Tofiq Xəzər



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə221/229
tarix13.12.2017
ölçüsü4,78 Mb.
#15422
növüYazı
1   ...   217   218   219   220   221   222   223   224   ...   229

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

956 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

yaddaĢında silinməz izlər buraxırlar. Güllü arvad da, 



Ömər koxa da milli-tarixi varlığın simvolları olmaqla, bu 

tarixi gerçəkliyə məxsus ən əlamətdar keyfiyyətlərin 

daĢıyıcısı kimi bədii təsvirin mərkəzinə çəkilirlər. 

Güllü arvadın Ömər koxanın ölümündən sonrakı həyatı 

milli xarakterin sovetləĢmə dövründəki faciəsini 

ümumiləĢdirir. Məhz bu həyat yolu kontekstində müəllif 

sovetləĢmə dövrünün ən acı həqiqətlərini oxucuya çatdırır. 

Ġ.ġıxlının ən böyük uğurlarından biri yaĢanılan və 

yaĢanmaqda olan həyatı qarĢılaĢdırması, müqayisə 

müstəvisinə gətirməsidir. Oxucu Ömər koxanın və Güllü 

arvadın, həmçinin Çıraqlıların və Alqazaxlıların 

inqilabaqədərki həyat tərzi ilə inqilabdan sonrakı həyat 

tərzinin ən səciyyəvi məqamları ilə tanıĢ olur. Yazıçı 

süjetə müdaxilə etmir, hadisələrə tendensiyalı münasibət 

göstərmir. Sadəcə epik təhkiyəni davam etdirir, iki nəslin 

xoĢbəxt, təbii bir həyat yaĢamaq imkanını itirib faciəli bir 

tale yaĢamasını, bu yaĢantının ürək göynədən təfsilat və 

detallarını təsvir edir. Bu təhkiyə və təsvirlər sovetləĢmə 

dövründə itirdiklərimiz, daha çox isə mənəvi itkilərimizlə 

bağlı çəkilməz, dözülməz ağrıların təsvirinə yol açır, 

sonralar üzləĢdiyimiz milli faciələrimizin kökünü 

görməyə istiqamət verir. Müəllifin "ölən dünyam" 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

957 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

ifadəsini nə üçün sərlövhəyə çıxarmasının səbəblərini 



açıqlayır. 

Ġ.ġıxlı ölməz sənətkardır. Çünki o, yaradıcılığında 

milliliklə bəĢəriliyin üzvi vəhdətinə nail ola bilib. Bununla 

belə, onun sənət dünyasında "Dəli Kür"ün müstəsna 

mövqeyi var. "Dəli Kür" Azərbaycan nəsrində bir də fəth 

olunması mümkün olmayan zirvədir və bu mənada 

professor N.Cəfərovun onu "ədəbiyyatımızın 

S.Vurğundan sonrakı Ģah əsəri" adlandırmasında mən 

böyük həqiqət görürəm (Klassiklərdən müasirlərə. Bakı. 

"ÇaĢıoğlu", 2004, s. 170).  

"Dəli Kür" "bütün zamanlar üçün" yazılmıĢ bir əsərdir. 

Görkəmli sənətkarın anadan olmasının 90 illiyi ərəfəsində 

biz romanın üzərinə yenidən qayıtmağı və bu əsəri həmiĢə 

təzə-tər saxlayan keyfiyyətləri imkanımız daxilində 

hərtərəfli incələməyi daha məqsədəmüvafiq hesab etdik. 

 

* * * 



 

"Dəli Kür" romanında XIX əsrin ikinci yarısının, daha çox 

isə son onilliklərinin hadisələri təsvir olunur. Əsrin ikinci 

yarısının ilk onillikləri romanın birbaĢa təsvir obyekti 

deyil. Həmin tarixi zaman kəsiyi birbaĢa təsvir predmetinə 

çevrilən zaman kəsiyi ilə müqayisə kontekstində estetik 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

958 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

düĢüncənin predmetinə çevrilir. "Hər kəsin öz kiĢiliyinə 



və adına görə dolanmağı var idi. Qanlı da qanını özü 

alırdı, nə divan var idi, nə də dərə. Ġndi bu nədir?" 

Romanın aparıcı qəhrəmanının - Cahandar ağanın daxili 

hiddət və etirazla, təəccüb və təəssüflə içindən keçirdiyi 

bu düĢüncələr və qoyduğu sual onun ömrünün çox 

hissəsini yaĢadığı keçmiĢ zamanın səciyyəsini açır; 

patriarxal münasibətlər, milli adət - ənənələrlə 

tənzimlənən həyatın sabitliyinin pozulmağa, "dünya"nın 

dəyiĢməyə doğru getdiyini iĢarələyir. 

Ġ.ġıxlı romanının mövzusunu "dəyiĢməyə doğru gedən" 

zamandan götürür və onun obyektiv səciyyəsini verməyə 

çalıĢır.  

Ġlk növbədə milli varlığın min illər ərzində formalaĢan 

həyat tərzinə müstəmləkəçi rejimin - çar hökumətinin, 

roman qəhrəmanlarının dili ilə desək, "divan - dərə"nin 

bütün gücü ilə nüfuz cəhdi bədiiləĢdirilir. Romanda çar 

hökumətinin Azərbaycanda siyasi və iqtisadi cəhətdən 

möhkəmlənməsinin konkret mənzərələri əks olunmuĢdur. 

Bu mənzərələr həmin dövrün ictimai-siyasi 

münasibətlərini dolğun və tam obyektiv əks etdirir. 

Yazıçı romanda çar hökumətinin Azərbaycana gəliĢinin, 

burada möhkəmlənmək niyyətlərinin bütövlükdə 

müstəmləkəçi xarakter daĢıdığını və milli varlığa qarĢı 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

959 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

çevrildiyini əks etdirir. Çar hökumət nümayəndələrinin 



yerlərdə hər cür və hər hansı münasibətlə görünüĢü, bir 

qayda olaraq, narazılıqla və bir çox hallarda isə 

müqavimətlə qarĢılaĢır. Roman müəllifi bu münasibəti 

həm keçmiĢ, həm də çağdaĢ planda süjet xəttinin üzvi 

tərkib hissəsinə çevirir:  

"Bu ölü sükutu hiss edən kazaklardan biri Əhməddən 

soruĢdu: 

- Camaat hanı, köçüblər? 

- Yox. 

- Bəs niyə görünmürlər? 



- Sizdən qorxurlar. 

- Niyə? 


- Sizdən xeyir gözləmirlər".  

Göytəpəlilərin keçmiĢdə olanları yaxĢı xatırlamaları 

fonunda müəllif çar hökumət nümayəndələri ilə xalq, yerli 

camaat arasındakı bu etimadsızlığın kökünü açır: 

"Göytəpəlilərdən neçə dəfə atlı kazakların tökülüĢüb 

gəldiklərini və "Zayej"də gecələdiklərini görənlər az 

olmamıĢdır. Hətta həmin kazakların ətraf kəndlərdən, 

eləcə də Göytəpənin özündən adamlar tutub döydüklərini, 

sonra da atın döĢünə salıb siyirtmə qılınc altında Ģəhərə 

apardıqlarını xatırlayanlar, onları unutmayanlar çoxdur".  




Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   217   218   219   220   221   222   223   224   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə