TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə15/487
tarix10.05.2023
ölçüsü5,57 Mb.
#109393
1   ...   11   12   13   14   15   16   17   18   ...   487
tovhid-Allahin-qullari-uzarinda-haqqi

Vəddi, Suvanı, Yəğusu, 
Yəuqu və Nəsri atmayın". 
(Nuh 23). 
İbn Abbas 

 
rəvayət edir ki, bunlar Nuhun 

qövmünün əməlisaleh insanları idilər. Onlar öldükdən sonra şeytan onların 
yaşadığı qövmün insanlarına vəsvəsə edir ki, onların toplandıqları yerlərdə 
heykəllərini ucaltsınlar və onların adlarını həmin heykəllərə versinlər. Onlar 
da deyilən kimi etdilər. (Heykəlləri) düzəldən nəsil ölüb gedənə qədər onlara 
ibadət olunmadı. (Uzun müddət keçdikdən sonra) elm unudulduqda o, 
heykəllərə ibadət etməyə başladılar
18
. Abd ibn Humeyd, Əbu Mutahhardan 
rəvayət edir ki, Əbu Cəfər (Bəkri) yanında Yezid ibn Muhəlləbdən bəhs edildi. 
Əbu Cəfər dedi: "O, Allahdan başqa ilk ibadət edilən yerdə öldürüldü”. Sonra 
Vədd haqqında danışdı. Vədd müsəlman bir kimsə idi və qövmü tərəfindən 
sevilirdi. O, ölüncə Babil torpaqlarında qəbrinin ətrafında toplandılar və onun 
ölümünə üzüldülər. İblis onların Vəddə üzüldüklərini gördükdə dedi: "Sizin 
buna çox üzüldüyünüzü görürəm. Sizin üçün onun bir surətini çəkməmi 
istəyirsinizmi? Beləcə o, sizin toplandığınız yerdə olacaq və onun sayəsində 
Vəddi xatırlayacaqsınız". Onlar da: “Bəli, çək!”- dedilər. İblis onlara Vəddin bir 
surətini çəkdi. Onlar da onun surətini toplandıqları yerə qoydular və onu 
xatırlamağa başladılar. Onların Vəddi xatırladıqlarını gördükdə bu dəfə dedi: 
"Sizin hər birinizin evində belə bir heykəl düzəltməyimə nə deyirsiniz? Beləcə 
bundan sizin hər birinizin evində olacaq və onu xatırlayacaqsınız". Onlar: 
"Bəli, olar"- dedilər. (Şeytan) hər ev əhlinə onun kimi bir heykəl düzəltdi. 
Onlar da bu heykələ yönəldilər. Heykəl vasitəsilə Vəddi xatırlamağa 
başladılar. Onların uşaqları böyüdü. Atalarının bu heykəllə nə cür 
davrandıqlarını gördülər. Nəsillər çoxaldı. Onu xatırlamaq məsələsi unudulub 
getdi. Sonda isə onu Allahdan başqa İlah halına gətirdilər. Allahdan başqa yer 
üzündə ilk ibadət edilən şey Vəddin adı verilən Vədd bütüdür"
19
. Onlar bu 
heykəlləri düzəltdikləri zaman onlara ibadət etmirdilər. Çünki bunun qadağan 
olunduğunu bilirdilər. Onların alimləri bu heykəllərin qoyulmasına icazə 
verdikləri zaman böyük bir qəbahətə yol verdilər. Şeytan onlara vəsvəsə etdi: 
“Heykəlləri düzəldin ki, olara baxdıqda ibadət yadınıza düşsün”. Çünki 
insanlar onlar üçün darıxırdılar. Bu bidətdir. Uzun illər keçsədə belə Nuhun 

qövmünün bidəti onları şirkə gətirib çıxartdı. Buradan da İmam Əhmədin 

 
bu sözləri yada düşür. Allah buyurur: 

Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   487




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə