Mən bu tarixin müəllifı kiçik bəndə Mirzə Yusif Qarabaği uşaqlıqdan
Qarabağdan Qızılbaş vilayətinə gedərək orada sərdar Əmir xanın yanında 18 il
qalıb, onların dilini mükəmməl surətdə öyrəndim
1*
. Bir müddət divanxanada
yazı işləri ilə məşğul olub, öz vaxtımı tarix və qayda-qanunlar, səyahətlər
haqqında kitab oxumağa sərf etdim. Hər tayfa və millət ilə əlaqəyə girib onların
adət və ənənələri ilə tanış oldum.
Hicri 1244 (1828)-cü ilində qüdrətli Rus dövləti iranlılar ilə ikinci dəfə sülh
müqaviləsi bağladı.
Mən İran vilayətindən öz vətənim olan Qarabağa gəldim. Calallı və kəramətli
rus çarı birinci Nikolay Pavloviç çox mərhəmətli və xeyirxah olduğu üçün heç
kəsin əqidə və inamına toxunmur, ölkə idarə etmek işi ilə əlaqəsi olmayıb, böyük
Allahın əmrinə aid olan din və şəriət işlərinə qarışmırdı. O heç kəsin tərəfini
saxlamır və heç kəsə ədavət bəsləmirdi. O bütün tayfaları və Adəm övladını bir
qayda ilə yola verir və onlar ilə eyni cür rəftar edirdi.
Mən bir neçə müddət qədim və təzə müqəddəs ruhani kitablarını (İncil,
Tövrat, Zəbur) oxumaqla məşğul olub onlar ilə də lazımi qədər tanış oldum. Bir
çox tarix kitablarında fərqlər, dolaşıqlar və tərəfgirlik görüb yalan, uydurma
sözlər eşitdiyim üçün bəzi dostlarımın xahişilə mübaliğə və yalandan azad bir
kitab yazmaq qəranına gəldim. Hər fənnə və elm sahəsinə baxdımsa o sahədə bir
əsər və ya bir kitab yazıldığını gördüm. Buna görə mən də Asiya xanları və
Qafqazda olan böyüklərin tarixini, habelə bu ölkələrin qüdrətli Rus dövləti
ixtiyarına necə keçdiyini təsvir etməyə çalışdım. Bu müharibələrin bəzilerində
özüm iştirak edib, bir çox hadisələri öz gözlərimlə görmüş, bəzilərini mötəbər
adamlardan eşitmiş və bir hissəsini də ermənicə və qeyri kitablardan istifadə
edib, həqiqəti meydana çıxarmağa cəhd etdim.
İzah etdiyim hadisə silsiləsinin qırılmaması və sözün gözəlliyinin itməməsi
üçün keçmiş şəxslərin əhvalından da sonrakı tarixçilərin verdiyi məlumata
müvafiq şəkildə bəhs etdim, hamı rəğbətlə oxusun deyə, bu tarixi xoş üslub və
fars dilinin gözəl ibarələri ilə yazdım.
*
1
Əsər farscadan sərbəst tərcümə olunmuşdur. - N.A.
13
Adəm əyyamından başlayaraq, İsa Məsihinin peyğəmbərliyinə qədər bir
tarixi müxtəsər yazdım
1*
ki, hər məsələni izah etmək asan olsun, dolaşıqlıq və
təhriflər aradan qalxıb hamı ondan istifadə edə bilsin. Bununla belə maddi
vəziyyətin çətinliyi üzündən məqsədə çatmaq yolu bağlı olub zəmanənin pisliyi
ilə bəxtimin kəmliyindən bu arzumu və dostların xahişini həyata keçirməkdə
ləngidim. Çünki zəmanənin haqq adamların ziddinə olduğu ağıllı şəxslərə
bəllidir.
Bir neçə vaxt istirahət etmədən bu fıkir ilə yaşadım. Nəhayət, zəmanənin
zülmü aradan qalxdı, işlər düzəldi və qüdrət sahibləri üçün işləməyə imkan
yarandı.
1854 miladi, 1271 hicri ilində iradəli və tədbir sahibi, böyük və kiçik işləri
qaydaya salan, gözəl əxlaq sahibi, lütfkar, nəcib nəsildən olan, yüksək calallı
fərmandar, Kaspi dənizi ətrafının və Şimali Dağıstan qoşunlarının başçısı, şahlar
şahının mərhəmət və iltifatına layiq olan general-leytenant knyaz Qriqori
Orbelianinin icazəsi ilə onun hüzuruna gəlib yanında yazı işləri üzrə vəzifəyə
daxil oldum və onun buyuruğuna görə həmin bu kitabı yazmağa başladım.
Misilsiz vəzir, qılmc və qələm sahibi olan, biliklər müəllimi cənab knyaz
Dmitri Davidoviç Curcazinin tədbiri və köməkliyi ilə bu kitabı yazıb onun mədhi
ilə qurtardım.
Bu kiçik töhfəmi böyük utancaqlıqla qarışqanın Süleymana verdiyi bir töhfə
kimi, o ədalət işığı ilə nurlanmış Q.Orbelianiyə təqdim etdim.
1
*
Əsərin əfsanəvi tarix xarakteri daşıyan və Qarabağa dəxli olmayan hissəsi ixtisar edilmişdir.
14
GƏNCƏ VƏ GƏNCƏ XANLARININ
ƏSİL-NƏSƏBLƏRİ HAQQINDA
1
İstər qədim dövrdə, istər monqolların istilası zamanında və istərsə də səlcuq
və türkmən sultanlarının hakimiyyəti dövründə, Gəncədə həmişə böyük xanlar və
bəylərbəyilər oturmuşlar. Amma Səfəvilər dövründə Şah Abbas Gəncədə
abadlığın binasını qoyduğu üçün orada çox vaxt Qacar Ziyadoğlunun xanları
hökmranlıq edir və Qarabağın da ixtiyarı onların əlində idi. Ziyadoğlu xanları
həmişə Səfəvi dövlətinə havadar və sadiq olmuşlar. Buna görə də fərman və
yazılarda onları böyük əmirlər əmiri, Gəncə və Qarabağın bəylərbəyisi, Qacar
Ziyadoğlunun müsahibi kimi adlandırırlar. Tiflis və Gəncə sərhədi olan
Sığnaqdan Xudafərin-Araz körpüsünə kimi bütün ərazi həmin xanların
ixtiyarında idi. Onlar bəzi vaxtlar hətta Tiflisdə də hökmdarlıq etmişlər. Hicri
1148 (1736)-ci ildə, İran şahı seçmək üçün Muğan səhrasında çağırılmış böyük
qurultaya Nadir şahın əmr və fərmanı ilə hər bir ölkədən camaat toplanmışdı.
Gəncə xanları isə Nadir şah dövlətinin tərkibinə daxil olmağa razı deyildilər və
hətta kütləni də təbliğ edirdilər ki, Səfəvi övladlarından başqa heç kimi şahlığa
seç-məsinlər.
Buna görə də qəzəbli və kinli Nadir şah səltənətə keçdikdən və müstəqil şah
olduqdan sonra dərhal Gəncə xanlarını məhv etmək qərarına gəldi və get-gedə
onların səlahiyyətlərini əlindən aldı, sonra Qazax və Borçalı ellərinin ixtiyarını
da onlardan alıb Gürcüstan valisinə verdi.Nadir şah Qarabağ ellərindən ibarət
olan Cavanşirlilər, Otuzikililər və Kəbirlilərin Xorasana köçürülməsi haqqında
əmr verdi. Qarabağın Xəmsə mahalındakı Çiləbörd, Xaçın, Talış, Vərəndə,
Dizaq mahallarına ermənilərdən məliklər təyin etdi və onlara əmr verdi ki, heç
vaxt heç kəsin əmrinə tabe olmasınlar, özlərinin lazımi şikayətlərini birbaşa
padşaha yetirsinlər. Buna görə də Gəncə xanlarının səlahiyyətləri əllərindən
alındı və get-gedə onlar zəifləşdilər.
1
Söhbət Mərkəzi Gəncə olan Qarabağ bəylərbəyliyindən gedir.
15
Dostları ilə paylaş: |