QARABAĞIN XƏMSƏ MAHALLARI VƏ XƏMSƏ
MƏLİKLƏRİNİN ƏSİLLƏRİ HAQQINDA
Qarabağ Taxtaqapısının beş mahalının əhalisi tamamilə xaçpə-rəst
olub, Xəmsə adı ilə məşhurdur. Bu mahallar aşağıdakılardır:
Birinci, Dizaq mahalıdır ki, uzunu Əkərə çayı və Kültəpədən
başlayaraq, Maltəpəyə kimi, eni isə Araz çayından Xurat dağına kimidir.
Bu mahalın torpağı çox məhsuldardır. Burada yaxşı pambıq, çəltik, ipək
və taxıl yetişdirilir. Araz çayı boyunca bir neçə böyük şəhər var idi.
Həmin şəhərlər dağılmış və indi onların ancaq xarabalıqları qalmışdır.
Onların məlikləri keçmişdə Rumdan gəlmişdir. Bunlardan Məlik Yegan
adlı bir şəxs Nadir şahın yanında böyük hörmətə və ehtirama malik
olmuşdur və onu babalıq şah adlandırmışdılar.
Əhvalat belə olmuşdur: qış fəslində Nadir şahın ordusu Muğanda idi.
Bir gün Nadir şah Məlik Yeganı öz yanına çağırıb imtahan üçün ondan
göbələk istədi. O da baş üstə deyib şahın yanından getdi. Əyanlar və
kəndxudalar ona dedilər ki, nə üçün şahın bu çətin tələbini qəbul etdin.
Məgər ilin bu vaxtında göbələk tapılarmı? Məlik Yegan isə cavabında
dedi: “Bu sizin işiniz deyil, necə cavab verəcəyimi özüm bilirəm”.
Beləliklə o, bir neçə gündən sonra şahın qulluğuna gedib dedi:
- Sizin əmrinizə görə mən dağlara adam göndərdim, lakin göbə-lək
bitən yerləri indi qar basdığından göbələk tapmaq mümkün olmamışdır.
Nadir şah Məlik Yeganın belə itaətkar olduğunu görüb çox xoşu gəldi
və dedi: “Babamsan, babam. Mən də bilirdim ki, bu mövsümdə göbələk
olmaz, ancaq sizin nə dərəcədə ağıllı və itaətkar olmağınızı yoxlayırdım”.
Həmin gündən sonra onu baba çağırmağa başladılar.
Məlik Yegan Nadir şah dövründə Qarabağın başqa məliklərinə
nisbətən vəzifə etibarilə böyük hörmətə malik olmuşdu. O bəzi vaxt-lar
isə bütün mahallarm vəkilliyini də aparmışdır. Onun təmiz və doğruçu
adam olması haqqında belə nağıl edirlər: bir gün Nadir şahm arvadı da öz
iltifatım göstərmək üçün Məlik Yeganın arvadmı qonaq çağırır. Məlik
Yeganm arvadı şahm hərəmxanasma gəlir. Şahın mət-bəxində hörmətli
qonaqlar üçün hazırlanmış cürbəcür xörəklər Məlik
16
Yeganın arvadı üçün də hazırlanır. Xörək hazır olandan sonra onu
yeməyə dəvət edirlər. Məlik Yeganın arvadı isə bu təklifə cavab olaraq
demişdi ki, bu gün pəhriz saxladığına görə yeyə bilməyəcək. Bu sözdən
sonra onun etiqadlı və dindar olması şaha daha çox xoş gəlmiş və ona
hədiyyə verilməsini əmr etmişdir.
İkinci, Vərəndə mahalıdır ki, o, Kirs dağından başlayaraq Əli-baba
düzənliyinə qədər uzanır. Eni Kirs dağından Şuşakənd çayına və
Xəlifəliyə qədərdir. Bu ərazi çox gəlirli və məhsuldardır. Burada buğda
və başqa dənli bitkilər yaxşı yetişir. Adları qeyd olan yerlərin məlikləri
Göycə və Zivə kəndlərindən gəlib Çanaqçı kəndində məskən salmışlar və
get-gedə oranın adlı-sanlı adamları olmuşlar. Bu məliklər çox zaman
Vərəndə mahalı məlikliyinin işi ilə də məşğul olmuşlar. Onlar Məlik
Şahnəzərlilər adı ilə məşhurdurlar. Hərçənd məliklik üstündə onların
övladları arasında çəkişmə və ziddiyyət vardı, amma onlardan hər birinin
özü üçün çalışdığı aydın idi. Hətta Nadir şah onlardan Mirzəbəy adında
bir məliki müqəssir bilib onu boğazından asdırmışdı.
Bir müddət məlik mənsəbliyi başqalarının əlində idi. Sonra isə yenə
də məliklik Şahnəzərin övladına yetişdi. Məlik Şahnəzər çox varlı və
dövlətli idi. Məlik Şahnəzər Qarabağ xanlıqları dövründə onlara çox
xidmət göstərmişdir. Buna görə də böyük hörmətə malik idi. Pənah xan
da yenicə hökmranlığa başlamışdı və pula böyük ehtiyacı var idi. Məlik
Şahnəzər bu vaxt Pənah xana yaxından kömək etmiş və onun lazımi
maddi ehtiyacını ödəmişdi.
O həmişə öz oğlu Məlik Cəmşid ilə xanlara qulluq etmiş və onların
hörmətini qazanmışdı.
Hətta Məlik Şahnəzər işin və vəziyyətin yaxşılaşması xatirinə qızı
Hürzad xanımı Pənah xanın oğlu İbrahim xana ərə verdi. Beləliklə də,
onların arasında yaxınlıq və qohumluq yarandı. Deyilənə görə, Pənah
xanın hakimiyyətinin ilk günlərindən birində Məlik Şahnəzər onun
yanına gedib demişdi ki, fikir çəkmə, yeddi il sənin qoşununu köhnə darı
ilə saxlaram.
Hazırda Məlik Şahnəzərin övladları sağdırlar. Rusiya hakimiyyəti
zamanında da onlar böyük hörmət sahibi idilər.
Üçüncü, Xaçın mahalıdır, eni Qarqar çayından başlayıb Qabartıda
qurtarır. Uzunu Qırxqız və Mıxtökən dağından Bayat meşəsinə
17
qədərdir. Bura da keyfiyytcə Vərəndədən yaxşı olmasa da buğda və sair
məhsulları boldur.Bəzi yerlərində çəltik də yetişdirilir. Bu yerlərin çoxu
meşəlik və cəngəllikdir- Deyilənə görə, Xaçında vaxtilə kiçik bir qala
olmuş, adına Hetrak qalası demişlər. İndi isə bu qala kiçik bir kənd
halında qamaqdadır. Bu kəndin məlikləri qədimdə Həsən Cəlalovların
övladlarından olmuşlar. Onların hakimiyyəti bitdikdən sonra Pənah
xanım dövründə Xndzristandan Məlik Mirzə xan adlı bir nəfər Pənah
xana göstərdiyi xidmət və sədaqətinə görə onun tərəfindən məlik təyin
olunmuşdur. Bu məlikin övladları da məlik olmuş və bu vəzifədə xidmət
göstərmişlər. Rusiyanın hakimliyi dövründə onların axırıncı məliki Məlik
Qəhrəman idi.
Dördüncü, Çiləbörd mahalıdır. Bu mahalın uzunluğu Qırxqızdan
başlayıb Bərdə və Bayat meşəsinin kənarında qurtarır. Eni isə Xaçın və
Qabartı çayından Tərtər çayına qədərdir. Burada toxumluq buğda və
başqa taxıl məhsulu yaxşı yetişdirilir. Bunların məlikləri vaxtilə
Məğavizdən gəlmişlər və burada məliklik etməyə başlamışlar. Bu
məlikliyin əhalisi cəsurluqda və qəhrəmanlıqda məşhur olmuşdur.
Buranın ərazisinin böyük bir hissəsi meşəlikdən və keçilməz yerlərdən
ibarətdir. Garmırx adlanan məşhur qala da buradadır. Bu qala olduqca
möhkəmdir. Məliklər həmişə bu qalada yaşamış, igidlik və rəşadət
göstəmıişlər. Öz qəhrəmanlığı ilə məşhur olan həmin məliklərdən biri
Nəlik Allahqulu idi. Allahqulu Nadir şah dövründə onun xidmətində
olub, Abdulla paşa Köprülü oğlu sərəsgər ilə müharibədə böyük rəşadət
göstərmişdir. Bu səbəbə görə də o, Nadir şahın əmrinə görə Məİik deyil,
Sultan Allahqulu çağırılmış, böyük nüfuza malik olmuşdur.
Beşinci, Talış mahalıdr. Bu mahalın uzunluğu Murov və Gülüstani-
İrəm dağından, Kürün kənarına qədər, eni isə Tərtər çayından Gorana
qədərdir. Buranın torpağı çox münbitdir. Burada taxıl və sair dənli
məhsul yaxşı əmələ gəlir. Bunların məlikləri əslən şirvanlı olub, Talış
kəndində məskən salmışlar. Bunlar Bəylərovlar adı ilə məşhurdurlar.
Onların övladlarından bir neçəsi də məliklik vəzifəsini daşımışdır.
Nəhayət, böyük məlik Usub Gülüstan qalasını zəbt edərək orada
yerləşmişdir! Onların övladları hazırda Rusiya hakimiyyəti dövründə də
böyük nüfuza malikdirlər
18
Dostları ilə paylaş: |