Ümumi psixologiya üzrə dövlət imtahan sualları


Şəxsiyyətin iradi keyfiyyətləri



Yüklə 135,57 Kb.
səhifə10/43
tarix14.06.2022
ölçüsü135,57 Kb.
#89430
1   ...   6   7   8   9   10   11   12   13   ...   43
ümumi psixologiyaTSP

Şəxsiyyətin iradi keyfiyyətləri. Şəxsiyyətin iradi keyfiyyətləri elə iradi iş prosesində təzahür edir və formalaşır. İradi keyfiyyətlər – mürəkkəb psixi xüsusiyyətlər kimi insanın həyatı prosesində formalaşır, psixoloji səciyyəsinə görə vasitəli xarakter daşıyır. Tərbiyə şəraiti, sosial mühit eləcə də, sinir tipi iradi keyfiyyətlərin formalaşmasında mühüm rol oynayır. Şəxsiyyətin iradi keyfiyyətlərini 3 qrupda birləşdirmək olar:
1. İlkin iradi keyfiyyətlər – iradi güc, təkidlilik.
2. Törəmə iradi keyfiyyətlər – qətiyyətlilik, cəsarət, özünü ələ almaq, inam.
3. Üçüncü iradi keyfiyyətlər – məsuliyyətlilik, intizamlılıq, işgüzarlıq, təşəbbüskarlıq.
İradi keyfiyyətləri mənfi və müsbət olmaqla iki qrupa bölmək olar.
Müsbət iradi keyfiyyətlərə təkidlilik, qətiyyət, cəsarət, özünü ələ almaq, məsuliyyətlilik, intizamlılıq, müstəqillik, səbrlilik və s. aid edirlər. Bunların hər birinin əksini mənfi iradi keyfiyyətlər təşkil edir.
Mənfi iradi keyfiyyətlərə iradi nöqsan kimi təqlidçilik, təlqinə qapılmaq, neqativizm, tərsliyi də aid etmək olar. Təkidlilik – qəbul edilmiş qərarın icrası zamanı qarşıya çıxan çətinlik və maneələrə qarşı mübarizə aparıb, onlara qalib gəlmək və mütləq məqsədə çatmaq əzmində təzahür edir. Tərslik – isə iradi nöqsan kimi real şəraiti düzgün qavrayıb qiymətləndirə bilməmək və dəyişmiş şəraitə çevik münasibət bəsləyə bilməməkdə ifadə olunur. Tərslik çox vaxt bilərəkdən öz inadından dönməməkdə özünü göstərir. Qətiyyət – hər hansı məsələ ilə bağlı heç bir tərəddüd etmədən, vaxtında düşünülmüş qərar qəbul etməkdə ifadə olunur. Qətiyyət – iradi keyfiyyət kimi iradi işin bütün mərhələlərində özünü göstərir. Qətiyyətlilik – məqsəd aydınlığı və inam hissi (yəqinlik) ilə sıx bağlıdır. Bu keyfiyyətin əksini qətiyyətsizlik təşkil edir. Qətiyyətsiz adam üçün iradi işin bütün mərhələləri uzun və üzücü prosesə çevrilir. Qətiyyətsizlik– inamsızlıq, zəiflik, qorxaqlıq və məqsədin aydın dərk olunmaması və s. səbəblərlə bağlı olur. Cəsarət – iradənin çox mühüm keyfiyyəti olub, iradi işin icra mərhələsində özünü göstərən psixi xüsusiyyətdir. Qəbul edilmiş qərarın icrası zamanı, tapşırığın, işin müvəffəqiyyətli həllindən ötrü qorxu hissinə qalib gəlmək, təhlükəyə qarşı getməkdə, risq etməkdə təzahür edir. Cəsarət iradəni qüvvətləndirir və şəxsiyyətin hörmət və nüfuzunu artırır. Özünəinam, məqsəd aydınlığı, ədalət cəsarətin aktivatorlarıdır.



  1. Diqqət haqqında anlayış




Yüklə 135,57 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə