The gabala archaeological expedition



Yüklə 14,3 Mb.
Pdf görüntüsü
səhifə16/119
tarix15.10.2018
ölçüsü14,3 Mb.
#74304
1   ...   12   13   14   15   16   17   18   19   ...   119

48

2011-2012



Qəbələ arxeoloji ekspedisiyasının hesabatları  

reports oF the gabala archaeologıcal expedıtıon

keçirilmə yeri

Qəbələ  rayonu  Beynəlxalq  Hava  Limanının  ti-

kinti meydanında Qaş, Qalatap və Qala yeri (indiki

Mamaylı, Çarxana və Kürd kəndləri) adlı bir-birinə

çox yaxın təpəliklər.

araşdirmanin obyekti 

və tapşiriqlari

Qala yeri – Qaş yaşayış yerində aparılmış xilasetmə

qazıntıları zamanı abidənin stratiqrafiyasını, təyinatını

öyrənmək,  toplanmış  artefaktları  təhlil  edərək  abidə

haqqında ilkin və zəruri məlumatlar hazırlamaq.

qazintilarin Gedişati 

Qəbələ  rayonunun  ərazisində  beynəlxalq

əhəmiyyətli hava limanının tikintisi çox mühüm bir

arxeoloji abidəni Azərbaycan və region tarixinə bəxş

etdi. Hesabat verməzdən öncə qeyd etmək lazımdır

ki, bu abidə bir daha göstərdi ki, Əlvənd – Qaş ke-

çidi hələ qədim zamanlardan strateji əhəmiyyət da-

şımışdır. Belə bir abidənin bu ərazidə aşkar edilməsi

bir  daha  göstərdi  ki,  Neolit  və  Eneolit  dövrlərində

strateji  əhəmiyyətə  malik  Qəbələ  keçidləri  sonrakı

dövrlərdə  də  öz  əhəmiyyətini  itirməmiş,  hətta  orta

yüzilliklərdə müdafiə istehkamları şəbəkəsi ilə daha

da  möhkəmləndirilmişdir.  Ərazinin  tarixinin  bəzi

izləri hətta qayalarda da qalmışdır.

Hava limanı ərazisində aşkar edilən, e.ə. IV mi-

nilliyin I yarısından – İlk Orta əsrlərə qədər arxeoloji

materiallarla zəngin olan, ümumi ərazisi 15 ha qədər

olan, bir-birinə yaxın üç yüksəklikdən (Qalatap III

sektor, Qala yeri I sektor, Qaş II sektor) ibarət Qala

yeri-Qaş arxeoloji abidəsi yerli rəhbərliyin abidələrə,

tariximizə, Azərbaycanın yeni konteksdə inkişafına

olan qayğısının və hərtərəfli dəstəyinin nəticəsidir.

Azərbaycanda  Eneolit  dövrünə  (Leylatəpə

mədəniyyəti  də  daxil  olmaqla)  aid  150-yə  qədər

abidə  qeydə  alınmışdır.  Qəbələ  abidəsi  Leylatəpə

mədəniyyətini yeni çalarlarla daha da zənginləşdirir.



location

Gash,  Galatap  and  Gala  hills  (the  present-day

villages  of  Mamayli,  Charkhana  and  Kurd)  in  close

proximity to each other at Gabala International Airport

construction site.

investiGation object 

and task 

To study the stratigraphy and purpose of the monu-

ment during rescue excavations at Gala yeri-Gash settle-

ment, analyse the collected artifacts and prepare initial

and necessary information relating to the monument.

excavation proGress 

The construction work on Gabala International Air-

port  uncovered an  archaeological monument of  great

significance for the history of Azerbaijan and the region.

It should be noted prior to reporting that this monument

proved once again that the Alvand-Gash transition was

of strategic importance even from ancient times. The

discovery of such a monument in this area testified once

again that the Gabala transitions which were of strategic

importance in the Neolithic and Eneolithic periods re-

mained important in further ages and were strengthened

with defensive towers in the Middle Ages. Some traces

of the history of the area remained even in the rocks.

The  Gala  yeri-Gash  archaeological  monument

found within the airport area, abounding in archaeologi-

cal remains from the first half of the 4th century BC up

to the Early Middle Ages, covering a total area of up to

15 ha and consisting of the three hills in close proxim-

ity to each other (Galatap Sector III, Gala yeri Sector

I, Gash Sector II) is a result of the care and compre-

hensive support by the local management for the monu-

ments, our history and the development of Azerbaijan

in a new context.

Up to 150 monuments from the Eneolithic period

(including Leyla-Tepe culture) have been registered in

Azerbaijan. The Gabala monument adds new nuances

2011-ci ildə Qəbələ Beynəlxalq Hava Limanı ərazisində 

aşkar olunmuş abidədə aparılan xilasedici arxeoloji tədqiqatların hesabatı

Report on the rescue archaeological surveys at the monument found within the territory

of the Gabala International Airport in 2011

SEBA



49

2011-2012



Qəbələ arxeoloji ekspedisiyasının hesabatları  

reports oF the gabala archaeologıcal expedıtıon

Leylatəpə mədəniyyətinə aid Qala yeri-Qaş yaşayış

yeri öz əhəmiyyətinə görə Kürdən yuxarı ərazilərdə

qeydə alınan ilk abidədir.

Qazıntının ən yaxşı cəhəti ondan ibarət oldu ki,

bir çox yerlərdə arxeoloji, memarlıq və s. abidələr

açılan anda “dəfn” edildiyi, yeri əkin sahəsinə çev-

rildiyi  halda,  (məsələn,  Şəki  rayonu  Kiçik  Dəhnə

kəndindəki Ağdərə adlı kurqanlar qrupu ərazisində

100-ə  qədər  kurqan  yeri  əkilərək  yürüstü  hissə

tamamilə məhv edilmişdir. Ağqabırrı qədim yaşayış

yeri də həmçinin dəfələrlə şumlanmışdır), bu abidə

Qəbələdə  dərhal  qiymətləndirildi  və  Azərbaycan

arxeologiyasında yeni bir səhifəyə imza atıldı.

Qazıntı sektorlara (Qaş II sektor, Qalatap III sek-

tor, Qala yeri I sektor), sektorlar isə qazıntı sahələrinə

və kvadratlara bölünərək aparıldı (plan I).

Qaş təpəliyinin bir hissəsinin torpağı uçuş xətti və

radar istiqamətində tam götürülmüş, digər hissəsinə isə

torpaq əlavə edilmişdir. Qalatap təpəliyinin əsas hissəsi

götürülmüş, Qala yerinin mərkəzi hissəsində, 600 m

2

 



ərazidə, təqribən 2 m dərinlikdə, 800 m

2

qədər ərazidə



isə 1m dərinlikdə torpaq götürülərək arxeoloji materi-

allar, osteoloji qalıqlar aşkar olunmuşdur.

Arxeoloji  xilasetmə  işlərinə  ərazinin  torpaq  və

kəsəklərdən  təmizlənməsi  ilə  başlanıldı  (şək.I;  1,

2, 3). Xilasetmə işlərinə ilk olaraq cəlb edilən ərazi

olan Qala yeri (25 x 35m) kvadratlara ayrıldı (I-VII

kvadratlar, hər biri 5m x 5m ölçüdə).

Ərazi  təmizləndikdən  sonra  qazıntı  işləri  davam

etdirilərkən aşkar edilən tapıntılar-keramika, dən daş-

ları,  obsidiandan,  çaxmaqdaşı  və  daşdan  tiyə,  oraq

dişi ucluqları və yumru daşlar (şək.II, III) toplanıldı

və mərkəzi hissə xilasetmə işlərinə daha intensiv cəlb

edildi (şək.I; 1, 2, 3, 4, 5, 6, 7, 8, IV; 1, 2, IX; 5).

Qala  yeri,  Qalatap,  Qaş  əraziləri  bir-birinə  çox

yaxın olduğundan abidə Qala yeri-Qaş yaşayış yeri

kimi qeydiyyata alındı (plan I).

Aparılan arxeoloji xilasetmə işləri zamanı məlum

oldu ki, Qala yeri (I sektor) ərazisi azı iki dəfə güclü

yanğına məruz qalıb. Kül təbəqəsinin qalınlığı bəzi

yerdə  3m-ə  çatır  (şək.XIII;  1,  6,  8).  1-ci  kvadrat-

da müsəlman qəbirləri (şək.I; 7), küp qəbirləri, tək

to Leyla-Tepe culture. The Gala yeri-Gash settlement

belongs to Leyla-Tepe culture due to its significance and

is the first monument registered in the Kur upper areas.

The best aspect of the excavation was that although

archeological,  architectural  and  other  monuments  in

many areas previously were buried right after their dis-

covery and became crop areas, (for example, at Aghdara

grave-mound group territory at Kichik Dahna village of

Sheki region, up to 100 grave-mound areas were plant-

ed and surface part was therefore completely destroyed.

Aghgabirri ancient settlement has also been repeatedly

plowed), this monument was promptly evaluated at Ga-

bala and a new stage was opened in Azerbaijan archae-

ology.

The excavation was conducted by dividing the area



into sectors (Gash Sector II, Galatap Sector III, Gala

yeri Sector I) and the sectors were divided into excava-

tion areas and squares (plan I).

Soil was fully removed from a part of Gash Hill to-

wards the flight path and radar, and some was added to

other parts. The main part of Galatap Hill was removed,

while in the central part of Gala, soil was removed on an

area of 600 square meters to a depth of about 2 meters

and on an area of 800 square meters to a depth of about

1 meter. Archaeological materials and osteological re-

mains were found.

The archaeological rescue operations began with the

cleaning of site soil and clods (Fig.I; 1, 2, 3). Gala yeri,

which was involved first in the rescue operations (25 m

x 35 m), was divided into squares (squares I-VII , each

of 5 m x 5 m).

While  excavations  continued  after  the  area  clean-

up, the finds - ceramics, millstones, obsidian, flintstone,

stone blades, hook teeth points and round stones (Fig.

II, III) - were gathered and the central part was more

intensively involved in the rescue operations (Fig.I; 1,

2, 3, 4, 5, 6, 7, 8, IV; 1, 2, IX; 5).

Since Gala yeri, Galatap, Gash areas were in close

proximity to each other, the monument was registered

as Gala yeri-Gash settlement (plan I).

The archaeological rescue operations revealed that

Gala yeri (Sector I) was devastated by fire at least twice.

2011-ci ildə Qəbələ Beynəlxalq Hava Limanı ərazisində 

aşkar olunmuş abidədə aparılan xilasedici arxeoloji tədqiqatların hesabatı

Report on the rescue archaeological surveys at the monument found within the territory

of the Gabala International Airport in 2011

SEBA



Yüklə 14,3 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə