Tofiq Xəzər



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə223/229
tarix13.12.2017
ölçüsü4,78 Mb.
#15422
növüYazı
1   ...   219   220   221   222   223   224   225   226   ...   229

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

964 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

doğurur: "...Sakit Don" romanında olduğu kimi, "Dəli 



Kür"də də əks etdirilən məsələlər epoxal səciyyə daĢıyır. 

Bu əsərdə xalq taleyinin bədii inikası və xalq xarakterinin 

canlandırılmasında milliliklə sinfiliyin əlaqə və tənasübü 

məsələsinə bədii-estetik baxıĢın təzəliyi diqqəti cəlb 

edir"2. 

Tarixi və çağdaĢ ədəbiyyatĢünaslıq mövqelərindən 

söylənilmiĢ bu tezislərdə maraq doğuran cəhətlərdən biri 

də budur ki, həmin fikirlər məhz tarixi və çağdaĢ 

ədəbiyyatĢünaslıqda romanın ideya-estetik dəyərini 

müəyyənləĢdirmədəki əsas istiqamətlərdən birinə qarĢı 

çevrilmiĢ polemik (çox sərt səslənsə də, əslində əks 

mövqedən) mövqeyi ifadə edir. Məsələ burasındadır ki, 

istər tarixi, istərsə də çağdaĢ ədəbiyyatĢünaslıqda "Dəli 

Kür"ü "Cahandar ağanın romanı" kimi təfsir cəhdləri 

geniĢ yayılmıĢdır. Əlbəttə, bu obrazın "Dəli Kür" 

romanının canı, bel sütunu" (X.Əlimirzəyev) hesab 

edilməsi etiraz doğurmur. Etiraz doğuran cəhət budur ki, 

obrazın təbiəti çox vaxt əlahiddə götürülür, epoxanın 

məzmunundan və səciyyəsindən ayrı salınır, xarakter 

konkret tarixi kontekstdə yox, çağdaĢ insanın humanist 

dünyagörüĢü kontekstində qiymətləndirilir. Nəticə isə ona 

gətirib çıxarır ki, romanda hadisələrin epoxal xarakteri




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

965 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

epoxanın səciyyəsi açılmamıĢ qalır, aparıcı qəhrəmanın 



səciyyəsi yanlıĢ qiymətləndirilir. 

 

 



 

Bütün XIX əsr boyu Azərbaycanın ictimai-siyasi və 

mədəni mühitindəki dəyiĢmələr çar hökumətinin 

yerlərdəki siyasəti ilə birbaĢa bağlı idi. Rusiyanın özündə 

baĢ verən hadisələr bu və ya digər dərəcədə öz təsirini 

Azərbaycanda da hiss etdirirdi. Rusiyanı inqilab dalğaları 

bürüyür, cəmiyyəti sıçrayıĢla irəli aparmaq istəyənlərlə 

hökumət arasında ziddiyyətlər getdikcə daha kəskin Ģəkil 

alırdı. Ġ.ġıxlı romanında bu qüvvələrlə üz-üzə duran

onunla ölüm-dirim savaĢına girməyə məcbur qalan milli 

tarixi varlığı geniĢ epik planda təsvir edir; tarixi varlığın 

xarakterini açır, gücünü və gücsüzlüyünü göstərir. 

Fəlsəfi ədəbiyyatda oxuyuruq ki, "vaxtı ilə mövcud olub, 

indi isə yoxluğa çevrilmiĢ olanı ideal obraz yaratmaqla 

ideal varlıq kimi təqdim etmək olar. Məhz bu mənada 

ideyaların, hadisələrin tarixi, Ģəxsiyyətlərin, bizə yaxın 

adamların ölməzliyi haqqında danıĢırıq"1. Fəlsəfi mənada 

varlıq keçmiĢlə yox, indiki zamanla bağlı anlayıĢdır. 

KeçmiĢdə olan və, deməli, vaxtı ilə varlıq kimi mövcud 

olan indiki zamanda yaddaĢda yaĢamırsa, varlıq olmayana 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

966 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

çevrilir. Əks məntiqlə desək, keçmiĢdə olanın indi də 



varlıq kimi mövcud olması üçün onun yaddaĢda yaĢaması, 

çağdaĢ insanın Ģüurunda obrazının olmağı zəruri Ģərtdir. 

Ġ.ġıxlının "Dəli Kür"ündə təsvir edilən zaman yaĢadığımız 

zamanla müqayisədə keçmiĢdir. KeçmiĢdirsə, deməli, bu 

zamanda varlıq kimi mövcud olanın yoxluğa çevrilməsi 

ehtimalı da var. "Dəli Kür" vaxtı ilə mövcud olan milli 

varlığı estetik düĢüncənin predmetinə çevirir və əslində, 

onu yaddaĢa köçürüb ictimai düĢüncəyə ötürür. Deməli, 

"Dəli Kür" keçmiĢdə varlıq kimi mövcud olana yeni 

həyat, yenidən yaĢamaq hüququ verir. Məhz "Dəli Kür" 

vasitəsi ilə estetik Ģüurda özünə möhkəm yer edən və 

estetik Ģüurdan ictimai Ģüura keçən XIX əsrin milli varlığı 

(ideal varlıq Ģəklində) çağdaĢ milli varlıqla "dialoji" 

münasibətə girir, onda gedən deformasiyaları müĢahidə 

edir, ona müqavimət göstərir. Fikrimizcə, "Dəli Kür"ün 

müasirliyini Ģərtləndirən ən əlamətdar keyfiyyət elə budur. 

Romanın baĢ qəhrəmanı Cahandar ağadır. Ġ.ġıxlı təsvir 

predmetinə çevirdiyi dövrün tarixi milli səciyyəsini aydın 

görür. YaxĢı cəhətdir ki, gördüklərinə ideoloji mövqedən 

yox, obyektiv mövqedən yanaĢıb reallığı düzgün əks 

etdirir. ġəxsiyyətinin milli-tarixi varlığa bağlılığı onu 

təsvir predmetinə çevirdiyi zamanın və mühitin 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

967 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

hadisələrini həssaslıqla duyub dərk etməyə, inikas və 



qiymətləndirməyə imkan verir. 

Bu mənada Ġ.ġıxlı "Dəli Kür"də sosrealist estetikanın 

müqavimətini uğurla qırmıĢdır. Yazıçının sosrealist 

estetika üzərində ikinci qələbəsi yaratdığı obrazları heç bir 

ideoloji bəzək-düzəyə tabe tutmaması, həqiqi insan 

xarakterləri yaratmağa müvəffəq olmasıdır. Fikrimizcə, 

yazıçı romanda "insanda insanı kəĢf etmək" kimi həqiqi 

yaradıcılıq qanununa axıra qədər sadiq qalmıĢdır. Onun 

romanının həyatiliyini, yaĢarılığını və hətta oxunaqlığını 

Ģərtləndirən ən əsas "özəlliyi", fikrimizcə, bu məqamda 

axtarmaq lazımdır.  

Ġ.ġıxlı heç bir qəhrəmanına sinfi münasibət bəsləmir. 

Yazıçı insanı, öncə, təbii varlıq kimi dərk və inikas edir. 

Bu xüsusiyyət onun qəhrəmanlarına həyatilık və canlılıq 

gətirir. 

Ġ.ġıxlı öz qəhrəmanlarını yaĢadıqları təbii mühitdən 

ayırmır. Ġnsanın içində olduğu mühitin onun təbiətinə 

təsirini aydın təsəvvür edir və bunu qəhrəmanlarının 

xarakterində kifayət qədər uğurla əks etdirir. Ġnsan təbii 

varlıqdır. Fəlsəfə sübut edir ki, zaman keçdikcə "insan 

tədricən təbiətdən yaranmıĢ varlıqdan ondan fərqlənən 

varlığa çevrilir, artıq təbiəti özündən kənar və ona qarĢı 

duran qüvvə kimi qəbul etməyə baĢlayır"1. Ġ.ġıxlının 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   219   220   221   222   223   224   225   226   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə