Ümumi məlumat. İnformasiya sistemi nədir? Sistem


İnformasiya -axtarış dilləri



Yüklə 0,63 Mb.
səhifə46/48
tarix30.12.2023
ölçüsü0,63 Mb.
#167951
növüMühazirə
1   ...   40   41   42   43   44   45   46   47   48
mumi m lumat. nformasiya sistemi n dir Sistem.

İnformasiya -axtarış dilləri
Yuxarıda baxılan səbəblər üzündən informasiyanın təsviri üçün təbii dildən istifadə edilə bilməməsi bu məqsədlə süni dillərin tətbiqinə ehtiyac yaratmışdır. Bu cür dillərə informasiya-axtarış və ya informasiya dilləri deyilir.
İnformasiya -axtarış dili (İAD) –sistemə daxil edilən və axtarış üçün nəzərdə tutulan məlumatın əsas məzmununu təsvir etmək üçün xüsusiləşdirilmiş süni dildir[53]. İAD təbii dil əsasında yaradılır, lakin ondan yığcamlığı, dəqiq qrammatik qaydaların mövcudluğu və semantik çoxmənalığın olmaması ilə fərqlənir.
İnformasiya -axtarış dillərini iki tipə ayırmaq olar:
-təsnifat dilləri;
-deskriptor dilləri.
Bu tip dillər arasında prinsipial fərq dilin cümlələrinin (frazalarının) qurulma prosedurundadır.
Təsnifat dillərinin köməyilə məlumatlar siniflərə bölünür. Siniflər leksik vahidlərlə ifadə olunur. Bu tip dillərin leksik tərkibinə sadə anlayışları ifadə edən sözlərlə yanaşı, mürəkkəb anlayışları ifadə edən sözbirləşmələri və frazalar da əvvəlcədən daxil edilir.Bu cür İAD-da məlumatın məna məzmununu ifadə etmək ücün yalnız dilin leksik vahidlərindən, o cümlədən, mürəkkəb anlayışlardan istifadə edilir. Mürəkkəb sintaktik konstruksiyanın qurulması faktıki olaraq hazır leksik vahidlər dəstindən uyğun anlayışın (sözün, sözbirləşməsinin və ya frazanın) seçilməsi ilə əldə edilir.Məsələn, təsnifat dili vasitəsilə meyvələr sinfini belə təsvir etmək olar:
Meyvə.
Meyvə. Giləmeyvə.
Meyvə.Giləmeyvə, Üzüm.
Meyvə.Giləmeyvə, Qarağat.
- - - - - - - - - - - - - - - - - - - - - - -
Meyvə Çəyirdəkli meyvə.
Meyvə Çəyirdəkli meyvə.Gilas.
Meyvə Çəyirdəkli meyvə.Albalı.
- - - - - - - - - - - - - - - - - - - - - - -
Təsnifat dilinin xüsusi halı leksik vahidləri tematik rubrikaların adlarından ibarət olan rubrikatordur.
Ümumiyyətlə, hər hənsı mövzu sahəsinin rubrikatoru dedikdə ayrı-ayrı ağaclardan ibarət istiqamətlənmiş qraf başa düşülür. Ağacların yarpaqları rubrikatorlar-obyektlər adlandırılır və onlar baxılan mövzu sahəsinin konkret fraqmaentləri haqqında bilikləri əks etdirirlər.Yarpaq olmayan bütün təpələr yarpaq təpələrin soy-növ tipli təsnifat ümumiləşdirilmələridirlər və yalnız informasiya axtarışı zamanı istifadə edilir. Misal üçün,elmi sahələrin texnikaya aid olan sinfini təsvir edən rubrikator -ağac şəkil 9.2-də göstərilmişdir.
Adətən rubrikator ekspertlər qrupu tərəfindən mövzu sahəsi haqqında biliklər əsasında və istifadəçilərin informasiya təlabatını nəzərə almaqla hazırlanır.
Təsnifat dillərinin digər nümayəndəsi də biblioqrafik məlumatın təsviri üçün istifadə edilən « Universal onluq təsnifat»(UOT) dilidir. Burada rubrikalar sözlərlə deyil, tam onluq ədədlərlə təsvir edilir.Məsələn:
UOT 681.3(075)-informatika
UOT 681.3.06 -proqramlaşdırma.

Təsnifat dillərinin bir xüsusiyyətini də qeyd etmək lazımdır. Mürəkkəb anlayışlar əvvəlcədən, yəni məlumatın təsvirindən qabaq formalaşdırıldığından, onları təşkil edən sözlər də əvvəlcədən bir-birilə əlaqələndirilir.Odur ki, bu tip dillərə «əvvəlcədən koordinatorlaşdırılan» dillər də deyilir.
İnformasiya -axtarış dillərinin digər tipi deskriptor dillərdir.

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə