Toplayan və TƏRTİb edəN: K. HÜSeyn


MUHƏMMƏD İBN ABDULVAHHAB – Rahmətullahi Aleyhi - «İSLAMI POZAN ŞƏRTLƏR»



Yüklə 5,74 Mb.
səhifə37/50
tarix16.11.2017
ölçüsü5,74 Mb.
#10515
1   ...   33   34   35   36   37   38   39   40   ...   50

MUHƏMMƏD İBN ABDULVAHHAB Rahmətullahi Aleyhi - «İSLAMI POZAN ŞƏRTLƏR»
Nəvəqid Nəqidə – bir şeyi pozan, o şeyi etibarsız edən və s deməkdir. İnsan bu kimi şeyləri zarafat və ya ciddi bir surətdə edərsə – məcbur edilmədən – kafir olar. Nə üçün Şeyx 10 şərt ilə kifayətlənmişdir? Çünki insanların ən çox məruz qaldıqları da bu 10 şərtdir. Lakin bundan da başqa İslamı pozan bir çox əməl və sözlər vardır.

1 – İbadətdə Allaha şərik qoşmaq. İnsanların da ən çox şirk qoşduqları Uluhiyyət tövhididir. «Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əfv etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlayar…» (ən-Nisa 48). «Allah ona şərik qoşmağı bağışlamaz. Bundan başqa olan günahları isə istədiyi şəxsə bağışlayar». (ən-Nisa 116). «Allaha şərik qoşana Allah Cənnəti haram edər. Onun düşəcəyi yer Cəhənnəmdir. Zalımların heç bir köməkçisi yoxdur». (əl-Maidə 72). Cabir – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «Kim Allahın hüzuruna Ona heç bir şeyi şərik qoşmadan gedərsə, Cənnətə düşər. (Başqa rəvayətdə: Allaha şərik qoşmadan ölən) kim də Ona hər hansı bir şeyi şərik qoşaraq Onun hüzuruna gedərsə, Cəhənnəmə düşər»1308.

2 – Bir kimsəni özü ilə Allah arasında vasitəçi etmək, onlara dua etmək, onlardan şəfaət diləmək, onlara təvəkkül etmək icma ilə küfrdü. Bununla o, kimsə Allahdan qeyrisinə ibadət etmiş olur.

3 – Müşrikləri kafir saymamaq, onların küfründə şübhə etmək və onların yollarının doğru olduğuna inanmaq – Allah qorusun – insanı kafir edir. Burada müşrik deyildikdə əsli müşrik olanlar qəsd olunur. Buddistlər, ateistlər və s. İbn Həzm – rahmətullahi aleyhi – deyir ki: «Alimlər icma ediblər ki, Yəhudi və Nəsranilər kafirdirlər. Lakin onların ixtilafı Yəhudi və Nəsranilərin müşrik olub-olmadığındadır»1309. İbn Teymiyyə – rahmətullahi aleyhi – dən Əhli kitabın müşrik olması barəsində soruşurlar o da: «Dinləri tərəfdən müşrik deyillər. Lakin dində şirk etdiklərinə görə müşrikdilər».



Kafirə Kafir Deməyənin Özü Kafirdir Sözü Barəsində - təkfirçilər arasında belə bir cümlə yayılıb: Kafirə kafir deməyənin özü kafirdir. İstədikləri də bu kəlimələri insanlara məcburən söylətdirməkdir. Əgər sən kafirə kafir deməsən özün də kafir olacaqsan. O, da savadsızlığından onların sözlərini təkrarlayır. Bu haqda bir az da elmi olsaydı onlara: Sən kimsən? Bəlkə özünü Allah və Rəsuluna bənzədirsən. Hansı kafirə kafir deməyənin özü kafirdir? Əlinin, Vəlinin, Abdullahın və ya Sənin kafir dediyinə kafir deməyən, yoxsa Allah və Rəsulunun kafir dediyinə kafir deməyən kafirdir? Sözsüz ki, Allah və Rəsulunun kafir dediyinə kafir deməyənin özü kafirdir. Buna görə də kim Firona mömin deyərsə o, kafirdir. Çünki o Allah və Rəsulunun dediyini inkar etmişdir. Cundub b. Abdullah – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «Bir kimsə: «Allaha and olsun ki, Allah filankəsi bağışlamayacaq» dedi. Bunun üzərinə Allah: «Filankəsi bağışlamayacağam deyərək mənim adımla and içən kimdir? Həqiqətən də, Mən onu bağışladım, lakin sənin əməllərini isə puç etdim»1310. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «İsrail oğulları arasında qardaşlıq münasibəti qurmuş iki kimsə vardır. Bunlar biri günah işlər görər, digəri isə böyük bir həvəslə ibadət edərdi. İbadət edən kimsə digərini günah edən an gördükdə dayanıb ona nəsihət verərək: «Bu günahdan əl çək» deyərdi. Bir gün yenə də onun günah işlədiyini görüncə ona: «Bu günahdan əl çək!» dedi. O isə: «Məni Rəbbimlə tək burax (mən bilərəm, Rəbbim bilər). Sən mənim üzərimə gözətçi göndərilməmisən?» dedikdə ibadət sahibi: «Allaha and olsun ki, Allah səni bağışlamayacaqdır (Allah səni Cənnətə salmayacaqdır) deyərkən ruhları alındı. Hər ikisidə bir yerdə aləmlərin Rəbbinin hüzurunda həşr olundular. Allah ibadət edən kimsəyə: «Sən Məni dərk edib tanıyan birisisənmi? Yoxsa ki, mənim əlimdə olanlardan xəbərdarsan? Günahkar kimsəyə isə: «Rəhmətimlə Cənnətə gir» deyə buyurdu. İbadət edən kimsə üçün: «Götürün bunu, Cəhənnəm atəşinə atın» deyə buyurdu. Əbu Hureyrə – radıyallahu anhu – deyir ki: «O, kimsə dünyasını da, axirətini də məhv edən bir söz söyləmişdir»1311. Gördünüzmü, insanları təkfir edənlərin axırı nə oldu. Şeyx əl-Albanidən – rahmətullahi aleyhi – soruşurlar: “Sizin bu qayda barəsində rəyinizi öyrənmək istərdik?”. Kim kafiri kafir saymazsa özü kafirdir, kim bidətçini bidətçi olaraq görməzsə özü bidətçidir. Kim bizimlə deyilsə, deməli bizə qarşıdır?”. Şeyx: “Bu qayda haradan gəlmişdir? Kimdir bu qaydanı təyin edən?”. Belə bir qayda (şərt) yoxdur əgər bir kimsə dəlil və bürhan ortaya qoyaraq başqasını təkfir edərsə, deməli hamı da onun ardınca təkfir etməlidir. Ola bilər o kimsə səhv etsin, digər alim isə bu kimsəni təkfir etməməyi görər. Eynilə bidət və fasiqlikdə ittiham etməkdə belədir. Həqiqətən də bu əsrin fitnəsidir. Elmdə bir-birilə yarışan bəzi cavanların tələsməsinin nəticəsidir. Əslində bu məsələ daha genişdir. Çünki bir alim filan məsələni vacib görür, digər alim isə vacib görmür. Alimlər arasında belə məsələlərdə daima ixtilaflar olub və olur. Buna görə də vacibdir belə məslələrdə hansısa birinin ictihadı ilə gedəsən. Belə məsələdə yalnız Muqallid (təqlid) edən yalnız birini tutub gedə bilər elmi olmadığı üçün. Əgər bir alim bir kimsəni küfrdə, fasiqlik və bidətdə ittiham edərsə heç kəsə vacib deyil ki, onun şəxsi rəyini götürsün. Çünki onu bu rəyi ilə Razı olmayan ola bilər”1312.

Bu şərti təkfirçilər müsəlmanların üzərinə tətbiq edirlər. Lakin AbdulVahhab – rahmətullahi aleyhi – bu şərtdə Yəhudi və Nəsraniləri nəzərdə tutur. Bu günlərdə heç bir Yəhudiyə, heç bir Nəsraniyə şəkk edilməməlidir ki, onlar kafirdirlər. Onlar isə, kafir və müşriklərə (yəni əsli kafir, müşrik) olan qaydanı, mövcud olan müsəlmanlara tətbiq edirlər. Ümumiyyətlə "Kafirə Kafir Deməyənin Özü Kafirdir" qaydası daha çox İbn Teymiyyə və Muhammad İbn AbdulVahhab – rahmətullahi aleyhi – tərəfindən kitablarında istifadə olunmuşdur. Lakin bu qayda əslində onlardan da əvvəllər mövcud idi. Məs: Sufyan İbn Uyeyne – rahmətullahi aleyhi – deyir: "Quran Allahın Kəlamıdır. Onun məxluq olduğunu söyləyən kəs kafir olur. Bu kəsin küfründə şübhə edən də kafirdir"1313. Əbu Bəkr İbn Ayyaş əl-Mukri – rahmətullahi aleyhi – deyir ki: “Quranın məxluq olduğunu söyləyənin kafir olduğunu və onu təkfir etməyənin də kafir olacağını söyləmişdir”1314. Əbu Zura Ubeydullah İbn AbdulKərim ər-Razi – rahmətullahi aleyhi – deyir ki: "Quranın məxluq olduğunu iddia edən, İslamdan çıxardan küfr ilə kafir olur. Anlaya bildiyi halda belələrinin küfründən şübhə edən də kafir olur"1315. Əgər diqqət etsən ilk dönəm Sələflər bunu yalnız Quranın məxluq olduğunu söyləyənlər haqqında deyiblər. Bununla məqsəd o dövrdə bu barədə fitnənin yayılması ilə əlaqədar olaraq təhdid şəklində belə ifadələri istifadə etməklə onları bu fitnədən çəkindirmək idi. "Ayələrimizi ancaq kafirlər bilə-bilə inkar edərlər" (əl-Ənkəbut, 47) "Allaha qarşı yalan uyduran, ona gələn həqiqəti yalan sayandan daha zalım kimdir?" Cəhənnəmdə kafirlərə yermi yoxdur?" (əz-Zumər 32). Qadı İyad – rahmətullahi aleyhi – deyir ki: “Xristiyanları, yəhudiləri və müsəlmanların dinindən olmayan hər kəsi təkfir etməyən və ya təkfirdə tərəddüd edən və şübhə edən kəsləri təkfir etməyənlərin kafir olduğu icma ilə sabit olub, bu sözləri söyləyənlər də kafirdirlər. Qadı Əbu Bəkr – rahmətullahi aleyhi – deyir: Çünki Nasslar və icma bunların kafir olduğunu bildirir. Bu məsələdə kim tərəddüd edərsə, nassi və təklifi yalanlamışdır və ondan şübhələnmişdir. Onları yalanlamaq və onlardan şübhə etmək isə ancaq kafirin edəcəyi bir işdir"1316. Qadi İyad – rahmətullahi aleyhi – deyir ki: "İslamdan başqa bir dinə mənsub olanları təkfir etməyənləri, onların təkfiri haqqında tərəddüd edənləri, bunda şübhə hiss edənləri və ya onların yollarının doğru olduğunu söyləyənləri təkfir edirik. Daha sonra İslamı zahirdə göstərib, ona iman edib və ondan başqa bütün məzhəblərin batil olduğuna iman etdikdən sonra yenidən buna zidd şeylər izhar edərsə yenə kafir olur"1317. Əbu Ubeyd Qasim İbn Səlləmin sözüdür, o Cəhmiyyə haqqında deyir: "Onlardan daha kafir bir qövm görmədim. Onların küfrlərini bilməyənlərdən başqa onları təkfir etməyənləri cəhalət səbəbi ilə üzrlü olanlardan saymıram"1318. İmam Buxari – rahmətullahi aleyhi – deyir ki: "Yəhudilərin, Xristiyanların və Məcusilərin söylədiklərinə baxdım, Cəhmiyyədən daha kafir olan görmədim. Onların küfrlərini bilməyənlərdən başqa onları kafir saymayanları cəhalətləri səbəbi ilə üzrlü olanlardan saymıram"1319. İmam Əhməd – rahmətullahi aleyhi –, Müsəddid İbn Müsərəhhid əl-Basrinin verdiyi suala belə cavab vermişdir: "Quran, Allahın Kəlamıdır, məxluq deyildir. Quranın məxluq olduğunu söyləyən kəs, Allahı inkar etmişdir. Belə deyəni də təkfir etməyən də kafirdir"1320. İmam Əhmədin – rahmətullahi aleyhi – sözlərini əldə bayraq edib hər Quran məxluqdur deyəni kafir saya bilərikmi? Təbii ki, yox! Onun bu sözlərini alimlər daha təfsilatlı izah edirlər. Cəhmiyyə, Qadəriyyə və bunlara bənzər hava sahiblərinin təkfiri barəsində İbn Teymiyyə, İmam Əhməddən – rahmətullahi aleyhi – iki rəvayət nəql edir və doğru olan bu qayda ilə İmam Əhmədin – rahmətullahi aleyhi – insanları təkfir etmədiyini bildirir: Doğru olan isə, bu qaydaya əsaslanaraq o heç kəsi təkfir etməmişdir"1321. Alimlər bu şəkildə Cəhmiyyə, və digərləri barədə mütləq olaraq təkfir ediblər, lakin müəyyən olaraq onları kafir saymamışlar. Onun cəhalətinə və təvilinə baxmaq lazımdır və sonra müəyyən hökm verilir. İbn Teymiyyə, Əhməd – rahmətullahi aleyhi – barədəki rəyləri nəql etdikdən sonra bu qaydanın istifadə olunmasının mütləq olduğunu qeyd edir, yəni bu qayda mütləq olaraq söylənilir, lakin müəyyən olaraq fərdlərə aid edilmir. Əməlin özünün küfr olduğu bildirilir. İbn Teymiyyə – rahmətullahi aleyhi – özü bu barədə söyləyir: "Bəziləri, onları təkfir etməyənləri təkfir etmək qaydasının mütləq olaraq işlənməsi barədə ixtilaf olduğunu söyləyirlər. Bu isə doğru deyildir"1322.

Alimlərin sözlərini diqqətlə oxuyanlar, bu qaydanı zikr etməmişdən əvvəl müəyyən məzhəblərin küfrlərinin nə qədər şiddətli olduğunu izah etdikdən sonra və bu küfr Yəhudi və Xristianların küfrü ilə müqayisə etdikdən sonra istifadə edirlər. Bununla məqsədləri küfrün nə qədər aydın və məlum olduğuna işarə etməkdir. Eləcədə Yəhudi və Xristiyanları misal çəkmələri isə onların Quran Nasslari ilə kafir olduqlarının sabit olduğuna işarə etməkdir. Alimlər xüsusilə bu növ küfrləri qeyd edərkən alimlərin bunda icma etdiklərini söyləyirlər. Məs: Qadı İyad – rahmətullahi aleyhi –, Muhamməd İbn Sahnunun belə dediyini qeyd edir: "Alimlər, Rasulullaha söyən və ya ona xor baxan kəsin kafir olduğundan, Allahı onu cəzalandıracağından və ümmətə görə qətlinin vacib olduğundan şübhə edənlərin kafir olacağı barəsində icma ediblər”1323. İbn Teymiyyə – rahmətullahi aleyhi –, Durzilərdən söz açarkən onların küfrünü vəsf etməsinə diqqət yetirmək lazımdır: "Bunların kafir olması barədə müsəlmanlar arasında ixtilaf yoxdur. Hətta bunların kafir olduğundan şübhə edən kəs də kafir olur. Bunlar Əhli-Kitab və ya müşriklər dərəcəsində də deyillər. Onlardan daha da zəlalətdə olan kafirlərdir. Onların yeməklərini yemək caiz deyil"1324.



Əbu Bəkr - radıyallahu anhu – zəkat ödəməyənlərə qarşı mürtəd olduqları üçün savaşdı, lakin Ömər - radıyallahu anhu – əvvəl "Lə İləhə İlləllah" dedikləri üçün qarşı çıxdı. Buna baxmayaraq Əbu Bəkr - radıyallahu anhu – ona "sən kafirin küfründə, şübhə mi edirsən?" deyərək heç bir şey soruşmadı. Eynilə Şabi, İbrahim ən-Nəxai, Tavus, Səid ibn Cubeyr, Mucahid – Allah onlardan razı olsun - kimi alimlər Həccacı kafir saydılar. Hətta İbrahim ən-Nəxai – rahmətullahi aleyhi – Həccacı kafir saymayanlar barədə belə demişdir: "Həccacın halını görməməsi, onun üçün korluq olaraq yetər"1325. Tavus – rahmətullahi aleyhi – Həccacı kafir saymayan İraqlılar barədə deyir: "İraqlı qardaşlarımızın Həccacı mömin saymaqlarına təəccüb edirəm”1326. İmam Zəhəbi – rahmətullahi aleyhi – “Siyer” kitabında 5/44 Tavusun – rahmətullahi aleyhi – yuxarıda yazdığım sözlərini nəql etdikdən sonra belə deyir: "Tavus – rahmətullahi aleyhi – bu sözü ilə Həccacı təkfir etməyən Mürciəyə işarə edir. Bunlar qanları tökən, səhabəyə söyən və hər tərəfi qəsb edən Həccacın kamil iman sahibi bir mömin olduğunu söyləyirlər". İbn Teymiyyə – rahmətullahi aleyhi – digər yerdə Aişənin - radıyallahu anhə – "Kim Muhammədin Rəbbini gördüyünü iddia edərsə, Allaha iftira etmişdir." sözlərini rəvayət etdikdən sonra belə deyir: "Aişənin, - radıyallahu anhə – bu sözünə baxmayaraq ona qarşı çıxan İbn Abbas - radıyallahu anhu – və digərlərini Allaha iftira etməklə ittiham etmirik. Təkfir etmək, bir cəza təhdididir. Bu sözlər, Rasulullahın - sallallahu aleyhi və səlləm – bildirdiyini yalanlamaq olsa da, biri İslama yeni girmişsə və ya uzaq bir çöldə yaşaya bilər. Belələri ancaq kəsin dəlil ona göstərilməsinə baxmayaraq, hələ də eyni fikirdə davam edərsə təkfir edilə bilər. Biri müəyyən Nasslari eşitməməsi və ya onun yanında o Nasslarin sabit olmaması ya da başqa Nassların ona çatmaması səbəbi ilə xətalı da olsa bəzi Nasslari təvil etmiş ola bilər"1327. İbn Teymiyyə – rahmətullahi aleyhi – üzrü 5 maddədə izah edir: 1. Dəlillərin toqquşması. Bu isə təvili tələb edir. 2. Şəxsin İslama yeni girməsi, ya da uzaq bir çöldə qalması, və ya buna bənzər bəzi səbəblərdən Nassların ona çatmaması. 3. Nassların həmin şəxsin yanında sabit olmaması. 4. Həmin kəsin kifayət qədər elm sahibi olmaması səbəbi ilə ona çatan nassları anlamaqda çətinlik çəkməsi. 5. O kəsin doğrunu axtarmağına baxmayaraq, onun üzrlü sayılmasına səbəb olacaq bəzi şübhələrə qapılması”1328. İbni Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: “Bunların (Ubeydilərin) münafiqlərdən olduqları-na, müsəlman olaraq görünüb əslində kafir olduqlarına ümmət və bu ümmətin imamları şahidlik edirlər. Onların mömin olduqlarına şahidlik edən şəxs, deməli, bilmədiyi bir şeyə şahidlik edir"1329. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: "Vəziyyət belə olduqda, onların nəsəbinin və ya imanının səhih olduğuna kim şahidlik edərsə, ən azından bilmədən şahidlik etmişdir. Bu isə imamların ittifaqı ilə haramdır"1330. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: “Bir çox bidət və zəlalət əhli: Xəvariclər, Rafizilər, Qədərilər və Cəhmilər zəlalət fikirlərini haqq saydıqdan sonra azdılar. Onlar bu etiqadlarına müxalif olan hər bir kəsi də kafir saymağa başladırlar”1331. İmam Şovkani – rahmətullahi aleyhi – deyir ki: “Xəvariclər ittifaq etmişlər ki, kim onların dedikləri kimi demirsə, küfrə düşmüş və onun malı, qanı və namusu halaldır”1332.

Müamilə Məsələsi – Ümumiyyətlə, Müamilə hökmdən sonra olur, hökümdən qabaq müamilə olmaz. Mən onu təkfir etmirəm, lakin ehtiyatdan onunla kafir müamiləsi və ya müşrik müamiləsi aparıram. Heç olmasa bir dəlil gətirin Sələflərdən ki, kimsə belə deyib. Boş bir iddiadır. Bir insanla müamilə aparmaq üçün mütləqdir ki, hökm verilsin ondan sonra da müamilə edilsin. Sələf alimlərinə baxırsan ki, elmi dildən dilə almışdırlar. Useymin – rahmətullahi aleyhi – kimin tələbəsi idi, İbn Bazz, İbn Bazz – rahmətullahi aleyhi – kimin tələbəsi idi Şeyx İbrahimin – rahmətullahi aleyhi – və s. Bunların alimləri isə yoxdur. Məqdisi, Ziyəddin Qüdsi, Məvdudi və s. kimin tələbəsi olublar? Heç kimin. Sələflər deyirlər ki: “Müəllimi olmayanın müəllimi şeytan olar”. Mən zahirən təkfir edirəm, lakin axirətinə qarşımıram. Belə şey yoxdur. Kafirdirsə deməli Cəhənnəm əhlidir.

4 – Kim etiqad etsə ki, dünyəvi hökmlər və ya (bir kimsənin yolu, hökmü) Peyğəmbər - səllallahu aleyhi və səlləm – in yolundan daha kamildir, bir kimsənin hökmü onun hökmündən daha yaxşıdır, həmçinin Tağutların hökmünü onun hökmündən üstün görsə, yenə də hər kim Allahın endirdiyi hökmdən başqa bir hökmü halal görərsə, Allahın hökmündən daha yaxşı olduğunu söyləyərsə, kafir olur.

5 – Allah Rəsulu - sallallahu aleyhi və səlləm – in gətirmiş olduğu bir şeyə əməl etsə də belə, nifrət edən kafir olur. Çünki bu sahibini Cəhənnəmin ən alt təbəqəsinə salan münafiqlikdir.

6 – Peyğəmbərin gətirdiyi dindən zəruri bilinən bir şeylə, onun savabı və ya günahı (cəzası) ilə istehza etmək küfrdür. «(Ya Muhəmməd! Təbuk döyüşünə gedərkən səni lağa qoyan) münafiqlərdən (nə üçün belə etdiklərini) soruşsan: Biz ancaq söhbət edib zarafatlaşır, əylənirdik – deyə cavab verərlər. De ki: Allaha, Onun ayələ-rinə və Peyğəmbərinə istehzamı edirsiniz? (Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra artıq kafir oldunuz. Aranızdan bir qismini bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik». (ət-Tövbə 65-66).



7 – Sehr etmək. Kim sehr edər və sehr edilməsinə razı olarsa kafir olar. Sarf və Atf da bura daxildir. İki kimsəni bir-birinə sevdirmək və ya nifrət (ayırmaq) etdirmək. «Şeytanların kimə nazil olduqlarını sizə xəbər verimmi? Onlar hər bir günahkara, yalançıya nazil olur». (əş-Şuəra 221,222). «Sehirbaz isə harda olursa-olsun mətləbinə çatmaz». (Ta ha 69). «Sehrbazlar (dünya və axirətdə) nicat tapmazlar». (Yunus 77).

8 – Müsəlmanların əleyhinə olub müşriklərə (kafirlərə) kömək etmək. Alimlər ixtilaf ediblər ki, kafirlərə olunan hər bir kömək İslamdan çıxardır? Əli Şeyx – Allah onu qorusun – deyir ki: «Kim ki, niyyətində (qəsdli) olaraq müşriklərə kömək edir ki, müsəlmanlara qalib gəlsinlər kafirdir. Kim ki, niyyəti olmadan hər hansı bir (dünya) səbəbinə görə kömək edirsə kafir deyildir». Dörd məzhəb imamı, İbn Teymiyyə, İbn Qeyyim – Allah onlara rəhmət etsin – müsəlmanlara qarşı kafirlərə (niyyəti) olmadan kömək edən kafir deyildir. Həmçinin İmam Təhavi – rahmətullahi aleyhi – bu məsələdə icma olduğunu da gətirir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – Məkkəyə savaşsız və müqavimətsiz girmək istəyirdi. Lakin Bədrdə iştirak edən müsəlmanlardan biri Xatib b. Əbi Bəlta - radıyallahu anhu – Məkkədə olan müşriklərdən bir qrupuna Peyğəmbər – sallallahu aleyhi və səlləm – in Mədinədən çıxması haqda bir qadın vasitəsilə məktub göndərir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – Əli, Zubeyr və Miqdad - Allah onlardan razı olsun - bu qadının dalıyca göndər-di. Səhabələr məktubu götürərək Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına gəldilər. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Ey Xatib, bu nədir?». Xatib: «Ey Allahın Rəsulu! Mənim üstümə qəzəblənməkdə tələsmə, sənə başa salaram. Bilirsiniz ki, Qureyş arasında qohum-əqrabası olmayan birisiyəm. Onlardan da deyiləm, qəribəm. Səninlə olan mühacirlərin də orada əqrabaları vardır ki, onların mallarını və ailələrini qoruyurlar. Lakin mənim malımı və ailəmi orada qoruyacaq bir kimsə yoxdur. Ona görə də onlardan ailəmin qorunması üçün təminat almaq istədim. Yoxsa bu işi kafir olduğum-dan, dindən döndüyümdən, İslama girdikdən sonra küfrə riza göstərdiyimdən dolayı etmiş deyiləm. Belə bir şey ağlımdan belə keçməyib». Peyğəmbər: «Bu adam sizə doğru söylədi» deyə buyurdu. Ömər: «Ya Rəszulullah! Artıq o, Allaha, Rəsuluna və möminlərə xəyanət etmişdir. Məni burax bu münafiqin boynunu vurum» dedi. Peyğəmbər: «Bədirdə iştirak edən səhabəni, nə bilirsən bəlkə də Allah Bədr əhlinə muttali olub buyurmuşdu: İstədiyinizi edin, Mən sizi bağışladım». Bundan sonra ayə nazil oldu: «Ey iman gətirənlər! Nə mənim düşmənimi, nə də özünüzün düşmənini dost tutun! Onlar sizə gələn haqqı inkar etdikləri halda siz onlarla dostluq edir, mehribanlıq göstərirsiniz. Siz Rəbbiniz olan Allaha iman gətirdiyiniz üçün onlar Peyğəmbəri və sizi (Məkkədən) çıxardırdılar. Əgər siz mənim yolumda və Mənim rizamı qazan-maq uğrunda cihada çıxmısınızsa (Mənim düşmənlərimi dost tutmayın). Siz onlarla gizlində dostluq edir, onlara sirr verirsiniz. Mən sizin gizli saxladığı-nız və aşkar etdiyiniz hər şeyi bilirəm. Sizdən kim bunu etsə o, şübhəsiz ki, haqq yoldan azmışdır». (əl-Mumtəhunə 1). Peyğəmbər – sallallahu aleyhi və səlləm – bu ayəni oxuduqdan sonra Ömər - radıyallahu anhu – nun gözləri yaşarır və deyir: «Allah və Rəsulu daha gözəl bilir»1333. Əbu Bəltə - radiyallahu anhu – nun kafirlərə olan bu köməyi küfr əməl deyildir. Çünki Peyğəmbər: «Bu adam sizə doğru söylədi» deyə buyurdu. Lakin niyyətində kafirlərin qalib gəlməsini istəsəydi onda küfr etmiş olardı. Bu haqda Şeyx Useymin – rahmətullahi aleyhi – əl-Maidə surəsinin təfsirində, həmçinin Saleh əl-Fovzan – Allah onu qorusun – «İslamı pozan şərtlər» kitabının şərhində danışır.

9 – Xızır– əleyhissəlam -, Musa – əleyhissəlam - ın şəriətinə uymadığı kimi bir kimsənin Peyğəmbər – sallallahu aleyhi və səlləm – in şəriətinə uymamağın (kənara çıxmağın) mümkün olduğunu söyləyərsə, kafir olur. Bu Sufilərin əqidəsidir. Onlar qeyd edirlər ki, insan dində Yəqinliyə çatdıqda artıq Peyğəmbər – sallallahu aleyhi və səlləm – in şəriətindən çıxaraq müəyyən şeyləri etməyə də bilər. Dəlilləri də Xızır– əleyhissəlam –, Musa – əleyhissəlam – ın şəriətindən kənara çıxdı. Nə üçün? Çünki o, övliya idi. Cavab: 1) Xızır – əleyhissəlam – övliya deyil, Peyğəmbər idi. 2) Musa – əleyhissəlam – Bəni İsrailə göndərilmiş Peyğəmbər idi, Xızır – əleyhissəlam – isə Bəni israilə deyil başqa bir qövmə göndərilmişdi. Həmçinin: «Yəqinlik gələnə qədər Rəbbinə ibadət et» ayəsidir. Lakin İbn Teymiyyə – rahmətullahi aleyhi – icmanı gətirir ki, bu ayədə olan yəqinlik ölüm gələnə qədər deməkdir. «Kim İslamdan başqa bir din ardınca gedərsə (o din) heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar». (Ali İmran 85).



10 – Allahın dinindən üz döndərmək, öyrənməmək və əməl etməmək. «Rəbbinin ayələri ilə öyüd-nəsihət verildikdən sonra onlardan üz döndərən (Arada) kəsdən daha zalim kim ola bilər? Biz şübhəsiz ki, onlardan intiqam alacağıq». (əs-Səcdə 22). Bu ayədə üz çevirməkdə insanın müsəlman olacağı biliyi almaması qəsd edilir. İbn Kəsir – rahmətullahi aleyhi – deyir ki: “Allahın ayələri ilə açıq-aydın öyüd verildikdən sonra onları tərk edən və inka edən (Cuhud) daha zalım kim ola bilır. Sanki bunlardan heç xəbərdar olumamış kimi”1334. Şeyx AbdurRahman b. Həsən – rahmətullahi aleyhi – deyir ki: “Şeyxi-miz Muhəmməd İbn AbdulVahhab – rahmətullahi aleyhi – deyir ki: “Məndən soruşdular: Nə üçün biz döyüşür və nə üçün küfürdə ittiham edirik?”. Cavab: “Biz bütün alimlərin üzərində ittifaq etdikləri elmlə bərabər olan iki şəhadətə görə mübarizə aparırıq”1335. Şeyx AbdulLətif İbn AbdurRahman – rahmətullahi aleyhi – deyir ki: “Şeyx, küfrdə yalnız bütün alimlərin üzərində ittifaq etdikləri - Şirkə, Allah və Rəsulundan nazil olan hər hansısa bir şeyi inkar edəni və hüccət ona bəyan olandan sonra hər hansısa bir şeyi inkar edəni ittiham edirdi”1336. Suleyman İbn Sahman – rahmətullahi aleyhi – deyir ki: “Şeyxin sözlərindən aydın olur ki, bir kimsənin kafir olması vacib və müstəhəblərin tərk edilməsinə görə deyil, yalnız onu İslam dairəsinə salan əsasları öyrənmk-dən imtina (İrad) etməsinə görədir”1337. Şeyx AbdulLətif İbn AbdurRahman – rahmətullahi aleyhi – deyir ki: “Əgər bir kimsədə İslama daxil olmaq üçün əsas olmazsa və bundan bütünlüklə imtina edərsə bax bu Küfru İraddı”1338. Şeyx Süleyman İbn Nasir əl-Alvan – hafizahullah - “ət-Tibyan Şərh Nəvaqid əl-İslam” risaləsinin sonunda demişdir: “Əvvəldə keçən İslamdan çıxaran, əməlləri batil edən, sahibini əbədi olaraq oda salan əməllər bəlli oldusa, bil ki müsəlman ola bilər Quran, Sünnənin və ümmətin sələflərinin icma etdiyi küfr olub islamdan çıxaran bir söz desin və ya bir əməl etsin. Lakin elm əhlinə görə bir sözün küfr olması ilə müəyyən bir kəsin Təkfiri arasında heç də bağlılıq olması demək deyildir. Hər küfr olan əməli edənə küfr hökmü verilməz. Çünki söz və ya əməl küfr ola bilər lakin bu sözü deyənə və ya əməl edənə küfr hökmü yalnız şərti ilə olur. Çünki onun haqqında Təkfirin şərtləri sübüt olmalı maneələr isə aradan qalxmalıdır. Bu şəxs ola bilsin İslamı yeni qəbul etmiş olsun, ola bilər küfr olan bir əməl etsin lakin bu əməlin küfr (haram olduğunu bilməsin) olduğunu bilməsin. Ona bəyan edildikdə bu əməldən qayıtsın. Ola bilsin ki, bir şeyi xəta edərək yozduğu Təvil səbəbindən inkar etsin. Yaxud Təkfir etməyə mane olan digər maneələr olsun. Bu əzəmətli bir əsasdır (qaydadır) ki, onu yaxşı başa düşüb əhmiyyət vermək lazımdır. Çünki Təkfir etmək məxluqun haqqı deyildir ki, istədiyini öz havasına uyğun Təkfir etsin. Əksinə bu məsələdə Quran, Sünnəyə qayıtmaq və Saleh sələflərin başa düşdüyü kimi qəbul etmək vacibdir. Sonra Buxari və Müslimin ittifaq etdiyi, öldükdən sonra Allah onu həşr etməsin deyə övladlarına onu yandırıb küləyə külünü sovrulmasını əmr edən kişinin hekayəsini zikr edir. İbn Teymiyyədən Allahın bu kişini cahilliyinə və Rəbbindən qorxduğuna görə üzürlü hesab etməsini nəql edir. Sonra isə belə deyir: “Belə nəticə çıxır ki, məsələni tədqiq edən alimlər Felin Təkfiri ilə Failin Təkfiri ayırırlar. Həmçinin bidətçi hökmü vermək də belədir. Bir sözə və ya felə bidət hökmü vermək ilə bidət sözü deyə və ya edən arasında fərq vardır. Hər bidət edən bidətçi olmaz. Sələflərin həyatını oxuyan bu sözün həqiqətinə varar. Bil ki, bu onların məzhəbi və yoludur. Həmçinin onların adil, insaflı, haqq sözlü və məxluqatın hidayət olması üçün necə həris olduğunu görərsən. Bu Allahın onlara xas olaraq verdiyi faydalı elm və saleh əməl səbəbindəndir. Bütün insanların üzərinə vacib olan budirki, bütün din Allaha məxsus olsun deyə onların qəsdi insaf və ədalətlə haqqı bəyan edib batili yox etmək olsun. Alləmlərin Rəbbi olan Allaha həmd olsun!”1339.




ƏMİRLƏRƏ İTAƏT








Yüklə 5,74 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə