The gabala archaeological expedition



Yüklə 14,3 Mb.
Pdf görüntüsü
səhifə19/119
tarix15.10.2018
ölçüsü14,3 Mb.
#74304
1   ...   15   16   17   18   19   20   21   22   ...   119

54

2011-2012



Qəbələ arxeoloji ekspedisiyasının hesabatları  

reports oF the gabala archaeologıcal expedıtıon

(şək.IV; 2, 3, VI; 5, VIII; 1, 2, 5, XIII; 1, XIV).

I sektor yaşayış yeri (çox güman ki, şəhər tipli)

nekropol  və  müsəlman  qəbiristanlığı  kimi  istifadə

edilib.  II-III  sektorlarda  həyat  Son  Tunc  dövrünün

sonlarını,  daha  dəqiq  desək  İlk  Dəmir  dövrünə  ke-

çid  dövrünü,  Dəmir  dövrlərini  və  İlk  Orta  əsrləri

(xüsusən Qalatap) əhatə edib. Hər üç ərazi bir yaşayış

məskəninin tərkib hissəsidir. Son dəfə qəbiristanlıq ya

bütövlükdə, ya da qərb, cənub-qərb və qismən cənub-

şərq tərəfdən palçıq məhlullu daş divarla əhatə edilib.

Bütün bu əlamətlər daşla bağlı tikilinin son dövrə aid

olduğunu göstərir.

Qeyd etmək lazımdır ki, Qala yeri – Qaş yaşayış

yerindən aşkar edilərək gələcək tədqiqatlar üçün götü-

rülmüş arxeoloji materiallar bu abidəni Azərbaycanda

və  bütövlükdə  regionda  Leylatəpə  mədəniyyəti

dairəsində,  Şimali  Ubeyd,  Uruk  tayfalarının  miqra-

siya  dalğalarında  yerini  və  rolunu  dəqiqləşdirməyə,

onun  Eneolitin  final  mərhələsinin  başlanğıcına,  or-

tasına,  yaxud  da  sonuna  aid  olduğunu  dəqiq  təyin

etməyə imkan verəcəkdir.

Osteoloji qalıqların azlığı və ərazidən tapılmış bı-

çaq tiyəsi, tiyə, sümük, biz və iynələr əhalinin əsas

təsərrüfat sahəsinin əkinçiliklə yanaşı, sənətkarlıq (in-

şaat, dulusçuluq, toxuculuq və s.) ticarət və qismən də

maldarlıqla məşğul olduğunu güman etməyə əsas ve-

rir. Xeyli sayda sümükdən hazırlanmış iy başlıqları bu

gümanı daha da əsaslandırır. Qala yeri – Qaş qədim

yaşayış  yerinin  Leylatəpə  mədəniyyətinə  gətirdiyi

ən  böyük  yenilik  metaləritmədə  olan  xıltların  aşkar

edilməsi (aşkar edilən mis və tunc çox az saydadır),

başqa  Leylatəpə  abidələrindən  fərqli  olaraq  obsidi-

andan daha çox istifadə edilməsi və adi çaydaşından

oraq dişi, tiyə düzəldilməsindən ibarətdir. (şək.IX; 5).

Burada  obsidianın  bir  neçə  növündən  istifadə  edil-

mişdir. Tiyələrin özləri də müxtəlif formadadır. Daha

bərk daş növlərindən, çaxmaqdaşından istifadə edil-

mişdir. Sümük alətlər olsa da, zoomorf, antropomorf

fiqurlara təsadüf edilməmişdir. Trasoloji analizə ehti-

yac vardır.

Ola  bilsin  ki,  Qala  yeri  –  Qaş  yaşayış  yerində

küpdə  uşaq  dəfn  adəti  Eneolit  dövrünün  I  yarısının

yeri) revealed the presence of a third construction period

and the walling in of burials (Fig.IV; 2, 3, VI; 5, VIII; 1,

2, 5, XIII; 1, XIV).

The Sector I settlement (most likely, of the city type)

was used as a necropolis and a Muslim cemetery. In sec-

tors II-III, life covered the end of the Late Bronze Age,

to be more precise, the transition period to the Early Iron

Age, Iron Age and the Early Middle Ages (especially

Galatap). Each of the three areas is a component part of

a single settlement. A stone wall covered by mud mortar

runs along the cemetery, either completely or from the

east, south-west and partially south-east. All these show

that the stone building relates to the late period.

It should be noted that the archaeological remains

found at Gala yeri-Gash settlement and taken away for

further  research  will  allow  the  place  and  role  of  this

monument within the Leyla-Tepe culture to be identi-

fied, both in Azerbaijan and the whole region, in the

migration waves of the North Ubeyd, Uruk tribes, and

allow to be determined precisely whether this monu-

ment belongs to the beginning, middle or end of the fi-

nal stage of the Eneolithic Age.

The paucity of osteological remains, and the knife

blades, blades, bones, prods and needles found in the

area cause us to believe that along with argiculture as

a main field of activity, the population also engaged in

handicrafts (construction, pottery, weaving etc.), trade

and, partially, in cattle-breeding. Lot of spindles made

of bone further substantiate this assumption. The great-

est new find yielded by the Gala yeri-Gash settlement

for Leyla-Tepe culture is the discovery of metal melt-

ing sediment (the amount of copper and bronze is very

small), a greater use of obsidian than at other Leyla-

Tepe monuments, and hook teeth and prods made from

cobble (Fig.IX; 5). Several types of obsidian were used

here. Blades are of different shapes too. Harder stone

types, flint were used. Although bone tools were found,

zoomorphic,  anthromorphic  figures  were  not  found.

There is a need for a use-wear analysis.

The child jar-burial custom at Gala yeri-Gash settle-

ment may possibly have something in common with the

early and mid first half of the Eneolithic period. But all

2011-ci ildə Qəbələ Beynəlxalq Hava Limanı ərazisində 

aşkar olunmuş abidədə aparılan xilasedici arxeoloji tədqiqatların hesabatı

Report on the rescue archaeological surveys at the monument found within the territory

of the Gabala International Airport in 2011

SEBA



55

2011-2012



Qəbələ arxeoloji ekspedisiyasının hesabatları  

reports oF the gabala archaeologıcal expedıtıon

əvvəlləri və ortaları ilə səsləşir. Lakin bütün bu gü-

manlar,  şübhə  və  mülahizələr  ərazinin  daha  böyük

sahəsinin arxeoloji tədqiqata cəlb edilməsi ilə aydın-

laşdırıla bilər. Qazıntının qısa müddətdə aparılması-

na baxmayaraq, indiki arxeoloji xilasetmə işləri bəzi

mülahizələr irəli sürməyə imkan verir.

Ərazidə arxeoloji xilasetmə qazıntıları aparmaqla

yanaşı, yaxın ərazilərə yerüstü kəşfiyyat məqsədi ilə

səfərlər edilmiş, arxeoloji abidələrin (3 yerdə) varlığı

qeyd edilmişdir. Qala yeri – Qaş yaşayış yerinə yaxın

yüksəkliklərdə  Erkən  Kür-Araz  mədəniyyətinə  aid

olduğu güman edilən kurqanlar, Qafqaz Albaniyasına

aid yaşayış yeri və nekropollar qeydiyyata alınmışdır.

Bütün  bunlar  göstərir  ki,  qeyd  etdiyimiz  ərazi  hələ

qədim dövrdən başlayaraq İnkişaf etmiş Orta əsrlərə

qədər Azərbaycanın ən sıx əhalisi olan bölgələrindən

biri olmuşdur. Bu isə həm də Qəbələnin paytaxt olma-

sına aparan yol haqqında düşünməyə sövq edir.

Qala  yeri  –  Qaş  yaşayış  məskənində  xilasetmə

qazıntıları 1000 kvadrat metrə qədər ərazini əhatə et-

mişdir. Fikrimizcə, xilasetmə qazıntıları qarşıya qo-

yulan  məqsədə  (abidənin  varlığını,  dövrünü,  tipini,

arxeoloji material və mədəni qatın vəziyyətini, tikinti,

istehsal  vasitələrini  dəqiqləşdirmək  və  s.)  çatmışdır.

Lakin  bütün  bunlar  abidənin  ancaq  elmi  tədqiqinə

dəstək verir və onun gələcəkdə arxeoloji qazıntılara

cəlb edilməsini zəruri və vacib hesab edir. 20-500 sm

yığılmış birtəbəqəli mədəni qatın daha dəqiq (yanıq

izləri ilə) tədqiqi də bunu zəruri edir.

Aşkar  edilmiş  keramikalar  içərisində  Şomutəpə

mədəniyyətini  əks  etdirən  nümunələrə  də  təsadüf

edilib.  Həmçinin  Eneolit  dövrünün  orta  və  son

mərhələsinə  aid  texnologiya  da  qeydə  alınıb  (şək.

XVIII-XX). Daraqlanma üsulu ilə naxışlanmış qab-

lar oval formalı oturacağa malik olsa da, səthi düz və

dabanlı  oturacağa  malik  qablara  da  tək-tək  şəkildə

təsadüf olunur (şək.XVIII; 4). Həmçinin süzgəc for-

malı və gövdəsi deşikli qablara da təsadüf edilir (şək.

III).  Belə  qablar  daha  çox  “keyfiyyətsiz  keramika”

qrupuna aiddir.

Xilasetmə  qazıntıları  zamanı  bir  sıra  məqamlar

(miqrasiya,  miqrasiya  dalğaları,  demoqrafiya  və  s.

conjectures, doubts and considerations can be cleared

up through the expansion of the archaeological study

area. Although these archaeological rescue excavations

were carried out over a short period of time, some pre-

sumptions can be made.

Along with the archaeological site rescue excava-

tions,  visits  were  made  to  adjacent  areas  for  surface

exploration purposes and the presence of archaeologi-

cal monuments was registered (at three places). At hills

close  to  Gala  yeri-Gash  settlement,  grave-mounds

thought to belong to early Kur-Araz culture and a settle-

ment and necropolis relating to Caucasian Albania were

registered. All these show that this area was a densely

populated area of Azerbaijan from ancient times until

the  developed  Middle  Ages.  This  gives  grounds  for

thinking of Gabala as the capital.

Gala yeri-Gash settlement rescue excavations cov-

ered an area of up to 1000 square meters. We think that

the rescue excavations achieved the set goals (to deter-

mine the presence, age, type of monument, the status of

the archaeological materials and cultural layer, means

of construction and production etc.). However, all these

support scientific study and research of the monument

only and make it necessary and important to carry out

further archaeological excavations on it. A more precise

study of a 20-500 cm accumulated single-layer cultural

level (with traces of burning) is also necessary.

Samples  reflecting  Shomu Tepe  culture  were  also

found among the ceramics uncovered. Technology re-

lating to the middle and late stage of the Eneolithic pe-

riod were registered as well (Fig.XVIII-XX). Although

dressed decorated dishes with an oval-shape base were

found, very rare dishes with a flat surface and a heeled

base were also found found (Fig.XVIII; 4). Filter dish-

es with holes in the body were found as well (Fig.III).

Such dishes mostly relate to the “poor-quality ceram-

ics” group.

A number of aspects (related with migration, migra-

tion waves, demography etc.) were clarified during the

rescue excavations and the previously unknown time

span covered by the archaeological research was deter-

mined. Now it can be assumed that people settled there

2011-ci ildə Qəbələ Beynəlxalq Hava Limanı ərazisində 

aşkar olunmuş abidədə aparılan xilasedici arxeoloji tədqiqatların hesabatı

Report on the rescue archaeological surveys at the monument found within the territory

of the Gabala International Airport in 2011

SEBA



Yüklə 14,3 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə