TəMİZLƏNMƏ VƏ TƏRBİYƏ



Yüklə 260,83 Kb.
Pdf görüntüsü
səhifə5/9
tarix04.11.2017
ölçüsü260,83 Kb.
#8332
1   2   3   4   5   6   7   8   9

 

8

   Bu xəstəliyin yeganə əlacı dinə qayıdışdır. Lakin hamının və xüsusəndə alimlərin bildiyi kimi, bu dində 



bir çox ixtilaflar baş vermişdir. Bu ixtilaflar da, bəzi təbliğçilərin biruzə verdiyi kimi, yalnız ikinci növ

21

 



suallarda  deyil.  xtilaf  həmçinin  əqidə  məsələlərinidə  yan  keçməmşdir.  Misal  olaraq  əşari  və 

maturudiyyələrin  ixtilaflarına,  və  onların  mötəzilələrlə  olan  ixtilaflarına  fikir  verin.  Biz  hələ  başqa 

firqələri zikr etmirik. Axı biz onların hamısını müsəlman sayırıq və peyğəmbər   in: “

Allah sizləri zəlil 

edər və dininizə qayıtmayana qədər o zəlilliyi üstünüzdən götürməz” sözləri onların hər birinə aiddir. 

   Bəs  bizim  qayıdacağımız  din  nədir?!  Görəsən  bu  din  hansısa  bir  firqə  və  ya  partiya  anlayışı 

çərçivəsindədir?  Gəlin  dörd  məzhəb

22

  arasında  olan  və  icma  ilə  əhli-sünnə



23

  məzhəbləri  sayılan 

məzhəblərin ixtilafları ilə kifayətlənək. 

   Bu  məzhəblərdən  birinə  üz  tutsaq,  orada  bir  neçə,  hətta  onlarla  Sünnəyə  müxalif  hökmlər  taparıq  və 

onlardan bir neçəsi hətta Qurana da müxalifdir.  

   Ona görə mən elə hesab edirəm ki,  slama və ixlasla  slam ölkəsinin qurulmasına dəvət edən kimsələrin 

islah edilməyə səy göstərmələri, birinci növbədə özlərinə, sonrada  slam ümmətinə, peyğəmbər  -in nə 

gətirdiyini aydın etdikdən sonra başlamalıdır.

24

  

   Mən  əminəm  ki,  və  bu  bütün  alimlərin  icmasıdır,  dinin  düzgün  anlayışına  qayıdış,  yalnız  Quran  və 



Sünnənin  tədbiqi  ilə  mümkündür.  Bundan  savayı,  məzhəblərin  imamları  bizləri  onları  kor-koranə  təqib 

etməkdən  çəkindirmiş,  və  bu  da  onların  fəzilətlərindəndir,  onların  fəzilətləri  isə  bildiyimiz  kimi 

Allahdandır.  Onlar  istəmirdilər  ki,  insanlar  Quran  və  Sünnənin  şəriət  əsası  olduqunu  unudaraq,  onların 

sözlərini əsas götürsünlər. 

    mamların  bir  mənaya  gəldiyi,  yəni:  “Səhih  hədis  (sizə  məlum  olduqda)  mənim  məzhəbimdir”

25

 



sözlərinin hamısını zikr etməyə ehtiyac yoxdur.  

    mamların  bu  sözləri,  yəni  onların  rəylərini  tərk  edib  səhih  hədisə  sarılmağı  əmr  etmələri,    onların 

özlərinə, öz ümmətinə və ardıcıllarına nə qədər ixlaslı davranmalarına dair dəlil olaraq kifayətdir.  

                                                      

21

 Yəni fikhi məsələlərdə.  



22

 Məzhəb – yəni  slam hüququ məktəbləridir.  slam tarixində bu cür məktəblər çox olub, lakin onlardan ən məhşurlar olanı 

dörd məzhəbdir: hənifilər, malikilər, şafiilər və hənbəlilər.    

23

  Şeyxulislam  bn  Teymiyya  əhli-sünnə  terminini  açıqlayaraq  demişdir:  “Onlar  Allahın  Kitabı  və  Onun  peyğəmbərinin 



Sünnəsinə,  həmçinin  muhacir  və  ənsarlardan  olan  birinci  nəsillərin  müvafiq  olduqlarına  və  onları  ixlasla  təqib  edənlərin 

yoluna qəti şəkildə tabe olanlardır”

. “Məcmu əl-fataua”, 2/375. 

24

 Biz tez-tez dəvət ilə məşğul olan müsəlmanların elmsiz olduqunun şahidi oluruq. Biz xatırlatmaq istərdik ki, Allahın yoluna 



məntiq və ya əsilsiz xeyr vasitəsi ilə deyil, elm əsasında dəvət edilir! Uca Allah Öz peyğəmbəri (s.a.v)-ə  buyurur:  

 



 “(Ya Rəsulum!) De: “Bu mənim (təbliğ, dəvət) yolumdur. Mən və mənə tabe olan (möminlər) açıq-aşkar bir 

dəlillə (insanları) Allaha çağırırıq”. (Yusif, 108).

 

25

 Şeyx əl-Albani imamların sözlərini zikr etməmişdir, çünki onun muhazirəsində oturanlara bu sözlər məlum idi. Lakin biz bu 



imamların bəzi sözlərini zikr edək. 

    mam  Abu  Hənifə  an-Numan  bin  Sabit,  Allah  ona  rəhmət  etsin,  demişdir:  Əgər  sizə  səhih  hədis  məlum  olsa,  o  mənim 



məzhəbimdir”

.  ( bn  Abidin  “əl-Xaşiya”,  1/63).  O  həmçinin  demişdir:  “Bir  kimsənin,  mənim  dəlilimi  bilməyərək,  sözlərimə 



arxalanaraq  fətva  vermək  qadağandır”

.  (“Rasmul-mufti”,  1/29;  “əl-Mizan”,  1/55).  O  həmçinin  demişdir:  Əgər  mənim 



dediyim  Allahın  Kitabına  müxalif  olarsa,  mənim  sözlərimi  tərk  edin  və  Allahın  Kitabına  tabe  olun”

.  Ondan:  “Bəs  sənin 



sözlərin peyğəmbər  -in hədisinə müxalif olsa necə?” deyə soruşduqda, o dedi: “Mənim sözlərimi tərk edib, peyğəmbər  -in 

hədisinə  tabe  olun”.  Ondan  yenə:  “Bəs  sənin  sözlərin  peyğəmbə

-in  sahabilərinin  sözlərinə  müxalif  olsa  necə?”  O: 

“Mənim sözlərimi tərk edib, peyğəmbər  -in sahabilərinin dediklərinə tabe olun” cavabını verdi”

. (əl-Madhali ilə-Ssunnanil-

kubra”, 203-204 və “Fəthul-məcid”, 241).  

  

mam  Malik,  Allah  ona  rəhmət  etsin,  demişdir:  “  Həqiqətən  mən  bir  insanam,  hərdən  haqqı  deyib  hərdən  səhv  edirəm. 



Mənim dediklərim haqda düşünün, Quran və Sünnəyə müvafiq olanı qəbul edib, müxalif olanı isə tərk edin”

. ( bn AbdulBarr 

“Cami əl-bəyan əl-ilm”,2/32). O həmçinin demişdir: “Peyğəmbər  -dən başqa hər bir insanın sözü qəbul olunduqu kimi, rədd 

olunada bilər”.(

Bax “ rşad as-Salik”, 227/1)

    mam aş-Şafi, Allah ona rəhmət etsin, demişdir: “Bir insana peyğəmbə

-in bir buyuruqu məlum olduqdan sonra, başqa 

insanın sözlərinə görə onu tərk etməsinin caiz olmamasında alimlər həmrəydirlər”.

(“ ləm əl-muaqqiin”, 2/361). O həmçinin 

buyurmuşdur:  “Mənim  yazdığımda  peyğəmbə

-in  Sünnəsinə  müxalif  olan  bir  şey  tapsanız,  mənim  sözlərimi  tərk  edib, 

peyğəmbər  -in Sünnəsinə sarılın”

. ( “Hilyat al-Auliya”, 9/107). 

    mam Əhməd ibn Hənbəl, Allah ona rəhmət etsin, demişdir: “Nə məni, nə də Maliki, aş-Şafiini, əl-Auzaini, as-Saurini təqib 

etməyin,  onların  bəhrələndiyi  yerdən  sizdə  bəhrələnin”

.  ( bn  Abi  Xatim,  Abu  Nuaym  və  bn  Asakir,  15/9/2).  O  həmçinin 

demişdir: “Peyğəmbər  -in hədisini inkar edən, özünü məhv olmaqa məhkum etmişdir”. ( bn əl-Cauzi, 182). 



Yüklə 260,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə