20
Əgər bir saleh adam öz salehliyindən dönüb pislik etsə və Mən
onun qarşısına maneə qoysam, o öləcək. Ona xəbərdarlıq etmədiyin
üçün o adam öz günahı içində öləcək və etdiyi saleh əməlləri hesaba
alınmayacaq, lakin onun qanı üçün məsuliyyəti Mən sənin üzərinə
qoyacağam.
21
Ancaq günah etməməsi üçün saleh adama xəbərdarlıq
etsən və o günah etməsə,
hökmən yaşayacaq, çünki xəbərdarlığı qəbul
etmişdir, sənsə məsuliyyətdən qurtarmış olursan».
22
Orada Rəbbin əli mənim üzərimdə idi. O mənə dedi: «Qalx,
düzənliyə çıx, Mən səninlə orada danışacağam».
23
Mən qalxıb düzənliyə
çıxdım. Orada da Kevar çayının sahilində gördüyüm izzət kimi Rəbbin
izzəti durmuşdu. Mən üzüstə yıxıldım.
24
Ruh daxilimə girdi və məni
ayaq üstə qaldırdı. O mənimlə danışıb belə dedi: «Get, evində qapını
arxadan bağla.
25
Ey bəşər oğlu, sənə kəndir vuracaqlar, səni kəndirlərlə
bağlayacaqlar, daha xalqın arasında gəzə bilməyəcəksən.
26
Dilini
damağına yapışdıracağam və sən lal olacaqsan, üsyankar bir xalq
olsalar da, onları məzəmmət edə bilməyəcəksən.
27
Yalnız Mən səninlə
danışmağa başlayanda dilini açacağam, sən də onlara deyəcəksən:
“Xudavənd Rəbb belə deyir”. Qoy eşitmək istəyən eşitsin, eşitmək
istəməyən eşitməsin, çünki onlar üsyankar bir xalqdır.
Yerusəlimin mühasirəsinin təsviri
4
1
Sən ey bəşər oğlu, özün üçün bir kərpic götür və onu qarşına
qoyub üstündə Yerusəlim şəhərini təsvir et.
2
Onu mühasirəyə al,
önündə mühasirə divarı tik, qarşısında torpaq qalağı düzəlt, ətrafında
ordugahlar qur və ona qarşı hər tərəfdən qoçbaşı alətləri qoy.
3
Bir dəmir
sac götürüb onu dəmir divar olmaq üçün özünlə şəhərin arasına qoy və
üzünü ona çevir. Şəhər mühasirədə olacaq və sən onu mühasirəyə al. Bu,
İsrail nəslinə bir əlamət olacaq.
4
Sən sol yanın üstünə uzan və İsrail nəslinin cəzasını öz üzərinə götür,
o tərəfə uzandığın günlərin sayına görə onların cəzasını çəkəcəksən.
5
Mən onların cəza illərinin sayı qədər sənin üçün gün ayırdım. Beləcə
üç yüz doxsan gün İsrail nəslinin cəzasını çəkəcəksən.
6
Bunu etdikdən
sonra bu dəfə sağ yanın üstündə uzan və Yəhuda nəslinin cəzasını çək.
Sənin üçün qırx gün – hər il üçün bir gün ayırdım.
7
Üzünü Yerusəlimin
mühasirəsinə çevir, çılpaq qolunu qaldırıb ona qarşı peyğəmbərlik et.
8
Bax Mən səni kəndirlə bağlayacağam və təsvir etdiyin mühasirə günləri
qurtarmayınca bir yanından o biri yanın üstünə çevrilə bilməyəcəksən.
9
Sən buğda, arpa, paxla, mərci, darı və pərinc götürüb onları bir
qaba qoy. Onlardan özünə çörək yap. Bir yanın üstünə uzandığın üç yüz
doxsan gün ərzində onu ye.
10
Gündəlik yeməyinin çəkisi iyirmi şekel
olacaq, onu müəyyən vaxtlarda ye.
11
Həmçinin suyu da ölçü ilə – bir
hinin altıda
biri qədər iç, onu da müəyyən vaxtlarda iç.
12
Ondan arpa
1283
Yezekel 3 , 4
The Bible in Azerbaijani; 1st ed. © 2008, Bible Society of Azerbaijan and Institute for Bible Translation
j
5:10 Qanun. 28:57; Mərs. 4:10
kökəsi düzəldərək hamının gözü qabağında insan nəcisinə od vurub
üstündə bişirib ye».
13
Rəbb yenə dedi: «Bax İsrail övladları da aralarına
sürgün edəcəyim millətlərin içində beləcə murdar yemək yeyəcək».
14
Mən dedim: «Aman, ya Xudavənd Rəbb! Mən heç vaxt murdar
olmamışam. Cavanlığımdan indiyə qədər nə leş, nə də heyvan parçalamış
ət yemişəm, bir murdar ət mənim ağzıma dəyməyib».
15
O mənə dedi:
«Yaxşı, Mən insan nəcisini mal təzəyi ilə əvəz edirəm.
Çörəyini onun
üstündə bişir».
16
Yenə mənə dedi: «Ey bəşər oğlu, Mən Yerusəlimdən
çörəyin kökünü kəsəcəyəm. Çörəyi dərd içində çəki ilə yeyəcəklər, suyu
da çaşqınlıq içində ölçü ilə içəcəklər.
17
Çünki çörəyə və suya möhtac
olacaqlar. Hər kəs çaşqınlığa düşərək öz təqsiri içində əriyib yox olacaq.
5
1
Sən ey bəşər oğlu, bir iti qılınc götürüb ondan dəllək ülgücü kimi
istifadə et, onu başına və saqqalına çək. Sonra bir tərəzi götür və
qırxdığın tükləri hissələrə ayır.
2
Onların üçdə birini şəhərin mühasirə vaxtı
qurtaranda şəhərin ortasında odda yandırar, üçdə birini götürüb şəhərin
ətrafında doğrayar, üçdə birini isə küləyə sovurarsan, Mən də onların
arxasınca qılınc çəkəcəyəm.
3
Tüklərin bir azını da götürüb paltarının
ətəyinə bağlayarsan.
4
Onlardan bir qədər də götürüb odun içinə atar və
onları odda yandırarsan. Bundan bütün İsrail nəslinin üstünə od yağacaq».
5
Xudavənd Rəbb belə deyir: «Bu, Yerusəlimdir. Mən onu millətlərin,
ətrafında olan ölkələrin arasında yerləşdirdim.
6
Onun xalqı isə başqa
millətlərdən, ətrafındakı ölkələrdən də çox pislik edərək hökmlərimə
və qaydalarıma qarşı üsyan etdi, çünki hökmlərimi rədd etdilər,
qaydalarıma əməl etmədilər».
7
Buna görə də Xudavənd Rəbb belə deyir:
«Siz ətrafınızda olan millətlərdən də çox azğınlıq etdiniz, qaydalarıma
əməl etmədiniz, hökmlərimi yerinə yetirmədiniz, hətta ətrafınızda olan
millətlərin hökmlərinə görə də davranmadınız».
8
Buna görə də Xudavənd Rəbb belə deyir: «Budur, Mən Özüm
də sənə qarşı durmuşam və başqa millətlərin gözü qabağında səni
cəzalandıracağam.
9
Bütün iyrənc işlərindən ötrü indiyə qədər etmədiyim
və bundan sonra da bir daha etməyəcəyim şeyi sənin başına gətirəcəyəm.
10
j
Buna görə də sənin torpağında atalar oğullarını, oğullarsa atalarını
yeyəcək. Səni cəzalandıracağam, salamat qalanlarının hamısını hər
tərəfə sovuracağam».
11
Xudavənd Rəbb bəyan edir: «Buna görə də, Varlığıma and olsun,
bütün iyrənc və murdar şeylərinlə Müqəddəs məkanımı murdarladığın
üçün Mən hökmən səni qırıb-çatacağam, sənə yazığım gəlməyəcək və
rəhm etməyəcəyəm.
12
Sənin əhalinin üçdə biri vəbadan öləcək, sənin
içində aclıqdan tələf olacaq, üçdə biri ətrafında qılıncla
həlak olacaq,
üçdə birini isə hər tərəfə sovurub arxalarınca qılınc çəkəcəyəm.
Yezekel 4 , 5
1284
The Bible in Azerbaijani; 1st ed. © 2008, Bible Society of Azerbaijan and Institute for Bible Translation