The world bank



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə14/25
tarix17.09.2018
ölçüsü1 Mb.
#69024
1   ...   10   11   12   13   14   15   16   17   ...   25

2004 – cü ildə son dəyişikliklər edilmiş Azərbaycan Respublikasının Milli Bankı haqqında olan 

indiki qanun Milli Bankın həm dövlət orqanı, həm dövlət bankı, həm də maliyyə agenti kimi 

hüquq və vəzifələrini müəyyən edir. Qanun fiscal, qiymət və tarif, daxili və xarici borc miqdarı 

və menecment məsələlərinin də daxil olduğu milli iqtisadi siyasətlə bağlı müzakirələrdə 

Bankın iştirakını təmin edir. Bu şərt milli iqtisadi siyasətin həyata keçirilməsindən məsul olan 

dövlət agentliklərinin fəaliyyətinin  əlaqələndirilməsi və mövcud resursların daha səmərəli 

istifadəsi məqsədi daşıyır.  

 

Milli Bank monetar siyasəti həyata keçirir və bank və maliyyə sistemi üzərində tənzimləyici 



və nəzarət funksiyasına sahibdir. 

 

Milli Bankın baş ofisi Bakıda yerləşir. Ölkədə onun əlavə 11 şöbəsi var. Bu şöbələr 



ümumiyyətlə kiçikdirlər və  əsasən pulların paylanması ilə  məşğuldurlar. Naxçıvan Muxtar 

Respublikasında yerləşən şöbə digər 10 şöbədən daha böyük olması ilə fərqlənir. 

 

2.5.1  Monetar siyasət və Digər funksiyalar 

 

Konstitusiya və Milli Bank haqqında qanuna əsasən, Milli Bankın əsas funksiyaları:  



 

• Monetar 

və valyuta məzənnəsi siyasətinin müəyyən edilməsi və həyata keçirilməsi; 

• Konstitusiyanın 19-cu Maddəsinin 2-ci paraqrafına və AMB haqqında Qanununa 

müvafiq olaraq, pul dövriyyəsinin, habelə banknotların emissiyasının, onların 

dövriyyəyə buraxılmasının və dövriyyədən götürülməsinin təşkil edilməsi;   

• Manatın rəsmi mübadilə məzənnəsinin müəyyənləşdirilməsi və elan edilməsi; 

•  Xarici valyuta üzrə tənzimlənmənin və nəzarətin həyata keçirilməsi; 

• Özünün 

qızıl və valyuta ehtiyatlarının müəyyənləşdirilməsi və idarə edilməsi; 

• Ödəniş balansı üzrə hesabatların tərtib edilməsinin idarə edilməsi və ölkənin ödəniş 

balansının tərtib edilməsində iştirak;   

• “Banklar 

haqqında” Azərbaycan Respublikasının Qanununa və qəbul olunmuş digər 

müvafiq normativ hüquqi sənədlərə 

əsasən bankların fəaliyyətinin 

lisenziyalaşdırılmasının, tənzimlənməsinin və nəzarətinin həyata keçirilməsi; 

• Ödəniş sistemlərinin müəyyən edilməsi, koordinasiyası və tənzimlənməsi; 

• Qanunvericilikdə nəzərdə tutulmuş digər funksiyaların həyata keçirilməsi.  

 

Milli Bankın əsas funksiyalarından yaranan əsas məqsədləri bunlardır:  



 

• Milli 


valyutanın sabitliyini təmin edilməsi

• Bank 


və ödəniş sistemlərinin inkişafını və gücləndirilməsini təmin edilməsi. 

 

Milli Bank haqqında qanun hökumətin pul-kredit siyasətinin həyata keçirilməsi üçün olan 



vasitə  və metodları  təmin edir. Burada bazar əməliyyatları, xarici valyuta bazarındakı 

məsələlər, kommersiya bankları  tərəfindən həyata keçirilə biləcək  əməliyyatlar üzərində 

nəzarət və digər tədbirlər müəyyən olunub. Praktikada, Milli Bank Azərbaycan üçün mərkəzi 

faiz dərəcəsinin daxili komitələrin qərarı ilə təyin edir

5

 

 



2.5.2  Ödəniş Sistemlərində iştirak 

 

Milli Bankın ödəniş sistemlərində  iştirakı Qanunda tələb edilir. Milli Bank sağlam maliyyə 



sisteminin yaradılmasına və  yaxşı işləyən ödəniş sisteminin qurulmasına böyük önəm verir. 

Onun həmçinin ödəniş sistemləri kimi maliyyə vasitəçilərini və maliyyə xidmətlərini 

tənzimləmək hüququ var.  

                                                 

5

 Ölkədə əsas faiz dərəcəsi “təkrar maliyyələşdirmə dərəcəsi” kimi bilinir.  



  26


 

Milli Bank banklararası vəsaitlərin köçürülməsi üçün işlətdiyi iki sistemə sahibdir : AZIPS və 

XÖHKS (BCSS). Bu sistemlər dördüncü fəsildə ətraflı təsvir ediliblər.  

 

Milli Bankda AZIPS və XÖHKS – nin bütün iştirakçıları üçün cari hesablar mövcuddur. 



Buraya Maliyyə Nazirliyinin Xəzinədarlığı, kommersiya bankları, BFB-sı və BBVB-sı daxildir.   

 

2.5.2.1 Ödəniş Sistemlərinə Nəzarət  



 

Milli Bank nəzarət funksiyasının inkişafına çox diqqət yetirir. Layihə diqqət altındadır və 

həyata keçirilməkdədir. Milli Bankın ödəniş sistemləri üzərində  nəzarətdəki hüququ çox 

aydındır. Milli Bank haqqında Azərbaycan Respublikasının qanunun 4.2 maddəsində Milli 

Bankın əsas məqsədlərindən biri belə təsbit edilib: “… bank  və ödəniş sisteminin inkişafının 

və gücləndirilməsinin təmin etmək”. Milli Bankın funksiyalarının təsbit edildiyi maddə 5 – də 

Milli Banka “ödəniş sistemlərinin fəaliyyətinin müəyyənləşdirilməsi,  əlaqələndirilməsi və 

tənzimlənməsi” hüququ verilir. 44 – 45 – ci maddələrdə Milli Bankın Ödəniş sistemləri ilə 

əlaqəli hüquqları daha ətraflı təsvir edilib.   

 

Nəzarət konsepsiyası  sənədi hazırlanıb və Milli Bankın  İdarə heyətinin təsdiqini gözləyir. 



Konsepsiya sənədi layihəsinə görə, nəzarət funksiyasının  ən vacib məqsədi ödəniş 

sistemlərinin səmərəli fəaliyyətinin təmin edilməsidir. Digər məqsədlərə isə: i) daha yüksək 

şəffaflığa nail olmaq, ii) beynəlxalq standartlar, xüsusən də CPSS CPSİPS-lə uyğunluq, iii) 

davamlılıq, və iv) digər qurumlarla  

 

CPSS CPSIPS bütün sistemlər üçün minimum tələb kimi müəyyən edilib; standartlar 



sistematik olaraq vacib olmayan ödəniş sistemlərində hissə-hissə  həyata keçiriləcək. Ona 

görə də, konsepsiya sənədi layihəsində müəyyənləşdirilib ki, bu funksiya həm sistematik və 

də sistematik olmayan ödəniş sistemlərini  əhatə edəcək. Konsepsiya sənədi layihəsində 

qiymətli kağızların hesablaşmaları ilə bağlı dəqiq bir məqam göstərilməyib.   

 

Konsepsiya sənədi layihəsinə görə, Milli Bank öz nəzarət funksiyasını  tənzimləyici 



səlahiyyəti ilə yanaşı üç vasitə ilə  həyata keçirmək niyyətindədir: i) monitorinq; ii) 

qiymətləndirmə; və iii) lazımi tədbirlərin / düzəlişlərin edilməsi. 

 

Sistem  əhəmiyyətli ödəniş sistemlərinin qiymətləndirilməsinə dair metodoloji təlimat 



hazırlanmış  və AMB-nin İdarə Heyəti tərəfindən təsdiq edilmişdir. Metodoloji təlimatın 

məqsədi sistem əhəmiyyətli ödəniş sisteminin qiymətləndirilməsi prosedurunun, habelə 

sistemin ÖHSK-nin Əsas Prinsiplərinə cavab verməsinin qiymətləndirilməsi üçün 

kriteriyaların müəyyənləşdirilməsindən ibarətdir. “Sistem əhəmiyyətli ödəniş sistemləri üçün 

Əsas Prinsipləri” sənədi artıq hazırlanmış və İdarə Heyətinin təsdiqinə təqdim edilmişdir. 

 

Sənəddə  təqdim olunmuş prinsiplər bütün sistem əhəmiyyətli ödəniş sistemlərinin 



operatorları üçün nəzərdə tutulmuşdur. Sənəd AMB-nin Əsas Prinsiplərinin qəbul 

edilməsində öhdəlikləri müəyyənləşdirir.     

 

2.5.3  Maliyyə təşkilatlarına nəzarət 

 

Sağlam bank nəzarəti sisteminin əsas elementləri Azərbaycanda artıq mövcuddur. Milli Bank 



birinci dərəcəli nəzarət orqanı kimi fəaliyyət göstərir. Hərtərəfli qanunvericilik  və qaydalar 

artıq yaradılmışdır. 

 

Milli Bank xarici monitorinq və daxili nəzarəti həyata keçirir. Metodoloji çərçivəni inkişaf 



etdirmək və  Bank Nəzarəti üzrə Əsas Bazel Prinsiplərinə uyğunluğu təmin etmək üçün Milli 

Bank aşağıdakı tədbirləri həyata keçirib:  

 

  27



Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə