XANLARIN ƏSLİ VƏ TƏRƏQQİ DÖVRÜ
HAQQINDA
Qarabağ xanlarının əsli Cavanşir oymağı və Sarıcalı tayfasındandır.
Bəzilərinin dediyinə görə, onların əsli tatar elindəndir. Həmin elin əziz və
hörmətli adamlarından biri vətəni tərk edib Gürcüstanda Lori qalasına getmişdi.
Gəncə xanlarının tərəqqi dövründə həmin şəxs onların yanına gəlib vəzifə sahibi
olmuşdu. Nəhayət, oradan da Qarabağa, Cavanşir elinə gəlmiş, burada evlənmiş,
bir oğlu da olmuşdur. Oğlanın adını da Əli qoymuşdur. Bu oğlan san olduğu
üçün onu Sarıca Əli çağırırdılar. Malı, dövləti çox olduğu üçün o, ətrafına çoxlu
yoxsul və muzdur toplamışdı. Bu el Sarıca Əli adı ilə məşhurdur.
Sarıca Əlidən sonra mal-dövlət onun oğlu İbrahim ağaya keçdi. İbrahim ağa
isə mal və dövləti çox olduğuna görə məşhurlaşdı. İndi də Ağdam şəhərində
onun bağından nişanələr var. Arasbar isə İbrahim ağanın mal-qarası üçün otlaq
yeri idi.
İbrahim xanın Qalaq yaylağı da məşhur yerdir. Nadir şah Cavanşir elindən
qoşun toplayarkən İbrahimxəlilin böyük oğlu Fəzləli bəyi öz yanına aparıb
eşikağası təyin etdi. Fəzləli bəy vuruşma meydanında öldürüldükdən sonra Nadir
şah onun kiçik qardaşı Pənahəlini öz yanına gətirib onu qardaşının əvəzində carçı
təyin etdi. Pənahəli öz vəzifəsini bir müddət yerinə yetirdi. Lakin müəyyən
zaman keçdikdən sonra Nadir şahın xidmətindən qaçıb Qarabağa getdi. Orda-
burda gizlicə yaşayıb özünü müdafiə etdi. Nadir şah Pənahəlinin tutulması və
onun yanına gətirilməsi haqqında Azərbaycan əmirlərinə, bəylərbəyilərinə,
Şirvan xanlarına və başqa şəxslərə təkidlə fərmanlar göndərdisə də, onun əmri
yerinə yetirilmədi.
Nəhayət, 1747-ci ildə Nadir şahın öldürülməsi xəbəri hər tərəfə yayıldı.
Nadirin ölümündən sonra Pənahəli üzə çıxdı və Qarabağ elində başına bir dəstə
toplayıb hakimiyyətdən dəm vurdu.
Pənahəli bəy Qarabağın ən böyük ellərindən olan Cavanşir, Otuz-iki və
Kəbirli elləri ilə bərabər sürgündən qayıtmış Gürcüstan ellərini də öz ətrafına
toplamışdı və bu ellərin hər biri ilə yaxşı rəftar edirdi. Pənahəli bu ellərin
içərisində olan adlı-sanlı cavanları öz başına toplayıb vilayətlər içərisində böyük
qəhrəmanlıq göstərdi, qonşu hökmdarlarla çəkişmə və vuruşma başladı. Belə bir
şəraitdə, yəni Nadir şah öldürüldükdən sonra Adil şah adı ilə məşhur olan qardaşı
19
oğlu Əli Qulu xan onun yerində hökmran oldu. Əmiraslan xan isə onun
tərəfindən Azərbaycan ölkəsinin sərdarı təyin edildi. Əmiraslan Pənahəli bəyin
əhvalatını eşidib onu görmək arzusuna düşdü. Nəhayət, onlar bir-biri ilə
görüşdülər. Bu görüş zamanı Əmiraslan xan Pənahəliyə Adil şaha itaətkar
olmağı təklif etdi.
Pənahəli bəy dövrün hökmünə görə bu təklifi qəbul etdi. Əmiraslan işin nə
yerdə olduğunu Adil şah həzrətlərinə xəbər verdi. Xələti, qılıncı və xanın yazılı
hökmünü Pənah xana apardı. Pənah xan işə təzə başladığından möhkəm bir yerin
(mərkəz) olması haqqında düşündü ki, baş verə biləcək hadisələrdən orada özünü
qoruya bilsin.
1162 (1748)-ci ildə Bayatda səngər və qala binası qoydu, orada bir divanxana
hasarı tikdi. Bu zaman Qarabağ Xəmsə məlikləri bir yerdə Şirvanatda və başqa
yerlərdə ixtiyar sahibi Hacı Çələbiyə belə bir məktub yazdılar ki, Pənah xan
Qarabağda hökmdar olmuşdur, qala və səngər tikdirməyə başlamışdır. Özü də
ağalıq iddiasındadır. Araqarışdıranlar Hacı Çələbini Pənah xanla vuruşmağa
təhrik etdilər və ona yazdılar ki, əgər bu işdə lazımi ölçü götürülməsə, bu adamın
öhdəsindən gəlmək çətin olacaqdır.
Hacı Çələbi onların yazdıqlarına əsasən Car və Balakəndən, Şir-vanatdan və
başqa yerlərdən güclü qoşun toplayıb, Pənah xanı əzmək və məhv etmək
niyyətilə yola düşdü. Pənah xan da öz adamlarını Bayat qalasında toplayıb
müdafiəyə hazırlaşdı. Hacı Çələbi inadla davaya girişdisə də arzu və məqsədinə
çatmadı və geri qayıtmağa məcbur oldu.
Hacı Çələbi geri qayıtdığı zaman yolda demişdi: “Pənah xan indiyə kimi
sikkəsiz qızıl kimi idi, biz də gəlib sikkə vurduq və geri qayıtdıq”. Bu söz
camaatın arasında zərbi-məsəl oldu. Bundan sonra Pənah xan daha özünə
möhkəm yer axtarmağa başladı. 1165 (1751)-ci ildə Şahbulaqda dağın lap
ətəyində Şahbulaq adlanan yerdə bir qala tikdirdi
1*
. Məscid, dörd yol ayrıcında
hamam tikdirmək üçün plan tərtib edib bu yeri özü üçün sakit və rahat bir
mərkəzə çevirdi.
Bundan əlavə, Çiləbörd və Talış məlikləri ilə davaya və döyüşə başladı. Belə
bir vəziyyətdə Qarabağ məlikləri arasında özlərinə rəhbər seçmək işində
ziddiyyət və ixtilaflar yarandı.
*
1
Müəllif səhv edir. Şahbulaq qalası 1749-cu ildə tikilmişdir. Bayat qalası isə 1748-ci ildə bina
edilib.
20
Qarabağ məlikləri öz içərilərində bir nəfər rəhbər məlik seçmək istədilər. O
hər bir səlahiyyətə malik olub hamı onun əmrinə tabe olmalı idi. Buna görə də
məliklər arasında ziddiyyət yarandı.
Məliklik iddiasında olan və özbaşınalıq edən Məlik Şahnəzər Vərəndə
mahalının məliki olan əmisi Məlik Həsəni öldürdü.
Xəmsə məlikləri bu həyəcanlı xəbəri eşidən kimi öz qoşunlarını götürüb
haqsızlıq edərək, əmisini öldürmüş Məlik Şahnəzəri cəza-landırmaq üçün onun
üzərinə birgə hücuma keçdilər.
Məlik Şahnəzər özünü müdafiə etmək üçün Çanaqçı kəndində qalaça tikdirib,
ətrafına divar çəkdirmişdi. Ona görə də məliklər Çanaqçı kəndini tuta bilməyib,
Vərəndə mahalını qarət etdilər. Onlar gələn il yenə də qoşun və adamları ilə
Çanaqçı kəndinin üzərinə hücum çəkmək, buranı güclə zəbt etmək və Məlik
Şahnəzəri tənbeh etmək niyyətilə geri qayıtdılar.
Məlik Şahnəzər o biri məliklərə nisbətən özünün zəif olduğunu və işin pis
nəticə verəcəyini hiss etdi. O, ümidsiz qalıb, Pənah xanın yanına gəldi və ona
pənah gətirdiyini, itaət etdiyini bildirdi. Məliklərin şərindən qurtarmaq üçün ona
kömək göstərməsini xahiş etdi. Pənah xana axıradək itaətkar və sədaqətli
olacağını bildirdi.
PƏNAH XANIN YÜKSƏK DƏRƏCƏDƏ
TƏRƏQQİSİ VƏ ONUN BİR NEÇƏ
VİLAYƏT ÜZƏRİNDƏ SƏRDARLIĞI
Nadir şahdan sonra İranda müstəqil şah yox idi. Ona görə də İranın müxtəlif
vilayətlərində hər kəs yerindən qalxıb padşahlıq iddiasına düşür, qoşun düzəldib
vuruşurdular. Yuxarıda da bu barədə yazılmışdı.
Azad xan əfqan tayfaları ilə birlikdə İranın bir hissəsini öz əlinə keçirtdi.
Fars, Luristan, İran qoşunlarının köməyi ilə Kərim xan başqa yerləri öz əlinə
aldı. Astarabad və Mazandaran tərəfləri Məhəmməd-həsən xan Qacar zəbt etdi.
Urmiya və Əfşar vilayətlərinə Fətəli xan sahib oldu. Bunlardan heç birisi bir-
birinə tabe olmurdular. Bu zaman Pənah xan da Qarabağ mahalında baş
qaldırmışdı. Xəmsə məliklərini sakitləşdirdi və tərəddüd edənlərə də lazımi
tənbeh etdi.
O, Qaradağ hakimlərindən Mehri, Güney mahallarını, Bərgüşada kimi
Naxçıvan hakimindən Tatef və Sisyan mahallarını, Təbriz
21
Dostları ilə paylaş: |