The world bank



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə24/25
tarix17.09.2018
ölçüsü1 Mb.
#69024
1   ...   17   18   19   20   21   22   23   24   25

6.2.3 Məxfilik

10

  



 

Azərbaycanın qanunvericilikdə nəzərdə tutulmuş istisna hallardan başqa, müştəri hesabları 

üzrə bütün detalları  məxfi saxlanılmalı  və yazılı tapşırığı olmadan başqa  şəxslərə 

açıqlanmamalıdır. 

 

6.2.4 Müştəri aktivlərinin saxlanılması



11

 

Müştərilər tapşırığ yazmaqla onlara məxsus aktivlərini bütövlükdə və ya onların bir hissəsini 



geri götürə bilərlər. Broker ilə imzalanmış kontrakt başqa kontrakt tələb olunanadək qüvvədə 

qalır.  


 

Bu cür tapşırığı aldıqdan sonra broker (əgər broker sazişində başqası nəzərdə tutulmasa) üç 

iş günü ərzində müştəriyə aktivləri qaytarmalıdır. 

 

Broker sazişinin və ya brokerin lisenziyası ləğv olunduqda, broker müştərinin öhdəliklərini və 



broker sazişinin icrası ilə bağlı birdəfəlik xərclərini çıxmağla müştərinin bütün aktivləri 

müştərinin hesabına qaytarılmalıdır. 

 

   


 

6.3 Q

IYMƏTLI KAĞIZLAR ÜZRƏ KLIRINQ VƏ HESABLAŞMA PROSESI

 

 

Ticarətdən  əvvəl, qiymətli kağız alıcısı BFB-nın AMB-dəki hesabına müvafiq vəsaitlərin 



köçürüldüyünü təmin etməlidir. Alıcı bunu birbaşa və ya broker-diler vasitəsilə  həyata 

keçirməlidir. Qəbul olan vəsaitlər haqqında məlumat faks vasitəsilə BFB-na təqdim 

olunmalıdır. Belə ki, BFB bu cür təsdiqnamə almasa, əməliyyatın həyata keçirilməsinə icazə 

vermir. 


 

Eyni zamanda, satıcı brokeri qiymətli kağızın depozit hesabından ticarət hesabına 

köçürülməsi haqqında məlumatlandırmalıdır.  Əgər qiymətli kağızlar MDM-də saxlanılırsa, 

məlumat ticarətdən  əvvəl kağız formada BFB-na təqdim olunur. Satış üçün saxlanılan 

qiymətli kağızlar haqqında məlumat BFB-na iki depozitari tərəfindən təqdim olunur.  

 

Hər bir sessiyadan sonra, köçürməni yekunlaşdırmaq üçün BFB ticarət haqqında protokol 



hazırlayır və MDM-nə  təqdim edir. BFB-də saxlanılan qiymətli kağızlar avtomatik şəkildə 

satıcının hesabından alıcının ticarət hesabına köçürülür. Hesablaşmanı yekunlaşdırmaq 

üçün, BFB AMB-yə tapşırıq göndərərək satıcını hesabına ödəniş etməyi bildirir. Xəzi nə 

vekselləri və AMB Notları ilə bağlı bütün əqdlər T+0, korporativ qiymətli kağızlar isə T+1 

əsasda AZİPS vasitəsilə emal olunur. 

 

Dövlət qiymətli kağızları eyni qrafik üzrə emal olunur, lakin yeganə fərq bundan ibarətdir ki, 



onlar MDM-də saxlanıla bilməz. Bu növ qiymətli kağızlar üçün BFB-nın depozitarisindən 

istifadə olunur.  

 

Korporativ qiymətli kağızlar  ədətən T+1 əsada köçürülür.  Əksər hallarda, nağd pul 



mövqeləri AZİPS vasitəsilə T+0 əsasda emal olunur. Yeganə istisna 4:30-5:30 arasINDA 

keçirilən günorta sessiyasında əməliyyat görən korporativ qiymətli kağızlardır. Bunun səbəbi 

budur ki, AZİPS-in iş günü  17:00-da yekunlaşır. 

                                                 

10

 Brokerin 3.8-ci qaydası 



11

 Brokerin 3.7-ci və 8-ci qaydaları 

 

  51



Digər tərəfdən, qeyd etmək lazımdır ki, korporativ qiymətli kağızların təqribən üçdə ikisi BFB 

vasitəsilə deyil, ikitərəfli  əsasda notarius vasitəsilə  həyata keçirilir. MDM notorusun 

təlimatlarına riayət edir  və adətən qiymətli kağızları bildirişi aldığı gündə alıcıya köçürür. 

 

 

6.4 Z



ƏMANƏT 

Q

RAFIKI

 

 

BFB ticarətdən əvvəl maliyyələşmənin və qiymətli kağızların təmin edilməsini tələb edir. BFB 



əmliyyatdan əvvəl avans ödəniş və qiymətli kağızların təmin edilməsini tələb etdiyindən əks 

tərəf riski yaranmır. 

 

 

6.5 Q



IYMƏTLI KAĞIZLAR ƏSASINDA KREDIT

 

 

 

BFB-də qiymətli kağızların  kreditə verilməsi avtomatlaşdırılmamışdır

.

 Qiymətli kağızların 



kreditləşmə əməliyyatları MDM-də qeydiyyatı girov əməliyyatlarınnı qeydiyyatına bənzəyir

12

 



6.6 K

LIRINQ VƏ HESABLAŞMA TƏŞKILATLARI ARASINDA BEYNƏLXALQ ƏLAQƏLƏR

 

 

Hazırda, Azərbaycanın müvafiq qurumlarının xarici təşkilatlarda hesabları yoxdur. Eyni 



qaydada, xarici təşkilatların yerli təşkilatlarda hesabları yoxdur.  

 

Bununla belə, MDM Rusiyanın müvafiq depozitari təşkilatı ilə danışıqlıq apararaq Rusiya 



təşkilatının MDM-də hesab açmasını təmin etməyə çalışır. 

                                                 

12

 Təfsilatlı məlumat üçün, Bölmə 5.5-ə baxın. 



  52


 

7 M

ƏRKƏZI BANKIN KLIRINQ VƏ HESABLAŞMALAR SISTEMINDƏKI ROLU

 

 

7.1 F



UNKSIYALARI

 

 

AMB ödəniş sistemlərinin inkişafı prosesində yaxından iştirak etmişdir. Belə ki, AMB AZİPS 



və XÖHKS hesablaşma sistemlərini idarə etməklə yanaşı, qiymətli kağızların hesablaşma 

sisteminin hazırlanmasında aktiv rol oynamışdır. AMB həmçinin ödəniş kartlarının prosesinq 

mərkəzini yaratmışdır. Hazırda, kommunal ödənişlər və  pərakəndə ödənişlər sistemlərinin 

təkmilləşdirməsinə xüsusi diqqət verilir. 

 

 

7.2 R



ISKLƏRƏ NƏZARƏT SIYASƏTI

 

 

AMB davamlı olaraq risklərin idarəedilməsi üzrə fərqli instrumentlər vasitəsilə riskləri idarə 



edir. AMB-dəki risklərin idarəedilməsi daxili qaydalara əsaslanır və AMB-nin İdarə Heyəti və 

fərqli işçi qrupları tərəfindən monitorinq edilir.  

 

AMB-nin rəhbərliyi Daxili Audit Departamenti ilə birlikdə risklərin idarəedilməsi tədbirlərini həyata 



keçirir. Daxili audit departamenti Avropanın iri mərkəzi banklarının təcrübəsi əsasında Risklərin 

İdarəedilməsi Metodologiyasını hazırlamışdır. Metologiya iki növ riskləri fərqləndirir: 

 

-  Əməliyyatların idarəedilməsi ilə birbaşa  əlaqəli olmayan risklər (maliyyə riskləri, 



reputasiya riski, insan faktoru), və 

 

- Biznes sahələri ilə bağlı risklərin daxili nəzarətlər vasitəsilə idarəedilməsi. 



 

Likvidlik riskini idarəetmək üçün, AMB gündəlik əsasda aktiv və passivlərin idarəedilməsinin 

mühüm elementi olan bank əməliyyatları ilə bağlı pul axınlarını monitorinq edir. AMB-nin 

İdarə Heyəti ödənişlər üçün banklarası  və digər borclanma üçün istifadə olunacaq ödəniş 

müddəti çatmış  vəsaitlərin minimum hissəsi ilə bağlı  məhdudliyyətlər müəyyən edərək 

gözlənilməz hallarda tələbləri ödəməyi planlaşdırır. 

 

AMB-nin aktiv əsaslı likvidliyin idarəedilməsi aşağıdakı kimidir: 



 

• Bankların məcburi ehtiyatlarındakı azalması  səbəbindən qısa müddətli vəsait 

tələblərini ödəmək üçün müəyyən səviyyədə likvid aktiv saxlamaq. 

 

•  İnvestisiya Komitəsi tərəfindən hazırlanmış və İdarə Heyəti tərəfindən təsdiq edilmiş 



Əməliyyat və İnvestisiya Strategiyasına əsasən hər gün cəmi pul vəsaitlərin ən azı 6 

faiz həcmində likvid aktiv saxlanılmalıdır. Aylıq maksimum likvid dərəcəsi cəmi 

idarəedilən pul aktivlərinin 50%-nə bərabər olmalıdır. 

 

AMB kredit riskinə (borcalanın maliyyə itkiləri ilə üzləşməsi səbəbindən öz öhdəliklərini yerinə 

yetirməməsi) məruz qala bilər. AMB-nin Bazar Əməliyyatları Departamenti İdarə Heyətinin 

müəyyən etdiyi kredit əqdləri ilə bağlı daxili qaydalar, kreditlərin təsnifləşdirilməsi, mükün 

itkilər üzrə ehtiyatların yaradılması, təminatın qiymətləndiriməsi kimi kredit riskinin 

idarəedilməsi prosedurlarını icra edir. 

 

 

 



7.3 H

ESABLAŞMA

 

 

  53




Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə