TəMİZLƏNMƏ VƏ TƏRBİYƏ



Yüklə 260,83 Kb.
Pdf görüntüsü
səhifə8/9
tarix04.11.2017
ölçüsü260,83 Kb.
#8332
1   2   3   4   5   6   7   8   9

 

11

savab qazanması haqqında bir kəlmə də olsun tapmırıq? Həmçinin, məqalə müəllifin ünvanınada, imamın 



sözlərinə əsaslanaraq sünnəyə müxalif olduğuna görə, bir məzəmmət tapmırıq!  

   Cavab  belədir  ki,  bizim  qəlblərimiz  kordur,  çünki  biz  bir  imama,  Allahın  bizlərə  vacib  buyurmadığı 

tərzdə  ehtiram  bəsləyirik.  Biz  peyğəmbər 

:  “Böyüklərə  hörmət,  kiçiklərə  rəhmət  və  alimlərimizə 



ehtiramla yanaşmayan bizdən deyil”

34

 sözlərinə iman edirik.   

   Peyğəmbər (s.a.v) alimlərin haqlarını verməyə bizləri sövq etmişdir. Məgər alimin insanlar tərəfindən 

peyğəmbər    -dən  daha  artıq  ehtiram  edilməsinə  və  bu  cür  əməllər  ilə,  ona  məsumluq  aid  edilməsinə, 

haqqı var? Axı əməllər deyilənlərdən daha artığını göstərir.

35

 



   Bir alimə ehtiram bəsləmək, heç də onun sözlərini peyğəmbər  -in sözlərindən daha uca tutmaq deyil. 

Biz onun sözlərini peyğəmbər (s.a.v)-in sözlərindən üstün tuta bilmərik.  

   Yuxarıda zikr etdiyimiz, bizim aramızda yayılan əməllərdən bir misaldır və bu cür əməllər günümüzdə 

Quran  və  Sünnə  (elm)  əhli  tərəfindən  qınanmır  və  inkar  edilmir.  Mən  bu  haqda  dərc  olunmuş 

əsərlərimdən  birində  söhbət  açmışam.  Bu  risalədən  oxucu  yalnız  bir  nəticə  çıxara  bilərdi  –  sözün  kökü 

peyğəmbər  -in: “Çox miqdarda sərxoş edici, az miqdarda da qadağandır”

36

 sözlərindədir. Bu səbədən 



“əl-Arabi” məcmuasının yazıçısı səhv etmişdir, və onu dəstəkləyən alim də səhv etmişdir. Biz heç kimə 

şəxsiqərəzliklə  yanaşmırıq.  Səhv  səhvdir,  küfr  küfrdür,  istər  böyük  istər  kiçik,  istər  kişi  istər  qadın 

tərəfindən edilsə belə. Səhv onun sahibinin kimliyindən asılı olmayaraq səhv olaraq qalır.    

   Həmçinin  misal  olaraq,  kəbin  haqqında  yayılmış  bir  rəyi,  yəni  günümüzə  qədər  qanunvericilikdə 

“Vətəndaşlıq  hüquqları”  adını  daşıyan  bir  qanunu  gətirmək  olar.  Hamı  bilir  ki,  bu  günümüzdə  bizlərə 

şəriətə zidd olan konstitusiyanı yeritmişlər. Lakin buna baxmayaraq, bu rəy şərii bir qanun kimi təqdim 

edilir. Bu rəy, peyğəmbər  -in açıq-aydın: “Vəlisiz nigah bağlayan qadının nigahı səhih (qanuni) deyil, 

səhih  deyil,  səhih  deyil”

37

  sözlərinə  müxalif  olmasına  baxmayaraq,  həddi  buluqa  çatmış  müsəlman 

qadının vəli olmadan nigah bağlamasına icazə verir.  

   Hərdən insanlar məndən soruşur: “Bu hədisi başa düşən məgər tək sənsən?” Mən isə onlara deyirəm: 

“Bu hədisi, ərəb dilində imam sayılan imam aş-Şafii də məhz belə başa düşmüşdür. Bu da albaniyalı bir 

kimsənin  rəyi  deyil.

 

Lakin  bu  albaniyalı,  bu  hədisi  tapmış  və  onu  Abdul-Mutallib  qövmündən  qureyşli 



imamın necə başa düşdüyünüdə tapmışdır”. 

   Niyə biz hədis ilə qüvvətlənmiş bu səhih rəyi, alimin rəyinə görə tərk etdik? Bəli, biz imamların ictihadı 

ilə hesablaşırıq.  Lakin, ictihad  yalnız Quran və  Sünnəyə zidd olmadığı  halda qiymətli sayılır.  Hamımız 

usulu-fikh kitablarında: “Quran və Sünnədən açıq-aydın bir mətn olduqda, (ağıla əsaslanan) rəy öz təsirini 

itirir”  qaydasını  oxuyuruq.  Və  ya  “Açıq-aydın  mətn  olduqda,  ictihada  yer  yoxdur”  sözləridə  bu 

qəbildəndir.  Bu  qanunlar  bu  elmin  alimləri  tərəfindən  hamılıqla  təsdiq  olunmuşdur.  Belə  olduğu  halda, 

biz niyə Sünnəyə uyğun olan qaydaları tərk edib, inadkarlıqla ona müxalif olan rəylərdən yapışırıq?!  

   Əgər biz doğrudan da peyğəmbər  -in “dininizə qayıtmayana qədər” sözlərinin qəsd etdiyi mualicəyə 

başlamaq isətyiriksə, bir suala cavab vermək lazımdır: məgər dinə qayıdış yalnız sözdə olmalıdır, yoxsa 

əməl və etiqadda?  

   Müsəlmanlardan bir çoxu Lə iləhə illəLlah Muhammadan rəsulUllah kəlməsini söyləyir. Lakin onlar bu 

şəhadətin vacib tələblərini yerinə yetirmirlər. Bu da çox ətraflı mövzudur. Zamanımızdakı müsəlmanlar, 

hətta  dəvət  ilə  məşğul  olanlar  bu  şəhadətin  mənasını  izah  etmirlər.  Bir  çox  cavan  müsəlman  və  islam 

yazıçıları, bu şəhadətin,  Allahdan başqa hakim  (hökm çıxaran)  yoxdur anlamına  gəlməsini bildirmişlər. 

                                                      

34

 “Sahihul-cami”, 5443. 



35

  Salim  bin  Abdullah  rəvəyət  edir:  “Bir  dəfə  bn  Ömər    ilə  məsciddə  oturmuşdum.  Ona  Şam  əhlindən  olan  bir  insan 



yaxınlaşaraq, həccdən qabaq ümrə edilməsi (həcc at-tamattu) haqda soruşdu.  bn Ömər  dedi: “Bu çox gözəl bir işdir”. 

Həmin insan soruşdu: “Hətta sənin atan (Ömər ibn əl-Xattab) bunu qadağan etdiyinə baxmayaraq?”  bn Ömər dedi: “Vay 

sənin halına! Əgər mənim atamın qadağan etdiyini, peyğəmbər   özü edib və insanlara etməyi buyurubsa, sən atamı təqib 

edəcəksən, yoxsa peyğəmbər  -i?” Həmin insan: “Peyğəmbər  -i” deyə cavab verdi”

Əhməd, 5700; Abu Yalə 3/1317.  snadın 

səhih olduğunu imam an-Navavi təsdiq etmişdir

   Hafiz  bn Rəcəb demişdir: Əgər peyğəmbər  s.a.v) -in hər hansı bir əmri bir insana çatarsa, bu əmrin, kiminsə nüfuzlu 



rəyinə  müxalif  olmağına  baxmayaraq,  insanlara  bəyan  edərək  o  əmrə  tabe  olmağa  dəvət  etmək  həmin  kimsəyə  vacib  olar. 

Çünki peyğəmbər  -in əmri, hər hansı bir nüfuzlu şəxsin rəyindən, ehtirama və təqib edilməyə daha layiqdir”

“ ğazul-hamam”, 



93

   Hafiz  bn Kəsir demişdir: “ nsanların əməl və sözləri, peyğəmbər -in əməl və sözləri ilə muqayisə edilir və onun əməl və 



sözlərinə  uyğun  gələn  –  qəbul  olunur,  uyğun  gəlməyən  isə,  həmin  əməl  və  söz  sahibinin  kimliyindən  asılı  olmayaraq  rədd 

olunur”

Bax “Təfsir  bn Kəsir”, 3/415.



 

36

 Abu Davud, 3681; at-Tirmizi, 1925;  bn Məcəh, 3393. Bax “əl- rva”, 2375.  



37

 “əl- rva”, 1840. 




Yüklə 260,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə