Tofiq Xəzər



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə224/229
tarix13.12.2017
ölçüsü4,78 Mb.
#15422
növüYazı
1   ...   221   222   223   224   225   226   227   228   229

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

968 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

təsvir predmetinə çevirdiyi milli mühitdə insan öz təbii 



varlığından uzaqlaĢmayıb, bu mühitdə insan təbiətə "qarĢı 

duran qüvvə" deyil, ondan güc alan, onunla gündəlik 

təmasda olan varlıqdır. Ġ.ġıxlının qəhrəmanlarının 

xarakterindəki bir çox keyfiyyətlər təbii mühitlə sıx 

təmasdan gəlir. Bu mühit romanda necə əks olunur? 

Ġ.ġıxlının qəhrəmanları Kürün sahilində yaĢayır. "Kürün 

hirsli ləpələri az qalır ki, evlərin divarını yalasın. Sol 

sahildə böyük bir meĢə var. Bu meĢə Kürün yaxası boyu 

uzanıb üfüqlərə doğru gedir". Əsasən, maldar, əkinçi olan 

bu insanlar meĢə ilə sıx bağlıdırlar. Onlar hər gün yüzillik 

palıd ağacları ilə üz-üzə gəlir, səs-səsə verib oxuyan 

quĢların nəgməsini dinləyir, "Kürə su içməyə gələn 

marallara tamaĢa etməkdən" doymurlar. Təbiətin 

ahəngdar və qayğısız həyatı insanlarda təmiz, saf duyğular 

yaradır, xarakterlərinin möhkəm və vüqarlı olmasına, 

məkrsiz, hiyləsiz bir həyat yaĢamalarına stimul verir. 

AxĢamüstü heyvanlar örüĢdən qayıdanda boynu qumrovlu 

bir maral da naxırla birlikdə Cahandar ağanın həyətinə 

gəlir. Maralın Cahandar ağaya, Cahandar ağanın marala 

münasibətindəki saflıq, təmənnasızlıq və təmizlik bu 

insanların, doğrudanda da, ilkinlikdən ayrı düĢmədikləri 

haqqında heyrətamiz təsəvvür yaradır: "Naxırın içində 

fırlanan maral boynundakı qumrovu zınqıldada-zınqıldada 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

969 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

Cahandar ağaya yaxınlaĢdı. KiĢinin əlini, paltarını iylədi, 



sonra da iri buynuzunu oynadaraq, nəm burnunu onun 

üzünə yapıĢdırdı. Cahandar ağa maralın boynunu 

qucaqladı". Fikrimizcə, təbiətlə bu sıx təmas "Dəli Kür" 

qəhrəmanlarının içindəki gücün, əyilməzliyin, vüqarın, 

təmkinin, qüdrətin, zəhmin haradan və nədən 

qidalandığını aydın göstərir. Təbiətlə insanın bu bağlılığı 

bədii təsvirin xarakterinə də bir təbiilik gətirir. 

Bənzətmələr öz məzmununu insanla təbiətin sıx 

bağlılığından alır. Yazıçı qəhrəmanın psixoloji durumunu 

oxucuya çatdırmaq üçün onun hərəkətini güc, qüdrət 

simvolu olan vəhĢi heyvanların hərəkəti ilə müqayisədə 

təqdim edir. Əsərdə "naqafil üstü alınmıĢ pələng kimi 

hücuma hazırlaĢırdı", "qəfəsə salınmıĢ yaralı pələng kimi 

dolandıqca..." kimi çoxsaylı müqayisələr üslub 

keyfiyyətinə çevrilir. Obrazın (ġamxalın - T.S.) 

ağlamasını təsvir edən aĢağıdakı səhnəyə diqqət yetirək: 

"O, ağlamırdı. Ağzı üstə eĢələnir, daxildən qopan nəriltini 

boğmaq istədikcə titrəyib çalxalanırdı". Bu təsvirdə 

"daxildən qopan nərilti", "titrəyib çalxalanırdı" ifadələri 

dəli Kürün və yaxud vəhĢi heyvanın - pələngin hərəkətinə 

assosiasiya Ģəklində qəhrəmanın qarĢısıalınmaz gücə və 

möhkəm xarakterə malik olmasını iĢarələyir. 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

970 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

Ġnsan və təbiət münasibətləri ilə bağlı təsvirlərdə və 



ümumiyyətlə, "Dəli Kür"də ifadə olunan müəllif 

mövqeyində russoçuluğu müdafiə psixologiyası da var. 

Ġnsanın təbiətdən tamamilə ayrı düĢdüyü və sözün həqiqi 

mənasında təbiətə qənim kəsildiyi bir zamanda yazılan 

əsərdə belə bir meylin olması ən azı qəribə görünmür. 

"Təbii hüquq təlimi"nin müəllifi J.-J.Russo elmin və

sivilizasiyanın inkiĢafının əxlaqi tərəqqiyə xidmət 

etmədiyini söyləyərək "təbiətə doğru geriyə" qayıtmağı 

təklif edirdi. ...Texniki tərəqqinin alovlu tərəfdarı Volter 

Russoya cavab olaraq deyirdi: "Mən Russoya qulaq 

asanda dördayaqlı olub, meĢəyə qaçmaq istəyirəm".1 

Volterin təbirincə demiĢ olsaq, Ġ.ġıxlıya da qulaq asanda 

"meĢəyə qaçmaq istəyi" bizim də içimizdən keçir. Ancaq 

burası da var ki, "təbiətə doğru geriyə" düĢüncəsi "Dəli 

Kür"dən yan keçməsə də, müəllifin baĢlıca məqsədinə də 

çevrilmir. BaĢlıca məqsəd insanı öz təbii halında, 

xarakterinin mürəkkəbliyi və ziddiyyətləri, 

özünəməxsusluğunda göstərmək və onun xarakterinin 

sosial amillərlə bərabər, təbii-bioloji amillərlə də 

Ģərtləndiyini önə çəkməkdir. Bu yanaĢmadan kənarda 

Ġ.ġıxlının qəhrəmanlarının xarakterini və bu xarakterdən 

irəli gələn hərəkətlərini izah etmək mümkün deyildir.  




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

971 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

Məlumdur ki, "Dəli Kür" romanı Cahandar ağanın 



baĢqasının kəbinli arvadını - Mələyi qaçırması hadisəsinə 

ailəsinin, xüsusən, arvadı Zərnigarın kəskin reaksiyası ilə 

baĢlayır. O da məlumdur ki, romanın məiĢət süjetindəki 

dramatizm öz baĢlanğıcını bu hadisədən götürür və 

sonadək səngimək bilmir. ƏdəbiyyatĢünaslıqda bu 

epizodun təsvirinə xüsusi maraq göstərilmiĢ və demək 

olar ki, romanın aparıcı qəhrəmanının "baĢ töhməti"nə 

çevrilmiĢdir. Bu hərəkətinə görə onu "ailədə hakimi-

mütləq bir zalım" (Q.Xəlilov), "namusa ümumi insani 

keyfiyyət deyil, ancaq yüksək təbəqədən olan adamlar, 

onun kimi ağalara, qoluzorlulara xas olan bir sifət" kimi 

baxan insan (X.Əlimirzəyev), "nə arvaddan, nə yaĢlı 

uĢaqlarından, nə camaatdan, nə də namusunu ləkələdiyi 

kiĢidən çəkinməyən" (Y.Axundlu) adam kimi xarakterizə 

etmək meyilləri diqqətdən yayınmır. Bu təfsirlərdə 

məsələyə metodoloji yanaĢmadakı yanlıĢlıq obrazın 

hərəkətinə onun yaĢadığı mühitin qanunlarından və 

insanın təbii varlığından kənarda qiymət vermək cəhdidir. 

ÇağdaĢ ədəbiyyatĢünaslıqda məsələyə daha çevik 

təfəkkürlə yanaĢma faktı da diqqəti cəlb edir. 

T.ƏliĢanoğlu yazır: "Qız götürüb qaçırmaq icma qaydaları 

daxilindədir, necə ki, atası ilə çəkiĢib, ondan ayrılan 

ġamxal da belə edir, amma hər iki halda digər patriarxal 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   221   222   223   224   225   226   227   228   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə