Ümumi psixologiya üzrə dövlət imtahan sualları



Yüklə 135,57 Kb.
səhifə19/43
tarix14.06.2022
ölçüsü135,57 Kb.
#89430
1   ...   15   16   17   18   19   20   21   22   ...   43
ümumi psixologiyaTSP

İybilmə duyğuları. İybilmə duyğusu çox müxtəlif iylərin inikasından ibarətdir. Adətən insanlar iyləri onların xoş yaxud xoşagəlməz olması baxımından fərqləndirirlər. İybilmə duyğusunun reseptoru burun boşluğunun yuxarı hissəsində yerləşir. Bu hissədə yerləşən hüceyrələr müxtəlif iylərə qarşı çox həssas olur. Cisimlərin havada uca bilən mikroskopik hissəcikləri hava ilə birlikdə burun boşluğuna daxil olur və reseptorlara təsir edir. Beləliklə də iybilmə duyğusu əmələ gəlir.
Dadbilmə duyğuları. Müxtəlif maddələrin suda, yaxud tüpürcəkdə həll olunması nəticəsində onların ağız boşluğunda dad reseptorlarına təsiri zamanı əmələ gəlir. P.P.Lazarevin nəzəriyyəsinə görə, ağız boşluğunda dörd növ dad reseptorları yerləşir. Elə bu reseptorlar da dörd növ dad duyğusunun yaranmasına səbəb olur: şirinlik, acılıq, duzluluq, turşluluq duyğuları. Dilin selikli qişasının müxtəlif sahələrinin həm eyni, həm də müxtəlif dad qıcıqlandırıcılarına həssaslığı cürbəcürdür. Məsələn adamın dilinin ucu şirinə, ətrafı turşuya, kökü acıya daha həssasdır.
Dəri duyğuları. Xarici aləmin cisimlərinin bir sıra xassələrini əks etdirir. Dəri duyğuları üç yerə ayrılır: toxunma, temperatur, ağrı duyğuları.
Temperatur duyğusu. İstilik və soyuqluq duyğusu olmaqla iki növ duyğu kimi mövcuddur. İstilik duyğusu, bədənin temperaturundan artıq hərarətə malik olan cisim dəriyə toxunduqda əmələ gəlir. Soyuqluq duyğusu isə bədən temperaturundan aşağı olan cisim bilavasitə dəriyə təsir etdikdə yaranır. Ağrı duyğuları. Ağrı duyğuları müxtəlif xarakterdə olur. Biz küt və bərk ağrıları, sanki kəsən, doğrayan, deşən ağrıları, davamlı və ani ağrıları duyuruq. Dəri duyğularının hər birinin özünə məxsus reseptorları vardır. Dəridə olan bir çox nöqtələr toxunma, digər nöqtələr soyuqluq, üçüncülər istilik, nəhayət başqa nöqtələr ağrı duyğularını yaradır.



  1. Qavrayış haqqında anlayış.

Qavrayış haqqında anlayış. Cisim və hadisələr hiss üzvlərimizə təsir edir və duyğu şəklində subyektiv effekt yaranır. Bu zaman subyekt əks etdirilən obyektə münasibətdə heç bir fəallıq göstərmir. Duymaq qabilliyyəti anadangəlmə sinir sisteminə malik olan həm bizə, həm də bütün canlılara xasdır. Aləmi obrazlar şəklində qavrama ancaq insanlara və ali heyvanlara aiddir. Bu prosses həyat təcrübəsinin genişlənməsi ilə bağlı olaraq inkişaf edir.


Həm duyğu, həm də qavrayış hər ikisi hissi idrak prossesləridir. Varlığın, aləmin dərki duyğu və qavrayışdan başlanır. Bunların hər ikisi cisimlərin, hadisələrin insanın duyğu üzvlərinə bilavasitə təsiri zamanı əmələ gəlir. Bununla belə bu iki psixi proses arasında prinsipial fərq mövcuddur. Məlum olduğu kimi, duyğu hal-hazırki anda hiss üzvlərimizə bilavasitə təsir edən cisim və hadisələrin ayrı-ayrı xassələrinin inikasından ibarət olan sadə psixi prossesdir. Qavrayış isə duyğuya nisbətdə mürəkkəb psixi prossesdir. Cisim və hadisələrin hiss üzvlərinə bilavasitə təsiri nəticəsində onların insan beynində bütövlükdə inikasından ibarət olan psixi prosesə qavrayış deyilir.
Qavrayışın özünəməxsus xüsusiyyətləri vardır. Bunlara qavrayışın əşyaviliyi, tamlığı, sabitliyi, mənalılığı, seçiciliyini aid etmək olar. Qıcıqlandırıcıların ayrı-ayrı xassələrini əks etdirən duyğulardan fərqli olaraq, qavrayış cisimləri bütövlükdə, onun bütün əlamətləri ilə birlikdə əks etdirir. Bir psixi prosses kimi qavrayışın özünəməxsus xüsusiyyətləri var. Bu xüsusiyyətlərdən biri qavrayışın əşyaviliyidir. Qavrayışın əşyaviliyi obyektləşdirmə aktında ifadə olunur. Yəni biz ayrıayrı əlamətlərini duyduğumuz cisim, yaxud hadisəni aləmdə mövcud cisimlər, hadisələr qrupuna aid edirik, xarici aləmdən alınan məlumatları həmin aləmin özünə aid edir və onu əks etdiririk. Qavrayışın əşyaviliyi anadangəlmə keyfiyyət deyil. O, həyat fəaliyyəti prosesində lamisə və hərəkət duyğularının görmə duyğusuna qoşulması nəticəsində formalaşır. Belə bir fakta diqqət yetirək. Kliniki müşahidələr göstərir ki, kantuziya nəticəsində beyni zədələnmiş xəstədə göz almacıqlarının tam hərəkətsizliyi əmələ gəldikdə, o ətrafda olan hər şeyi işıq seli kimi duyur. Predmetləri qavraya bilmir. Lakin müəyyən müalicə aldıqdan sonra göz almacıqlarının hərəkəti bərpa olunur. Ancaq bundan sonra predmetləri qavraya bilir. Bu fakt onu göstərir ki, cisimlərin qavranılmasında görmə duyğusu ilə yanaşı hərəkət duyğusunun da iştirakı vacibdir. Qavrayışın əşyaviliyi, onun əşyaviliyi deyilən keyfiyyəti ancaq bu zaman meydana çıxır.
Qavrayışın əşyaviliyi xüsusiyyəti davranışın tənzim olunmasında mühüm rol oynayır. Adətən insan əşyaları onların görkəminə görə deyil, təcrübədə onlardan necə istifadə etdiyimizə, onların əsas xassəllərinə görə xarakterizə edirik. Bu isə qavrayışın əşyaviliyi xüsusiyyəti sayəsində mümkün olur. Məsələn, biz oyuncaq tapançanı həqiqi tapançadan, yaxud bir quşun müqəvvasını canlı quşdan ayıra biliriksə və onlarla müvafiq şəkildə davranırıqsa, burada qavrayışın əşyaviliyi xüsusiyyəti özünü göstərir.
Qavrayışın digər bir xüsusiyyəti isə onun tamlığıdır. Qavrayış cisimlərin ayrı-ayrı xassələrini, əlamətlərini əks etdirən duyğulardan fərqli olaraq cisimlərin tam surəti kimi təzahür edir.
Qavrayışın sabitliyi onun digər bir xüsusiyyətidir. Qavrayışın sabitliyi qavranılan cismin surətinin, onun dərk edilmə şəraitinin dəyişilməsinə baxmayaraq, sabit qalmasında ifadə olunur. Bu daha çox görmə qavrayışında özünü büruzə verir. Məsələn, eyni bir karandaş həm 20 sm, həm də 1 metr məsafədə böyüklük etibarı ilə eyni cür qavranılır.
Qavrayışın sabitliyinin həqiqi mənbəyi perseptiv sistemin fəaliyyətindən ibarətdir. Sıx meşə şəraitində yaşayan adamlar üzərində aparılan müşahidələr göstərmişdir ki, həmin adamlara uzaqda olan obyektləri göstərdikdə onlar bu əşyaları uzaqda olan əşya kimi deyil, kiçik əşya kimi qavramışlar.



  1. Hafizə haqqında anyalış

İnsanın duyub və qavradıqlarının, psixikasında baş verənlərin hamısı izsiz ötüşmür, müəyyən mənada orada hifz olunur. Bəziləri isə ömürlük qalır. Keçmişdə baş verənlərin psixikada "izi", işarələri, kodu, sürəti qalır. Bizlərdən hər birimiz təsdiq edə bilərik ki, təkrarən duyduğumuz və qavradıqlarımızı tanıyır və onu əvvəllərdə məhz o şəkildə yaşadığımızı söyləyərik.


Psixikanın mühüm universal xüsusiyyətlərindən biri də informasiyanın fasiləsiz olaraq toplanması qabiliyyətidir. Bu proses psixi fəaliyyətin bütün dövr və sahələrini əhatə etməklə bir çox hallarda avtomatlaşır, hətta az qala qeyri-şüuri mahiyyət kəsb edir. Nümunə olaraq psixologiyada iki mötəbər tarixi fakt kimi göstərilən hadisəni vermək istərdik.
Tamamilə savadsız qadın xəstələnir və həyəcanlı, yüksək tonla mənasını özünun də başa düşmədiyi yunan və latın dillərində danışmağa başlayır. Məlum olur ki, uşaqlıqda o, keşişin yanında qulluqçu işləmişdir. Keşiş adətən antik klassiklərin əsərlərindən pafosla parçalar oxuyarmış. Qadın isə qeyri-ixtiyari olaraq onları yadda saxlamış, lakin xəstələnənə qədər bunu heç özü də bilməmişdir.
Aptekdə gipnoz edilmiş şəxs dərmanların üzərindəki yüzlərlə yazını, dərman adlarını əzbərdən söyləmişdir. Halbuki onun tibblə heç vaxt bağlılığı olmamışdır.
Hafizə bütün canlılarda vardır. Hətta, bitkilərin də yaddaşının olması ilə bağlı elmi fikirlər söylənilir. Geniş mənada, hafizəni canlı orqanizmin informasiyanı təsbit edən anadangəlmə və həyatda qazanılan mexanizm kimi də xarakterizə etmək olar.

Yüklə 135,57 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə