The world bank



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə16/25
tarix17.09.2018
ölçüsü1 Mb.
#69024
1   ...   12   13   14   15   16   17   18   19   ...   25

• Maliyyə sektorunun inkişafı layihələrində iştirakı və bank sisteminin inkişafı və sağlam 

fəaliyyətinə yönəlmiş araşdırmaları dəstəkləmək. 

 

Azərbaycan Banklar Assosiasiyası ödəniş sistemlərinin inkişaf etdirilməsi sahəsində çox fəal 



olmuşdur. Assosiasiya bütün kommersiya banklar, BFB və digər qeyri-bank təşkilatları da daxil 

olmaqla 43 üzvdən ibarətdir. Assosiasiya ödəniş sistemlərinin təkmilləşdirilməsi və inkişafını 

müzakirə edən xüsusi ödəniş sistemi qrupu yaratmışdır. Ödəniş sistemi qrupunun əsas 

məqsədi Azərbaycan Respublikasının Milli Ödəniş Sisteminin İnkişafı üzrə Dövlət Proqramının 

əməliyyat səviyyəsinin tətbiqində yaxından iştirak etməkdir. 

  30



 

3 Q

EYRI

-

MALIYYƏ MÜƏSSISƏLƏRININ ISTIFADƏ ETDIKLƏRI ÖDƏNIŞ VASITƏSI

 

 

3.1 N



AĞD PUL

 

 

1 yanvar 1994-cü ildən etibarən dövriyyədə olan milli valyuta, manat, ölkənin yeganə ödəniş 



vasitəsidir. AMB ölkədə pul çap edən yeganə müəssisədir. 

 

Nağd pul indiyədək Azərbaycanda ən əsas ödəniş vasitəsidir. Banknotlar M1-in təqribən 70%-



nə bərabərdir. Bakıdan kənar bölgələrdə nağd pul yeganə ödəniş vasitəsi olaraq qalır.  

 

AMB banknotların dizaynı, çapı, paylanılması, zədəli banknotların dövriyyədən çıxarılmasını 



həyata keçirir. AMB-nin ölkə daxilində banknotların toplanması və paylanılması ilə məşğul olan 

11 filialı mövcuddur. 

 

 

C

ƏDVƏL 

3:

 

B

ANKNOTLAR VƏ SIKKƏLƏR

 

(milyon manat) 

 

  

2003 2004 



Cəmi emissiya olunub 

2,168,520

2,631,036 

 

 



 

Cəmi (banknotların emissiyası) 2,168,515

2,631,031 

o cümlədən: 

 

 



50.000 manatlıqlar 1,217,918

1,706,080 

10.000 manatlıqlar 826,507 

799,800 


1.000 manatlıqlar 106,379 

109,259 


500 manatlıqlar 10,528 

8,767 


250 manatlıqlar 2,643 

2,584 


100 manatlıqlar 2,951 

2,954 


50 manatlıqlar 1,247 

1,245 


10 manatlıqlar 260 

260 


5 manatlıqlar 63 

63 


1 manatlıqlar 19 

19 


 

 

 



Sikkələrin emissiyası 5 

 



 

 

Banklarda saxlanılan banknotlar 



və sikkələr 

499,813 488,942 

 

 

 



Banklardan kənar dövriyyədə olan 

banknotlar və sikkələr 1,688,700

2,040,900 

 

Mənbə: AMB 



 

1 yanvar 2006-cı ildə Azərbaycan manatı yenidən denominasiya etmişdir. Bunun nəticəsində

1 yeni manat 5000 köhnə manata bərabər olmuşdur. Yeni banknotlar aşağıdakı 

denominasiyada çap olunmuşdur:  1, 5, 10, 20, 50 və 100 yeni manat. 2006-cı ilin sonunadək 

yeni və köhnə manatlar birlikdə istifadə olunacaqdır. 2007-ci ilin 1 yanvar tarixindən etibarən 

isə köhnə küpürlər dövriyyədən çıxarılacaqdır. 

  31



 

3.2 N

AĞD PUL ISTISNA OLMAQLA ISTIFADƏ OLUNAN DIGƏR ÖDƏNIŞ INSTRUMENTLƏRI

 

 

3.2.1  Çeklər 

 

Azərbaycanda çeklərdən istifadə edilmir. 



 

3.2.2  Birbaşa debetləşdirmə 

 

Azərbaycanda birbaşa debet instrumentindən istifadə olunmur. 



 

3.2.3  Kredit köçürmələri 

 

Kredit köçürmələrindən bankarası kredit ödənişlərini həyata keçirmək üçün istifadə olunur. 



Müştəri bank və ya Azərpoçta yazılı sorğu göndərməklə əqdin həyata keçirilməsini tələb edə 

bilər.  İndiyədək, Azərbaycanın iri bankları müştəri-bank proqram təminatı vasitəsilə öz 

müştərilərinə elektron ödənişlər xidməti təklif edirlər. Köçürmələr BCSS və ya AZİPS 

sistemlərində elektron şəkildə emal olunur. 

 

Son illərdə kredit tranferlərində artım müşahidə olunmuşdur. 2005-ci ildə bu artım 18% 



olmuşdur.  

 

 



Qrafik 1: Banklararası Ödəniş Sistemindəki əqdlərin həcmi 

 

2005



2004

2003


2002

436 000


698 000

907 000


1 070 551

0

200 000



400 000

600 000


800 000

1 000 000

1 200 000

 

 



3.2.4  Ödəniş Kartları 

 

Respublikada kredit və debit kartları asanlıqla  əldə etmək olar. Azərbaycandakı  əsas 

brendlər VISA, MasterCard, AMEX, AzeriCard və Millicard hesab edilir. 

 

2004-cü ildə  əvvəlki illərlə müqayisədə kartların sayısında ciddi artım baş vermiş  və bu 



rəqəm 790000 ədədə bərabər olmuşdur. İstifadə olunan əksər kartlar debit kartlardır. Çox az 

sayda kredit kart istifadəçisi mövcuddur. 

 

  32



Plastik kart əqdlərinin həcmi 4.5 milyon əqdə çatmışdır.  Əqdlərin ümumi məbləği AZM 

1,216.1 milyard olmuşdur (ATM və EFTPOS üçün).  

 

Təqribən istifadə olunan  kartların 85%-i bankomatlardan pulun çıxarılması və qismən POS 



terminallarda istifadə oluna debet kartlardırlar. Respublikada iki kart operatoru mövcuddur: 

AzeriKart and Millikart.  

 

AzeriKart Azərbaycan Beynəlxalq Bankın prosesinq mərkəzi olub bazarın 99%-nı  nəzarət 



edir. 34 bank Azərikartla əməkdaşlıq edir. Hazırda sistemə 850 bankomat və təqribən 2000 

POS terminal qoşulmuşdur. 

 

Hər bir bankın bankomatı Azərikart vasitəsilə xidmət göstərir. Bankomat əqdlərindən irəli 



gələn banklararası hesablaşmalarla bağlı, iştirakçılar hər  əməliyyat gününün sonunda 

Azərikartla klirinq mövqeyi haqqında məlumat əldə edir. Öhdəliklər iki gün ərzində qarşılıqlı 

olaraq  AZIPS və yaXÖHKS vasitəsilə emal olunur.  

 

2004-cü ilin sonundan etibarən fəaliyyət göstərən AMB-nin Millikart prosesinq mərkəzi isə 



bazarın qalan hissəsinə  nəzarət edir. Hazırda AMB MilliKartın tək sahibidir. 2005-ci ilin 

sonunda AMB və 6 bank arasında MilliKartın üzərində sahib olunması haqqında protocol 

imzalanmışdır. Hazırda bü təşəbbüsdə iştirak edən bankların sayı 18 artırılmış və 2006-cı ilin 

sonunda MilliKartın sahibi dəyişəcəkdir.  

 

Hazırda 9 bank MilliKarta daxildir. Şəbəkə 50 bankomatdan ibarətdir.  İndiyədək 5000 kart 



buraxılmışdır ki və hazırda Azerikart şəbəkəsində yalnız beynəlxalq kartlar qəbul olunur. Az 

sayda kartlar yerli marka altında buraxılmışdır. Bu yaxınlarda Mllikart Visa və MasterCard-ın 

üçüncü tərəf prosesoru sertifikatlarını  əldə etmişdir. Bu səbəbdən, üzv banklar qısa 

zamanda Visa və MasterCard-lar təklif etməyə başlayacaqlar. 

 

Millikartın  şəbəkəsinə qaldıqda isə, beynəlxalq hesablaşmalar AMB-dəki müxbir hesablar 



vasitəsilə  həyata keçirilir. Bankomat vasitəsilə yaranan öhəliklər üzrə hesablaşmanın 

aparılması üçün iştirakçılar  əməliyyat günün sonunda MilliKartdan öz qarşılıqlı klirinq 

mövqeləri haqqında məlumat alır. Öhdəliklər qarşılıqlı qaydada AZİPS və ya XÖHKS 

vasitəsilə 3 gün müddətində ödənilməlidir. 

 

Hökümətdə olan plana əsasən dövriyyəsi təqribən 1000 ABŞ dolları olan bütün ticarət 



nöqtələrində EFTPOS terminallar yerləşdirilməlidir. Qeyd etmək lazımdır ki, bu məsələ ilə 

bağlı Azərbaycan Respublikasının sərəncamı bu məqsədlə 2005-ci ilin sonundan etibarən iki 

illik keçid müddəti nəzərdə tutur. 

 

 



3.2.5  Poçt alətləri 

 

AzərPoçt 1.200 filialı vasitəsilə Azərbaycan daxilində pul köçürmələri xidmətləri təklif edir. 



Azərpoçtun maliyyə xidmətləri ilə bağlı imkanlarını primitiv hesab etmək olar. Bir çox  ucqar 

bölgələrdə baş ofislə kommunikasiya olmadığından çox sadə xidmətlər belə  təmin edə 

bilmir.  

 

Şəhərlərdə Azərpoçt kommunal şirkətləri üçün yığım, həmçinin polis və vergi orqanları üçün 



cərimələrin toplanılması funksiyasını yerinə yetirir. 

 

Nəhayət, Azərpoçt aylıq pensiyalar və Pensiya Fondu tərəfindən müəyən edilmiş sosial 



müavinətlərin çatdırılmasını təmin edir.  

 

 



 

  33



Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə