TəMİZLƏNMƏ VƏ TƏRBİYƏ



Yüklə 260,83 Kb.
Pdf görüntüsü
səhifə7/9
tarix04.11.2017
ölçüsü260,83 Kb.
#8332
1   2   3   4   5   6   7   8   9

 

10

rəylərinə  (ictihad)



29

  arxanalaraq  etiraz  edə  bilərlər!  Biz  hamımız,  məzhəbimizdən  asılı  olmayaraq 

kitablarda  peyğəmbər 

-in:  “Çox  miqdarda  sərxoş  edici,  az  miqdarda  da  qadağandır”

30

  sözlərini 

oxuyuruq.  O    həmçinin  buyurmuşdur:  “Sərxoş  edici  hər  bir  şey  –  alkoqoldur,  alkoqolun  isə  hər  bir 



növü haramdır”.

31

 



   Axı  bu  təhlükəli  sözlər  indiyə  qədər  niyə  qalıb?!  Axı  bu  sözlər  fasiqliyə  yaxınlaşmış  və  ya  fasiqlik 

içində  olan  insanları,  üzümdən  istehsal  olunmayan  alkoqolun  istifadə  edilməsinə  sövq  edir.  Bu  da  bir 

imamın məhz belə dediyinə görə baş vermişdir?!

32

 



   Bizlər  də  həmin  imamı  böyük  alim  kimi  qəbul  edirik.  Lakin  biz  sizdən  fərqli  olaraq  unutmuruq  ki, 

həmin alim səhvlərdən məsum deyil, ancaq onun rəyinin fanatikləri özlərini bu böyük həqiqəti unutmuş 

kimi  göstərərək,  öz  imamlarının  rəyini  müdafiə  etməyə  çalışırlar.  Başqaları  isə  bu  rəylərdən  istifadə 

edərək  müsəlmanlar  arasında  alkoqolu  yaymaqdadırlar.  Üçüncülər  isə  bu  rəyi  deyil,  öz  imamlarını 

müdafiə edirlər.  

   Sizə  yəgin  məlumdur  ki,  “əl-Arabi”  jurnalında,  müsəlmanların  üzümdən  istehsal  olunan  alkoqoldan 

başqa bütün alkoholun istifadəsinin caiz olduqu rəyini müdafiə edən bir məqalə çıxçışdır. Mən bildiyimə 

görə günümüzdəki alkoqollu içkilərin əksər hissəsi üzümdən hazırlanmır. Onlar isə “Sərxoş olana qədər 

içmə” sözlərini dəlil olaraq gətirirlər.  

   Lakin hamıya məlumdur ki, bu mümkün olan bir iş deyil. Çünki birinci damcı ikincisinə, üçüncüsü isə 

dördüncüsünə  səbəb  olur.  Həmçinin  sərxoş  edici  miqdarıda  təyin  etmək  mümkün  deyil,  bu  da  nəticədə 

sərxoşluqa gətirib çıxarır.  

   Bunu nəzərə alaraq, məni narahat edən, peyğəmbər (s.a.v)-in səhih hədislərinə müxalif olan bu rəylərin 

fikh kitablarında mövcudluğudur. Axı bu səhih hədislər bu cür rəyləri tam olaraq dəf edir.  

   Axı niyə biz, öz mənfəətlərini güdən belə insanlara, “sərxoş olana qədər içmə, az iç çox içmə” deyərək 

müsəlmanlara spirtli içkilərin caiz olduqunu söyləyən, öz məqalələrini yayan və onlardan alınan vəsaitə 

özlərinə imarətlər tikən insanlara şərait yaradırıq?!  

   Bəlkə  onun  niyyəti  yaxşıdır,  və  o:  “Ey  insanlar!  Dini  çətinləşdirməyin.  Əgər  imamlardan  biri  bu 

içkilərin  caiz  olduqunu  bilidirirsə,  biz  nəyə  görə  onları  qadağan  etməliyik?”  deyən  insanların  yolu  ilə 

getmək  istəyir?  Bəlkədə  bu  cahil  belə  zənn  edir.  Lakin  bu  məqaləyə  rəddiyə  yazmış  Şamın  fəzilətli 

alimlərindən birinin özünü itirməsini necə başa düşək? Əvvəl o bu məqalənin müəllifini dəstəkləyənlərin 

tərəfini  tutur,  sonra  isə  həmin  müəllifin  və  onun  arxalandığı  kimsələrin  rəylərini  rədd  edən  hədisləri 

(onlardan bəzilərini biz zikr etdik) zikr edir.  

   Bu  mütərəddidliyin  və  qətiyyətsizliyin  səbəbi  nədir?  Bunun  səbəbi,  həmin  insanın  öz  imamının 

sözlərinin qüsursuz olduqunu göstərməyə çalışmasıdır, çünki bu rəy müsəlman alimlərinin bir rəyidir və 

həmin  alim  cahil  olduquna  görə  və  ya  öz  nəfsinə  uyaraq  bunu  deməmişdir.  Mən  bununla  tamami  ilə 

razıyam və deyirəm: o cahil olduquna görə və ya öz nəfsinə uyaraq bunu deməmişdir, bəs onda o cahillik 

və nəfsə uymaqdan uzaq olaraq öz ictihadında səhvə  yol verməkdən məsumdur?! Biz hamımız: “Xeyr” 

deyə cavab verəciyik. Biz hamımız peyğəmbər  -in: Əgər hakim bir şəriət hökmü çıxardırsa və onun 

çıxartdıqı hökm səhihdirsə, o ikiqat savab qazanmış olur. Əgər o səy göstərərək hökm edib səhv edərsə

o bir savab qazanmış olur”

33

 hədisini xatırlayırıq. Axı biz muctəhid-alimin bir savab qazandıqını qəbul 



edib, onun səhv etdiyini niyə inkar edirik? Bəzi insanlara “filan alim səhv etdi” demək çox çətin gəlir.  

   Biz  isə  deyirik:  belə  ifratçılıq  nəyə  lazımdır?  Nəyə  görə  biz  bir  imamın  səhv  etdiyini  və  iki  savab 

əvəzinə  bir  savab  qazandıqını  deməkdən  qorxuruq?  Axı  niyə  biz  bunu  özümüzə  prinsip  olaraq 

götürmürük və yuxarıda zikr etdiyimiz kimi, bəzi ikinci dərəcəli məsələlərə tətbiq etmirik?  

   Beləliklə, əgər siz həmin alimin məqalə müəllifinə yazdığı rəddiyəni oxusanız, nəticədə həmin məqalə 

müəəlifinin  səhvini  açıqlayan  bir  şey  tapmazsınız,  çünki  o  bu  məsələdə  müsəlmanların  imamlarından 

birinin  rəyini  əsas  olaraq  götürmüşdür.  Axı  bu  imamın  ardıcıllarından  bəziləri  dəqiq  tədqiqatlardan  və 

şərii  dəlillərin  açıqlanmasından  sonra,  bu  rəyi,  imamın  səy  göstərərək  səhv  etməsi  və  səyinə  görə  bir 

savab  qazanması  hədisinə  aid  edərək,  zəif  saymış  və  ondan  imtina  etmişlər.  Onlar  səhih  hədislərə  tabe 

olmuşlar. Belə halda, niyə biz zikr etdiyimiz məqalədə imamın səhv etməsini və bunun müqabilində bir 

                                                      

29

  ctihad - hər hansı bir məsələ barəsində şərii hökmün çıxarılması. 



30

 Abu Davud, 3681; at-Tirmizi, 1925;  bn Məcəh, 3393. Bax “əl- rva”, 2375.  

31

 Muslim, 2003. 



32

  Alimlərin  sözləri  özü  özündə  dəlil  ola  bilməz.  Bu  haqda  şeyxulislam  bn  Teymiyya  necədə  gözəl  demişdir:  “Həqiqətə



alimlərin rəyləri şərii dəlillərə əsaslanmalıdır, şərii hökmlər isə onların sözlərinə əsaslanmaz”

. Bax “Məcmu fataua”, 26/202.  

33

 Əl-Buxari, 7352; Muslim, 1716. 




Yüklə 260,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə