Tofiq Xəzər



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə220/229
tarix13.12.2017
ölçüsü4,78 Mb.
#15422
növüYazı
1   ...   216   217   218   219   220   221   222   223   ...   229

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

952 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

beytindən də göründüyü kimi, anadilli Ģeir təəssübkeĢliyi 



Nəsimi və Xətaidə birbaĢa səsləĢir: 

 

Nə kiĢidürür ġirazi ki, bəyan edə bu razı, 



Düzübən bu sözü sazı mən uĢ zəbanə gəldim. 

  

Təyyar SALAMOĞLU (CAVADOV) 



ĠSMAYIL ġIXLI VƏ MĠLLĠ - TARĠXĠ VARLIĞIMIZ 

 

    



  

 

  



  

 Azərbaycan ədəbiyyatı tarixində görkəmli nasir kimi 

yaĢamaq hüququ qazanan Ġsmayıl ġıxlı bədii yaradıcılığa 

1930-cu illərin sonu, 40-cı illərdə gəlmiĢdir. Əksər 

yaradıcı adamlar kimi o da əvvəlcə poeziyada müəyyən 

"gəziĢmələr" etmiĢ, xalq Ģeiri üslubunda yazdığı qısa 

müddətli Ģeir yaradıcılığından sonra nəsrə keçmiĢdir. 

Ġ.ġıxlı ilk nəsr əsərlərini 40-cı illərin sonlarında yazmıĢdır. 

Müharibənin od-alovunu gözləri ilə görən, onun törətdiyi 

bəlaların ağrısını canında yaĢadan Ġ.ġıxlı 1942-ci ildən 

qələbə gününədək döyüĢ yolu keçmiĢdir. O, "Həkimin 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

953 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

nağılı", "Konserv qutuları", "Səhəri gözləyirdik", "Kerç 



sularında" adlı hekayələrində bir nasir kimi qələmini 

sınaqdan çıxarmıĢ, müharibə və insan mövzusunun 

psixoloji tərəflərini bədii təsvirin mərkəzinə çəkməyə 

çalıĢmıĢdır. Hekayələrinin mövzusunu iĢtirakçısı olduğu 

müharibə həyatından götürdüyü üçün bədii əksetdirmədə 

dəqiqlik, canlılıq və reallıq əsas məziyyətə çevrilmiĢ və 

yazıçının ilk uğurunu ĢərtləndirmiĢdir. 

Bununla belə, Ġ.ġıxlının həqiqi sənətkar uğuru "Ayrılan 

yollar"dan baĢlanır. Dövrün ədəbi tənqidinin "Ayrılan 

yollar"a münasibəti birmənalı olmamıĢdır. Yazıçının bədii 

dilinin səlisliyi, təsvirlərdəki canlılıq və təbiilik, süjetin 

qəhrəmanların düĢüncələrindən, qəlb aləmindən güc alan 

hərəkəti və bir sıra baĢqa cəhətlər yüksək qiymətləndirilsə 

də, insanların əmək prosesindəki hərəkətinin müəyyən 

mənada arxa plana keçirilməsi, mövzu və problematikanın 

kənd həyatından yazılmıĢ baĢqa əsərlərdəkindən əsaslı 

Ģəkildə fərqlənməməsi, konfliktin zəifliyi, baĢqa sözlə, 

yazıçının konfliktsizlik nəzəriyyəsinin təsirindən yaxa 

qurtara bilməməsi əsərin qüsurları kimi qabardılırdı. 

Tənqidin "Ayrılan yollar"a bu münasibəti obyektiv və 

elmi-analitik qiymətləndirmənin yox, ideoloji münasibətin 

nəticəsi kimi qəbul edilməlidir. 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

954 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

Məlumdur ki, 50-ci illərin sonu - 60-cı illər insan amilinin 



ön plana keçməsi ilə ədəbiyyatımızda yeni mərhələnin 

baĢlanğıcı olur. Ədəbi tənqid və ədəbiyyatĢünaslıq bu 

mənada bədii nəsrimizdə Ġ.Hüseynovun "Yanar ürək", 

M.Ġbrahimovun "Böyük dayaq", M.Hüseynin "Yeraltı 

çaylar dənizə axır" romanlarına xüsusi dəyər verir. 

"Ayrılan yollar" bu əsərlərin hər üçündən qabaq 

yazılmıĢdır. Əmək prosesində qarĢıya çıxan 

çətinliklərdən, problemlərdən doğan konflikt əsasında 

hərəkətə gələn süjet "Ayrılan yollar"da bədii təsvirin üst 

qatıdır, örtüyüdür. 

"Ayrılan yollar"da insanlar planı yerinə yetirmək uğrunda 

gecə-gündüz çalıĢan və bu çalıĢma prosesində sadəcə 

"canlı insan olmağa vaxtı qalmayan surətlər" (Elçin) kimi 

yox, öz duyğu və düĢüncələri, sevinc və iztirabları ilə özəl 

bir dünya yaĢayan təbii varlıq kimi də uğurla təsvir 

edilmiĢdir. Bu mənada "Dağlar səslənir"dən "Ayrılan 

yollar"a qədər Ġ.ġıxlının yaradıcılığındakı irəliyə doğru 

hərəkəti görməmək mümkün deyildir. 

Ġ.ġıxlı sosrealizmin mövzu standartlarını ancaq "Dəli 

Kür"də tamam qıra bilmiĢ, həm də mövzuya dövrün yox, 

iç dünyasının istəyi ilə giriĢmiĢ və bədii həll vermiĢdir. 

Ġ.ġıxlı xarakter etibarı ilə kökə, milli-tarixi varlığa bağlı 

insan idi. "Dəli Kür"də seçilən mövzu, qoyulan 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

955 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

problemlər ruh etibarı ilə ona yaxın olduğu üçün 



yaradıcılığının sonrakı mərhələsində də o, bu mövzuya 

sadiq qalmıĢdır. Onun "Dəli Kür"dən sonra yazdığı 

"Əfsanələr və rəvayətlər" silsiləsindən olan əsərlərində də, 

"Qızıl ilan", "Namus qaçağı" hekayələrində də etnik 

yaddaĢdan gələn xüsusiyyətlər aparıcıdır.  

Lakin "Dəli Kür" ruhu daha çox onun son romanında - 

"Ölən dünyam"da görünür.  

Romanda bədii təsvirin mərkəzində 20-ci illərin hadisələri 

durur. Roman qəhrəmanları ilə ilk tanıĢlıqlar ailə-məiĢət 

hadisələri çərçivəsində baĢ verir. Lakin romanın məiĢət 

süjeti də kifayət qədər dramatikdir. 

Alqazaxlıların ağbirçəyi Güllü arvad, Çıraqlılar nəslinin 

ağsaqqalı Ömər koxa yazıçının romanında yaratdığı 

möhtəĢəm obrazlardır. Güllü arvad da, Ömər koxa da 

dünyanın hər üzünü görmüĢ, böyük həyat təcrübəsi 

toplamıĢ müdrik insanlardır. Onlar həyatın mənasını 

namusla yaĢamaqda görürlər.  

Əslində müəllifin məqsədi ayrı-ayrı fərdlərin həyat yolunu 

izləmək deyil. Nə Güllü arvad, nə də Ömər koxa fərdi 

xarakterin ümumiləĢdirilmiĢ obrazı kimi yaradılmamıĢdır. 

Baxmayaraq ki, Güllü arvadın da, Ömər koxanın da 

xarakteri çox aydın və parlaq cizgilərlə cızılmıĢ, 

özünəməxsus fərdi keyfiyyətləri olan obrazlar kimi oxucu 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   216   217   218   219   220   221   222   223   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə