ürəkdən  müsəlmanların 

bu vəziyyətini düzəltmək istəyən kimsələr üçün gözəl bir nəsihətdir.            

5

 Ali  mran, 102. 



6

 An-Nisa, 1. 

7

 Əl-Əhzab, 70-71. 




Yüklə 260,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə