bəylərbəyisindən Uşacıq kəndinin yuxarısınadək, Tərtər çayı sahilində
Kolanıların məskəni olan Göyçə sərhədinə kimi İrəvan hakimindən aldı.
Vaxtilə Xudafərin körpüsündən Kürək çayına kimi ərazi Gəncə
bəylərbəyilərinə tabe idi. İki-üç ilin müddətində, yəni 1755-1757-ci
illərdə bu qeyd olunan yerləri onların əllərindən alıb öz ixtiyarlarına
keçirdi.
Bundan başqa Kəngərliləri Naxçıvandan olan bir minbaşıya, Gür-
cüstan elindən olan Dəmirçi Həsənli, Çinli tayfalarını da başqa min-
başıya tabe etdi.
Bunların hamısını öz yanına çağırıb, onlara Qarabağda yer verdi.
Onlar həmişə Pənah xana ürəklə və sədaqətlə xidmət edirdilər və heç vaxt
onlarda Pənah xana qarşı xəyanət və ya inadcıllıq görünmürdü. Əsil Elat -
Qarasuvay, Taxtaqapı, Cavanşir, Otuzikilər və Kəbirli eli idi. Bunlar
hamısı Pənah xanın itaətindəydi. Cavanşir və Otuziki mahallarının
əhalisindən bəzi vaxtlar müxtəlif xəyanətlər görünürdü.
Az vaxtda Pənah xan Gəncə, Qaradağ, Ərdəbil, Naxçıvan hakimlərini
və xanlıqlarını özünə tabe edib, itaətə gətirdi. Pənah xan vilayətlərin
bəzilərində onların öz adamlarından hakim və başçılar təyin etdi.
Vilayətin hər birinin adlı-sanlı adamlarının uşaqlarından və qadınlarından
gətirib Tərnəküt qalasında əmanət saxlayırdı.
ŞUŞA QALASININ BİNASI,
QACAR MƏHƏMMƏDHƏSƏN XANIN
ŞUŞA QALASINA HÜCUMU VƏ
MƏQSƏDƏ ÇATMADAN GERİ QAYITMASI
Qacar Məhəmmədhəsən xanın istiqlaliyyət xəbəri İran, Azərbaycan və
Mazandaran vilayətlərinə çatan kimi Pənah xan təşvişə düşdü. Çünki
Nadir şahdan sonra Məhəmmədhəsən xanın qardaşı oğlu Adil şah sərdar
Əmiraslan xan ilə dostluğu möhkəmlətmişdi. Buna görə də
Məhəmmədhəsən xana onların ziddinə getmək və onlarla düşmənçilik
etmək çox çətin idi. Eyni zamanda ətraf xanlardan da arxayın deyildi.
Daxildə də düşmənlər çox idi. Əgər o başqalarının təhriki ilə Qarabağa
hücum etsə idi, bunun nəticəsində ancaq onun eli və adamları düşmən
ayağı altında əziləcəkdi. Yaxşı demişlər: “Olacaq hadisənin qarşısını
yalnız hadisə baş verməzdən qabaq
22
almaq gərək”. O öz vəzir-vəkilləri ilə məsləhət etdi, bu qərara gəldilər ki,
gözəl, səfalı və xətasız bir yerdə qala tikdirsinlər. Soraqlaşdıqdan və
axtarış etdikdən sonra Məlik Şahnəzərin bələdçiliyi və nümayəndəliyi ilə
əhalinin indiki yaşayış yeri olan Şuşa qalasının yerini müəyyən etdilər.
Bu yeri Pənah xan özü gedib gözü ilə görmüş və hər cəhətdən
bəyənmişdi. Lakin ərazinin ortasından su axmadığı üçün bir neçə yerdə
quyu qazdırdı və bu quyulardan çoxlu su çıxdı. Bundan sonra 1166
(1752)-cı ildə Pənah xan xoş bir gündə Şuşa şəhərinin təməlini qoydu.
Şəhər cənub-qərbdən, şimal-şərqdən, həmçinin qərb və cənub tərəfdən
piyada və qeyriləri üçün gediş-gəliş mümkün olmayan möhkəm hasar və
təbii sıldırım qayalarla əhatə olunmuşdur. Divar çəkmək üçün şəhərin
aşağı tərəfini və bir də şərq tərəfinin bəzi yerlərini ölçdülər. Bu işdə kənd
əhli, mahalların məlikləri, ellərin başçıları ilə bir yerdə çalışaraq, beş
arşın hündürlüyündə, iki arşın enində bir divar hördülər.
Bu divardan nə top gülləsi, nə də başqa bir şey keçməzdi. Çünki divar
daş və əhənglə bərkidilmişdi. Bu divarlardan dörd darvaza açdılar. Şimal
və şərq tərəfdən olan darvazaya - Şuşa kənd darvazası deyilir. İki darvaza
isə şimal ilə qərb arasındadır. Bunlardan birinə İrəvan darvazası, digərinə
isə Gəncə və Çiləbörd darvazası deyilir. Dördüncü darvaza isə dağılmış
və hazırda onun yerinə divar tikilmişdir. İndi isə şəhərin ancaq üç
darvazası var.
Şuşa şəhəri bina olandan sonra Pənah xan Şahbulaq qalasının əha-
lisini, bəzi Qarabağ və başqa kənd adamlarını köçürüb Şuşa şəhərinə
gətirdi, onlara burada yer verdi. Burada sikkəxana tikdirdi. Pənahabad adı
ilə bir misqal vəznində gümüşdən pul sikkəsi vurdurdu. Sikkənin bir
tərəfində Pənahabad, o biri tərəfində isə “La ilahə illəllah, Muhəmmədən
rəsulullah” sözləri yazılmışdı. “Pənahabadın” altısı bir manat, səkkizi isə
Qarabağ tüməni adlanırdı.
Pənah xan Şuşa qalasını tikdirib qurtardıqdan sonra asudələşdi. Bir il
bundan sonra belə bir xəbər gəldi ki, Qacar Məhəmmədhəsən xan İraq,
Azərbaycan və başqa vilayətlərin əhalisindən topladığı çoxlu qoşunla
Qarabağ tərəfə, Şuşa qalası üzərinə basqın etmək fikrinə düşübdür. Pənah
xan da özünə tabe olan ellərdə, Taxtaqapının və başqa kəndlərin işgüzar
və döyüşə qabiliyyəti olan kişilərini Şuşa qalasına toplayıb, düşmənə
qarşı müqavimət göstərməyə və şəhərin müdafiəsinə hazırlaşdı.
Məhəmmədhəsən xan da özünün çoxlu
23
qoşunu ilə gəlib Şuşa şəhərinin ətrafındakı Xatın arxı yanmda dayandı.
Oradan yuxarı tərəfə hərəkət etməyə cəsarəti olmadı. O, Pənah xanı
tutmaq üçün müxtəlif hiyləyə əl atdısa da, bu iş mümkün olmadı. O biri
tərəfdən də Qarabağ əhli, onların qoşunları və başqa dəstələr düşmənin
mal-dövlətini əlindən alıb zərər vurdular, hətta əsgərlərin də atlarını
əllərindən alıb, var-yoxunu qarət etdilər. Bunlar üçün azuqə gətirənlərin
yolunu kəsirdilər. Bu zaman Kərim xanın qələbəsi, istiqlaliyyəti və onun
İran tərəfə olan yürüşü Məhəmmədhesən xanm qulağma çatdı. Bu xəbəri
eşidən Məhəmmədhəsən xan İraqa getmək fikrindən əl çəkdi.
Məhəmmədhəsən xanm Tehran-dan gətirdiyi hasar topu adı ilə məşhur
olan iki böyük topu Xatm arxmda qalmışdı. O gedəndən sonra bu toplar
Şuşa qalasma gətirildi. 1242 (1826)-ci ildə Şuşa qalasmm qızılbaşlar
tərəfindən mühasirəsi zamanı bu toplar rus əsgərlərinin əlində idi.
Əsgərlər lazım olan vaxt toplardan istifadə edirdilər. Şuşa qalası əhli gün-
gündən artırdı. Keçmişdə Pənah xanın zamanmda çəkilmiş qalanm qədim
divarları 1214 (1799)-cü ildə dağılmışdı. İbrahim xanın dövründə və Rus
döv-ləti zamamnda bilikli və məlumath mühəndis və bələdçilərin yaxşı
planı və nəqşəsi üzrə həmin divarlar bir verstdən artıq uzadıldı və
əvvəlkindən daha möhkəm bir divar çəkildi...
Şuşa şəhərinin məhəllələri aşağıdakılardan ibarətdir:
Mehrili, Qazançılı, Əylisli, Çiləbörd Dərə, Aşağı məhəllə, Qurdlar,
Culfa, Quyuluq, Çuxur məhlə, Hacı Yusuflu, Merdinli, Cuhudlar, Saatlı,
Mamayı, Xoca Mərcanlı, Çölqala və Hamamarası.
PƏNAH XANIN BAŞQA XANLARLA BİRLİKDƏ
İRAKLİ XAN TƏRƏFİNDƏN TUTULMASI
Elə ki Məhəmmədhəsən xan müvəffəq olmayıb geri qayıtmağa
məcbur oldu, Pənah xan özünün bacarıq və qabiliyyətini hiss etdi.
Qaradağlı Kazım xanı, naxçıvanlı Heydər xanı, gəncəli Şahverdi xanı
yanına çağırıb, müşavirə etdi və belə bir qərara gəldi ki, Şirvanat
vilayətləri və Dağıstan tərəfləri Hacı Çələbinin ixtiyarına keçdiyi üçün
ona tənbeh etmək lazımdır. O bizə heç etina etmir və heç bir işdə də
məsləhətləşmir və nə də yoldaşlıq edir, ona görə biz gərək
24
Dostları ilə paylaş: |