The world bank



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə17/25
tarix17.09.2018
ölçüsü1 Mb.
#69024
1   ...   13   14   15   16   17   18   19   20   ...   25

3.3 N

AĞDSIZ HÖKUMƏT KÖÇURMƏLƏRI

 

 

Mərkəzi hökümətin illik ödənişlərinin həcmi təqribən 2.5 milyard dollara bərabərdir. Hökümətin 



ödənişləri və yığımları mərkəzləşdirilmişdir. 

 

Hökümət ödənişlərini Maliyyə Nazirliyinin Xəzinədarlıq Departamentinin (Yerli Maliyyə 



Şöbəsi) 85 rayon filialı vasitəsilə həyata keçirir. Hər bir yerli maliyyə idarəsi (YMİ) ödənişlər və 

yığım üçün Xəzinədarlıq Departartamentinin təklif etdiyi 5 bank arasında rəqabət  əsasında 

agent-bank seçir. Dövlət müəssisələrinə bank hesabı qadağan edilmişdir. Onun əvəzinə onlar 

yerli maliyyə idarısində hesab açmalıdırlar. 

 

Prinsipcə, ödənişin edilib-edilməməsi ilə bağlı  qərar yerli idarələr səviyyəsində  qəbul 



olunmasına baxmayaraq, bütün ödənişlər Xəzidarlıq planına uyğun olaraq emal olunmalıdır. 

Ödənişi təsdiqləməmişdən  əvvəl, müəssisələrin fakturlarının ümumi xəzinədarlıq ödəniş 

planına uyğun  olub-olmadığı yoxlanılır. Yoxlama uğurlu olarsa, ödəniş tapşırığı icra üçün 

agent banka göndərilir.  

 

Agent-banklar saat 15:00-dək fiziki və hüquqi şəxslərin vergiləri, dövlət qulluqçularının 



maaşları və inzibati ödənişlər də daxil olmaqla yerli maliyyə idarələrinin ödənişlərini emal edir. 

Bu saatdan sonra, əgər YMİ-nin qalığı müsbətdirsə agent-bank bu məbləği AMB-dəki 

Xəzinədarlığın hesabına köçürür. Əgər ödənişlərin məbləği gündəlik yığılan məblədən çox 

olarsa, agent bank ödəniş sorğusunu baş ofisi vasitəsilə Xəzinədarlığa göndərir. Xəzinədarlıq 

bu tapşırığı dərhal və ya T+1 əsasda icra edir. 

 

Hər günün sonunda agent bank bütün emal olunmuş hökümət  əqdlərinin təsdiqnamələrini 



hazırlayır və müvafiq YMİ-nə  təqdim edir. Bank və  Xəzinardarlıq arasındakı yekun 

hesablaşma AZİPS-də emal olunur. Xəzinədarlıq 2003-cü ildən etibarən AZİPS-in üzvüdur və 

AMB-də konsolidasiya hesabına malikdir. 

 

Maaşlar adətən nağd  şəklində  və ya agent-banklar vasitəsilə ödəniş kart hesablarına 



köçürülür. Pulu toplamaq üçün, dövlət müəssisələri çek üçün YMİ-nəö müraciət edir. Daha 

sonra   YMİ çeki agent-banka təqdim edir və nağd pul hesabdan çıxarılır. 

 

Fiziki  şəxslərin  əmək haqqı kartlarına ödənişlər üçün dövlət müəssisələri birbaşa olaraq 



agent-banklarla razılaşır. Hər ay dövlət müəəsisəsi TMİ-nin möhürü olan və kart hesabları 

olan şəxslərin adları yazılan sənədi agent-banka təqdim etməlidir. 

 

Pensiya ödənişləri Azərpoçt vasitəsilə  həyata keçirilir. Azərpoçt birbaşa olaraq ödəniş 



sisteminin iştirakçısı olmadığından ödəniş xidmətləri üçün kommersiya banklarından istifadə 

edir. Ödəniləcək pensiyalarla bağlı məlumat Dövlət Sosial Müdafiə Fondu tərəfindən təqdim 

olunmalıdır. Məlumat  əldə edildikdən dərhal sonra Xəzinədarlıq vəsaitləri banklardakı 

Azərpoçt hesablarına və ya birbaşa olaraq işçilərin banklardakı hesablarına köçürür. 

Pensiayan nağd şəkildə və ya ödəniş kartı vasitəsilə ilə ödənilir.  

 

 



 

 

 



 

 

 



 

 

 



 

  34



Şəkil 1: 

 

 



Hazırda aşağıdakılarda daxil olmaqla Xəzinədarlıq sisteminin inkişafı ilə bağlı bir neçə layihə 

həyata keçirilir: 

 

• Bütün ödənişlərin və  yığımların agent banklarda müvəqqəti hesablaşma olmadan 



AMB-dəki vahid xəzinədarlıq hesabında birləşməsi.  

 

• Büdcə ödənişləri üçün ödəniş mesajında məcburi identifikasiya nişanı olan 



təsnifləşdirmə kodları tətbiq etmək. Bu məqsədlə mesaj formatına yeni sahənin əlavə 

edilməsi nəzərdə tutulmuşdur. 

 

 

 



AZIPS 

Maliyyə Nazirliyinin 

Mərkəzi Xəzinədarlığı 

Bankın baş 

ofisi 

Bank filialı 



Azərpoçt 

filialı 


Dövlət Sosial Müdafiə 

Fondu 


Xəzinədarlığın yerli 

şöbəsi 


Pensioner 

Tapşırıq 

Tapşırıq 

Tapşırıq 

Budcə təşkilatları 

  35



 

4 Ö

DƏNIŞLƏR

:

 

B

ANKLARASI MÜBADILƏ VƏ HESABLAŞMA SISTEMLƏRI

 

 

4.1 X



IRDA ÖDƏNIŞLƏR ÜZRƏ HESABLAŞMA KLIRINQ SISTEMI

 

 

AMB-nin BCSS (XÖHKS) sistemi elektron pərakəndə ödənişlər üçün nəzərdə 



tutulmuşdur.Kiçik məbləğli vəsaitlərin köçürülməsi AZİPS vasitəsilə  də  həyata keçirilə bilər. 

Belə ki, AZİPS-də ödəniş mesajına üçüncü tərəf ödəniş detallarını  əlavə etmək imkanı 

mövcuddur və minimum məbləğ  tələbi yoxdur. 2005-ci ildə sistem 1.32 milyard ABŞ dolları 

məbləğində 754490 əqdi emal etmişdir.  

 

 

XÖHKS 2002-ci ilin dekabr ayından istifadə olunur. Sistem paket emala əsaslanır və özəl 



telekommunikasiya  şəbəkəsi vasitəsilə ilə  fəaliyyət göstərir. Bir paket daxilində  cəmi 

ödənişin sayı  və  həmçinin bir ödəniş daxilində  fərdi mesajların sayı  məhdudsuzdur. Bir 

ödəniş mesajının maksimum məbləği təqribən 45,000 dollardır. Hər bir ödənişdə eyni dəyər 

tarixli ödənişlər olmalıdır. Digər tərəfdən, sistem T+10 günədək ödəniş tapşırıqlarını  qəbul 

edə bilər. 

 

Sistem iştirakçıları arasındakı hesablaşma haqqında qeyd etmək lazımdır ki, XÖHKS-da real 



vaxt ödəniş sisteminin bir sıra xüsusiyyətləri var. Likvidlik (qalıqlar) iş günü başlanğıcı olan 

9:30-da iştirakçıların AZİPS hesabından XÖHKS sub-hesabına köçürülməlidir. Paketlər qəbul 

olunan kimi aşağıdakı likvidlik təmin olunarsa dərhal emal olunur: i) paketin bütöv məbləği 

əqdi həyata kçeirənin BBVB hesabından debit edilir.; ii) benefisiar banka onunn hesabına 

kredit edilmiş  vəsaitlər haqqında təsdiqnamə göndərilir; və, iii) paket ödəniş yekunn və 

gerigötürülməz olur. 

 

Əgər bütün paket üçün adekvat likvidlik mövcud deyilsə, ödəniş gözləmə sırasına daxil olur. 



Sıradakı paketlər FİFO (birinci girən birinci çıxır) prinsipinə uyğun olaraq emal olunur. BCSS 

sıradakı paketi və ya paketdəki hər hansı mesajı ləğv etmək imkanı təmin edir. 

 

Gün  ərzində iki hesablaşma sessiyası olur. Birinci sessiyada sistem saat 13:00-dək 



müştərilərin ödənişlərini qəbul edir və emal edir. Saat 13:00-dən 13:10-dək müştərilər 

sıradakı paketlərin emalı üçün əlavə likvidlik təmin edə bilər. Saat 13:10-dan 13:35-dək BCSS 

paketləri emal edir. Yanlız yekun ikitərəfli qalıqlar baş mühasibat kitabında uçota alınır, lakin 

hesablaşmanın təbiəti ümumi olur. Əgər əlavə likvidlik mövcud olmazsa, sıradakı paketlərsaat 

13:40-dan 15:05-dək olan ikinci sessiyaya ötürülür. 15:05-dən 15:35-dək iştirakçılar sırdaakı 

ödənişlərin emal olunması üçün əlavə likvidlik təmin edə bilər. Əgər 16:10-dək likvidlik təmin 

olunmazsa, ödəniş ləğv olunur. Bu vaxt BCSS iştirakçıların balansları AZİPS-ə geri köçürülür. 

 

AMB gündəlik  əsasda iştirakçıların qalıqları,  əqdlərin həcmi, məbləği və ya ləğv edilmiş 



əqdələri monitorinq edir. 

 

4.1.1  Xidmət haqqı 

 

AMB hər bir ödənişdən 0.005 faiz tutur. 



 

 

4.2  İ



RI MƏBLƏĞLI ÖDƏNIŞLƏRIN KÖÇÜRÜLMƏSI SISTEMLƏRI

 

  36



Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə