The world bank



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə13/25
tarix17.09.2018
ölçüsü1 Mb.
#69024
1   ...   9   10   11   12   13   14   15   16   ...   25

Azərbaycanda  əsas fond birjası Bakı Fond Birjasıdır (Baku Stock Exchange, BSE). 

BFB-sı 2000 – ci ildə yaradılan qapalı tipli səhmdar cəmiyyəti olub, qiymətli kağızlar 

bazarında  əməliyyatlar həyata keçirmək üçün fiziki və texnoloji infrastruktura malikdir. 

2004 – cü ildən BFB –sı kommersiya şirkətidir.   

 

BFB – nın  əsas payçıları qabaqcıl Azərbaycan Bankları, broker şirkətləri və  İstanbul 



Fond Birjasıdır. BFB – sı öz fəaliyyətini QKDK – nin verdiyi lisenziya əsasında qurur.   

 

BFB-nin vəzifələrinə aşağıdakılar daxildir: 



 

• Hökumət, bələdiyyə, korporasiya və digər qiymətli kağızların ticarəti üçün nizamlı bazarın 

təmin edilib, tənzimlənməsi (paylar və borc alətləri)  

• Qiymətli kağızların sıralama kateqoriyalarına təsnifləndirilə biləcək bazarın təmin 

edilməsi  

• Üzvlərin bazarı istifadə etməsi yollarını tənzimləyəcək qaydaların hazırlanması   

• Dilinq 

sistemlərinin təmin edilməsi 

• Qiymət və ticarət barədə məlumat təmin etmək 

• Klirinq 

və hesablaşma mexanizmləri təmin etmək 

• Bazardan 

istifadə zamanı üzvlərə nəzarət, onların monitorinqi və tənbeh edilməsi 

•  Nəzarət orqanlarına hesabat vermək 



 

BFB – sı ticarət təşkilatçısı kimi, həm də depozitari fəaliyyətləri ilə  məşğuldur. BFB-sı 

Qiymətli kağızlar bazarında ticarət, brokerlik fəaliyyəti və ya investisiya menecmenti 

kimi digər fəaliyyətləri həyata keçirə bilməz.   

 

BFB-sı öz bazarında qiymətli kağızları QKDK-nin tələblərindən  əlavə öz tələblərinə 



görə  də  sıralayır. Bu üzvlərə imkan verir ki, fond birjasının  şirkətdən uyğun biznes 

strukturu və satıcıları  tərəfindən münasib tarixə malik qiymətli kağızların ticarəti ilə 

məşğul olsunlar. Birja həmçinin qiymətli kağızlar tələblərə cavab vermədiyi halda 

onların yenidən sıralanmasından məsuldur.  



 

2.3.2.2 Bakı Banklararası Valyuta Birjası (BBVB) 

 

Rəsmi ticarət və hesablaşma sistemi BBVB-sı  tərəfindən həyata keçirilir. BBVB-sı 



1993-cü ildə yaradılıb və idarə heyəti və  hər biri müəyyən paya sahib olan dörd 

kommersiya bankından ibarət səhmdarların ümumi yığıncağı  tərəfindən idarə edilir. 

BBVB-də yalnız xarici valyuta əməliyyatlarında iştirak etməyə lisenziyası olan banklar 

iştirak edə bilərlər. Hazırda sistemdə qırx iştirakçı var.   

 

BBVB-nin rolu aşağıdakılardan ibarətdir: 



 

• Xarici 

valyutanın tirəti üçün nizamlı hərracların keçirilməsi 

• Açıq bazarda mübadilə kursunun müəyyən edilməsi  

• Hökumətlər arasında ödəniş maşını rolunun təmin edilməsi (ölkələr arasında) 

• Valyuta 

əməliyyatlarını təşkil etmək üçün xidmətlərin təmin edilməsi 

• Valyuta 

əməliyyatları ilə bağlı informasiyanın təmin edilməsi  

• Milli 


və xarici valyutada əməliyyatların təşkil edilməsi 

• Banklararası kredit hərraclarının təşkili (banklararası kredit və deposit bazarları) 

• Törəmələrdə  əməliyyatların həyata keçirilməsinin təşkil edilməsi (hələ  həyata 

keçirilmir) 

• Yeni 

maliyyə alətlərinin həyata keçirilməsinin təmin edilməsi 



 

  24



BBVB-də alqı-satqı aparılan valyutalar ABŞ dolları, Avro və Rus rubludur. Bununla belə 

ticarətin 98 faizi dollarla həyata keçirilir. Ticarət iki system vasitəsilə  həyata keçirilir:

 

səsli hərraclar və Birja Elektron Ticarət Sistemi (BEST). Valyuta ticarəti eyni gündə 



həyata keçirilir və  həm satıcı, həm də alıcı üçün həddlər mövcuddur. İştirakçılar 

hesablaşma hesablarında manat və ya xarici valyuta olmadan müəyyən həddə  qədər 

ticarət edə bilərlər. Miqdar əgər həddi keçərsə aradakı fərq maliyyələşdirilməlidir.

  

 



BBVB-sı Azərbaycanda xarici valyuta əməliyyatları üçün bazar olduğu kimi, həm də 

bankların öz aralarında borc alıb, kredit verə biləcəyi bazardır. Bu BBVB-sı  tərəfindən 

həyata keçirilən formal pul bazarı ticarəti sistemidir. Sistemdə ümumilikdə 26 bank 

iştirak edir ki, bunların da çoxunda təminatsız kreditlərin ticarəti həyata keçirilir.  

 

 

2.3.3  Qiymətli kağızların klirinqi və hesablaşma institutları 



 

Qiymətli kağızların klirinqi və hesablaşması iki institutda həyata keçirilir: BFB-sı  və Milli 

Depozitari Mərkəzi (MDM). Depozitarilərin heç birisi Milli Bankın həyata keçirdiyi ödənişlərdə 

birbaşa iştirakçı deyil.    

 

Lesenziyası olan üçüncü depozitari hazırda Beynəlxalq Bankın filialı  tərəfindən təqdim 



olunan yalnız bir buraxılışı özündə saxlayan özəl bir təşkilatdır. 

 

20-dən az səhmdardan ibarət olan korporasiyalar öz qiymətli kağızlar üzrə depozitari 



funksiyanı həyata keçirmək ixtiyarındadırlar. 

 

 



2.4 B

AZARIN STRUKTURU VƏ 

T

ƏNZIMLƏNMƏ

 

 

Maliyyə  təşkilatlarının tənzimlənməsi və onlara nəzarət edilməsindən iki agentlik məsuldur. Milli 



Bank digər maliyyə vasitəçiləri kimi banklara da nəzarət edir. Bank həmçinin valyuta mübadiləsi

kredit və pul bazarları əməliyyatlarından məsuldur. Pul bazarından məsul olduğu üçün Milli Bankın 

hökumət qiymətli kağızları (xəzinə vekselləri və banknotlar) üzərində də səlahiyyəti var.   

 

QKDK-si qiymətli kağızlar bazarının iştirakçılarına nəzarət edir və ikinci dərəcəli bazarda olan 



korporativ öhdəliklərin, payların və xəzinə veksellərinin, eyni zamanda borc qiymətli kağızlarının da 

daxil olduğu əməliyyatların tənzimlənməsindən məsuldur.  

 

 

2.5 M



ƏRKƏZI 

B

ANKIN 

R

OLU

 

 

 



7 avqust 1992–ci ildə “Banklar və bank fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 

qanunu ilə yanaşı, “Milli Bank haqqında” Azərbaycan Respublikasının qanunu qəbul edildi. 1 

dekabr 1992–ci ildə Azərbaycan Respublikası Milli Bankının Nizamnaməsinin qəbul edilməsi 

ilə bağlı Milli Məclis qərar qəbul etdi. Qanunvericilik Milli Bankı ali dövlət bankı kimi qəbul 

edərək ona pulların emissiyası  və rezerv sistemi funksiyasının yerinə yetirilməsi kimi 

ekskluziv bir hüquq verdi. Eyni zamanda, Milli Banka bank sistemi üzərində tənzimləyici və 

nəzarətedici bir səlahiyyət verildi. Azərbaycan Respublikasının 12 noyabr 1995 – ci ildə 

qəbul edilmiş ilk konstitusiyasında da bir daha pul emissiyası  və pulların dövriyyədən 

çıxarılması hüququnun Milli Banka aid olduğu təsbit edildi

4

.  



 

                                                 

4

 Maddə 19, Paraqraf II  



  25


Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə