Tempus-jpcr: anpassung des lehrbetriebs an den bologna prozessim ingenieurstudium f


Şəkil 2.1. İnformasiya – ölçmə sisteminin



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə6/26
tarix08.10.2017
ölçüsü2,8 Kb.
#3944
1   2   3   4   5   6   7   8   9   ...   26

22 
 
Şəkil 2.1. İnformasiya – ölçmə sisteminin 
ümumiləşdirilmiş struktur sxemi 
1)
 
ölçmə qurğusu – buraya ilkin və ikinci ölçmə 
çeviriciləri, ölçü ilə müqayisə, kvantlama, kodlama 
2)
 
informasiyanı reqistrator və yaxud indikator şəklində 
təqdimetmə qurğusu; 
3)
 
İÖS-nin  bütün  qovşaqlarının  qarşılıqlı  təsirini  təşkil 
edən idarəetmə qurğusu
4)
 
  stimullaşdırıcı  təsir  generatorları  da  daxil  olmaqla 
obyektə təsiretmə qurğusu. 
İnformasiya  İÖS-dən  operatora  verilə  və  yaxud 
kompyuterə daxil ola bilər. Operator və kompyuter sistemin 
iş  proqramını  dəyişməklə  idarəetmə  qurğusuna  təsir  edə 
bilər.  Bir  sıra  İÖS-də  bəzi  qurğular  və  əlaqələr  olmaya  və 
yaxud  dəyişdirilə  bilər.  İÖS-in  tərkibində  kompyuter 
olduqda  informasiya  bu  kompyuterə  bilavasitə  emal  və 
yaxud (və) saxlama qurğularından daxil ola bilər. 
2.3. İnformasiya-ölçmə sistemlərinin təsnifatı 
İnformasiya  qəbulediciləri  və  ötürücüləri  olan  funk-
sional 
qovşaqlar 
(FQ) 
arasında 
informasiyanın 
ötürülməsinin  təşkili  üsulundan  asılı  olaraq  İÖS-nin 
zəncirvari, radial və maqistral strukturları vardır. 
 
Zəncirvari strukturlu İÖS-də informasiya bir FQ-dan 
digərinə ardıcıl olaraq ötürülür (şəkil 2.2). 
 
Şəkil 2.2. Verilənlərin ötürülməsinin zəncirvari struktur 
sxemi 


23 
 
Bütün  FQ-lar  giriş  siqnalları  üzərində  qabaqcadan 
verilmiş  əməliyyatı  yerinə  yetirirlər.Belə  strukturlu  İÖS 
nisbətən 
sadədir,lakin 
onun 
funksional 
imkanları 
məhduddur.   
Radial strukturlu İÖS-də (şəkil 2.3)  FQ-lər arasında 
siqnalların  mübadiləsi  mərkəzi  idarəetmə  qurğusu  – 
kontroller vasitəsilə  yerinə  yetirilir. Kontroller  FQ- lərin iş  
rejimlərini  verir,  qarşılıqlı  təsirdə  olan  FQ-lərın  sayını  və 
tərkibini,  eləcə  də  onlar  arasında  əlaqələri  dəyişir  ki,bu  da 
İÖS-nin  funksiyalarının  dəyişməsinə  səbəb  olur.  Bu 
strukturda  hər  bir  FQ  kontrollerə  özlərinin  fərdi  şinləri  ilə 
qoşulur.Radial  strukturun  çatışmayan  cəhəti  FQ-ların  sayı 
artdıqda kontrollerin mürəkkəbləşməsidir. 
 
Şəkil 2.3. Verilənlərin ötürülməsinin radial struktur sxemi 
 
Maqistral strukturlu İÖS-də (şəkil 2.4) bütün FQ-lar 
üçün  ümumi  olan  magistral  vardır  və  bu  magistralla  FQ-
ların qarşılıqlı təsir siqnalları ötürülür.Belə struktur sistemdə 
funksional  qovşaqların  sayını  asanlıqla  artırmağa  imkan 
verir. 


24 
 
 
Şəkil 2.4. Verilənlərin ötürülməsinin magistral struktur 
sxemi 
Radial-zəncirvari  və  radial-magistral  strukturlar  da 
mövcuddur ki, bunlar da baxılan strukturların kombinasiya-
sından ibarətdir. 
 
İÖS ilə ölçülən və nəzarət olunan fiziki kəmiyyətlər 
olduqca  müxtəlifdirlər.  İÖS-in  universal,yəni  müxtəlif 
kəmiyyətlərin  ölçülməsi  və  nəzarət  olunmasından  ötrü 
yararlı olması üçün ölçülən  və nəzarət  olunan kəmiyyətlər 
unifikasiya  olunmuş  elektrik  siqnalları  kimi  təqdim 
olunurlar.  İÖS-də  aşağıdakı  ynifikasiya  olunmuş  siqnallar 
istifadə olunur: 
        1)  Parametrləri  (ani,  orta,  təsiredici  qiymət,tezlik, 
period,  faza  sürüşməsi  və  i.a)  informativ  olan  sabit  və 
dəyişən  cərəyan  və  gərginliklər  şəklində  olan  fasiləsiz 
siqnallar. 
        2)  Parametrləri  (amplituda,tezlik,impulsların    və  ya 
intervalların  müddəti)  informativ  olan  sabit  cərəyan 
impulsları seriyası şəklində olan impuls siqnalları. 


25 
 
       3)  Sabit  cərəyan  və  gərginlik  impulsları  şəklində  olan 
kod-impuls 
siqnalları.Bu 
siqnalların 
kombinasiyası 
kodlaşdırılmış ölçülən kəmiyyətin qiymətlərini verir. 
 
Bu  və  ya  digər  unifikasiya  olunmuş  siqnalların 
istifadə  olunması  İÖS-nin  tələb  olunan  xarakteristika-
larından, rabitə kanalının növündən,ölçmə informasiyasının 
təqdim  olunma  formasından  (analoq  və  yaxud  rəqəm), 
istifadə olunan element bazasından və s. asılıdır. 
2.4.  İnformasiya-ölçmə sistemlərinin interfeysləri 
Bütün  real  ölçmə-informasiya  sistemləri  (ÖİS)  bir-
biri  ilə  əlaqələndirilmiş  bir  neçə  funksional  blok  (FB) 
şəklində  göstərilə  bilər.  FB  dedikdə  çevirmə,informasiya 
mübadiləsi  və  idarəetmə  funksiyalarını  icra  edən  birgə  və 
uyğunlaşdırılmış  iş  rejiminin  olmasını  tələb  edən  system 
hissəsi başa düşülür. 
Ölçmə-informasiya  sistemlərinin    interfeysi 
dedikdə  funksional  bloklar  (FB)  arasında  informasiya 
mübadiləsinin  qaydaları  və  proqram  təminatı  ,  eləcə  də 
sistemdə FB-lərin birgə işləməsini təmin edən uyğun texniki 
vasitələr toplusu başa düşülür. 
Bütün  ÖİS-lər  analoq,rəqəm,analoq-rəqəm  FB-
lərinin  birləşməsindən  ibarətdir  və  buna  görə  də  FB-lərin 
birgə  işləməsini  təmin  edən  standart  interfeyslər  (İF)  lazım 
gəlir.Rəqəmli İF-lər daha yaxşı inkişaf etmişlər.Ona görə də 
əsasən  proqramlaşdırılan  rəqəmli  İF-lərə  xüsusi  yer  verilir. 
Proqramlaşdırılan  və  informasiyaya  görə  uyğunlaşmanı 
təmin edən İF-lərin əsas əlamətləri aşağıdakılardır: 
-idarəetmənin  xarakteri  –  mərkəzləşmiş  və 
mərkəzləşməmiş; 
-informasiya  və  idarəetmə  siqnalları  üçün  şinlər 
sistemi – ümumi (birləşdirilmiş), xüsusi (ayrı); 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə