The world bank



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə15/25
tarix17.09.2018
ölçüsü1 Mb.
#69024
1   ...   11   12   13   14   15   16   17   18   ...   25

• Prudensial hesabatlılıq sisteminin daxil edilməsi vasitəsilə, kapital adekvatlığı  və 

standartlar da daxil olmaqla risk menecmenti prosesinin inkişaf etdirilməsi    

• Bank 

nəzarəti prosesinin həyata keçirilməsi və  təşkili  üçün metodoloji rəhbərliyin 



yaradılması 

•  CAMEL reytinq sistemi əsasında bankların fəaliyyətinin yerində yoxlanılmasının 

tətbiq edilməsi və beynəlxalq standartlara uyğun olaraq qiymətləndirmə prosesləri  

 

 



2.5.4  Çirkli pulların yuyulmasına qarşı tədbirlər 

 

Yeni bank qanunvericiliyinin qüvvəyə minməsi ilə əlaqədar olaraq, AMB tərəfindən mühüm 

təşkilati dəyişiklər həyata keçirilmişdir. Bu prosessin çərçivəsində, bank sektorunda pulların 

yuyulması (PY) və terrorizmin maliyyələşdirilməsinə (TM) yol verilməməsi üçün bankın 

nəzarət departamentinin nəzdində çirkli pulların yuyulması üzrə yeni bölmə yaradılmışdır. Bu 

bölmə lazımı  səviyyədə personalla və resurslarla təhciz olunacaqdır. Onların 

səlahiyyətlərdən kənar bir məsələ yaranarsa, onlara səviyyəli texniki köməyinin cəlb 

edilməsinə imkan yaranacaqdır. Bölmənin əsas funksiyaları aşağıdakılardan ibarətdir: 

• Kredit 

təşkilatlarından şübhəli əməliyyatlar barəsində məlumatların alınması və təhlil 

edilməsi

• Azərbaycan Respublikası qanunvericiliyi çərçivəsində fiziki şəxslər tərəfindən 50.000 

ABŞ dollarından çox həcmdə aparılan əməliyyatlar barədə məlumatların alınması və 

təhlil edilməsi, və onlarla bağlı  şübhə yarandıqda hüquq-mühafizə orqanlarına 

məlumat verilməsi; 

• Azərbaycan Respublikasının yurisdiksiyasından kənarda olan, 10.000 ABŞ 

dollarından yuxarı olan fiziki şəxslər tərəfindən həyata keçirilən köçürmələr haqqında 

məlumatların alınması və təhlil edilməsi;    

• Xarici maliyyə  məlumat bölmələri və ya müvafiq xarici hökumət strukturları ilə 

praktiki əməkdaşlığın yaradılması; 

• PY/TM-də şübhəli şəxslər üzrə elektron məlumatlar bazasının təzələnməsi; 

•  Banklar üçün yeni tələblərin inkişafı (yeni qaydalarının hazırlanması); 

• PY/TM sahəsində yeni təcrübələrinin öyrənilməsi və AMB-nin rəhbərliyi üçün 

təkliflərin hazırlanması. 

 

AMB PY sahəsində  fəaliyyətini davam edərək PY/TM çərçivəsində hüquqi/institusional 



islahatları həyata keçirir.   

 

Bu cəhdlərin nəticəsində 2006-cı il mayın 12-də Cinayət Məcəlləsinə  əlavələr qüvvəyə 



minmiş, beynəlxalq standartlarla “pulun yuyulması” ifadəsinin uyğunlaşdırılması  və bütün 

kriminal proseslərə dair məcburi müsadirə  tələbi ilə “ümumi kriminal yanaşma” nöqteyi-

nəzərindən pulların yuyulması kriminal pozulmalara yeni maddə əlavə olunmuşdur. 

 

USAİD ilə  sıx  əlaqədə inspektorlardan digər  əməliyyatlar arasında potensial PY-na xüsusi 



diqqət verərək bankların PY/TM siyasətlərini yoxlamağa və  təhlil etməyi tələb edən yeni 

bank nəzarəti metodologiyası hazırlanmış və təsdiq edilmişdir. 

 

2005-ci ildə AMB-yə kommersiya bankları  tərəfindən 543 şübhəli tranzaksiyalar haqqında 



hesabatlar təqdim olunmuşdur. O cümlədən 95 hesabat yerində inspeksiyalar zamanı əsaslı 

şəkildə istintaq edilmişdir. Bu inspeksiyaların nəticəsində yalnız 8 inzibati qaydanın 

pozulması aşkar olunub, o cümlədən 2 banka qarşı inzibati sanksiyalarla nəticələnmişdir. 

 

Hazırda 17 hesabat istintaq üçün hüquq-mühafizə orqanlara göndərilmişdir.    



 

 

  28




 

2.6 Q

IYMƏTLI  KAĞIZLAR BAZARININ TƏNZIMLƏYICISININ ROLU 

 

 

1998 – ci ilə  qədər qiymətli kağızlar bazarı “Qiymətli Kağızlar Bazarı haqqında” qanunla 



tənzimlənirdi. Ondan sonra, Mülki Məcəllənin səhmdar cəmiyyətlər bölməsinə uyğun 

maddələr daxil edildi. Bu maddələr 2004 – cü ilin martında təkmilləşdirildi.  

 

Azərbaycanda qiymətli kağızlar tənzimləyicisi olan QKDK-si Prezidentin sərəncamı ilə 



yaradılıb. Onun rolu 1998 – ci ilin dekabrında olan sərəncamda müəyyən edilib. Onun 

səlahiyyətlərinə qiymətli kağızlar bazarının fəaliyyətini qaydalar, standartlar müəyyən 

etməklə tənzimləmək də daxildir. QKDK – nin sədri birbaşa Prezidentə hesabat verir.   

 

Xüsusilə, QKDK-si aşağıdakılardan məsuldur: i) Maliyyə vasitəçilərinə lisenziyaların 



verilməsi, bu fəaliyyətlərin prudensial tənzimlənməsi və  nəzarət, ii) broker şirkətlərinin 

fəaliyyətlərinin tənzimlənməsi, iii) BFB və MDM kimi özünü tənzimləyən təşkilatların 

yoxlanılması. QKDK-si həmçinin MDM-nin tək səhmdarıdır. 

 

Ölkə daxili qiymətli kağızlar bazarında QKDK-nin səlahiyyətlərində olan spesifik sahələr 



bunlardır:  

 

• Qiymətli kağızların buraxılması və dövriyyəsi 



• Qaydalar 

və standartlar 

• Lotareyalarla 

əlaqəli bütün məsələlər 

•  İnformasiya sistemləri 

• Bazardakı emitentlərin və iştirakçıların mühasibatlıq standartları 

•  İnvestor və səhmdarların hüquqi maraqlarının qorunması 

• Reklamçılıqla əlaqəli qaydaların yaradılması 

 

QKDK-nin həyata keçirdiyi nəzarətə broker şirkətlərinin yoxlanması, onlara nəzarət, önlənmə 



və düzəliş  tədbirləri daxildir. Bundan əlavə, QKDK-si davamlı olaraq MDM və BFB-sı 

əməkdaşlarını yoxlarır və sertifikatlaşdırır. 

 

QKDK-nin həmçinin сərimələr tətbiq etmək hüququ da var. 



 

2.7 D

IGƏR ICTIMAI VƏ ÖZƏL MÜƏSSISƏLƏRIN ROLU

 

 

2.7.1  Maliyyə Nazirliyi 

 

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlətin maliyyə siyasətini və dövlət 



vəsaitlərinin idarə edilməsini həyata keçirən  əsas icra orqanıdır. Hökümətin ödənişləri 

Maliyyə Nazirliyinin Xəzinədarlıq Departamenti vasitəsilə  həyata keçirilir. Baxmayaraq ki, 

bütün  yığımlar və vəsaitlərin bölüşdürülməsi kommersiya bankları şəbəkəsi vasitəsilə həyata 

keçirilir, Xəzinədarlığın AMB-də hesabı var. Xəzinədarlığın AZİPS sisteminə birbaşa əlaqəsi 

var və 2006-cı ilin ortalarından etibarən BCSS sisteminə qoşulacaqdır. 

 

2.7.2  Banklar Assosiasiyası 

 

Banklar assosiasiyası respublikadakı kommersiya bankları  təmsil edir. Assosiasiyanın 



məqsədləri aşağıdakı kimdir: 

 

• AMB 



və hökümət də daxil olmaqla, yerli icra orqanları ilə əlaqələr yaratmaq və onları 

inkişaf etdirtmək. 

  29



Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə