Təsisçi: Azərbaycan Tibb Universiteti



Yüklə 284,54 Kb.
Pdf görüntüsü
səhifə2/6
tarix26.03.2018
ölçüsü284,54 Kb.
#33912
1   2   3   4   5   6

30 iyun 2017-ci il

3

http://w w w.amu.edu.az



• 

Ölkəmizdə baş verən yüksək iqtisa-

di inkişaf cəmiyyətimizin mədəni-

sosial həyatında, o cümlədən təhsil 

sistemində də böyük dönüşə səbəb 

olmuşdur.  Bu baxımdan Azərbaycan 

Tibb Universitetində  təhsilin yüksək 

səviyyədə tədrisi ilə bərabər ardı-

cıl olaraq tədris korpuslarında, o 

cümlədən tələbə yataqxanalarında 

da əsaslı təmir-tikinti işləri aparılır.

İyunun 14-də  Azərbaycan Tibb Uni-

versitetinin  2    saylı  yataqxanasının 

əsaslı təmirdən sonra açılışı olmuşdur. 

Media nümayəndələrini yataqxana ilə 

tanış edən ATU- nun Həmkarlar İttifaqı 

Komitəsinin sədri, dosent Cahangir Qa-

sımov  təmirdən  sonra  fəaliyyətə  baş-

layan  yataqxananın  yalnız  qızlar  üçün 

nəzərdə tutulduğunu deyib: “Yataqxa-

naya qeydiyyat iyulun 10- dan başla-

nacaq, sentyabrın 11- dən etibarən isə 

tələbələrin yerləşdirilməsi nəzərdə tu-

tulur. 157 nəfər tələbə qızın yerləşəcəyi  

beşmərtəbəli  yataqxana  61  otaqdan 

ibarətdir. Onlardan 12-si bir , 10-u iki, 

31-i üç, 8-i isə dörd nəfərlik otaqlar-

dır.  Belə ki, 2016-cı ilin noyabr ayından 

əsaslı təmirə dayanan 2 saylı yataqxa-

nanın  damı  metal  örtüklə  əvəzlənmiş, 

fasadı  yenidən  suvanaraq  rənglənmiş,  

istilik və su təchizatı yenilənmiş, dəhliz 

və otaqlar müasir LED sistemi ilə işıq-

landırılmış, internet və video müşahidə 

sistemi yaradılmış, yanğına qarşı qur-

ğular quraşdırılmış, sanitar qovşaqların 

və  hamamların  sayı  artırılmış,  müasir 

məişət  avadanlıqları  ilə  təchiz  edil-

mişdir.  Universitetin  daxili  imkanları 

hesabına təmir edilən yataqxanada ən 

müasir tələblərə cavab verən 4 istirahət 

guşəsi,  2  oxu  zalı,  1  məişət  otağı,  4 

kabinəli hamam və Wİ- Fİ lokal şəbəkə 

sistemi quraşdırılıb. Bundan əlavə,  bu-

rada    rahat  yaşamaq  üçün  mətbəx  və 

çamaşırxana  da  tələbə  qızların  ixti-

yarında  olacaqdır.  Onu  da  qeyd  edim 

ki,  2 saylı yataqxananın əsaslı təmirə 

başlamazdan  əvvəl    hörmətli  rekto-

rumuz,  professor  Gəray  Gəraybəylinin 

göstərişinə  əsasən  Həmkarlar  İttifaqı 

Komitəsinin tələbələr arasında  “Əsaslı 

təmirdən  sonra  tələbələrin  oxuması 

və  rahatlığı  üçün  hansı  problemlərin 

həllini tapmasını istərdiniz? ” adı altın-

da  apardığı sorğuya edilən təkliflər də 

öz əksini tapmışdır.”

C. Qasımovun sözlərinə görə, yataq-

xananın birinci mərtəbəsində yerləşən 

tələbə poliklinikası da müasir tələblərə  

uyğun  təmir  edilmişdir.  Poliklinika-

nın  nəzdində  stomatoloq,  qulaq-  bu-

run  boğaz,  nevropatoloq,  oftalmoloq 

kimi tibbi sahələri əhatə edən həkimlər 

xidmət göstərir. Bu həkimlər tədris za-

manı  ehtiyac  olduqda  tələbələrə  tibbi 

yardım edir.  

  Mərasimdə  məlumat  verilmişdir 

ki,  hazırda  universitetin  6  yataqxa-

nası  vardır.  Onlardan  ikisi  qızlar,  iki-

si oğlanlar, biri  xarici  tələbələr üçün 

nəzərdə  tutulub.  Daha  birində  isə 

erməni  təcavüzü  nəticəsində  didərgin 

düşən soydaşlarımız məskunlaşıb. Ha-

zırda  984  tələbə  bu  yataqxanalarda 

yaşayır.  Yeni  tədris  ilində  1200  nəfəri 

yerləşdirmək imkanı var. Bundan əlavə, 

Tibb  Universitetinə  praktikaya  gələn 

xarici tələbələr üçün də xüsusi qonaq 

otaqları  ayrılıb.    Bununla  da  demək 

olar ki, ATU ölkəmizdə tələbələrini ya-

taqxana ilə təmin edə bilən yeganə ali 

məktəb  müəssisəsidir.  Yəni  unuver-

sitetimiz 2017/ 2018- ci tədris ilindən 

etibarən  yataqxanaya  ehtiyacı  olan 

bütün tələbələrini yataqxana ilə təmin 

etmək imkanına malikdir.  

Məlumat  üçün  bildirək  ki,  ATU-nun 

tələbə  yataqxanalarının  tikintisinin 

əsası  XX  əsrin  30-cu  illərində  bu  ali 

tibb  təhsili  müəssisəsinin  o  zaman-

kı rektorlarından olan görkəmli dövlət 

və  elm  xadimi,  professor  Əziz  Əliyev 

tərəfindən  qoyulmuş,  sonrakı  illərdə 

də  bu  təşəbbüs  davam  etdirilmişdir. 

1941-1945-ci  illərdəki  İkinci  Dünya 

müharibəsi  zamanı  ATU-nun  1  və  2 

saylı tələbə yataqxanalarından  təxliyyə 

hospitalı kimi istifadə edilmişdir. 

Ulu  öndər  Heydər  Əliyevin  ölkəmizə 

rəhbərliyi dövründə daha 4 müasir tipli 

yataqxana  binası  tikilərək  tələbələrin 

ixtiyarına verilmişdir. Son  illər ərzində 

isə  bütün  yataqxana  binalarında 

əsaslı  təmir  işləri  aparılmış,  binalar 

ən  yeni  avadanlıqlarla  təchiz  edilmiş, 

tələbələrin rahatlığı üçün hər cür şərait 

yaradılmışdır.

M.ABBASOĞLU

Bu  günlərdə  Azərbaycan  Tibb 

Universitetinin  İnsan  anatomi-

yası  kafedrasının  müdiri,  Rusiya 

Elmlər  Akademiyasının  akade-

miki,  əməkdar  elm  xadimi,  tibb 

üzrə  elmlər  doktoru,  profes-

sor  Vaqif  Şadlinski  və  həmin  ka-

fedranın  professoru,  tibb  üzrə 

elmlər  doktoru  Balakişi  Hüsey-

nov    Rusiya  Federasiyasının  Vo-

ronej  şəhərində  keçirilən  “İnsan 

anatomiyası  fənninin  tədrisinin 

aktual  problemləri”  mövzusunda 

beynəlxalq  iştiraklı  elmi  konfran-

sın, həmçinin “Beynəlxalq Anatom, 

Histoloq və Embrioloqlar Elmi-Tib-

bi  Cəmiyyəti”nin  rəyasət  və  idarə 

heyətlərinin  genişləndirilmiş  ple-

num  iclaslarında  çıxışlar  edərək, 

öz  mülahizələrini  söyləyib,  fikir 

mübadiləsi aparıblar.

Plenumun  işində  “Anatom, 

Histo loq  və  Embrioloqlar  Elmi-

Tibbi  Cəmiyyəti”nin  preziden-

ti,  A.İ.Uvdokimov  adına  Mosk-

va  Dövlət  Tibbi-Stomatologiya 

Universitetinin  İnsan  anatomi-

yası  kafedrasının  müdiri,  Rusiya 

Elmlər  Akademiyasının  akademiki 

L.Kolesnikov,  “Beynəlxalq  Morfo-

loqlar Assosiasiyası”nın fəxri prezi-

denti, Tver Dövlət Tibb Universite-

tinin Anatomiya kafedrasının mü-

diri, Rusiya Elmlər Akademiyasının 

müxbir üzvi, professor D.Bajenov, 

“Anatom, Histoloq və Embrioloqlar 

Elmi-Tibbi  Cəmiyyəti”nin  vitse-

prezidenti,  “Qidalanma,  Biotex-

nologiya və Qida Təhlükəsizliyinin 

Federal  Tədqiqat  Mərkəzi”nin  di-

rektoru,  Rusiya  Elmlər  Akademi-

yasının  müxbir  üzvi,  professor 

D.Nikityuk,  N.N.Burdenko  adına 

Voronej  Dövlət  Tibb  Universiteti-

nin rektoru, professor İ.Esaulenko, 

həmin universitetin İnsanın normal 

anatomiyası  kafedrasının  müdiri, 

tibb elmləri doktoru N.Alekseyeva 

və digərləri iştirak ediblər.

Elə  həmin  gün  professor  

N.Alekseyeva  Bakıdan  gəlmiş 

həmkarı ATU-nun İnsan anatomi-

yası kafedrasının müdiri professor 

V.Şadlinskinin  həmmüəllifliyi  ilə 

Voronejdə nəfis şəkildə çap olunan  

“Həzm və tənəffüs sistemi orqan-

larının  divarlarının  çoxhüceyrələri 

vəziləri (Morfologiyanın funksional 

məsələləri)” adlı 278 səhifəlik mo-

noqrafiyanı həmkarı - Azərbaycan 

alimi  professor  V.Şadlinskiyə 

təqdim  edib.  Monoqrafiyada  pro-

fessor V.Şadlinskinin rəhbərliyi al-

tında  yerinə  yetirilən  Azərbaycan 

alimlərinin elmi-tədqiqat işlərindən 

professor  N.Mövsümovun,  pro-

fessor  M.Allahverdiyevin,    pro-

fessor    B.Hüseynovun,  tibb  üzrə 

elmlər  doktoru  G.Hüseynovanın, 

baş  müəllim  Z.Seyidovanın,  baş 

müəllim  Ü.Cəfərovanın,  assis-

tent  N.Cabbarovanın,  assistent 

T.Qasımovanın  işlərinə  geniş  isti-

nadlar edilib.

Sonda hər iki alim çıxış edərək, 

Azərbaycan  Tibb  Universitetinin 

və  Rusiya  Federasiyasının  Vo-

ronej  şəhərindəki  ali  tibb  təhsili 

müəssisəsinin  İnsan  antomiyası 

kafedraları  arasındakı  beynəlxalq 

əlaqələrin bundan sonra da davam 

etdirilməsini böyük məmnunluq və 

səmimiyyətlə arzu ediblər.



A

zərbaycanın Tibb 

Universitenin anatom 

- alimləri ilə N.N.Burdenke 

adına Voronej Dövlət Tibb 

Universitetinin anatom - 

alimləri arasında beynəlxalq 

əlaqələr möhkəmlənir.

ATU-da anatom alimlərin beynəlxalq əlaqələri genişlənir

ATU-da anatom alimlərin beynəlxalq əlaqələri genişlənir

Azərbaycan Tibb Universitetinin 2 saylı yataqxanası 

əsaslı təmirdən sonra istifadəyə verilib

ATU Ümumdünya Səhiyyə Təşkilatının Kimyəvi Risklərin 

Qiymətləndirilməsi Şəbəkəsinin toplantısında təmsil olunub

u

 



  

19-22 iyun 2017-ci il 

tarixlərində İtaliya-

nın Parma şəhərində 

Ümum dünya  Səhiyyə 

Təşkilatı nın (ÜST) Kimyəvi 

Risklərin Qiymətləndirilməsi 

Şəbəkəsinin toplantısı keçi-

rilib. Bu nüfuzlu toplantıda 

Azərbaycan Tibb Universite-

tinin nümayəndəsi də iştirak 

edib.


Azərbaycan Tibb Uni-

versiteti 2016-cı ildən 

etibarən ÜST Kimyəvi 

Risklərin Qiymətləndirilməsi 

Şəbəkəsinin üzvüdür. 63 

ölkədən 77 təşkilatın iştirakı 

ilə keçirilən görüşdə uiversi-

tetimizi II daxili xəstəliklər 

kafedrasının dosenti, baş 

toksikoloq İsmayıl Əfəndiyev 

təmsil edib. 

Dosent İ. Əfəndiyevin 

sözlərinə görə, kimyəvi 

təhlükəsizlik dün-

ya səhiyyəsinin qlobal 

problemlərindən biridir. Hər 

il minlərlə yeni kimyəvi 

birləşmələrin üzə çıxması və 

bu maddələrin insan sağlamlı-

ğına potensial riskin olmasını 

nəzərə alaraq Ümumdünya 

Səhiyyə Təşkilatı qlobal 

kimyəvi təhlükəsizliyinə 

xüsusi diqqət ayırır. Şəbəkənin 

əsas məqsədi ÜST-yə üzv olan 

ölkələrdə kimyəvi risklərə qar-

şı potensialın gücləndirilməsi, 

elmi mübadilə proqramla-

rının təşkili, təcrübənin və 

metodologiyanın harmoni-

zasiyası, insan orqanizminə 

kimyəvi maddələrdən ziyanın 

müəyyənləşdirilməsi və onla-

rın aradan götürülməsi və s. 

ibarətdir.

ATU-nun Ümumdünya 

Səhiyyə Təşkilatının Kimyəvi 

Risklərin Qiymətləndirilməsi 

Şəbəkəsinin üzvü olması uni-

versitetimizin dünya miqya-

sında artan hörmətini göstərir 

və həmçinin respublikamızın 

əhalisinin kimyəvi risklərinin 

azalmasına əlavə imkanlar 

yaradır.

ATU-nun mətbuat xidməti




Yüklə 284,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə