Tempus-jpcr: anpassung des lehrbetriebs an den bologna prozessim ingenieurstudium f



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə10/26
tarix08.10.2017
ölçüsü2,8 Kb.
#3944
1   ...   6   7   8   9   10   11   12   13   ...   26

37 
 
da  universal  asinxron  UART  qəbuledici-ötürücüsu  istifadə 
edir  və  verilənləri  2,4...115,2Kbit/s    ötürmə  sürəti  ilə 
işləyir.İnterfeysdə əlaqə yarımdupleksdir. 
Hal-hazırda  İrDA  –standart  informasiyanın  açıq  İQ-
kanalla  ötürülməsinin  təşkilində  ən  geniş  yayılmlş 
standartlardan biridir. 
 
Bluetooth  interfeysi.  Bluetooth  Special  İnterest 
Group  (Bluetooth  SİG)  konsorsium  tərəfindən  irəli  sürülən 
Bluuetooth  texnologiyası  geniş  istifadə  olunan  personal 
məftilsiz  şəbəkələrin  qurulması  üçündür  (personal  area 
network  ).  Bluetooth  avadanlığı  2,4  QHs  tezlik 
diapazonunda işləyir. 
Bluetooth  şəbəkələrinin  ümumi  buraxma  qabiliyyəti 
780  Kbit/s  -  ə  çatır.Asinxron  protokoldan  istifadə  etdikdə 
verilənlərin bir istiqamətdə ötürülmə sürəti 722 Kbit/s  təşkil 
edir 
MЭК 625.1  interfeysi.   MЭК 625.1  interfeysi çox 
da  böyük  olmayan  lokal  ölçmə  sistemlərində  seriya  ilə 
istehsal olunan və tərkibinə interfeys modulları daxil edilmiş 
ölçmə  vasitələrinin:  rəqəm  voltmetrləri,tezlikölçənlər 
proqramlaşdırılan generatorlar və s. əsasında istifadə olunur. 
Əgər  tələb  olunan  interfeysli  cihazlar  vardırsa  və 
kompyuter  seçmək  mümkündürsə,ölçmə  sisteminin  aparat 
hisəsinin  qurulması  bütün  cihazların  kompyuterlə  xüsusi 
kabellə  və  standart  razyomla  birləşdirilməsi  ilə  yerinə 
yetirilir. 
KAMAK interfeysi.  Bu interfeys ilk əvvəllər işlənən 
interfeyslərə  aiddir    və  onlar  bəzən  köhnəlmiş  lokal  ölçmə 
sistemlərində  tətbiq  edilirlər.Kamak  (CAMAC  –  Computer 
Aided  Measurement  and  Control-  EHM-in  köməyilə  ölçmə 


38 
 
və  nəzarət)  sistemi  istifadəyə  Beynəlxalq  elektrotexnika 
komisiyası  tərəfindən  təklif  edilmişdir.Bu  sistem  1960-cı 
illərin əvvəllərində yaradılmışdır və daim təkmilləşir. 
İF  KAMAK    iki  və  daha  çox  səviyyəli 
mərkəzləşdirilmiş  sistem  yaratmaq  imkanına  malikdir; 
informasiya  və  idarəetmə  şinləri  vardır;  bütün  FB-ləri  FBİ 
ilə  əlaqələndirən  və  bir  neçə  radial  şinlərlə  birgə  işləyən 
magistral  şin  sistemi  var;  informasiya  mübadiləsi 
əməliyyatlarını  paralel  qayda  üzrə  icra  edir;    informasiya 
mübadiləsi  sinxron  üsulla    icra  edilir;  ixtiyari  EHM-də 
işləyə  bilir;  konstruksiyası  və  qida  gərginliyi  unifikasiya 
edilmişdir. 
KAMAK  interfeysində  bütün  qurğular  modullar 
şəklində  -  taxılan  (yerləşdirilən)  bloklar  şəklində  standart 
karkaslarda- 
kreyt- 
yerləşdirimiş 
formada 
yerinə 
yetirilir.Modullar  kreytin  özəklərində  yerləşdirilir  və 
standart razyomlarla maqistralla biləşdirilir.     
İnformasiyanın 
emalı 
və 
idarəetmənin 
mərkəzləşdirilməsinin  birinci  səviyyəsi  kreytdə,  ikinci 
səviyyəsi  isə  -  yeddiyə  qədər  kreyti  birləşdirən  budaqda 
təmin  edilir.Birgə  işləmək  üçün  bir  neçə  budağı 
birləşdirmək olar. 
Konstruktiv  olaraq  hər  bir  kreytdə  25  modul 
yerləşdirilə bilər.Sağdan iki modul FBİ (kreytin kontrolleri) 
üçündür.Qalan  23  modul  FBQM-dir.Hər  bir  funksional 
modulun  eni  17,2  mm-dir.Kreytin  hündürlüyü  200,9  mm, 
dərinliyi  isə  293  mm-dir.Hər  bir  FB-in  interfeys  qovşağı 
olmalıdır.FB-lər  kreytdə  ixtiyari  qayda  ilə  yerləşə 
bilərlər.Hər bir FB-nin  ünvanı  onun kreytdə  yerləşdiyi  yerə 
uyğun gəlir. 


39 
 
EHM  ilə  əlaqə  kreytin  kontrolleri    (KK)  vasitəsilə 
icra  edilir,  mikroprosessorlar  və  mikro-EHM-lər  FB  kimi 
qoşula bilərlər. 
İ41  interfeysi.  Bu  interfeys  MP  sistemlərdə,  8-
(K580)  və  16  (1810)  mərtəbəli  MP  əsasında  yaradılmış 
mikro-EHM-lərdə  istifadə  edilir.  İ41  interfeysinin  üç  şini  ( 
magistralı)  vardır:  ünvan  şini,  məlumatlar  şini,idarəetmə 
şini.  Bu  interfeysə  dayandırmalar  sisteminin  vasitələri  də 
daxildir:ətraf  qurğulardan  gələn  dayandırmalar  üçün  sorğu 
siqnalları 
xətləri, 
arbitrin 
sxemi,üstünlük 
dərəcəli 
dayandırmalar  bloku  (kontrolleri).İnterfeysdə  yaddaşa 
müraciət  etməklə  oxumaq  və  yazmaq,ətraf  qurğuların 
iştirakı  ilə  infodmasiyanı  verdikdə  daxil-  və  xaricetmə 
əməliyyatları (əmrləri) icra edilir. 
8-mərtəbəli 
MP 
ilə 
işlədikdə 
informasiya 
interfeysindən  baytlarla,16-mərtəbəli  MP  ilə  işlədikdə    isə 
16- və ya 8-mərtəbəli sözlərlə ötürülür. 
İnformasiyanın  interfeysdən  ötürülməsinin  hər  bir 
anında  iki  FB  iştirak  edir.Bunlardan  biri  aktiv  (idarəedici-
verici)  ,  o  biri  isə  passiv  (icraçı-qəbuledici)  olur.İnterfeysə 
qoşulan hər bir qurğu FBQ ola bilər. 
Yaddaş qurğusundan başqa yerdə qalan qurğular isə 
FBM  ola  bilər.Eyni  bir  FB  bir  əməliyyatda  verici,başqa 
əməliyyatda  isə  qəbuledici  ola  bilər.Məsələn,yaddaşa 
müraciət  etdikdə  prosessor  FBM,  dayandırmalara  sorğunu 
yerinə yetirdikdə isə - FBQ olur. 
İ41  İnterfeysində  aşağıdakı  əsas  və  köməkçi 
funksiyaları  yerinə  yetirmək  mümkündür:  interfeysi 
idarəetməyə  cəhd  göstərən  FB-lərin  sorğularının  arbitrajı; 
vericilərin  dəyişdirilməsi;  məlumatlarla  mübadilə  (oxuma, 


40 
 
yazma);    müraciəti  qadağan  edən  əməliyyatlar;    qidalan-
dırma sistemlərində qəza hallarındakı əməliyyatlar. 
İ41 
interfeysinin 
fərqləndirici 
əlamətləri: 
mərkəzləşdirilmiş  idarəetməli;  idarəetmə  və  informasiya 
siqnalları  üçün  şinləri  ayrı-ayrıdır;  şinlər  sistemi  magistral 
tiplidir;  informasiya  FB-ləri  mənbə-qəbuledici  tiplidir; 
informasiya  mübadiləsi  paralel  qayda  üzrə;  informasiya 
mübadiləsi üsulu –asinxron; verilmiş tipli EHM ilə işlədilir; 
konstruksiyasi unifikasiya edilib;  qida gərginliyi unifikasiya 
edilib – 12; +12; +5 V. 
 
2.5. Virtual informasiya-ölçmə sistemləri 
 
Müasir  dövrdə  informasiya  texnologiyalarının 
inkişafı ilə əlaqədar olaraq ölçmə texnikasında virtual ölçmə 
sistemləri və cihazları yaranmışdır. 
 
Virtual  cihazlar    (Virtual  İnstruments)    anlayışı 
ölçmə, 
informasiya 
və 
kompyuter 
texnikasının 
qovuşmasında meydana gəlmişdir. Virtual cihaz kompyuter, 
siqnalların  universal  daxiletmə-xaricetmə  aparat  vasitələri 
və 
ixtisaslaşdırılmış 
proqram 
təminatının 
kombinasiyasından ibarətdir. 
 
Sadə halda virtual cihaz – müvafiq proqram təminatlı 
fərdi  kompyuter  olub,  onun  daxilində  yerləşdirilmiş 
verilənlərin  yığım xüsusi platası və  yaxud LPT-portu, eləcə 
də  müasir  xarici  interfeyslər  vasitəsilə  qoşulan  xarici 
qurğudan ibarətdir.  
Belə  interfeyslər  USB,  RS-232,  FielBus,  FireWire, 
İrDa, GPİB  və s.  ola bilər. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə