Tofiq Xəzər



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə228/229
tarix13.12.2017
ölçüsü4,78 Mb.
#15422
növüYazı
1   ...   221   222   223   224   225   226   227   228   229

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

984 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

kəndlilərin Ģəxsən asılı olmaması, hər 15 yaĢına çatmıĢ 



kəndliyə (kiĢiyə) beĢ desyatin pay torpağı verilməsi 

nəzərdə tutulmuĢdu. 1870-ci il "Əsasnamə"sində bunlar 

vəd edilirdi. Əslində, torpağı 5 desyatindən az olan 

kəndlilərin böyük əksəriyyətinə əlavə torpaq payı 

verilmədi... Rusiyada təhkimçilik hüququ ləğv ediləndə, 

dövlət kəndliyə öz torpağını satın almaq hüququ ilə 

bərabər, bu torpağı almaq üçün ona borc pul da vermiĢdi. 

Amma Azərbaycan kəndlisinə borc pul verilməmiĢdi və 

onun torpağı satın alması mümkün deyildi. Bu, çarizmin 

milli müstəmləkə siyasətinin təzahürü idi".1 Tarixi 

həqiqət aydın göstərir ki, kəndlilərin torpaqsız qalması və 

buna görə də ağır maddi vəziyyət içərisində yaĢamasının 

kökü "çarizmin milli müstəmləkə siyasəti"nin, milli ayrı-

seçkiliyin nəticəsi idi. 

Rus kəndlilərindən fərqli olaraq müsəlman kəndliyə 

torpaq almaq üçün "borc pul" verməməkdə çarizmin 

siyasəti kifayət qədər məkrli idi. Çar hökuməti çox yaxĢı 

baĢa düĢürdü ki, müsəlman mühitində torpaq probleminin 

yarımçıq həll olunması sinfi qarĢıdurmanı gücləndirəcək. 

Bu, çarizmin milli birliyə, milli bütövlüyə zərbə vurmaq 

siyasəti idi. Azərbaycan maarifçiləri isə kəndlinin torpaq 

probleminin həllini "mərhəmət fəlsəfəsi"ndə axtarır, 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

985 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

kəndlinin torpaqsızlığının günahını yuxarı təbəqənin 



mənəvi-əxlaqi naqisliyində görürdülər: 

"- Eh, əmi, - Əhməd dərindən köksünü ötürdü, - elə dərd 

də burasındadır ki, biz bir-birimizə kömək eləmirik. 

Qalxan yıxılana baxmır. Kim güclüdürsə, hər Ģeyi 

qamarlayıb alır. Biri var-dövlətini qoymağa yer tapmır, o 

biri acından ölür. Biri gecə-gündüz dəridən çıxıb iĢləyir, o 

biri at belində gəzir". 

Diqqət edilsə, görmək çətin deyildir ki, Əhmədin nitqində 

məsələlərə maarifçi baxıĢı inqilabi baxıĢ tamamlayır. "Bir-

birinə kömək eləmək", "qalxanın yıxılana baxması" 

zərurətinin ifadəsi maarifçi dünyagörüĢ kimi milli birliyə 

səsləyirsə, "var-dövlətini qoymağa yer tapmayan"larla 

"acından ölən"lərin, "gecə-gündüz dəridən çıxıb 

iĢləyən"lərlə "at belində gəzən"lərin qarĢılaĢdırılması milli 

təfriqəyə təkan verən inqilabi mövqedir. Əhmədin bu 

sözlərindən sosialist ideologiyasının "qoxusu" gəlir. 

Əhmədin sosial Ģüurunda inqilabi düĢüncəyə ayrılan yer, 

fikrimizcə, rus mühitindən Azərbaycan mühitinə Ģüurlu 

(dövlət siyasəti səviyyəsində) transferin nəticəsi idi və 

çarizmin "parçala və hökm sür" siyasətinə dolayısı ilə 

təkan verirdi. Fikrimizcə, "Dəli Kür"dəki ata-oğul 

qarĢılaĢmasının - Cahandar ağa ilə ƏĢrəf arasındakı 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

986 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

ziddiyyətin dərinləĢməsinin kökündə də elə bu məsələ 



dayanır. 

Romanda Cahandar ağanın oğlanları - ġamxal və ƏĢrəf 

obrazları da ciddi estetik yük daĢıyırlar. ƏĢrəf "yeniləĢən 

dünya"nın simvoludur. O, seminarist paltarını bir daha 

əynindən çıxarmaq fikrində deyil. O, etiraf edir ki, 

"mənim yolum baĢqadır". ġamxal "ata-baba yolu"nun 

davamçısıdır və atasının getdiyi yolu getməkdə israrlıdır. 

Onun "ata yolu"nu tutması milli varlıq uğrunda 

mübarizənin sönmədiyini, daha aramsız xarakter 

daĢıyacağını göstərir. 

 

  

ÇĠNGĠZ HÜSEYNOVUN 80 YAġI 



    

  

  Y.VAQĠF  



ÇĠNGĠZ HÜSEYNOVUN SƏKSƏNĠNCĠ BAHARI 

 

    



  

 

  



  


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

987 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

 Çingiz Hüseynov XX əsr Azərbaycan bədii fikrinin 



aparıcı simalarından biridir. Sənətkarın uzun müddət, 

təxminən altmıĢ ilə yaxın (1952-ci ildən) baĢqa bir 

məmləkətdə-Rusiyada yaĢaması, əsərlərini Azərbaycan 

dilində deyil, rus dilində yazması da onu öz doğma 

vətənindən, mənsub olduğu millətin ədəbi-mədəni 

mühitindən uzaqlaĢdıra bilməmiĢdir. Ümumiyyətlə, 

sənətkarın milli müəyyənliyini təyin edən əsas 

faktorlardan biri dil amili olsa da, baĢqa bir dildə əsərlər 

yazıb milli mədəniyyətin xəzinəsinə töhfələr vermək 

mümkündür və biz bunu fars dilində gözəl sənət inciləri 

yaradan, amma farsın yox, türkün böyük sənətkarları 

sayılan Nizaminin, Xaqaninin yaradıcılığı timsalında 

izləyə bilərik. Bu gün Rüstəm Ġbrahimbəyovun, Maqsud 

Ġbrahimbəyovun və Çingiz Hüseynovun rus dilində 

yazdığını əsas götürüb onların müasir Azərbaycan 

ədəbiyyatına dəxli olmadıqlarını "sübut" etməyə çalıĢanlar 

unudurlar ki, azərbaycanlı təfəkkürü istənilən bir dildə 

təzahür edə bilər. Çingiz Hüseynov Moskvada yaĢasa da, 

heç bir vaxt rus yazıçısı olmamıĢdır. Çünki onun 

əsərlərində əsas mövzu Azərbaycan həyatı və 

gerçəkliyidir. Bu gerçəkliyi özündə əks etdirən 

qəhrəmanlar isə tarixi Ģəxsiyyətlərimizdir- XIX əsrin 

böyük fikir bahadırı Mirzə Fətəli Axundzadə, XX əsrin 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   221   222   223   224   225   226   227   228   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə