The world bank



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə6/25
tarix17.09.2018
ölçüsü1 Mb.
#69024
1   2   3   4   5   6   7   8   9   ...   25

müəssisələrin özəlləşdirilməsi sürətlə getmiş  və  təxminən, 1,500 orta və iri müəssisə 

özəlləşdirilmişdir.  

 

Hökumət neft sektorunda irimiqyaslı birbaşa xarici investisiyanın yatırılmasına icazə versə 



də ARDNŞ  hələ  də özəlləşdirilməmişdir. Bu sahədə  əsas müəssisə 1994-cü ilin dekabr 

ayında yaradılan və 10 iri beynəlxalq  şirkətlə (BP, TPAO, ITOCHU, Statoil, Lukoil, Delta 

Hess, Pennzoil, Exxon and Unocal) ARDNŞ-in konsorsiumu olan Azərbaycan Beynəlxalq 

Əməliyyat Şirkətidir (ABƏŞ). 2002-ci ilin mart ayında enerji sektorunda islahat siyasəti qəbul 

edilmiş  və görüləcək tədbirlər paketinə “Azərenerji” və “Azəriqaz” kimi əsas enerji 

müəssisələrinin yenidən strukturlaşması daxil edilmişdir. Bundan başqa, 2001-ci ilin noyabr 

ayında Bakı elektrik paylanma şəbəkəsi (BAGES) Türkiyə  şirkəti olan “Barmek”ə 25 illik 

konsessiya  əsasında verilmişdir. 2002-ci ilin iyul ayında Özəlləşdirmə Departamenti “Bakı 

Elektroştamp” və “Bakı Rezin Məhsulları” səhmdar cəmiyyətlərinin səhmlərinin alındığını 

bəyan etdi. Bank sektoruna gəldikdə, bu sahədə özəlləşdirmə ilə əlaqədar yalnız bəzi işlər 

sona çatdırılmışdır.  Ən iri banklardan olan Azərbaycan Beynəlxalq Bankının 1998-ci ildən 

özəlləşdirilməsi planlaşdırılsa da hökumət bu vaxta kimi yalnız azlıq payını AYİB-na 

satmışdır.  

 

1.2 M

AKRO

İ

QT

İ

SAD

İ

 

V

ƏZIYYƏT

 

 

1.2.1  Real sektor 

 

2004-cü ildə  əlverişli yerli və xarici iqtisadi mühit ölkə iqtisadiyyatına  əhəmiyyətli təsir etmiş  və son 



illərdə Azərbaycanın yüksək iqtisadi artım tempini qorumasına köməklik göstərmişdir. Faktiki 

ümumdaxili məhsulun (GDP) artım tempi bu il 10.2 faiz olmuşdur. Neftin rekord yüksək qiymətləri və 

bununla əlaqəli böyük fiskal siyasət 2004-cü ildə yüksək iqtisadi artımı təmin edən əsas amillərdən idi. 

Nəzərə alaq ki, qeyri-neft sektorunun artım tempi cəmi ÜDM-a nisbətən daha yüksək olmaqla 13.4 faiz 

səviyyəsini göstərmişdir.  

 

2004-cü ildə ÜDM 41,872.5 milyard AZM (USD 8.5 milyard) olmuşdur. Adambaşına düşən 



ÜDM 2003-cü illə müqayisədə 9.2 faiz artmışdır. ÜDM əmtəə istehsalı sektorunda 10.8, 

xidmət sektorunda isə 8.9 artmışdır.  

 

Cəmi tələbin bütün komponentlərində  əhəmiyyətli artım yüksək iqtisadi artım tempinin 



saxlanılmasında mühüm rol oynamışdır. Təsərrüfatların nominal gəlirlərindəki 20.7 faiz artım 

nominal xərclərin 24.4 faiz artmasına səbəb olmuşdur. Təsərrüfat xərclərindəki kəskin artım, 

öz növbəsində, cəmi tələbin istehlak tələbi komponentində  əvvəlki illərə nisbətən böyük 

artıma səbəb oldu. Digər tərəfdən, istehlak tələbindəki nominal artımın həm istehlak 

qiymətləri, həm də əmtəə təklifinin artımına müsbət təsiri olmuşdur.  

 

Dövlət xərclərindəki artım da 2004-cü ildə  cəmi tələbin artımında  əsas amillərdən biri kimi 



çıxış etmişdir. Bu il dövlət büdcəsi xərcləri 21.6 faiz artmışdır. Dövlət xərclərindəki artım 

sosial sektorda iqtisadi artımın sürətləndirilməsində  və sosial rifahın yaxşılaşdırımasında 

köməklik göstərmişdir.  

 

Müxtəlif mənbələrdən maliyyələşən investisiya xərcləri 2004-cü ildə 36.1 faiz artmışdır. 



Əvvəlki illərdə olduğu kimi, investisiyalar, əsas etibarilə, tikinti işlərinin 

maliyyələşdirilməsi və iri həcmli layihələrin reallaşdırılması istiqamətində yönəlməklə, 

başlıca olaraq idxal hesabına örtülən investisiya yönümlü əmtəələrə olan tələbi  əks 

etdirmişdir. Yenə də 73.7 faizini xarici investisiya təşkil edən cəmi investisiyalar iqtisadi 

inkişafa  əhəmiyyətli dəstək verməkdə davam edir. Beləliklə, neft və qeyri-neft 

sektorunda irihəcmli layihələrin icrası ilə  əlaqəli investisiyalar müəyyən tikinti 

xidmətlərinə  dəstək verməklə, 2004-cü ildə tikinti sektorundakı  kəskin artım üçün əsas 

amilə çevrilmişdir. 

  9



 

2004-cü ildə dövlətin fasiləsiz olaraq özəl biznesin inkişafına verdiyi dəstək biznes mühitinin 

yaxşılaşmasına və 

  qeyri-neft sektorunun potensial imkanlarından effektli istifadəyə 

köməklik göstərmişdir. 2004-cü ildə özəl sektor cəmi ÜDM-un 73.5 faizinə  bərabər 

olmuşdur.  

 

Özəl sektorun investisiya baxımından payı 2004-cü ildə artmaqda davam etmişdir. Hesabat 



ilində qeyri-dövlət sektoruna edilmiş investisiyalar 39.9 faiz artdığı halda, dövlət sektoruna 

investisiyalar cəmi 6.6 faiz artmışdır.  

 

Sənaye və tikinti sektorunda bir neçə il müşahidə edilən artım bu gün də davam etməkdədir. 



Son vaxtlar artım baxımından ən sürətlə inkişaf edən tikinti sektorunun ÜDM-da payı son iki 

ildə 8.7 faizdən 13 faizə qalxmışdır. 

 

Demək olar ki, bütün sektorlar sənaye istehsalına öz dəstəyini vermişdir. Kənd təsərrüfatı 



sektorunda artım 2004-cü ildə 4.6 faiz olmuşdur. Artım meyvə, tərəvəz, yemiş  və balqabaq 

istisna olmaqla, kənd təsərrüfatının demək olar ki, bütün sektorlarına öz təsirini göstərmişdir. 

Kənd təsərrüfatında artım məhsul yığımında 3.6 faiz, heyvandarlıqda isə 6 faiz olmuşdur.  

 

ÜDM-un artımında mühüm komponent olan nəqliyyat sektorunda dövriyyə artmaqda davam 



etmiş, yük daşımaları 6.9 faiz, sərnişin daşımaları isə 3.6 faiz artmışdır. Yük daşımalarının 

artımına dəmiryolu daşımalarında 3.1, avtomobil daşımalarında isə 10.4 artım daxil olduğu 

halda, sərnişin daşımalarına avtomobil nəqliyyatında 3.1, metro nəqliyyatında 7.8, hava 

nəqliyyatında isə 26.1 faiz artım daxil olmuşdur.  

 

2004-cü ildə istehlak məhsullarına olan tələbdə əhəmiyyətli artım istehlak bazarında kəskin 



artıma səbəb olmuşdur. Hesabat ilində pərakəndə əmtəə dövriyyəsinin faktiki həcmi 2003-cü 

ilin müvafiq rəqəmləri ilə müqayisədə 13, ödənişli xidmətlər isə 16.4 faiz artmışdır. 

 

 

1.2.2  Monetar sahə 



 

AMB 2004-cü ildə sürətli iqtisadi artımı dəstəkləmək, makroiqtisadi sabitliyin əsas amili kimi 

inflyasiyanı  nəzarətdə saxlamaq, qeyri-neft sektorunun rəqabət qabiliyyətini təmin etmək, 

iqtisadiyyatın yenidən monetarlaşmasını sürətləndirmək və faktiki nağd pula olan tələbatı 

təmin etmək məqsədini daşıyan monetar siyasəti icra etmişdir.  

 

Qısamüddətli depozitlər üçün ehtiyat tələbləri 10 faiz, uzunmüddətli depozitlər üçün 0 faiz 



olmuşdur. AMB 2004-cü ildə ölkədə  fəaliyyət göstərən banklara AZIPS banklararası ödəniş 

sistemi çərçivəsində  manatla  tələb olunan ehtiyatlardan gündəlik klirinq əməliyyatları üçün 

istifadə etmələrinə icazə verilməsi qərarına gəldi.  

 

AMB 2004-cü ildə  qısamüddətli notlar buraxmağa başladı, Lombard və overnayt kreditləri 



verməkdə davam etdi və bir sıraq svop əməliyyatlarını  həyata keçirdi. AMB qısamüddətli 

notları bank sektorundakı artıq likvidliyi sterilizə etmək üçün əvvəlki tədbirlərin nəticəsi olaraq 

dövriyyədəki artıq nağd pulu azaltmaq məqsədilə buraxmaq qərarına gəlmişdi. Qısamüddətli 

notlar ilk dəfə 14 sentyabr 2004-cü ildə emissiya edilmişdir. 2004-cü ildə qısamüddətli notların 

cəmi 11 hərracı keçirilmişdir.  

 

2004-cü ildə istehlak malları  və xidmətlərinin qiymətləri 6.7 faiz artmışdır.  İstehlak 



qiymətlərində 10 faiz artım ərzaq məhsulları, içkilər və tütün, 1.5 faiz qeyri-ərzaq məhsulları 

və 0.3 faiz xidmətlərdə olmuşdur. 



 

 

  10



Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə