TəMİZLƏNMƏ VƏ TƏRBİYƏ



Yüklə 260,83 Kb.
Pdf görüntüsü
səhifə3/9
tarix04.11.2017
ölçüsü260,83 Kb.
#8332
1   2   3   4   5   6   7   8   9

 

5

ola  bilməz.  Bu  da  məhz  müsəlmanların  zəlil  olması  və  əsarət  altına  düşməsidir.  Başımıza  gələnlərdən 



dolayı  bizləri  bürüyən  hisslərimiz,  həmçinin  bütün  müsəlman  ölkələrinin  zəlil  olması,  və  bu  ölkələrdə 

ictimai  statusundan  asılı  olmayaraq  bu  zəlillikdən  heç  kimin  xilas  ola  bilməməsi  səbəbi  ilə  biz  daima 

özümüz özümüzə sual veririk: bizləri ümidsiz bir hala salan bu dəhşətli vəziyyətimizin səbəbi nədir? Və 

bu zəlillik və bəladan qurtuluş yolu nədədir? 

   Biz  bu  vəziyyətdən  qurtulmaq  üçün  irəli  sürülən  bir  çox  təkliflər  eşidirik.  Hər  kəs  öz  fikrinə  görə  bu 

xəstəliyin mualicəsi üçün daha əlverişli əlaca işarə edir.  

   Lakin  mən  əminəm  ki,  bu  sualın  cavabını  Sünnədə  axtarmaq  gərəkdir.  Bir  neçə  səhih  hədislərdə 

peyğəmbər    -in  bu  gün  başımıza  gələnlər  haqda  bəhs  etdiyini  tapa  bilərik.  Bununla  belə  o  bizlərə  bu 

problemlərin çözülməsi haqda da xəbər vermişdir. Peyğəmbər (s.a.v) demişdir: Əgər siz ticarətdə ina

8

 

istifadə  etsəniz  və  inək  quyruğundan  yapışsanız,  və  əkinlərinizlə  qane  olsanız  və  cihadı  tərk  etsəniz, 

Allah sizləri zəlil edər və dininizə qayıtmayana qədər o zəlilliyi üstünüzdən götürməz”.

9

 



   Bu  hədisin  qısa  məzmunlu  olduquna  baxmayaraq  biz  onda  bir  çox  müsəlmanların  başına  gələn 

xəstəliyin dəqiq təsvirini görürük. Bu hədisdə peyğəmbər   misal olaraq onun ümmətində yayıla biləcək 

iki xəstəliyə işarə etmişdir. Birincisi – şəriətin qadağan buyurduğu əməlləri müsəlmanların etmələri və bu 

səbəbdən onların müxtəlif hiylə və kələklərə bilərəkdən əl atmalarıdır. Buna peyğəmbər  -in Əgər siz 



ticarətdə  ina  istifadə  etsəniz”  sözləri  dəlalət  edir.  slam  hüquqşunaslığı  (fikh)  kitablarında  “əl-ina” 

haqqında  deyilir:  “Bu  ticarət  müqavilələrinin  bir  növüdür”.  Və  bu  hədisin  bu  növ  ticarətin  haram 

olduqunu açıq-aydın bildirməsinə baxmayaraq, bəzi alimlər, adi insanlarda həmçinin, bu növ ticarəti halal 

hesab edirlər. 

   Bu  növ  ticarət  belədir:  bir  insan  bir  tacirdən  mal  alır,  məsələn  avtomobil.  Onlar  bu  avtomobilin  alıcı 

tərəfindən  nisyə  olaraq  (yəni  hissə-hissə  ödəmək  şərti  ilə)  müəyyən  bir  vaxt  və  müəyyən  bir  qiymətə, 

məsələn on minə, alınmasına dair müqavilə bağlayırlar. Sonra həmin alıcı tacirin yanına qayıdaraq həmin 

avtomobili ona daha az məbləğə təklif edir. Məsələn səkkiz minə, lakin nəğd pula. Tacir, yəni indi alıcı, 

nəğd  məbləği  ödəyərək  həmin  avtomobili  onun  satdıqı  qiymətdən  daha  aşağı  qiymətə  alır.  Beləliklə 

birinci alıcı nəğd olaraq  səkkiz min pul əldə edir və onun on min borcu qalır, və bu iki qiymətin fərqi, 

yəni iki min - ribadır (sələm). 

   Ribanı qadağan edən Allahın ayə və peyğəmbər   s.a.v)-in hədislərini eşidən hər bir müsəlman, hətta 

cüzi miqdarda riba olan ticarəti tərk etməlidir. Lakin bəzi insanlar “əl-ina” ticarətini caiz görərək, onun 

bir  ticarət  növü  olduqunu  söyləyirlər  və  söylədiklərinidə  ümumi  dəlillər  ilə  gücləndirirlər.  Bu  ümumi 

dəlillərdən biri Uca Allahın:  

 “Allah alış-verişi halal, sələm (faiz) almağı isə haram (qadağan) etmişdir”

10

 kəlamıdır. 



 

   Onlar  deyirlər:  “Bu  sadəcə  alış-verişdir  və  bir  kimsənin  qiymət  qaldırmasında  və  ya  endirməsində 

problem yoxdur!”.  

   Lakin nisyə on minə avtomobil alıb, onu səkkiz min nəğd pula satan alıcının yalnız bir məqsədi var idi 

–  borc  pul  götürmək,  yəni  səkkiz  min.  Lakin,  özünü  müsəlman  sanan

11

  satıcının  Allah  rizası  üçün  ona 



borc verməyəcəyini başa düşəndən sonra, ikisidə hiylə işlədərək ticarət bəhanəsi ilə özlərinə ribanı halal 

etmişlər.     

   Lakin bilmək lazımdır ki, Müqəddəs Kitabı açıqlayan yalnız Allahın rəsuludur  . Uca Allah buyurur:  

 

 “Sənə də Quranı nazil etdik ki, insanlara onlara göndəriləni (hökmləri, halal-haramı) 



izah edəsən”.

١٢

 



Həmçinin Uca Allah onu vəsf edərək demişdir:  

 

 “O möminlərlə şəfqətli, mərhəmətlidir!”



13

 

                                                      



8

 Bu terminin izahı aşağıda zikr olunacaq.  

9

 Bax “as-Silsilə as-sahih”, 11. 



10

 Əl-Bəqərə, 275.  

11

  Burada  şeyx,  həmin  insanın  slamının  kamil  olmadıqını  bildirməkdədir.  Buna  dəlil  peyğəmbər 



-in:  “Müsəlman, 

ba

şqalarına öz əli və dili ilə əziyyət verməyəndir” sözləridir. Muslim, 41. Bu hədisdə söhbət  slamın tam olmasından gedir, 

çünki başqa müsəlmanlara əziyyət verən müsəlman kafir olmur. Şeyxin sözlərini məhz bu cür anlamaq lazımdır.  

12

 An-Nəhl, 44. 



13

 At-Tauba, 128. 




 

6

   O  məhz  bizə  qarşı  olan  mərhəməti  və  şəfqətinə  görə,  şeytanın  qurduğu  tələləri  bizlərə  açıqlamış  və 



bizləri,  onun  toruna  düşməməyimiz  üçün  bir  çox  hədislərdə  xəbərdar  etmişdir.  Bu  hədislərdən  biridə 

araşdırdığımız bu hədisdir. O  buyurmuşdur: “Əgər siz ticarətdə ina istifadə etsəniz ...”. Yəni özünüzə, 

müxtəlif hiyləgərliklər vasitəsi ilə və ticarət adı altında, və bu ticarəti əslində faizə borc götürmək üçün 

bəhanə edərək, Allahın və Onun rəsulunun (s.a.v) qadağan etdiyi şeyləri özünüzə halal etsəniz.  

   Bu hədisdə peyğəmbər (s.a.v), bu cür hiyləgərliklərə əl atmaqdan və Allahın haram buyurduqu şeyləri 

halal  etməkdən  bizləri  çəkindirmişdir.  Bu  da,  bir  müsəlmanın,  etdiyi  bir  işin  günah  olduqunu  bilərək 

etməsindən  daha  şiddətlidir.  Çünki  etdiyi  işin  günah  olduqunu  bilən  kimsənin  bu  işi  haçansa  tərk 

etməsinə  ümid  var.  Lakin  bir  kimsənin  etdiyi  əməl  ona  hər  hansı  bir  səbəbə  görə,  istər  təvil  istərsədə 

cahillik səbəbi ilə gözəl görsənərsə, və o etdiyi əməli pis görməzsə, onda Allaha tövbə etmək onun ağlına 

belə  gəlməz.  Bu  səbəbdən  insanlar  üçün  bir  qadağanın  halal  edilməsi  təhlükəsi,  bir  şeyin  qadağan 

olmasında şübhə olmaması təhlükəsindən daha çoxdur. Beləliklə riba ilə məşğul olub, etdiyi əməlin riba 

olduqunu  yəqinliklə  bilən,  ayədə

14

  həmin  insanın  Allaha  və  Onun  rəsuluna  (s.a.v)  müharibə  elan 



etməsinin  bildirildiyinə  baxmayaraq,  o,  riba  ilə  məşğul  olaraq  öz  qazancını  halal  hesab  edən  kimsədən 

daha  yüngül  vəziyyətdədir.  Bu  bir  insanın  spirtli  içkilərin  haram  olduqunu  bilərəkdən  həmin  içkilərdən 

istifadə etməsi kimidir. Belə halda onun haçansa tövbə edəcəyi ehtimalı var. Lakin spirtli içkiləri hərhansı 

bir səbəbə görə halal hesab edən kimsənin halı, birinci növ insanın halından pisdir, çünki o bu məsələni 

bu cür anlamaqdan əl çəkməyənə qədər, onun tövbə etməsini təsəvvür etmək olmur.

15

  



   

Bu hədisdə, əvvəl zikr olunduqu kimi, peyğəmbər (s.a.v)  haqqında bir misal olaraq söhbət açmışdır. 

Bununla  o  demək  istəyirdi  ki,  əgər  müsəlmanlar  Allahın  qadağan  etdiyi  əməllərdən  hər  hansı  birini 

halallaşdıraraq yaysalar, Allah onları zəlil edər.

16

  

   Sonra  peyğəmbər  (s.a.v)  bizə  məlum  olan  şəriət  qadağaları  haqda  söhbət  açdı  və  dedi:  “Əgər  siz 



ticarətdə ina istifadə etsəniz və inək quyruğundan yapışsanız, və əkinlərinizlə qanə olsanız...” 

yəni  Allahın  dünya  malı  qazanmaqı  əmr  etdiyini  bəhanə  edərək,  dünyanı  sevib  ona  meyl  etsəniz. 

Müsəlmanlar  bu  məsələdə  ifrata  uğrayaraq  bütün  vaxtlarını  əkinlərə,  malqaraya  və  başqa  növ  dünya 

malına sərf edirlər.  Bu da, Uca Allahın onlara fərz buyurduqu haqqların tərk olunması ilə nəticələnir.

17

 

Tərk  olunan  haqqlardan  birini  misal  çəkərək  peyğəmbər 



  cihadı  zikr  edərək  demişdir:  “Əgər  siz 

ticarətdə ina istifadə etsəniz və inək quyruğundan yapışsanız, və əkinlərinizlə qanə olsanız və 

cihadı tərk etsəniz, Allah sizləri zəlil edər və dininizə qayıtmayana qədər o zəlilliyi üstünüzdən 

götürməz”.  Gördüyünüz  kimi  bu  hədisdə  gələcəkdən  xəbər  verilir  və  biz  təəssüflər  olsun  ki,

  

zamanımızda,  bizlərə  vəd  edilən,  zəlilliyin  baş  verməsinin  şahidiyik.  Hədisdə  zikr  olunan  günahları 



etdiyimizə  görə  bizləri  bu  xəstəliklər  bürümüşdür  –  yəni  zəlillik  və  acizlik  xəstəliyi.  Bu  vəziyyətdən 

çıxmaq  üçün,  biz  peyğəmbər    bizlərə  göstərdiyi  və  yalnız  onun  vasitəsi  ilə  bu  vəziyyətdən  çıxmağın 

mümkün olduqunu bildirdiyi vasitəyə mütləq əl atmalıyıq.  

                                                      

14

 Şeyx əl-Albani Allahın:  



 “Ey  möminlər!  Əgər,  doğrudan  da,  iman  gətirmişsinizsə,  Allahdan  qorxub  sələmdən  qalan  məbləğdən 

(faizdən)  vaz  keçin!  Əgər  belə  etməsəniz,  o  zaman  Allaha  və  Onun  peyğəmbərinə  qarşı  müharibəyə 

girişdiyinizi bilin!” (əl-Bəqərə, 278-279) kəlməsini nəzərdə tutmuşdur. 

15

  Bu  bidətlərədə  aiddir.  Bidətlər  günahlardan  daha  şiddətlidir.  Günah  edən  kimsə  etdiyi  əməlin  günah  olduqunu  bilir,  lakin 



dinə  yenilik  gətirənlər  isə  etdiklərini  günah  saymırlar,  əksinə  ibadət  və  Allaha  yaxınlıq  kimi  qəbul  edirlər.  Şeyxulislam  bn 

Teymiyya demişdir: “ slam imamları, bidətlərin, insanın günah olduqunu bilərək etdiyi günahlardan daha şiddətli olduqunda 



həmrəydirlər”

. (“Məcmu fataua”, 28/471).  bn əl-Qeyyim demişdir: “ nsanların bir çoxu Allaha Onun haram etdiyi vasitələrlə 



ibadət  edir  və  bu  vasitələrin  Allaha  itaət  və  yaxınlıq  olduqunu  sanırlar.  Bu  cür  insanların  halı,  günah  edərək  etdiyi  əməlin 

günah olduqunu bilən kimsələrin halından daha şidətlidir”

. (Bax “ ğasatul ləhvan”, 2/181). 

16

 Təəcüb  doğuran  o  haldır  ki,  bu  günümüzdə  müsəlmanlar  Allahdan  izzət  və  qələbə  arzulayaraq,  riba  ilə  məşğul  olurlar  və 



özləri  Allaha  qarşı  müharibə  edirlər.  bn  Abbas  rəvayət  edir  ki:  “Malını  riba  vsitəsi  ilə  qazanan  kimsəyə  Qiyamət  günü 

deyiləcək:  “Allahla  müharibə  etmək  üçün  silah  götür”.  (at-Tabari,  3/127.  Şeyx  Əhməd  Şakir  hədisin  səhih  olduqunu 

bildirmişdir). 

17

 Bu dünyaya sevgi və bağlılıq müsəlmanların zəifləməsinin ən ciddi səbəblərindəndir və bu haqda başqa bir mühüm hədisdə 



söz açılır. Sauban  r.a) rəvayət edir ki peyğəmbər 

(s.a.v)


 buyurmuşdur: “Qövmlərin sizin üzərinizə, yırtıcı heyvanların 

öz qurbanlarının üstünə tökülüşdükləri kimi, sizin üzərinizə tökülüşəcəyi zaman artıq yaxınlaşır”. Ondan soruşdular: “Bu 

bizim az olduqumuza görə olacaq?

” Peyğəmbər   dedi: “Xeyr! Əksinə siz çox olacaqsınız, lakin siz selin gətirdiyi çör-çöp 



kimi olacaqsınız (sizin çoxluqunuz bir fayda verməyəcək). Allahda sizin düşmənlərinizin qəlblərindən qorxunu qaldıracaq 

və sizin qəlblərinizə qorxu (vəhn) salacaqdır”. Ondan: “Vəhn nədir, ya rəsulUllah?” deyə soruşdular. O: “Dünyaya sevgi və 

ölümdən qorxmaqdır” deyə cavab verdi. (Abu Davud, 4297. Hədis səhihdir. Bax “Səhih əl-cəmi”, 8183. 


Yüklə 260,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə