The world bank



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə11/25
tarix17.09.2018
ölçüsü1 Mb.
#69024
1   ...   7   8   9   10   11   12   13   14   ...   25

2.1.4.2 Hesablaşmanın yekunlaşması və sıfır saat qaydası 

 

Cari qaydalar hesabalaşmanın vaxtını  və sistem tərəfindən qəbul olunmuş ödəniş 



tapşırıqlarının ləğv edilmədiyini müəyyən edir. Bu qaydalara əsasən, əgər ödəniş AMB-

nin baş mühasibat kitabında tərəflərin hesablarında uçota alınırsa, o halda yekun olur 

və onu ləğv etmək olmur.  

 

Qaydalarda sıfır saat qaydasına istinad edilmir



3

. Banklar haqqında Qanunda bankın 

iflası halında atılacaq addımlar açıqlanmışdır. Maddə 60-a əsasən Iflas haqqında 

Azərbaycan Respublikasının Qanunu və ya bu qanunu əvəz edən hər hansı bir qanun 

tam və ya qismən banklara tətbiq edilə bilməz. Banklar haqqında Qanunun 73-cü 

maddəsinə (Ödəniş sistemlərində hesablaşmaların qətiliyi)  əsasən 72.1 maddəsinə (iflas 

prosedurları ilə bağlı) baxmayaraq, ödəniş sistemlərinə daxil edilən və həmin sistemlərin 

qaydaları ilə gerigötürülməz hesab edilən hesablaşmalar üzrə ödəniş tapşırıqları, o 

cümlədən qiymətli kağızlar üzrə ödənişlər bankın müflis elan olunmasına dair qərar qəbul 

edildiyi halda hüquqi qüvvədə qalır və üçüncü tərəf üçün məcburi olur, bu şərtlə ki, ödəniş 

tapşırıqları  həmin qərar qüvvəyə minənədək gerigötürülməz olsun. Köçürmələr bu şərtlə 

hüquqi qüvvəyə malik olmur və üçüncü tərəf üçün məcburi olmur ki, ləğvedici sistemin 

operatorunun bankın müflis elan olunmasına dair qərar çıxarıldığından ödəniş tapşırıqları 

köçürmələri həyata keçirən sistemin qaydalarına görə gerigötürülməz olanadək xəbər 

tutduğunu sübut edə bilsin. Bankın müflis elan olunmasına dair qərar qüvvəyə minənədək 

bağlanmış müqavilə və əqdləri ləğv edən və ya təxirə salan hər hansı normativ hüquqi akt və 

ya sərəncam ödəniş sistemləri vasitəsi ilə  həyata keçirilmiş klirinqin nəticələrini ləğv edə 

bilməz. 


 

2.1.4.3 Elektron 

sənədlər və imzalar  

 

Cari qanunvericilik. Xüsusən də “Elektron imzalar və elektron sənədlər haqqında” 



Azərbaycan Respublikasının Qanunu eletron emal üzrə qayda və prosedurları aydın 

şəkildə müəyyən etmişdir.  



 

2.1.4.4 Hesablaşma sistemlərində təminat tədbirləri  

 

Hesablaşma sistemlərində  təminat ümumiyyətlə  qısamüddətli hökumət qiymətli 



kağızlarından ibarətdir və onlar yenidənsatış müqavilələri (repo) əsasında idarə edilirlər. Bu 

qiymətli kağızların sahiblərinin hüquqları Azərbaycan Qanunları  və qanunvecilik aktları ilə 

qorunur. Onlar həmçinin ödəniş qabiliyyəti olmadığı hallarda da qorunurlar. 

   


2.2 M

ALIYYƏ INSTITUTLARININ ROLU

:

 

Ö

DƏNIŞLƏR

 

 

2.2.1  Bank Sistemi 

 

Bank sistemi rəsmi olaraq Milli Bank və kredit təşkilatlarından ibarətdir. Kredit 



təşkilatları Milli Bankın lisenziyası  əsasında mənfəət  əldə etmək məqsədilə bank 

əməliyyatları  həyata keçirən korporativ təşkilatları  təmsil edir. Banklar bütün bank 

əməliyyatlarını  həyata keçirməklə bağlı müstəsna hüququ olan kredit təşkilatlarıdırlar. 

Bank olmayan kredit təşkilatlarının məhdud sayda bank əməliyyatlarını  həyata 

keçirmək üçün lisenziyaları vardır.  

 

Filial kredit təşkilatının korporativ təşkilat olmayan ayrıca bir alt bölməsidir. Bu Milli 



Bankın razılığı ilə kredit təşkilatından fərqli yerdə açılır. Filial kredit təşkilatının adından 

                                                 

3

 ÖHSK tərəfindən müəyyən olunduğu kimi, sıfır saat qaydası “bəzi ölkələrin qanunvericiliyində artıq bağlı olan 



institutlarda gecə yarısından baş tutmuş tranzaksiyaların qüvvədən düşmüş kimi hesab olunmasının şərtidir”. 

  20



lisenziyada müəyyən edilmiş bank əməliyyatlarının bir hissəsini və ya hamısını həyata 

keçirir.    

 

Hazırda Azərbaycanda təxminən 390 filialı olan 44 bank mövcuddur. Bu filiallardan 203 



Bakıda yerləşir. Bir yeni banka isə fəaliyyət göstərmək üçün lisenziya verilmişdir.  

 

 



C

ƏDVƏL 

2:

 

B

ANK SISTEMI

 

 

Bank əməliyyatlarına həyata keçirmək lisenziyasına malik kredit 

təşkilatlarının sayı: 

133 


 - bunlardan: qeyri-bank kredit təşkilatı 89 

Aşağıdakı əməliyyatları aparmaq lisenziyasına malik kredit təşkilatlarının 

sayı: 

 

- əhalidən əmanət cəlb etmək 39 



 - xarici valyuta əməliyyatları 43

 - əlvan metallarla əməliyyatlar 2

 - zəmanətlər, tapşırıqlar 41

 -plastik kart əməliyyatları 34



Bankların sayı 

44

 - bunlardan: kapitalda xarici iştiraka malik banklar 



18

        * bundan: xarici kapitalı 505-100% arası dəyişən banklar 

7

        * xarici kapitalı 50%-dən aşağı olan banklar 



11

        * qeyri-rezident bankların filiallarının sayı 

2

Kredit təşkilatlarının filiallarının sayı 

390  


Xaricdə faəliyyət göstərən struktur bölmələrinin sayı: 

 

 - filial – cəmi 



1

 - nümayəndəlik – cəmi 2

 - törəmə bank 

1

Qeyri-bank təşkilatların filiallarının sayı 26



Mənbə: AMB 

 

Banklar haqqında qanun Azərbaycan Respublikasında bankların institusional və hüquqi 



formalarına dəyişikliklər gətirdi. Belə ki, bank ən azı üç hüquqi şəxs və ya fərd 

tərəfindən açıq tipli səhmdar cəmiyyəti kimi yaradıla bilər. Bu şərtin Azərbaycanda 

bank sisteminin səhmdar cəmiyyətlər kimi - hansının ki, ehtiyatları ictimai ticarət üçün 

açıq olduğuna görə ictimai nəzarət subyektidir, institusionallaşmasında böyük 

əhəmiyyətə malik olacağı  nəzərdə tutulur. Həmçinin gözlənilir ki, bu banklarda 

korporativ idarəetmə standartlarının həyata keçirilməsi, şəffaf əməliyyatların aparılması 

və daxili nəzarətin inkişaf etdirilməsi və digər aspektlərdə daha da yaxşılaşacaq.  

 

 



  21


Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə