onunla vuruşmağa göndərdi. Vuruşma İsfahan ətrafında başlandı. Allahın
qəzası ilə bu davada İskəndər
xan öldürüldü, qoşunu da məğlub edildi.
Fətəli xan İraq vilayətlərinin bir neçəsini istila etdi. Qardaşı İskəndər
xanın ölüm xəbərini eşidən kimi Kərim xanın hirsindən qanı beyninə
sıçradı. İntiqam almaq və qan tökmək məqsədilə qüvvətli qolunu
çırmalayıb saysız-hesabsız qoşun topladı. Azərbaycana gəlməmişdən
qabaq Pənah xana bir dostluq məktubu yazıb, etibarlı adamlarından biri
ilə göndərdi. O bu məktubda belə yazmışdı: “Pis adam olan Fətəli xan
bizimlə qanlı, sizinlə də qatı düşməndir, bizim qardaşımızı öldürüb,
sizinlə isə bağladığı müqaviləni pozub, ona riayət etməyib, oğlunuzu
götürüb aparmışdır, hər gün bir tərəfə və hərdən biri ilə vuruşmaya
başlayır (həyat sizin üçün qisas almaqdan ibarətdir). Buna görə də ədavət
qılıncını qınından çıxarıb intiqam almağa əzm etmişəm.
Sizdən
dostcasına xahiş edirəm ki, tezliklə ixtiyarınızda olan qoşunu götürüb
mənim yanıma gələsiniz, bir yerdə onunla vuruşmağa hazır olasınız. Həm
sizin oğlunuzu fəlakətdən qurtarım, həm də öz qardaşının intiqamını
ondan alım”. Pənah xan oğlunu xilas etmək üçün fürsət axtarırdı və
Allahdan yeganə arzusu o idi ki, Fətəli xanı cəzalandırsın. Pənah xan bu
xəbəri eşidən kimi cəld çoxlu atlı və piyada götürüb, Kərim xanın yanına
gəldi. Kərim xan onu böyük hörmət və izzətlə qarşıladı. Onlar birlikdə
Fətəli xanı dəf etməyə yola düşdülər. Urmiya ətrafına
yetişərkən Fətəli
xanla qarşılaşdılar. Fətəli xan bir az vuruşduqdan sonra davam gətirə
bilməyib qalaya qayıdaraq gizləndi. Bir neçə müddət sonra zəiflədiyini
hiss etdi, çarəsiz qalıb, Kərim xana itaət etməyə başladı.
Kərim xanın verdiyi vədə inanıb üzə çıxdı və itaətkarlıq göstərdi.
Kərim xan özünü şah yox, vəkil adlandırırdı. Burada İbrahimxəlili öz
yanına çağırıb ona xələt, qılınc, qızıl yəhərli bir at bağışladı, eyni
zamanda ona Qarabağa getməyə və orada hökmranlıq etməyə əmr verdi.
Kərim xan Pənah xandan bir neçə günlüyə birlikdə səyahətə və kef
çəkməyə Şiraza getmələrini xahiş etdi. Pənah xan isə onun bu xahişini
qəbul etdi. Kərim xan Fətəli xanı da özü ilə götürüb Şiraza getdilər.
Kərim xanın anası öz qardaşının qisasını Fətəli xandan almağı
oğlundan tələb edirdi,
buna baxmayaraq, Kərim xan öz verdiyi vədi və
bağladığı müqavilənaməni pozmaq istəmədi. Birlikdə getdikləri
28
zaman yolun yarısında Fətəli xanla İskəndər xanın vuruşduğu yerə
yetişdilər. Kərim xan Fətəli xandan soruşdu: “Bu yer nə yerdir?” Kərim
xan dalğınlıqla cavab verdi ki, bu həmin təhlükəli döyüş meydanıdır ki,
burada İskəndər xanın həyat günəşi qaranlıqlar içərisində söndü. Kərim
xan Fətəli xanın bu cavabından elə qəzəbləndi ki, az qaldı ürəyi partlasın.
Kərim xan o saat Fətəli xanın ölümünə əmr verdi, cəsədini isə qardaşı
İskəndər xanın yanında basdırdılar. Bir neçə gündən
sonra Kərim xan və
Pənah xan Şiraza çatdılar. Orada bir neçə gün qaldılar, Pənah xan Şirazda
xəstələnib öz əcəli ilə vəfat etdi, onun cənazəsini böyük hörmətlə
Qarabağa gətirdilər. Ağdamda öz pulu ilə alınmış yerdə dəfn etdilər...
Bəziləri deyirlər ki, Pənah xan qəsdən özünü ölülüyə vurmuş idi. O öz
yaxın adamlarına vəsiyyət etmişdi ki, öləndən sonra onun cənazəsini
Qarabağa aparsınlar, bu məqsədlə və hiylə ilə Şirazdan çıxıb,
yolda ata
minib, Qarabağa getsin və burada öz hökmdarlığını davam etdirsin.
Kərim xan Pənah xanın fikrini başa düşərək deyir:
- Pənah xan mənim xeyirxah dostumdur. Buna görə də mən gərək
onun cənazəsini tam hörmətlə Qarabağa göndərəm.
Onun qarnını yarıb ədviyyat ilə doldurduqdan sonra Qarabağa yola
salır.
QARABAĞDA VƏ BAŞQA YERLƏRDƏ
İBRAHİMXƏLİL XANIN HÖKMDARLIĞI VƏ
ONUNLA YAXIN YERLƏRDƏ OLAN XANLARIN
ARASINDAKI HADİSƏLƏR
1148 (1762)-ci ildə Pənah xanın vəfatından sonra böyük oğlu
İbrahimxəlil xan atasının yerində hakim oldu.
O heç kəsə tabe olmurdu,
əksinə İraq, Azərbaycan hüdudları arasında olan Şəki, Şirvan, Gəncə,
Ərdəbil, Xoy, Marağa, İrəvan, Qaplanguha kimi vilayətlərin məlik, hakim
və xanlıqlarından üstün idi.
Çox vaxt göstərilən hakimlərin işdən götürülməsi və ya təyin edilməsi
onun əmri ilə icra olunurdu.
O, avar və Dağıstan hakimi Ümmə xanın bacısı Bikə ağaya evlənərək
onunla qohum oldu. Dağıstan ölkəsindən ona kömək gəlirdi və
29
çox vaxt ləzgilərin qonşularını yanında qonaq sifətilə Qarabağ
kəndlərinin hesabına saxlayırdı. İbrahimxəlil
xan Qaradağ vilayətini də
həmin ləzgi qoşununun köməyi ilə zəbt etdi. Araz kənarında bir çox
binaları və abadanlıqları olan və eyni zamanda Qaradağ vilayəti
hakiminin əyləşdiyi yeri - Guruşt qalasını dibindən dağıdıb yerlə-yeksan
etdi, oranın əhalisini başqa vilayətlərə köçürərək, pərən-pərən saldı.
R ü b a i (sətri tərcümə):
Guruşt haradır? Gözəllikdə səkkizinci cənnətdədir,
Onunla mənim qəlbim həmişə sevinirdi.
Bunda nə hikmət var ki,
Adəm behiştdən,
mən də Guruştdan qovuldum.
İbrahimxəlil xan Guruşt hakimi Mustafa xanı tutub özü ilə gətirdi və
Şuşa qalasında həbs etdi. Qaradağın bəzi mahallarını hədiyyə və bəxşiş
olaraq sərkərdələrinə bağışladı ki, onun gəlirindən və xeyrindən istifadə
etsinlər.
İBRAHİM XANIN NAXÇIVANA HÜCUMU
O zamanlar Naxçıvan hakimi Kəlbəli xanla İbrahim xanın arasında
ədavət törəmişdi. Buna görə də İbrahim xan Dağıstan ləzgilərindən
kömək istədi və Dağıstan hakimi Ümmə xan öz qoşunu ilə İbrahim xanın
köməyinə gəldi. İbrahim xan Qarabağın atlıları və könüllüləri ilə (çəri)
birlikdə hərəkət etdi. Kəlbəli xana cəza vermək qərarına gəldi və onun
olduğu Qarababaya yetişərək dayandı. Qoşuna kəndləri və əkin yerlərini
dağıtmaq əmrini verdi. O, Qara-babanı mühasirəyə aldı.
Kəlbəli xan da qabaqcadan İrəvan hakimindən kömək istəmişdi. O da
ona bir qədər kürdlərdən və başqa ellərdən kömək göndərmişdi.
Yuxarıda qeyd etdiyimiz yerdə hər iki tərəfin
qoşunu bir-birinə rast
gəldi. Kəlbəli xan bir qədər geri çəkildikdən sonra Tiflis yolu ilə qaçmağa
üz qoydu. Bunu görən Ümmə xan iti gedən atını onların dalınca çapdı.
İbrahim xan isə Ümmə xanın Kəlbəli xanı təqib etməsinə mane oldu və
onun təqibi nəticəsiz qaldı.
30