Təsdiq edirəm: Metodist: /Bəyməmməd Cəbrayılov



Yüklə 55,42 Kb.
səhifə3/3
tarix15.04.2023
ölçüsü55,42 Kb.
#105692
növüDərs
1   2   3
Aytən İbadova Riy N3

Məlumat müzakirəsi:
Nəticələr müzakirə olunur. Nəticə olaraq vuruğu və ya bölünəni iki ədədin cəmi və ya fərqi kimi göstərmək sizə necə kömək etdi? Daha əlverişli mi oldu? Şagirdlər öz cavablarını səsləndirirlər. Qeyd edirəm ki, ədədləri vuran ,bölən zaman bu şəkildə iki ədədin cəmi və ya fərqi şəkilində göstərmək hesablama prossesini asanlaşdırır.

Ümumiləşdirmə və nəticə :
Vurma və bölmənin digər üsullarından istifadənin əhəmiyyəti nədir? Tədqiqat sualına geri qayıdıb uşaqların fikirini alıram. Və belə nəticəyə gəlirik ki,ədədləri bölərkən və vurarkən vuruğu və bölünəni iki ədədin cəmi və ya fərqi şəklində göstərmək hesablama prossesini daha rahat və əlverişli edir. Təxmini hesablama zamanı da biz ədədi ona yaxın və rahat vurulub ,bölünən ədələ əvəz edib hesablamanı təxmini yerinə yetiririkş.


Yaradıcı tətbiqetmə:
Masaya mavi və yaşıl kartlar üzüaşağı düzülür. Mavi kartlar üzərində vurma, yaşıl kartlar üzərində isə bölmə əməlinə aid misallar yazılır. Oyunda iki komanda iştirak edir. Hər komandadan bir oyunçu növbə ilə masaya yaxınlaşır. Əvvəlcə bir mavi, sonra isə bir yaşıl kartı açır. Kartlardakı misalları lövhəyə yazır, şifahi yerinə yetirib cavabları qarşısında qeyd edir. Yerdə əyləşən şagirdlər isə cavabın doğru olub-olmadığına qiymət verirlər. Hər doğru cavaba görə komandaya bir xal verilir. Növbə digər komandaya keçir. Sonda ən çox xal toplayan komanda qalib elan edilir.


Ev tapşırığı:
İş dəftəri: səh. 30 – Tapşırıqların işlənməsi.

Qiymətləndirmə :
Şagirdləri qrup işlərinə əsasən nizam-intizam, əməkdaşlıq, tapşırığın tam və düzgün şərh edilməsi kimi xüsusiyyətləri və müvafiq qiymətləndirmə meyarlarını da nəzərə alaraq qiymətləndirirəm.

Qruplar


Meyarlar

Çalışqanlar





Çoxbilmişlər





Yaradıcılar



Nizam-intizam










Əməkdaşlıq










Tapşırığın tamvə düzgün şərh edilməsi










Yekun









Şagirdləri fərdi qiymətləndirirəm.



Sinif müəllimi: Əliyeva Firəngiz
Təcrübəçi tələbə: İbadova Aytən
Yüklə 55,42 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə