Ümumi psixologiya üzrə dövlət imtahan sualları



Yüklə 135,57 Kb.
səhifə18/43
tarix14.06.2022
ölçüsü135,57 Kb.
#89430
1   ...   14   15   16   17   18   19   20   21   ...   43
ümumi psixologiyaTSP

Duyğuların təsnifatı. Müasir psixologiyada duyğuların təsnifatını müxtəlif prinsiplər əsasında aparırlar. Bunlardan biri duyğuları reseptorların yerləşməsnə görə təsnif etməkdən ibarətdir. Müasir fizioloji və psixoloji ədəbiyyatda reseptorları üç qrupda birləşdirirlər: ekstreoseptorlar, intreoseptorlar, proprioseptorlar.
Ekstreoseptorlar bədənin xarici səthində yerləşir. Ekstreoseptorların yaratdığı duyğular da ekstreoseptiv və yaxud xarici duyğular adlanır. Bunlara görmə, eşitmə, iybilmə, dadbilmə və dəri duyğuları daxildir.
İkinci qrup reseptorlar daxili üzvlərin səthində selikli qişasında yerləşir. Bunlara isə intreoseptorlar deyilir. İntreoseptorların yaratdığı duyğular intreoseptiv və ya daxili duyğular adlanır. Üzvü duyğular bu reseptorlarla bağlı olan duyğulardır.
Nəhayət üçüncü qrup reseptorlar əzələlərdə, oynaqlarda, onları birləşdirən vətərlərdə yerləşir. Bunları isə proprioseptorlar adlandırırlar. Bu reseptorlarla bağlı olan duyğular proprioseptiv duyğular adlanır. Hərəkət duyğusu və müvazinət duyğuları bu bölgəyə daxildir.
Duyğuların reseptorların bilavasitə qıcıqlandırıcılarla təmasından asılı olaraq kontakt və distant duyğulara da ayırırlar. Bu baxımdan eksteroseptiv duyğular iki cür olur:
1) kontakt duyğular. Dad və dəri duyğusu kontakt duyğulardır. Bu duyğular qıcıqlandırıcının duyğu orqanlarına bilavasitə təsiri zamanı əmələ gəlir.
2) distant duyğular. Bunlara görmə, eşitmə və iybilmə duyğularını aid etmək olar. Bu duyğuların əmələ gəlməsi üçün qıcıqlandırıcının müəyyən məsafədən təsir etməsi kifayətdir.
Bu təsnifata uyğun olaraq duyğuların ayrı- ayrı növlərini qısaca nəzərdən keçirək.
Görmə duyğusu. Bu duyğu rənglərin və işığın inikasından ibarətdir. Biz iki cür rəngi duyuruq: xromatik və axromatik. Xromatik rənglər boyalı rənglər olub spektrin bütün rənglərini əhatə edir. Xromatik rəngləri görmə duyğusu 380 milli mikrodan 780 milli mikrona qədər uzunluqda olan elektromaqnit dalğalarının görmə üzvünə, gözə təsiri zamanı əmələ gəlir. Ən qısa elektromaqnit dalğasında bənövşəyi, ən uzun elektromaqnit dalğasında isə qırmızı rəngi duyuruq.
Görmə duyğularının reseptorları gözün torlu qişasında yerləşir. Burada iki cür hüceyrələr: çöpcüklər və kolbacıqlar mövcuddur. Çöpcüklər işığı, kolbacıqlar rəngləri duyma orqanıdır. Çöpcüklər pozulduqda toyuq korluğu, kolbacıqlar pozulduqda isə yarasa korluğu baş verir.
Eşitmə duyğusu. Bu duyğular səslərin inikasından ibarətdir. Eşitmə duyğusu dəyişən hava dalğalarının eşitmə analizatoruna təsiri nəticəsində əmələ gəlir. Qulağa təsir edən dalğa aşağı və yuxarı təzyiq kimi əlamətləri ilə xarakterizə olunur. Dalğaya xas olan bu cəhətlər səsin ucalığını, gurluğunu və tembirini yaradır. Səsin ucalığı dalğanın tezliyi, quruluğu dalğanın amplitudası, tembri isə dalğanın formasından asılıdır. İnsan qulağı saniyədə 20 dən 20 000-ə qədər hersə bərabər olan səsləri eşidə bilir. Hers səsi əmələ gətirən dalğanın tezliyinin fiziki ölçü vahididir.

Yüklə 135,57 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə