The world bank



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə18/25
tarix17.09.2018
ölçüsü1 Mb.
#69024
1   ...   14   15   16   17   18   19   20   21   ...   25

 

4.2.1  AZIPS 

 

AMB-nin Azərbaycan Banklararası Ödəniş Sistemi (AZİPS) respublikanın yeganə iri məbləğli 



ödəniş sistemidir. AZİPS real vaxt rejimində  işləyən hesablaşma sistemidir (RTGS). Sistem 

iştirakçıların AMB-dəki müxbir hesabları vasitəsilə ödənişləri tam elektron şəkildə emal edir. 

Hesablaşmanın qətiliyi və gerigötürülməzliyinə  nəzarət tələbləri vasitəsilə nail olunmuşdur. 

AZİPS-də T+10 günədək ödənişlər emal oluna bilər. 2005-ci ildə 14.7 milyard dollar 

məbləğində 316,000 əqd emal olunmuşdur.  

 

Sistem arxitekturası Y əsaslıdır və burada banklararası ödənişlər və üçüncü tərəf ödənişlər 



STP  əsasında emal oluna bilər. AZIPS-in iri məbləğli və vacib ödənişlər üçün nəzərdə 

tutulmasına baxmayaraq, ödənişlərin məbləği ilə bağlı minimum və maksimum limitlər yoxdur.  

 

Əqdlər SWIFT şəbəkəsi vasitəsilə həyata keçirilir. AMB yalnız banklarası hesablaşma üçün 



məqbul olan məlıumatları (dəyər tarixi, məbləğ, göndərən bank, benefisiar bank və s.) əldə 

edir.  Əgər hesablaşma üçün lazımi vəsait mövcuddursa, sistem vəsaiti göndərən bankın 

hesabından benefisiar bankın hesabına köçürür və SWIFT-ə hesablaşma üzrə təsdiqnaməni 

göndərir. SWIFT daha sonra debit və kredit təsdiqnamələrini hazırlayır və ödəniş detallarını 

benefisiar banka göndərir. Hər bir ödəniş  məcmu  əsasda emal olunur və  məlumat dərhal 

AMB-nin Baş Mühasibat Kitabında qeydiyyata alınır.  

 

Hazırda sistem 40 bank və AMB-də daxil olmaqla 43 üzvdən ibarətdir. Qeyri-bank iştirakçılara 



Maliyyə Nazirliyinin Xəzinədarlıq Departamenti və qeyri-bank maliyyə  təşkilatı olan 

Agrarkredit daxildir.  

 

İştirakçı olmaq üçün üzvün AMB-də cari hesabı açmalı  və SWIFT-ə goşulmalıdır. Bu və digər 



üzvlük tələbləri AMB və  hər bir bank arasında imzalana ikitərəfli Kollektiv Əməkdaşlıq 

Sazişlərində  əks olunur. Əlavə üzvlük tələblərinə daxildir: i) proqram təminatının və 

avadanlığın quraşdırılması kimi texniki tələblər, ii) əlim kursu keçmiş  səriştəli  əməkdaşların 

olması. İştirakçıların AZİPS-dən çıxarılması qaydaları aydın deyildir.  

 

Saat 10:00-da başlayan  əməliyyat günündə AZİPS hesabında  əgər lazımi balans 



mövcuddursa ödənişlər onlayn rejimdə emal olunur. Əks halda, növbədə olan ödənişlər 

iştirakçıların müyyən etdiyi ardıcıllıqla və  FİFO prinsipinə uyğun  emal olunur. Sistemdə 99 

prioritet kodları mövcuddur və  iştirakçının prioritet kodunu seçmək və likvidliyi idarəetmək 

üçün növbədə koda düzəliş etmək hüququna malikdir. AZİPS-də olan həll mexanizminə 

əsasən əlavə vəsait mövcud olan kimi sistem əqdi avtomatik növbəyə daxil edir. Müştərinin 

ödənişləri 16:30-dək qəbul olunur. Növbəti yarım saat ərzində  iştirakçılar iştirakçılar 

banklararası ödənişləri həyata keçirə bilər. Növbədə olan əqdlər günün sonunda sistemdən 

çıxarılır.  

 

Əməliyyat günü saat 17:20-də yekunlaşır.  Əməliyyat gününün yekunlaşmasından sonra 



iştirakçılara aşağıdakı hesabatlar göndərillir: i) həyata keçirilmiş ödənişlər haqqında hesabat; 

ii) ləğv edilmiş ödənişlər haqqında hesabat, iii) faktura hesabatı. 

 

 

4.2.1.1  Likvidlik riskinin idarə edilməsi 



 

Ödəniş tapşırığının emal olunması üçün lazımı  məbləğ olmazsa, ədq gözləmə növbəsinə 

keçirilir. Növbədə olan ödənişlər prioritet kodlarına (1-99) uyğun olaraq emal olunur. Əgər 

birdən çox ödəniş tapşırığının prioritet kodu eyni olarsa, FİFO prinsipi tətbiq olunmalıdır. 

AZİPS-də olan həll mexanizminə  əsasən  əlavə  vəsait mövcud olan kimi sistem əqdi 

avtomatik növbəyə daxil edir. Növbədə olan əqdlər günün sonunda sistemdən çıxarılır. 

17:20-dən sonra bütün ödənişlər növbədən çıxarılır. 

  37



 

 

Ödəniş məqsədləri üçün gün ərzində minimum ehtiyat tələblərindən istifadə oluna bilər. AMB 



ödəniş məqsədilə AMB notlar və xəzinə veksellərinin əsas qiymətli kağız rolunda çıxış etməsi 

şərti ilə güniçi və overnayt repoları  hər hansı  vəsait ödəmədən iştirakçılara təmin edir. Bu 

proses avtomatlaşdırılmamışdır; Bazar Əməliyyatları Departamenti iştirakçılardan bu cür 

sorğu aldıqdan sonra hər bir əqdi təhlil edir və daha sonra təsdiq edir. BBVB həmçinin 26 

bankın iştirak etdiyi pul bazarı xidmətləri təmin edir. Bu bazar daha az inkişaf etmişdir  

 

4.2.1.2 Əməliyyat riskinin idarə edilməsi 

 

Əməliyyat riski və əməliyyatların davamlılığı ilə bağlı qeyd etmək lazımdır ki, sistemdə şəbəkə 



əlaqəsi pozulsa belə, iştirakçılar kağız formada olan ödəiş tapşırıqlarını emal üçün AMB-yə 

təqdim edə bilərlər. Bu sənədlər emal olunmamışdan əvvəl elektron formata keçirilir.  

 

AMB-nin kompüter sisteminin ehtiyat mərkəzi Bakıdan 40 km aralıqda yerləşən Sumqayıt 



şəhərindədir. Mərkəz real vaxt rejimində işləmir. Hər əməliyyat gününün sonunda arxivləşmə 

və kopyalama həyata keçirilir. Mərkəz həmçinin elektrik enerjisi istehsal edən mobil 

avadanlıqla təchiz edilmişdir. AZİPS-də  İş Davamlılığı Planı mövcuddur və bu planın  əsas 

amilləri AMB-nin Təhlükəsizlik Departamenti tərəfindən rüblük əsasda sınaq edilir

.  

 

4.2.1.3 Xidmət haqqı 



 

AZİPS-də hesablaşma üzrə tarif ödəniş məbləğinin 0.043  faizdir. Minimum xidmət haqqı   0.1 

AZN (yeni manat) və 0.10 sentdir. Maksimum tutulan məbləğ 43 AZN-dir (təqribən 43 dollar).  

 

 



 

4.3 B

EYNƏLXALQ ÖDƏNIŞLƏR VƏ HESABLAŞMA SISTEMLƏRI

 

 

Beynəlxalq ödəniş tapşırıqları normal olaraq SWIFT vasitəsilə  qəbul olunur və göndərilir. 



Hesablaşma xarici müxbir banklar vasitəsilə  təmin olunur. Hazırda ölkənin 40 kommersiya 

bankı və maliyyə institutları SWIFT sisteminin üzvüdür.   

 

Beynəlxalq pərakəndə ödənişlərin xüsusi növü olan pul köçürmələri xaricdə, əsasən Rusiya 



Federasiyasında yaşayan azərbaycanlıların respublikadakı ailələrini dəstəkləməsi və bu 

köçürmələrin ÜDM-dəki çəkisi baxımından çox böyük əhəmiyyət kəsb edir. 

 

 

4.4 X



ARICI VALYUTA HESABLAŞMA SISTEMLƏRI

 

 

Təqribən yerli bazardakı xarici valyuta əməliyyatların 40%- birja vasitəsilə  həyata keçirilir. 



Qalan 60% isə vasitəçilərsiz həyata keçirilir.  

 

1993-cü ildə yaradılan Bakı Banklararası Valyuta Birjası (BBVB) ticarət və hesablaşma 



sisteminin formal sahibidir. BBVB-nin səhmdarların yığıncağında 4 kommersiya bankı təmsil 

olunur. Hər bir bank bərabər həcmdə  səhmlərə malikdir. BBVB-da iştirak etmək üçün 

bankların xarici valyuta əməliyyatları ilə  məşğul olmaq üçün xüsusi lisenziyası olmalıdır. 

Hazırda sistemin 40 üzvü vardır. 

 

BBVB-də  əməliyyat görən valyutalara ABŞ dolları, Rus Rublu, Avro daxildir. ABŞ dolları ilə 



əməliyyatların cəmi  əməliyyatlardakı  çəkisi 98%-dir. Ticarət səsli hərraclar və Birja Elektron 

  38



Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə