Tofiq Xəzər



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə219/229
tarix13.12.2017
ölçüsü4,78 Mb.
#15422
növüYazı
1   ...   215   216   217   218   219   220   221   222   ...   229

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

947 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

Əvvəla, folklorlaĢmıĢ ürfan süjetləri, ümumilikdə Islam 



mifologiyası bütün sufi Ģairləri kimi Xətainin də 

yaradıcılığında ilkin və aparıcı qaynaqlardandır. Müəllifin 

"dini-mistik" motivlər adlandırdığı cəhətlər Xətainin 

əsasən qəzəl yaradıcılığında tez-tez təsadüf edilən Quranın 

ayə və surələrindən götürülərək sadə xalq anlayıĢları 

səviyyəsində təqdim olunub. Rus, türk, Avropa 

tədqiqatçıları Ģairin qəzəllərində təsəvvüf xalq 

ədəbiyyatının bədii görüntülərinin bu Ģəkildə inikasını sufi 

ədəbiyyatında orijinal bir xüsusiyyət, təkrarolunmaz cəhət 

kimi məxsusi qeyd etmiĢlər. Xətai xalq Ģeiri səpgisində 

yazdığı Ģeirlərindən fərqli olaraq qəzəllərində təsəvvüf 

poeziyasının daha dərin qatlarına enə bilmiĢdir. O, qəzəl 

ölçüsündə ürfan fəlsəfəsinin folklorlaĢmıĢ dini 

mündəricəli manifestini yaradıb: 

 

Nəfəsi əhli-dilin gövhəri-candır bilənə, 



Nitqimiz qüdrəti-həq, ruhi-rəvandır bilənə. 

 

Mətifət gövhərinin kaninə mədən ola gör, 



ÜĢtə bu gənci-hünər, elmi-nihandır bilənə. 

 

ġərbəti-həqdən içən eĢq ara azad olur, 



Eylə sərməst olanın küfri imandır bilənə. 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

948 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

 



Istədi abi-həyat çeĢməsi kim, irdi Xızır, 

Ol verir doğru xəbər, cümlə əyandır bilənə. 

 

Ələ girməz, xanı ol əsrüki-divanə aĢiq, 



Leyk məĢuqənin ol dərdi amandır bilənə. 

 

Qövli yalançı ilə olma müsahib, çək əlin, 



Həmdəm olmaq div ilə külli ziyandır bilənə. 

 

Ey Xətai, tanı sən həqqi özündən sakın ol, 



Dəxi söz söyləmə var, bu söz əyandır bilənə.  

 

Qəzəldəki "qüdrəti-həq", "mərifət gövhəri", "Ģərbəti-həq", 



"əsrüki-divanə aĢiq", "div" kimi ifadələrlə Ģair sanki 

sufizmin təsəvvüf rəmzləri ilə iĢarələnmiĢ böyük bir dini-

mifoloji folklor xəritəsi yaradıb. 

Ġstər özündən əvvəlki Nəsimi qəzəlləri, istərsə də özündən 

sonra Füzuli qəzəllərində xalq ədəbiyyatının ürfani 

kodeksləri Xətai qəzəliyyatındakı tarixilik və təriqi 

dürüstlüyə malik deyil. Belə ki "Böyük ideallar Ģairi" adlı 

əsərində görkəmli alim M.Quluzadə yazır: "...Nəsimidə 

sufizm meylləri olduğunu qeyd etmək heç də kafi deyildir. 

Bu meyllərin məzmun və mahiyyətini də aydınlaĢdırmaq 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

949 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

lazımdır... Sufizmdə Nəsimini cəlb edən cəhət onun Ġslam 



dini ehkamlarına tənqidi münasibəti, allahın insanda 

təcəssümü və insanın daxili təkamül nəticəsində allah 

dərəcəsinə yüksələrək "ənəlhəq"deməsi idi."  

Lakin Xətaidə sufizm bir sənət kredosu, bir dini-bədii 

sistem kimi təzahür edir: 

 

Həqi könüldə sir saxla, özündən bixəbər sufi, 



Bu dəryadan dərin sirri nə bilsin dəngəsər sufi. 

 

TanımamıĢ o nəfsini, necə bilsin ki, rəbbini,  



Qalıbdır ladə, illadə görün nə zikr edir sufi. 

 

Sevibdir sin ilə zəri, qoyubdur vəsli-didari, 



Əgər doğrusini dersən olur xəĢm ilə nər sufi. 

 

Özüni bilən ər sufi, həm oldur sufi ya safi, 



Desən rəva durur anə, gəl ey sahibnəzər sufi. 

 

Xətai, mürĢidi pirlər ərini tutub ar etmə, 



Əgər arif isən anla, kərəm qıl olma xər sufi.  

 

Qəzəldə "ladən", "illadən" keçib "özüni bilən ər sufi" 



mərhələsinə qədər yüksələn sufi, dastan qəhrəmanını 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

950 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

xatırladır. Bu isə ġah Xətai ilə Ģair Xətaini qovuĢdurur, 



birləĢdirir və bir edir. Bu qəzəlin bədii məntiqində 

mürĢidi-kamil deyilən sufi Xətai dayanır. Bu cəhətlərinə 

görə, Xətai ürfani xalq folklorunun təkümülündə sələf və 

xələflərindən daha ardıcıl, daha monolit görünür.  

Bu mənada M.Qasımlı Ģairin qəzəllərindəki ürfani-

mifoloji koloritə belə aydınlıq gətirir: "Vəhdəti-vücud 

fəlsəfəsindən gələn haqqa qovuĢma uğrundakı mənəvi-

ruhani mübarizə Xətainin sufiyanə qəzəllərində öz qabarıq 

əksini tapır. ġair təsəvvüf aĢiqinin haqqa qovuĢmaq üçün 

dörd mərhələdən keçməsini vacib sayır. Bu mənada Ģair 

Xətai həm də dərviĢ Xətaidir".  

ġair xalq ədəbiyyatına bağlılığın fərqində olduğunu 

qəzəllərində qeyd etmiuĢ, bununla fəxarət duyduğunu belə 

dolayısı ilə qeyd etmiĢdir: 

 

Bu Xətai Ģerinə eyb etmə, ey nakəs həsud,  



Cümlə üĢĢaq əhlinə həmdəm onun divanıdır! 

 

Yaxud 



 

Nəzmi-əĢarın Xətai, hər biri dürdanədəndir, 

Söyləgil ta Ģahların guĢində olsun guĢivar. 

 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

951 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

Mən eyləmə Xətai kəlamini, ey rəqib, 



Yaz dəftərinə sözləri nəzmü nizamdır. 

 

Eləcə də 



 

Xətai, nəzmi-əĢarinə yüz min afərin gəlsin, 

Ki, aqillər xəyalindən deyil, divanələrdəndir! 

 

Ey Xətai, afərin qılmaq gərək idrakına, 



Böylə tər sözləri məgər kim, Sədiyi-ġiraz edər?  

 

Beytlərdəki müəllif fəxarətinin mənası aydındır. Özünə 



qədər təxminən altı əsr yol gəlmiĢ qəzəl sistemində 

dəyiĢiklik və yenilik cəhdləri böyük yaradıcılıq cəsarəti 

tələb edirdi. ġah Xətai bu cəsarəti xalq ədəbiyyatının 

bulağından su içmiĢ istedadında və təsəvvüf xalq 

ədəbiyyatının bədii folklor məntiqində tapa bildi. Bu 

xüsusiyyət bir tendensiya olaraq orta çağ anadilli 

Ģeirimizdə Nəsiminin də yaradıcılığında özünü büruzə 

vermiĢ, fars Ģeirinin adət-ənənələrinə Xətai kimi Nəsimi 

də tənədarlıq etmiĢdir. Xətai "Sədiyi-ġiraz" ifadəsi ilə 

əslində fars qəzəliyyatının anadilli Ģeirimizin müqabilində 

gücsüzlüyünü nəzərdə tuturdu. Nəsiminin aĢağıdakı 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   215   216   217   218   219   220   221   222   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə