The world bank



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə10/25
tarix17.09.2018
ölçüsü1 Mb.
#69024
1   ...   6   7   8   9   10   11   12   13   ...   25

Qanuna görə Azərbaycanda fiziki və qeyri material formada buraxılan qiymətli kağızlar iki 

mövcud qeydiyyat orqanının birində qeydiyyatdan keçməlidir.  Hazırda bütün qiymətli kağızların 

99 faizi qiymətli kağızlar depozitarisi xidməti göstərməyə lisenziyası olan üç institutdan birində 

qeyri materiallaşdırılıb: Milli Depozit Mərkəzi, BFB və digər özəl sektor təşkilatı MDM əsas 

qiymətli kağızlar depozitarisidir. QKDK – nə məxsus olan mənfəət qazanmaq məqsədi olmayan 

səhmdar cəmiyyətdir. MDM – də olan depozit hesabları son benefisiarı müəyyən edir. 

Hesabların təxminən 97,000 – i şəxslərə, 350 – si isə hüquqi müəssisələrə məxsusdur.  

 

Ümumiyyətlə, ticarət və hesablaşma prosesləri həddindən artıq yorucudur. Bunun nəticəsidir ki



bütün qiymətli kağızlarla aparılan əməliyyatların 2/3 – i BFB – sı vasitəsilə yox notariusla həyata 

keçirilir. Ticarət hesablaşmaları Beynəlxalq Hesablaşmalar Bankının model 1 (paylama ödəniş) 

– nə müvafiq olaraq aparılır

2

. Hesablaşma riskləri həm nağd, həm də qiymətli kağızların BFB – 



da ticarəti aparılmazdan əvvəl yerləşdirilməsi vasitəsilə idarə edilir.  

 

                                                 



2

 “Qiymətli kağızlar hesablaşmalar sistemlərində ödənişə qarşı çatdırılma ödəniş mexanizmi”, Beynəlxalq 

Hesablaşmalar Bankın 10 Ölkə Qrupunun Mərkəzi Banklarının Ödəniş  və Hesablaşmalar Sistemləri üzrə 

Komitəsi, sentyabr 1992-ci il. 

  17



 

2 I

NSTITUSIONAL AMILLƏR

 

 

2.1 Ü



MUMI HÜQUQI ÇƏRÇIVƏ

 

 

Azərbaycan Respublikasının ödəniş sisteminin hüquqi çərçivəsi aşağıdakı  sənədlərə 



əsaslanır: Mülkü Məcəllə, Banklar haqqında Azərbaycan Respublikasının Qanunu, Milli 

Bank haqqında Azərbaycan Respublikasının Qanunu. Bundan əlavə, “Azərbaycan 

Respublikasında Klirinq hesablaşmaları  və pul köçürməkləri haqqında Təlimatlar”, 

“Azərbaycanda fəaliyyət göstərən banklar arasındakı hesablama Qaydaları” kimi AMB-

nin məcburi aktlarından (Qaydalar) da istifadə olunur. AMB həmçinin kommersiya 

banklarına təmin etdiyi xidmətlərlə bağlı banklarla fərqli müqavilələr imzalamışdır.  

 

“Banklar haqqında” Qanun və “Milli Bank haqqında” Qanunlar bir müddət  əvvəl qəbul 



olunmuşdur. Belə ki, hər iki sənəd ictimai dairələrsə müzakirə edildikdən sonra 2004-

cü ildə Milli Məclis tərəfindən qəbul olunmuşdur. 

 

 

Milli Bank haqqında Azərbaycan Respublikasının Qanunu, 26 dekabr 2002-ci il tarixli 



Azərbaycan Respublikasının Prezidentinin sərəncamına  əsaslanır. Qanun Milli 

Məclisədə  qəbul olunduqdan sonra qüvvəyə minmişdir. Qanun aydın  şəkildə AMB-nin 

hüquqi statusu, məqsədləri və funksiyaları, hökümət daxilindəki rolu və mövqeyini 

açıqlayır və AMB-nin hesabatlılığı ilə bağlı müddəaları  nəzərdə tutur. Ödəniş 

sisteminin sabitliyi və inkişafı, bank sisteminin sabitliyi və inkişafının təmin edilməsi ilə 

yanaşı AMB-nin ən mühüm funskiyalarından hesab olunur. 

 

AMB Qanun qüvvəsinə malik qaydalar hazırlayıb tətbiq etdiyindən Azərbaycanda 



ödəniş sistemləri ilə bağlı hüquqi çərçivə çevikdir. AMB-nin daxili qaydaları  İdarə 

Heyəti və ya İdərə Heyətinin Sədri tərəfindən təsdiqlənir. Lakin AMB-nin normativ 

qaydaları AMB-nin İdarə Heyəti tərəfindən təsdiqlənərək  Ədliyyə Nazirliyində 

qeydiyyatdan keçirilir. AMB bir müddətdir ki, BVF –u ilə birlikdə müasir elektron sistem 

qanunvericiliyi üzərində  işləyir. Yeni qanun layihəsi hazırlanmış  və hazırda təsdiq 

prosesindədir. Bu qanunun qüvvəyə minməsilə ödəniş sistemlərinə əlavə dəstək təmin 

olunacaqdır. 

 

 



2.1.1  Ödənişlər 

 

Qanunvericiliyə  əsasən, milli valyutada bütün banklararası  əməliyyatlar AZİPS və ya 



XÖHKS vasitəsilə emal olunmalıdır. Manatda olan müxbir hesablar vasitəsilə 

hesablaşmalar qadağandır.  

 

AMB mütəmadi olaraq AZİPS-lə bağlı qanun və qaydalara düzəlişlər edir. Əsas 



qaydalara “Azərbaycan Respublikasında Klirinq hesablaşmaları  və pul köçürmələri 

Qaydaları”, “Azərbaycan Respublikasında Fəaliyyət Göstərən Banklar arasında 

hesablama Qaydaları”, fərqli metodoloji rəhbərliklər və AMB ilə banklar arasındakı 

müqavilələr daxildir.  Bu sənədlər sistemin arxitekturası, vaxt cədvəli, risklərin 

idarəedilməsi prosedurları, həmçinin fərqli tərəflərin rolları  və hüquqi çərçivəni 

açıqlayır. Bu sənədləri asanlıqla əldə etmək olar.  

 

 

 

 

 

 

  18



Qutu 2: Digər müvafiq qanunlar və normativ aktlar 

 

1. Kassa 



dövriyyəsi üzrə 747 və 748 nömrəli statistik hesabatlarının tərtib edilməsinə dair 

metodoloji təlimatlar. 

2. Bank 

sistemində nağd pulla işin təşkili və idarə olunması prosedurları. 

3. Dövriyyədən çıxarılmış AMB-nin banknotlarının ləğv edilməsi üzrə prosedurlar. 

4. Azərbaycan Respublikasında electron ödəniş alətlərinin (plastik kartların) istifadəsinə və 

ləğv edilməsinə dair Milli Bankın təlimatı.  

5. Yaddaş sikkələrinin buraxılması və qeydiyyatı haqqında prosedurlar.  

6. Mərkəzi Xəzinədarlığın cari və transit hesabları arasında hesablaşmaların təşkil 

edilməsinə dair prosedurlar.  

7. Azərbaycan Respublikasının kredit təşkilatlarında nağd pulla əməliyyatların və 

qiymətlililərin yığılmasının təşkili üzrə prosedurlar.  

8. Azərbaycanda fəaliyyət göstərən banklar arasında hesablaşmanın təşkili üzrə 

prosedurlar. 

9. Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasından xarici valyutanın idxalı  və 

Azərbaycan Respublikasına ixracı üzrə Qaydalar. 

10. Azərbaycan Respublikasında rezident və qeyri-rezidentlərin xarici valyutada 

əməliyyatlarına nəzarət edilməsinə dair prosedurlar.  

11. Azərbaycan Respublikasının kredit təşkilatları tərəfindən xarici bankların milli valyutada 

müxbir hesablarının açıması və aparılması haqqında prosedurlar. 

12. Azərbaycan Respublikasının müvəkkil banklarında açıq mövqe limitlərinin müəyyən 

edilməsi və idarə edilməsi üzrə prosedurlar. 

13. Bank hesabların açılması, idarə edilməsi və bağlanması haqqında prosedurlar.  

 

Mənbə: AMB  



 

2.1.2  Qiymətli kağızlar 

 

Azərbaycan Respublikasının Mülkü Məcəlləsi qiymətli kağızlar bazarını  tənzimləyən 



əsas hüquqi sənəddir. Bazarın faəliyyəti həmçini Qiymətli Kağızlar üzrə Dövlət 

Komitəsinin (QKDK) normativ aktları  və standartları ilə  tənzimlənir. QKDK hər 

əməliyyat günün sonunda BFB və bazar iştirakçıları tərəfindən hazırlanmış hesabatları 

təhlil edərək əməliyyatlara monitorinq edir.  

 

Lisenziya  əsasında fəaliyyət göstərən qiymətli kağızlar üzrə depozitarilərin qiymətli 



kağızları Mülki Məcəllənin 1078-33-5 maddəsinə  əsasən üçüncü şəxslərin iddiasından 

qorunur. Mülkü Məcəllə həmçinin qiymətli kağızların hüquqi mülkiyyətçisi depozitaridir. 

Qiymətli kağızlar üzrə mülkiyyətin ikili qeydiyyatı sistemində (yəni ki, depozitari və 

qeydiyyat orqanı) saxlanma riskini azaltmaq üçün depozitarilər qeydiyyat orqanında 

qiymətli kağızların nominal sahibləri kimi uçota alınır. Təcrübədə Depozitari kiçik ölçülü 

qiymətli kağızlar istisna olmaqla bütün digər qiymətli kağızların qeydiyyatını özü aparır.  

 

2.1.3  Derivativlər 

 

Derivativlər Azərbaycanda çox nadir hallarda mübadilə olunur. Qeyd etmək lazımdır ki, 



prinsipcə derivativlərin mübadiləsi qiymətli kağızlarla bağlı qanunvericliyə tabe 

olacaqdır. 

 

2.1.4  Klirinq və hesabalaşma ilə bağlı xüsusi hüquqi məsələlər 

 

2.1.4.1 Qarçılıqlı hesablaşma 

 

Maliyyə əqdlərində əvəzləşdirmə qanunvericilikdə açıqlanmamışdır.  



  19


Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə