Uluslararasi sempozyumu



Yüklə 26,8 Mb.
Pdf görüntüsü
səhifə192/307
tarix11.09.2018
ölçüsü26,8 Mb.
#67808
1   ...   188   189   190   191   192   193   194   195   ...   307

536 Soyumuzun  Tək  Nişanı-Dilimiz

və xarici ölkələrin ali məktəblərinə qəbul olmuş tələbə-gənclərin bir qrupu 

ilə görüşərkən ölkənin Prezidenti, Türk ulusunun ağsaqqalı kimi onlara töv-

siyələrini verərkən ilk növbədə demişdir:

“Şübhəsiz ki, siz xarici ölkələrdə dil öyrənməlisiniz. Mən keçmişdə də de-

mişəm, bu gün də deyirəm, - şəxsən arzum ondan ibarətdir ki, hər bir azərbay-

canlı çox dil bilsin... Gənclərimiz nə qədər çox dil bilsələr, bir o qədər zəngin 

dünyagörüşünə malik olacaqdır. Başqa dilləri öyrənərkən öz dilinizi heç bir 

vaxt unutmayın və öz ana dilinizi heç vaxt başqa bir dillə dəyişməyin. Xalqın, 

millətin, insanın öz ana dilindən əziz heç bir şey ola bilməz.”

Türk xalqlarının bu iki böyük oğlunun dediyi sözlər obyektiv və həyati ol-

duğu üçün heç vaxt öz dəyərini itirmir. Mən bu sahədə çalışan bir mütəxəssis 

kimi hər gün bunun şahidi oluram. Mən Türkiyədən gəlmiş öyrəncilərə Azər-

baycan türkcəsini tədris edirəm. Onlarla ünsiyyət çox xoş olur. Türkiyədən 

gəlmiş tələbələr Azərbaycandan olan tələbə gənclərlə çox asan ünsiyyət sax-

laya bildikləri üçün hər iki xalqın tarixinin, ədəbiyyat və sənətinin mübadiləsi 

də çox asan və effektli olur.

Türk  dili  dünyanın  ən  qədim  və  zəngin  dillərindən  biridir.  Təkcə  bunu 

deyək ki, əgər tarix şumerdən başlayırsa, “şumer dili kesinliklə türk dilidir” 

(Ə.Cəlaloğlu).

 Türk dillərinin tarixi miladdan öncə V əsrdən başlayır desək yanılmarıq.

N.Cəfərov  türk  xalqlarının  ortaq  ədəbiyyatından  bəhs  edərkən  yazır: 

“Türklərin  mükəmməl  bir  etnos-xalq  olaraq  formalaşdırılması  eramızdan 

əvvəl  I  minilliyin  ortalarına  təsadüf  etsə  də,  həmin  formalaşma  prosesinin 

etnokulturolji, sosial-siyasi baxımdan zəngin iki-üç min illik bir dövrü əhatə 

etməsi o qədər də böyük şübhə doğurmur.(2.səh.5)”

Müəyyən tarixi və sosial etnoloji cəhətlərin təsiri ilə türklərin yazılı ədə-

biyyatı öz tarixindən iki-üç min il sonra meydana gəlmişdir. Biz türk xalqları-

nın ədəbiyyatı tarixi haqqında geniş bəhs etmək üçün lüzum görmürük. Təkcə 

bunu qeyd edək ki, XI əsrin görkəmli alimi, türkologiyanın banisi Mahmud 

Kaşğarlının divanını bütün türk dilləri ilə müqayisə etsək, bu tarixi abidədə 

bütün türk dillərinin (xalqlarının) payı olduğunu aydınca görə bilərik. Belə 

ki,  “Divan”da  işlədilmiş  öc  almaq,  könül  vermək,  könül  almaq  və  s.  kimi 

ifadələr bu gün müasir Türkiyə və Azərbaycan türkcəsində geniş şəkildə iş-

lənməkdədir. Bunun səbəbi odur ki, heç bir xarici dil türklərin dilini sıxışdırıb 

ünsiyyət sferasından çıxara bilməmiş əksinə substratla qarşılaşmışdır. Bunun 

bir səbəbi türk dillərinin şirinliyidirsə, digər səbəbi türklərin ana dilini qəlbən 



537

İmarət  SÜLEYMANOVA 

sevməsidir. XX əsrin böyük türkoloq alimi, şərqdə ilk rəsmi elmlər doktoru 

prof. Bəkir Çobanzadə bu haqda çox gözəl demişdir: “Əgər dünyada heç kəs 

hə deməsə, mən tək qalsam, yenə də deyərəm mənim türkcəm dünyanın ən 

gözəl dilidir”.

Siyasi hadisələrin təsiri ilə bir-birindən ayrı düşmüş türk xalqları bir-biri-

nin ortaq ədəbiyyatını, dünyagörüşünü, adət-ənənəsini sevir və hörmət edir. 

İbrətamiz bir misalla fikrimi yekunlaşdırmaq istərdim. 1926-cı ildə mart ayı-

nın 5-də axşam saat 10:15 dəqiqədir. Bakı İsmailiyyə mədəniyyət sarayının 

gur işığının şüaları altında türk xalqlarının birlik səsinin dalğaları geniş pən-

cərələrdən şəhərə yayılır. Bütün türk xalqlarının nümayəndələri 8 gündən bəri 

özlərini mehriban bir ailədə hiss etmişlər. Hər kəs öz türkcəsində danışmış-

dır. Özbək Şakircan Rəhimli ilə Qazax Əhməd Baytursun, Başqırt Həbibulla 

Habitovla Qazan tatarı Qalimcan Şərəf, Qırğız Qasım Tınıstanovla Türkmən 

Məhəmməd Gəldiyev, Özbək Əbdül Cabbarovla, Krım tatarı Şövqi Bektora, 

Türkiyə türkü Mehmet Körpülüzadə ilə nəinki Azərbaycanın,eləcə də, bütün 

türk dünyasının fəxri olan professor Bəkir Çobanzadə, Qazan tatarı Nemət 

Həkimovla azərbaycanlı Həbib Cəbiyev bir-birlərini necə gözəl başa düşür-

dü! Dilləri ayrı-ayrı yarımqruplara daxil olan türklər bir-birinə diqqətlə qulaq 

asır öz dilinin şirinliyini o birisinin sözündə, ahəngində, morfologiyasında, 

sintaksisində tapanda qəlbində sevinc, çöhrəsində şadlıq oynayırdı. Tarixin 

qədim  qatlarından  gələn  türk  xalqları  hələ  heç  vaxt  bugünki  kimi  bir  ara-

ya gəlməmiş, özlərinin qəlblərində əsrlərlə gəzdirdikləri dərdlərini bir-birinə 

belə açıq və mehriban şəkildə deməmişdilər (3.səh.152). Bu 1926-cı il martın 

5-də I Beynəlxalq Türkoloji Qurultayın bağlanması dəqiqələrinin təsviri idi. 

Elə bu an Qurultayı bağlı elan etmək istəyən Azərbaycan Yeni Əlifba Komitə-

sinin sədri Səməd Ağamalı oğluna xəbər verirlər ki, uzaq Xakasiyadan Kata-

nov gəlib çatmış və salona daxil olur. Bunu sevinclə Qurultay iştirakçılarına 

bildirərək Səməd Ağamalı oğlu deyir:

“Əziz Qurultay iştirakçıları!

Soydaşımız uzaq şərqdən (Xakasiyadan) bu gün gəlib çatmışdır”. Hamı 

onu alqışlayır. Ağamalı oğlu xahiş edir ki, Katanov ana dilində-xakas dilində 

danışsın. Bu hamının ürəyincə olur. Katanovun xakas dilində danışması, doğ-

ma nitqi Qurultayın səmimiyyət simvoluna çevrilir.

Əziz soydaşlarım, Azərbaycan türkləri bu gün də həmin ənənəyə sadiqdir. 

Hər bir türk Azərbaycana gəlsə özünü vətənində hiss edər.




538 Soyumuzun  Tək  Nişanı-Dilimiz

Vətənimin seyrinə çağırıram sizləri

Türkə sevgi istəyən Azərbaycana gəlsin!

Qalxmada türk ulusun elləri, həm dilləri,

Örnək görmək istəyən Azərbaycana gəlsin!

Ədəbiyyat

Atatürk və Türk dil qurumu (hazırlayan Nail Ton.) Ankara 2006

Cəfərov N. Türk Xalqları Ədəbiyyatı. B. 2006

Babayev A. Türksoyun birlik səsi. B.2006




Yüklə 26,8 Mb.

Dostları ilə paylaş:
1   ...   188   189   190   191   192   193   194   195   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə