Tofiq Xəzər



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə222/229
tarix13.12.2017
ölçüsü4,78 Mb.
#15422
növüYazı
1   ...   218   219   220   221   222   223   224   225   ...   229

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

960 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

Retrospektiv planda romana daxil olan bu təsvirlər çar 



hökumətinin müstəmləkəçi siyasətinin, kiçik millətlərə, 

hərb gücü ilə ələ keçirdiyi torpaqların dədə-baba 

sakinlərinə münasibətinin ilk mərhələsini səciyyələndirir. 

Romanda Göytəpə kəndinin ətrafında yerləĢən və dədə-

babadan göytəpəlilərə məxsus olan meĢənin qoruq elan 

edilməsi əhvalatı çar hökumətinin Azərbaycan 

torpaqlarını iqtisadi fəthinin yeni mərhələsini 

səciyyələndirməklə dramatizmi artırır, hadisələrin 

cərəyanını məiĢət planından çıxararaq bədii konfliktdə 

milli konteksti gücləndirir. Çarizmin Göytəpə kəndinə və 

bu kəndin sakinlərinə münasibəti bütövlükdə Azərbaycana 

və Azərbaycan xalqına münasibət kimi mənalanır. 

Göytəpə kəndi mikromühit olaraq makromühiti - 

Azərbaycanı simvollaĢdırır. MeĢənin qoruğa çevrilməsinə 

göytəpəlilərin kəskin reaksiyası milli varlığın 

özünümüdafiə gücünü göstərir. 

Bu özünümüdafiə tam dərk edilmiĢ zərurət kimi baĢ 

vermir. Milli varlığın daxilindəki inersiyadan güc alır. 

Həqiqət budur ki, hansı səbəbdən olur-olsun, hansı 

mənbədən qidalanır-qidalansın, zərurət anında millət bir 

yumruq kimi birləĢə, öz haqqının müdafiəsinə qalxa bilir: 

"Pristav Göytəpəyə yola düĢəndə elə zənn etmiĢdi ki, 

camaatın üstünə təpinən kimi hamı qorxub geri çəkiləcək, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

961 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

kazakları meĢədə ağaca sarıyan adamları dərhal tapıb 



tutacaq, kazakların qabağına qatıb həbsxanaya 

göndərəcəkdi. Amma indi gözləmədiyi bu vəziyyətdə 

çaĢıb qalmıĢdı".  

"Gözlənilməz vəziyyət" nədən ibarət idi? Pristav elan edir 

ki, "Kürün o üzündəki meĢə bundan sonra padĢahın ov 

yeri olacaq. Ora yaxın getmək, qoruğa girmək 

qadağandır". Bu məqamda "Kürün o üzündəki meĢə" 

bütün Azərbaycan torpaqları mənasında metaforalaĢır və 

Göytəpəlilərin hökumətin bu qərarına kəskin reaksiyası 

müstəmləkəçi rejim Ģəraitinin mövcudluğuna rəğmən 

xalqın içində milli özgürlük düĢüncəsinin güclü olduğunu 

nümayiĢ etdirir. Doğrudur, pristav kəndə gələndə onun 

"gəliĢini hərə bir cür izah edir, xatanın özündən uzaq 

olmasını arzulayırdı". Lakin məsələnin (pristavın 

gəliĢinin) mahiyyəti açıqlanıb Göytəpə camaatının taleyi 

ilə - milli tale ilə bağlananda hər cür fərdi istəklər, hətta 

tayfa mənafeləri də bir kənara qoyulur (baxmayaraq ki, 

kənddə fərdi münaqiĢələr də çoxdur, idarəçilik daha çox 

tayfa münasibətləri üzərində qurulub), camaat heç bir 

tərəddüdsüz milli birlik nümayiĢ etdirir: "Bir az bundan 

əvvəl bölük-bölük, tayfa-tayfa oturan kəndlilər zəncir 

halqası kimi birləĢdilər". Bu "birləĢmə" 

ədəbiyyatĢünaslıqda çox vaxt "patriarxal - feodal 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

962 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

Azərbaycan" mühiti kimi təqdim olunan və bir qayda 



olaraq tənqidi münasibət hədəfi kimi götürülən XIX əsrin 

II yarısının milli gerçəkliklərinin bir çox obyektiv və həm 

də ürəkaçan məqamlarını ortaya qoyur. 

Romanın üçüncü hissəsindəki pristav - göytəpəlilər 

qarĢılaĢmasında çar hökumət nümayəndəsinin tayfaları, 

onların ağsaqqallarını, baĢqa sözlə, kənd camaatını bir-

birinə qarĢı qoymaq, bu tayfaların özlərinin aralarındakı 

"ziddiyyətlər"dən istifadə niyyəti baĢ tutmur. Qoruq 

məsələsi ortalığa gələndə yazıçı təsvir edir ki, "Cahandar 

ağa papirosunu tüstülədirdi, Molla Sadıq isə təsbeh 

çevirməyə ara vermirdi". "Papiros tüstüsü" ilə "ara 

verilmədən çevirilən təsbeh" pristavın diqqətini ona görə 

xüsusi cəlb edir və onda ciddi narahatlıq yaradır ki, o, bu 

hərəkətlərdə milli həmrəylik əlamətləri görür. Ən qəribəsi, 

sosrealist estetik və siyasi düĢüncədən sərf-nəzər etsək, ya 

bəlkə də, ən qanunauyğunu budur ki, məsələyə ilk kəskin 

reaksiyanı Molla Sadıq verir:  

"- Cənab pristav, o yerlər dədə-babadan bizim kəndin 

olub. Malımız, binələrimiz ora ilə dolanıb, indi camaat 

neyləsin?" 

UĢaqların oxumağa getməsinə hər vəchlə mane olmaq 

istəyən Molla Sadığın xarakterində sosrealist estetikadan 

gələn məqamlar var. Bu məqamda onun obrazı bizə 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

963 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

tamamilə tanıĢdır. Biz oxuduğumuz sosrealist ədəbiyyatda 



molla həmiĢə xalqı geriyə çəkən, qaranlıq mühitdə 

saxlamaq istəyən varlıq kimi təqdim olunub. Lakin 

camaata məxsus meĢənin onların əlindən alınmasına, 

baĢqa sözlə, milli mənafeyin tapdalanmasına qarĢı çıxıb 

(həm də yüksək hökumət dairələri səviyyəsində), haqqı 

müdafiə edən və bu zaman Ģəxsi mənafeyini arxa plana 

keçirən molla obrazı - Molla Sadıq obrazı 

ədəbiyyatımızda yenidir; Ġ.ġıxlının qələmində milli-tarixi 

varlığın inkiĢafında potensial qüvvə olan din xadimlərinə 

"sosial damğa"dan kənar, insani münasibət kontekstində, 

mövcud ədəbi standartları dağıtmaq səviyyəsində olan 

yeni tipli yanaĢmadır.  

Romanla bağlı ilk yazılarda romanın problematikası ilə 

bağlı bu gün də öz aktuallığını itirməyən, müasir səslənən 

və əsərin ideya-bədii Ģərhini verməyə açar olan 

mülahizələr də söylənmiĢdir: "Ġsmayıl ġıxlının "Dəli Kür" 

romanı ona görə oxucunun məhəbbətini qazanmıĢdır ki, 

orada yalnız ayrı-ayrı surətlərin deyil, müəyyən tarixi 

dövr, bu dövrdə cəmiyyətin psixologiyası, ictimai 

ziddiyyətləri, inkiĢaf meylləri düzgün bədii əksini 

tapmıĢdır"1. ÇağdaĢ ədəbiyyatĢünaslıqda da romanın 

ideya-estetik dəyərini bu istiqamətdə axtarmaq meylləri 

var. Bu mənada T.Hüseynoğlunun aĢağıdakı tezisi maraq 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   218   219   220   221   222   223   224   225   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə