Təsdiq edirəm: “Əczaçılıq texnologiyası və idarəçiliyi”



Yüklə 66,24 Kb.
tarix03.05.2018
ölçüsü66,24 Kb.
#41166


Təsdiq edirəm:

Əczaçılıq texnologiyası və idarəçiliyi”

kafedrasının müdiri, ə.m., prof. M.N. Vəliyeva

İmza_____________________________________



22.01.2016


Azərbaycan Tibb Universiteti

Bitki mənşəli parafarmasevtik vasitələrin



texnologiyası” fənni üzrə magistrlar üçün

İşçi tədris proqramı

(Sillabus)


FƏNNİN KODU:

FƏNNİN NÖVÜ: Məcburi

FƏNNİN TƏDRİS SEMESTRİ: P-2

FƏNNİN KREDİTİ: 4

FƏNNİN TƏDRİS FORMASI: Əyani

FƏNNİN TƏDRİS DİLİ: Azərbaycan

FƏNNİ TƏDRİS EDƏN MÜƏLLİMLƏR: dos.S.C.Mehralıyeva


KAFEDRANIN ƏLAQƏ NÖMRƏLƏRİ: +994(12)597-12-08

E-mail ünvanı: sevil66@mail.ru

PREREKVİZİTLƏR: Fənnin tədrisi üçün öncədən “Əczaçılıq marketinqi” və “Əczaçılıq əmtəəşünaslığı” fənni tədris olunmalıdır.

KOREKVİZİTLƏR: Bu fənnin tədrisi ilə eyni vaxtdaFarmakologiya” və “Kliniki farmakologiya” fənlərinin tədrisi zəruridir.
FƏNNİN İZAHATI: “Bitki mənşəli parafarmasevtik vasitələrin texnologiyası” fənninin əsasən öyrənilmə hədəfi bitki mənşəli parafarmasevtik vasitələrdir. Bu fənn qeyd edilən mənbələrdən yeni dərman formalarının yaradılması istiqamətlərini öyrənir. Hazırlanmış yeni parafarmasevtik vasitələrinin keyfiyyət normalarının öyrənilməsi də bu fənnin əsas məsələlərindəndir. Parafarmasevtik vasitələrin sənayedə istehsalından bəhs edən fənn istehsalat texnologiyasında validasiya prinsiplərini, GMP tələblərini, bioloji aktiv əlavələrin Azərbaycan Respublikasında qeydiyyatının və markentinqinin təşkilini öyrənir.
FƏNNİN MƏQSƏDİ: Əczaçılıq sənayesində parafarmasevtik vasitələrin GMP tələbləri səviyyəsində istehsal mərhələlərini həyata keçirmək üçün ixtisaslaşdırılmış, savadlı və yüksəkdərəcəli mütəxəssislərin hazırlanması.
FƏNNİN NƏTİCƏLƏRİ: Fənnin mənimsənilməsi nəticəsində tələbə-magistr validasiya prinsipləri və istehsalat reqlamenti əsasında parafarmasevtik vasitələrin sənayedə istehsalat texnologiyası və marketinqi qaydalarının təşkilini bilməlidir.

FƏNNİN MÖVZULARI:
Mühazirələr


N

Mövzunun adı

Saat

1

Mövzu№ 1.

Bioloji fəal əlavələr. Təsnifatı, onlara qarşı tələblər. Sağlam həyat tərzinin əsas amilləri. Funksional qidalanmanın elmi əsasları



2

2

Mövzu№ 2.

Parafarmasevtik məhsulların ümumi xarakteristikası və nomenklaturası. Bitki mənşəli parafarmavestik vasitələr



2

3

Mövzu№ 3.

GMP tələbləri əsasında parafarmasevtik vasitələrin istehsalat texnologiyası. Yeni nəsil parafarmasevtika (Axis™-technology). Bioloji fəal əlavələrin istehsalında nanotexnologiyanın tətbiqi 



2

4

Mövzu № 4.

Azərbaycanda parafarmasevtik vasitələrin marketinqinin təşkili prinsipləri



2

Seminar dərslərinin mövzuları


N

Mövzunun adı

Saat

1

Mövzu№ 1.

Bioloji fəal əlavələr: nutrisevtiklər, parafarmasevtiklər, probiotiklər. Bioloji fəal əlavələrin səmərəli qidalanmada əhəmiyyəti



4

2

Mövzu№ 2.

İnsanların müxtəlif yaş qrupları üzrə funksional qidalanması



4

3

Mövzu № 3.

Bioloji fəal əlavələrin istifadəsində tələb olunan normativ hüquqi sənədlər



4

4

Mövzu № 4.

Azərbaycan Respublikasında bioloji fəal əlavələrin qeydiyyatı. Bioloji fəal əlavələrin marketinqinin təşkili prinsipləri



6

5

Mövzu № 5.

Bioloji fəal əlavələrin keyfiyyət normalarının təyini



2


Laboratoriya dərslərinin mövzuları

Həftələr

Mövzunun adı

Saat

1


Mövzu№ 1.

Bitki mənşəli parafarmasevtik vasitələr. Parafarmasevtik poroşokların texnologiyası


4


2

Mövzu№ 2.

Bitkilərdən alınan ekstraktlar (maye, qatı, quru) əsasında parafarmasevtik qranulların hazırlanma texnologiyası



4

3


Mövzu№ 3.

Fitoekstraktların kapsullaşdırılmış formalarının hazırlanması



4

4

Mövzu№ 4.

Bitkilərdən alınan ekstraktlar əsasında parafarmasevtik tabletlərin hazırlanma texnologiyası




4

5

Mövzu№ 5.

Parafarmasevtik stimullaşdırıcı içkilərin texnologiyası. Eliksir, balzam, şirə və şərbətlərin hazırlanması


4



6

Mövzu№ 6

Müalicəvi kosmetoloji və sanitar-gigiyenik parafarmasevtik vasitələr. Maye, qatı, quru, yağlı ekstraktlar əsasında parafarmasevtik krem, gel, losyon, diş tozu və pastasının hazırlanma texnologiyası



4

7

Mövzu№ 7.

Müalicəvi palçıq, mineral sular. Ölü dənizin mineralları əsasında parafarmasevtik vasitələrin hazırlanması



4

8

Mövzu№ 8.

Uşaq qidaları. Poroşok formasında olan uşaq qidalarının texnologiyası. Pəhriz qidalarının texnologiyası



4

9

Mövzu№ 9.

Aroma preparatların texnologiyası.



4


Davamiyyətə verilən tələblər: Dərsə davamiyyətə görə verilən maksimum bal 10 baldır. Balın miqdarı əsasən: tələbə semestr ərzində fənn üzrə bütün dərslərdə iştirak etdiyi halda ona 10 bal verilir. Semestr ərzində fənnin tədrisinə ayrılan saatların hər buraxılan 10 %-nə 1 bal çıxılır. Bütün fənlər üzrə semestr ərzində buraxılmış dərs saatlarının ümumi sayı normativ sənədlərdə müəyyən olunmuş həddən yuxarı olduğu halda tələbə-magistr imtahan sessiyasına buraxılmır və onun haqqında müəyyən qərar qəbul edilir.

Qiymətləndirmə:

Tələbə-magistrin biliyi maksimum 100 balla qiymətləndirilir. Bundan 50 balı tələbə-magistr semestr ərzində, 50 balı isə imtahanda toplayır. Semestr ərzində toplanan 50 bala aşağıdakılar aiddir: dərsə davamiyyətə görə ─ 10 bal; sərbəst işə görə ─ 10 bal; məşğələ (seminar) və ya laborator dərslərin nəticələrinə görə - 30 bal. Əgər fənn üzrə kurs işi (layihəsi) nəzərdə tutulubsa, onda məşğələ (seminar) vəlaborator dərslərinə görə 20 bal, kurs işinin (layihəsinin) hazırlanması və müdafiəsinə görə 10 bal verilir.

Tələbə-magistrin imtahanda topladığı balın miqdarı 17 baldan aşağı olmamalıdır. Fənn üzrə ayrılmış bütün saatların 25%-dən çoxunda iştirak etməyən tələbə həmin fənnin imtahanına buraxılmır. Semestr ərzində 3 dəfə kollokvium keçiriləcəkdir. Kollokviumda iştirak etməyən tələbələrə jurnalda bal qeyd olunmayacaq. Sərbəst iş və kurs işlərinin qiymətləri dərs jurnalında qeyd edilir. Semestr ərzində tələbələrə 5 dəfə tipik test tapşırıqları veriləcəkdir.

Fənn üzrə semestr ərzində toplanmış balın yekun miqdarına görə tələbənin biliyi Avropa Kredit Transfer Sisteminə (AKTS) görə aşağıdakı kimi qiymətləndirilir:

51 baldan aşağı – “qeyri-kafi” – F

51 - 60 bal – “qənaətbəxş – E

61 - 70 bal – “kafi” – D

71 - 80 bal – “yaxşı – C

81 - 90 – “çox yaxşı – B

91 - 100 – “əla” – A



SƏRBƏST İŞ:

Semestr ərzində 5 sərbəst iş tapşırığı verilir. Hər tapşırığın yerinə yetirilməsi 2 balla qiymətləndirilir.

Sərbəst iş yazılı şəkildə və ya kompüterdə yığılmış şəkildə , həcmi 2 vərəqdən az olmamalıdır. Sərbəst işlər dərsdənkənar günlərdə təhvil verilməlidir. Hər bir sərbəst iş tələbənin fərdi fikirlərinin məcmusu olduğuna görə plagiat yolverilməzdir.
SƏRBƏST İŞLƏRİN MÖVZULARI VƏ TƏHVİL VERİLMƏSİNİN SON TARİXİ


Sıra

№-si


Mövzunun adı

Son tarix

1.

Bitki mənşəli parafarmasevtik vasitələrin hazırlanma texnologiyası

15

may


2.

Müalicəvi- kosmetoloji parafarmasevtik vasitələrin texnologiyası

15 may

3.

Bitki ekstraktları əsasında parafarmasevtik stimullarşdırı içkilərin hazırlanması

15 may

4.

Parafarmasevtik poroşokların texnologiyası

15 may

5.

Parafarmasevtik qranulların hazırlanma texnologiyası

15 may

6.

Müalicəvi palçıqdan hazırlanan parafarmasevtik vasitələr

15 may

7.

Qidaya əlavələr. Pəhiz qiadalar. Uşaq yeməkləri

15 may

8.

Fitoekstraktlar əsasında parafarmasevtik tabletlərin hazırlanması

15 may

9.

Aromapreparatların texnologiyası

15 may

10.

Fitoekstraktlar əsasında parafarmasevtik kremlərin hazırlanma texnologiyası

15 may

11.

Fitoekstraktlar əsasında hazırlanan parafarmasevtik şərbətlər

15 may

12.

Tərkibində bioloji fəal əlavələr saxlayan naturoməhsullar


15 may

13

İnsanların müxtəlif yaş qrupları üzrə funksional qidalanması

15 may

14.

Bitki mənşəli müalicəvi-profilaktik konsrvlərin texnologiyası

15 may

15.

Parafarmasevtik preparatlar

15 may

16.

Dəniz duzu əsasında hazırlanan parafarmasevtik preparatlar

15 may

17.

Müalicəvi və profilaktik əhəmiyyətli qida əlavələri

15 may

Son tarixdən sonra təqdim olunmuş sərbəst işlər, səbəbindən asılı olmayaraq nəzərə alınmayacaqdır.

Sərbəst işlərin nəticələri jurnalda qeyd edilir.



Davranış qaydalarının pozulması. Tələbə Universitetin daxili nizam-intizam qaydalarını pozduqda Əsasnamədə nəzərdə tutulan qaydada tədbir görülür.

ƏDƏBİYYAT və MATERİALLAR:

1. Azərbaycan Respublikasının “Yeyinti məhsulları haqqında”Qanunu. 18 noyabr 1999-cu il, 2015-ci il 30 sentyabr tarixli 1334-IVQD nömrəli Qanun (23 noyabr 2001-ci il tarixli, 219-IIQD nömrəli; 03 dekabr 2002-ci il tarixli, 389-IIQD nömrəli; 5 dekabr 2003-cü il tarixli, 538-IIQD nömrəli; 17 aprel 2007-ci il tarixli, 313-IIIQD nömrəli; 16 dekabr 2008-ci il tarixli, 744-IIIQD nömrəli; 30 dekabr 2008-ci il tarixli, 756-IIIQD nömrəli; 4 mart 2011-ci il tarixli, 82-IVQD nömrəli Qanunlara əsasən əlavələr və dəyişikliklərlə)

2.Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Yeyinti məhsullarına verilən uyğunluq,  gigiyenik sertifikatlarının və baytarlıq şəhadətnaməsinin formasının və uyğunluq,  gigiyenik sertifikatlarının və baytarlıq şəhadətnaməsinin verilməsi qaydalarının təsdiq edilməsi haqqında” qərarı 2007-ci il 25 sentyabr və 2015-ci il tarixli 24 fevral qərar № 48  (Azərbaycan Respublikası Nazirlər  Kabinetinin 2007-ci il  25 sentyabr  tarixli 142 nömrəli qərarında dəyişik-liklər edilməsi barədə )
3. Azərbaycan Respublikasının “Dərman vasitələri haqqında” Qanunu 22 dekabr, 2006-cı il tarıxli № 208-IIIQ (14 aprel 2009-cu il№ 794-IIIQD, 22 iyun 2010-ci il tarixli № 208-IIIQ əlavə)

4. Vəliyeva M.N., Cabbarova Ş.A., Quliyeva E.A. Əczaçılıq marketinqi, I h., Bakı 2002, 94 c.

5.Vəliyeva M.N., Mehralıyeva S.C. Tərkibində maksimal təmizlənmiş məcmu və fərdi bioloji fəal maddələr saxlayan preparatlar. Tədris –metodik vəsait, Bakı 2005, 70s.

6.Vəliyeva M.N., Mehralıyeva S.C.Təzə yığılmış bitkilərdən preparatların və şirələrin alınması. Tədris –metodik vəsait, Bakı 2007, 59s.

7.Mehralıyeva S.C. Çoxkomponentli bitki yığıntıları və onlardan alınan fitovasitələrin tibbdə tətbiqi. Metodik tövsiyə, Bakı 2009, 36s.

8.Vəliyeva M.N., Mehralıyeva S.C. Dərmanların sənaye texnologiyası. Dərslik II hissə, Bakı 2012, 278s.

9.Qasımov M.S., Namazova A.A., Qasımova K.N., Səmədova A.Z. Sağlam qidalanmanın elmi əsasları, Bakı, Qismət, 2014, 748 səh.

10.Qasımov M.S., Vəkilov V.N., Musayev R.H., Rəsulov R.Y. Sağlam həyat tərzi uğrunda (Dərs vəsaiti), Bakı, Qismət, 2012, 424 səh.

11. Cəfərov F.N., Fətəliyev H.K. Funksional qida məhsullarının texnologiyası. Dərslik. Bakı, 2014, 381 səh.



12.Видаль парафармацевтика. Справочник. М.:АстраФармСервис, 2003г.176с.

Hazırladı: ə.ü.f.d., dosent Mehralıyeva S.C.



Yüklə 66,24 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə