Ümumi psixologiya üzrə dövlət imtahan sualları



Yüklə 135,57 Kb.
səhifə15/43
tarix14.06.2022
ölçüsü135,57 Kb.
#89430
1   ...   11   12   13   14   15   16   17   18   ...   43
ümumi psixologiyaTSP

1. Təmas funksiyası. Bu funksiyanın məqsədi ünsiyyətdə olan tərəflərin informasiya mübadiləsi üçün qarşılıqlı əlaqəni gözləməklə bağlı təmas yaratmaqdan ibarətdir.
2. İnformasiya funksiyası. Bu funksiyanın məqsədi məlumat mübadiləsindən, daha doğrusu, sorğuya qarşı fikir mübadiləsindən ibarətdir.
3. Təhrikedici funksiya. Bu funksiyanın məqsədi ünsiyyət tərəf müqabilini bu və ya digər işi yerinə yetirməklə bağlı fəallığa yönəltməkdən ibarətdir.
4. Əlaqələndirmə funksiyası. Bu funksiyanın məqsədi birgə fəaliyyətin təşkili zamanı yerinə yetiriləcək işlərin qarşılıqlı əlaqəsinin yaradılmasından ibarətdir.
5. Anlama funksiyası. Bu funksiyanın məqsədi təkcə məlumatın mənasının adekvat qavranılması və anlaşılması deyil, tərəf müqabillərin bir-birini (məqsədlərini, yönəlişliklərini, həyəcanlarını, vəziyyətlərini və s.) anlamalarından ibarətdir.
6. Amotiv funksiya. Bu funksiyanın məqsədi tərəf müqabilində emosional təəssürat yaratmaq, eyni zamanda bunun köməyi ilə özünün həyəcan və vəziyyətini dəyişdirməkdən ibarətdir («emosiyaların mübadiləsi»).
7. Münasibətlərin yaradılması funksiyası. Bu funksiyanın məqsədi rol, işgüzar, şəxsiyyətlərarası əlaqələr sistemində özünün yerini dərk etməkdən ibarətdir.
8. Təsir göstərmək funksiyası. Bu funksiyanın məqsədi tərəf müqabilinin vəziyyətini, davranışını, eləcə də onun niyyətini, fikrini, təsəvvürünü, tələbatlarını, fəallığını və s.



  1. Kiçik qruplar və referant qruplar

Kiçik qrupların növləri aşağıdakılardır.


a. Formal qruplar rəsmi qruplar(siyahıya alınmış, qeydiyyata alınmış və.s) Bu qruplarda münasibət inzibati- hiquqi yolla müəyyən olunur və tənzim edilir.
b. Qeyri formal qruplar- qeyri rəsmi qruplar( məhəllə uşaqlarının qrupu, cinayətgar qruplar, sinif içərisində bir neçə nəfər olan qruplar).
c. Kontakt qruplar- əlaqə bir biri ilə bu və ya digər formada əlaqəsi olan kiçik qruplar məs. formalın və qeyri formalın içərisində kontakt ola bilər.
d. Referent qruplar- elmə Amerika psixolqu Q.Haylin gətirmişdir. Bu qrupların üzvləri bir biri ilə bilavasitə kontakta olmur, lakin inların davranış normaları və digər meyilləri eyni olur. Məs. metalistlər qrupu, panklar, xibilər qrupu, başıqırxıqlar qrupu, liberslər qrupu və.s. konkret məşhur aktyoru yamsılayanlar qrupu.
Referent- əhəmiyyət kəsb edir deməkdir. 1942ci ildə Referent qrup fenomeni müəyyən edilmişdir. Kiçik tələbə qruplarını ekspermental surətdə öyrənərkən Amerika psixolqu Q.Haymenin diqqətini belə bir cəhət cəlb etdi ki, qrupun müəyyən üzvləri mənsub olduqları qruplardır. Referent qrupa etalon qrupda deyirlər. O, bu maraqlı faktlar əsasında kiçik qrupların 2 növünü fərqləndirməyi, I qrupu üzvülük qrupu,Iiqrupu isə referent qrup adlandırmağı təklif etdi. Sonralar həmin faktlar başqa psixoloqlar tərəfindəndə təsdiq olundu.
e. Şərti qruplar- tədqiqatcının müəyyən məqsədə görə formalaşdığı qruplar.
Şərti və ya nominal qrup dedikdəbir biri ilə real surətdə əlaqəsi olan, lakin müəyyən şərti əlamətə görə şərti qrupa aid edilir. Məs. cinsi əlamətə görə qadınlar, yaş əlamətinə görə yeniyetmələr, peşə əlamətinə görə şoferlər və.s.
ə. Kollektiv qrup- kollektiv anlayışını elmə gətirən Makorenko olmuşdur, və onun nəzəriyyəsini pedoqoji aspektə işləmişdir. Kolektiv heçdə çoxlu sayda insanların məcmuyu deyildir. Kollektiv qrupun inkişafını ən yuxarı səviyyəsidir. Killektivdə şəxsiyyətlər arası münasibətlər inkişaf etmiş olur. Məqsəd və mənafe birliyi ön plana keçir, bir nəfər hamı üçün, hamı bir nəfər üçün prinsipə əməl edirə Kollektivin məqsədi ilə cəmiyyətin məqsədi üst üstə düşür. Hər kollektiv kiçik qrup olur lakin hər kiçik qrup kollektiv deyildir. Kollektiv qrupun inkişafının ən yüksək formasıdır. Qrup dinamikası kollektiv adlanır. Əmək, uşaq, hərbi, idman və.b kollektivləri fərqləndirirlər. Tədris müəssisələrində pedaqoji kollektevi və şagird kollektivini fərqləndirirlər. Onlardan hər birinin özünəməxsus xüsusiyyətləri vardır. Kollektiv eyni zamanda özlərinin inkişaf səviyyəsi etibarı ilə bir-birilərindən fərqlənirlər. Kollektiv mütəşəkkil qrupun yüksək formasıdır.
Cəmiyyətdə elə qruplar vardır ki, onlarda həmrəylik yüksəkdir, birgə fəaliyyət hamı tərəfindən qəbul olunur, ümumi digər5 meylləri var, bir nəfər hamı üçün hamı bir nəfər üçün əməl olunur, lakin, kollektivdən kolektivdən fərqli olaraq onların məqsədləri, cəmiyyətin məqsədləri ilə üst-üstə düşmür. Belə qruplara assosasiyalar deyilir. Assosasiya- rabitə, əlaqə deməkdir. Mütləq deyildir ki, assosasiyanın məqsədi cəmiyyətin məqsədi ilə üst-üstə düşməsin. Elə assosasiyalar vardır ki, cəmiyyət məqsədləri ilə üst-üstə düşür, onlar sadəcə assosasiya adlanır. Əslində mahiyyətcə onlar kollektiv hesab olunur. Mafya da assosasiyanın bir növüdür. Assosasiyada qrupun hər bir üzvü üçün onun fəaliyyətinin əhəmiyyətliliyi ön plana çəkilir. Assosasiyalar sosial və assosial ola bilərlər.
Qrup normaları və sərvətləri- Qrup normaları dedikdə qrupun bütün üzvləri tərəfindən məqbul hesab edilən, icrası mütləq hesab edilən və heç kim üçün güzəşt yeri qoyulmayan qaydalar və qadağalar başa düşülür. Qrupun normaları bəzən məqsədyönlü, bəzən də kortəbii formalaşır. Qrup nor5maları qrupun özünün xüsusiyyətlərindən asılıdır. Məs: Etnik qrupların normaları bir-birindən fərqlənir, yaxud şagird qrupunun normaları, tələbə qrupunun normaları bir-birindən fərqlənir. Sosial qruplar asosial qrupların normaları bir-birindən fərqlənir.
Asosial- cəmiyyətə zidd olan, qeyri-sosial deməkdir. Qrup sərvətləri (dəyərləri) dedikdə-qrupun öz fəaliyyəti də ən çox nəyə yüksək dəyər verməsi başa düşülür ki, bu da qrupun xüsusiyyətlərindən, yəni yaş tərkibindən, peşəsindən, cinsindən və s. Məs: cinayətkar qrupunun sərvəti ilə, tələbə qrupunun sərvəti köklü sürətdə fərqlənir.

  1. Fərd, şəxsiyyət və fərdiyyət haqqında anlayış

Fərd- İnsan cinsinə aid olan bütün canlıların hamısına deyilir. Başqa sözlə fərd – homos afunsin nümayəndəsi(ağıllı insandır) Bu baxımdan yeni doğulmuş uşaq, yaşlı insan, yeniyetmə, ağıldan kəm, yetgin insan və.s fərd hesab olunur.


İnsan dünyaya fərd kimi gələrək şəxsiyyətə çevrilir və bu proses tarixi xarakter daşıyır.
Fərd- Özünə məxsus psixoloji xüsusiyyəti olan, heç kimə oxşamatan təbii varlıq deməkdir. Bu anlayış insana aid edilir.
Şəxsiyyət-konkret ictimai tarixi dövrdə yaşayan başqa insanlarla ünsiyyətə girən, ətraf aləmi dərk edən və\ onu dəyişdirməyə çalışan əmək, idrak və subyektinə deyilir. Şəxsiyyətin 200 qədər tərifi mövcuddur. Bu onu göstərir ki, bu anlayış hələdə dəqiq müəyyənləşdirilməmişdir fərqli baxışlar buna görə mövcutdur. Bütün təriflərin hamısı üçün ümumi cəhət ondan ibarətdir ki, şəxsiyyət insanın sosiyal keyfiyyətlərini məcmuyi kimi qəbul olunur. Yəni insan şəxsiyyətdir. Ona görə yox ki, Homosapensin nümayəndəsidir.
Homasapens- insan cinsinə aiddir, ona görə ki, o özünün sosial həyatı boyu müəyyən sosial keyfiyyətlər əks edir.

Müasir psixologiyada şəxsiyyət problemi.
Bu problem müasir psixologiyada aşağıdakı istiqamətlərdə araşdırılır.

  1. Şəxsiyyətin inkişaf problemi.

  2. Şəxsiyyətin inkişafına təsir edən amillər problemi.

  3. Şəxsiyyətin inkişafının hərəkətverici mexanizmi problemi.

  4. Şəxsiyyətin inkişafının motivləşməsi problemi.

Keçmiş Sovet məkanında şəxsiyyətin inkişafı problemini öyrənən 3 böyük məktəb fəaliyyət göstərirdi.
1. Moskva məktəbi –( A. V. Petrovski və onun əməkdaşları) Şəxsiyyəti sosial varlıq kimi nəzərdən keçirir.
2. Sanktpeterburq məktəbi – (B. Q. Ananyev)
3. Gürcüstan məktəbi – (D. Uznadze, Nadraşvili və s.) Şəxsiyyətin ustanovkası problemlərini öyrənir.
Şəxsiyyətin formalaşması.
Şəxsiyyətin formalaşmasına aşağıdakı amillər təsir göstərir.
1.İrsiyyət amili.
2.Sosial mühit amili.
3.Təlim-tərbiyə amili.
4.Təbii şərait.
5.Şəxsiyyətin fəallığı (heç də fərdlərin hamısı təcrübəni eyni səviyyədə mənimsəmir)
K.Marks qeyd edirdi ki, şəxsiyyətin mahiyyətini nə onun saqqalı, nə qanı, nə mücərrəd fikri, təbiəti deyil sosial keyfiyyətləri təşkil edir. İnsan sosial keyfiyyətləri bütün həyatı boyu cəmiyyətdə yaşayaraq əldə edir. Şəxsiyyət ictimai cəhətdən fəaldır. Yəni o öz fəaliyyət dairəsini ardıcıl surətdə genişləndirir. Şəxsiyyətin istiqamətini onun motivlərinin davamlı sistemi: maraqlar, əqidələr, dünyagörüşü və s. müəyyən edir. Şəxsiyyət üçün şəxsi məna kəsb etmək (A. N. Leontiyev) mühüm əhəmiyyət kəsb edir. İndiki anda şəxsiyyətin təlabatına uyğun gələn obyektlər şəxsi məna kəsb edir. Bu cəhət I növbə şəxsiyyətin sosial yönəlişləri və həyat mövqeyində , emosiya və hisslərində, maraq və meyllərində özünün aydın ifadəsini tapır.
Münasibətlər şəxsiyyətin nüvəsini təşkil edir. İnsanın başqa adamlara, əməyə, şeylərə, özünə münasibəti onun şəxsiyyətini xarakterizə edir. Şəxsiyyətin mənlik şüuru da nəticə etibarı ilə onun münasibətləri ilə müəyyən olunur.
Şəxsiyyət fərd üçün subyektiv olaraq onun məni-özü haqqında təsəvvür sistemi (mən obrazı, mən konsepsiyası) kimi meydana çıxır. Şəxsiyyətin özünə verdiyi qiymətlərdə, özünə hörmət hissində, iddia səviyyəsində və s. onun özü haqqında təsəvvürləri əks olunur. Qeyd etdiyimiz bu xüsusiyyətlər heyvanlarda böyümüş uşaqlarda müşahidə olunmur. Buna görə də onlar fərddirlər, lakin şəxsiyyət deyildir. Anadan təzəcə doğulmuş uşaqda hələ şəxsiyyət deyildir.O, ünsiyyət və fəaliyyət prosesində ictimai münasibətləri mənimsədikcə şəxsiyyətə çevriləcəkdir. Fərdin cəmiyyətdə şəxsiyyət kimi inkişafı çoxcəhətlidir. Psixologiyada şəxsiyyətin aşağıdakı təzahür formaları ayrılır.
1.Formalaşmaqda olan şəxsiyyət-uşaq, yeniyetmə.
2.Yetgin şəxsiyyət-yəni müəyyən yetginlik səviyyəsinə çatmış.
3.Dahi şəxsiyyət-yəni adı tarixə düşən, öz xalqının rifahi naminə böyük işlər görən, bəşəri hisslərlə yaşayan şəxsiyyət.

Şəxsiyyətin inkişafının hərəkətverici qüvvəsi.


Bu problemi araşdıran aşağıdakı istiqamətlər mövcuddur.
1.Sosisgenetik istiqamət – Sosial amillərin rolunu həddən artıq qabardır. İrsiyəti heç nəzərə almır.
2. Biogenetik istiqamət – Bioloji amillərin rolunu həddən artıq qabardır, sosial mühitin rolunu həddən artıq heçə endirir.
3. İki amilin konvergiyası – Hesab edirlər ki, hər iki amil Şəxsiyyətin inkişafının hərəkətverici qüvvəsidir.
4. Dialektik istiqamət – Hesab edir ki, fəaliyyət prosesində artan təlabatlarla bu təlabatların ödənilməsi imkanları arsındakı ziddiyyətlər Şəxsiyyətin inkişafının hərəkətverici qüvvəsidir.
Fərdiyyət – dedikdə hər bir fərdin və şəxsiyyətin başqalarından fərqlənən sosial keyfiyyətləri başa düşülür. Belə ki, hər bir fərd istər şəxsiyət, istərsədə fərdiyyət özünün psixikasının və şəxsiyyətinin özünəməxsus xüsusiyyətləri ilə seçilir. Fərdiyyət temperament və xarakter əlamətlərində təlabatın, maraqların, intelektin, qabiliyyətlərin və s. özünəməxsus xüsusiyyətlərində təzahür edir.
Hər bir şəxsiyyət həm fərd, həm də fərdiyyətdir. Çünki, fərddi ona görə ki, bioloji varlıqdır (insan cinsinə aiddir), fərdiyyətdir ona görə ki, onda digərlərindən fərqli sosial keyfiyyətlər mövcuddur. Hər bir şəxsiyyət fərddir, lakin hər bir fərd şəxsiyyət deyildir. A. N. Leontiyev bu barədə yazırdıki: “ İnsan dünyaya fərd kimi gəlir şəxsiyyət kimi formalaşır ”. Fərdiyyətin strukturunda fərd və şəxsiyyətin rolu eyni deyildir. İnsana bir fərd kimi xas olan xüsusiyyət , məs: həssaslıq, astagəllik və s. Şəxsiyyətin təsiri ilə yeni məzmun və forma kəsb edir. Xudbin adamla kolektivçi adamlada, məs: həssaslığın təzahürlərini müəyyən edin. Onlardan I nəyə həssasdır, II nə zaman kədərlidir? İzahata necə deyərlər ehtiyac yoxdur.Yəni xudbin adamın diqqət mərkəzində onun özü və şəxsi mənafeyi durur. Kollektivçidə isə əksinə, başqalarının mənafeyinə toxunmamaq ön planda durur.



  1. Şəxsiyyətin strukturu və mənlik şüuru haqqında anlayış

Şəxsiyyətin strukturunda 2 yarım struktur ayrılır.


1). Bioloji yarım struktur.
2). Sosial yarım struktur.
Bioloji yarım struktur - orqanizmin xüsusiyyətləri mərkəzi sinir sisteminin xüsusiyyətləri, temperamentintipi başa düşülür. Bioloji yarımstruktur şəxsiyyətin irsən anadangəlmə aldığı əlamətlər.
Sosial yarım struktur dedikdə - isə şəxsiyyətin psixi keyfiyyətləri, xassələri, şəxsiyyətin münasibətlər sistemi, motivləri, istiqaməti, maraqları başa düşülür. Sosial yarımstruktur şəxsiyyətin ontogenezinin əldə etdikləri aid edilir.
Xarici ölkə psixoloqları insan şəxsiyyətində bioloji və sosial amillərin təsiri ilə formalaşan 2 əsas yarım struktur ayırırlar. Şəxsiyyətin strukturunda endopsixi və ekzopsixi steraları ilk dəfə rus psixoloqu Lazurski ayırmışdır.
I yarım struktur-Endopsixi.
II yarım struktur-Ekzopsixi.
Şəxsiyyətin qavrama qabiliyyəti, təfəkkürü, hafizəsi, təxəyyülün xüsusiyyətləri, iradəsi və s. endopsixikaya aid edilir. Endo-daxili deməkdir.
Şəxsiyyətin münasibətlər sistemi, təcrübəsi, maraqları, meylləri, ideyaları, hissləri və s. isə ekzopsixikaya aid edilir. Ekzo-xarici deməkdir. Bunların əsasında şəxsiyyət haqqında endogen və ekzogen şəxsiyyət nəzəriyyəsi durur. (Qərb psixologiyasında)
Z. Freydin təsnifatı-Z. Freyd Şəxsiyyətin strukturunda 3 yarımstruktura ayırırdı.
1. İd-Şüursuzluq yaxud şüuiraltı. Müəllifin fikri burada dərk olunmayan şüuraltı təlabatlarıaqressivliyi, irticaçılığı, əks cinsə olan marağı qeyd etmək olar-dəli istəklərdir.
2. Eko-mən, şüur-Müəllifin fikrincə bu yar5ım struktur pisi yaxşıdan, zərərlini zərərsizdən ayırmaq imkanı verir. Bu yarım strukturun əsas funksiyası şüuraltından və üst məndən gələn informasiyaları təhlil etməkdir. Bu yarımstruktur reallıq prinsipinə əsaslanır. Onun həyata keçib-keçməməsini mümkünlüyünü müəyyənləşdirsin.
3. Super eqo-Bu yarımstruktur şəxsiyyətin cəmiyyətdə davranışının tənzimlənməsində mühüm rol oynayır. Sosial qaydalar, normalar və qadağalar mövcuddur. Yəni cəmiyyətdə olan qadağalar.
R. R. Platonovun təsnifatı – Leninqrad məktəbinin nümayəndəsidir. Məşhur rus psixoloqu Platonov şəxsiyyətin strukturunda 4 yarım struktur ayırırdı. Bunlar aşağıdakılardan ibarətdir.
1). Bioloji cəhətdən şərtlənmiş yarımstruktur – buraya şəxsiyyətin temperamenti, sinir sisteminin tipi, beyinin yarımkürələr qabığının potensial imkanları, insanın bədən qruluşu aid edilir.
2). Psixoloji cəhətdən şərtlənmiş yarım struktur – buraya şəxsiyyətin psixi keyfiyyətləri və prosesləri aid edilir. Məs: duyğular, qavrayış, hafizə və s.
3). Təcrübə yarımstruktur – buraya şəxsiyyətin bilik, bacarıq və vərdişləri aid edilir.
4). Şəxsiyyətin istiqaməti yarımstrukturu – buraya şəxsiyyətin maraqları, meylləri, idealları və əqidəsi aid edilir.
Müəllifin fikrincə bütün yarım strukturlar bir birilə qarşılıqlı əlaqədədir və şəxsiyyətin inkişafında onlar mərhələli düzümə malikdir. Başqa sözlə insan fərddən tədricən şəxsiyyətə çevrildikcə bu yarımstrukturlar bir-birini əvəz edir.

Şəxsiyyətin fəallığı istiqaməti və sərvət meylləri.
Şəxsiyyətin fəallığının 3 forması ayrılır.
1.Fiziki (hərəki) fəallıq.
2.Psixi fəallıq.
3.Sosial fəallıq.
1.Fiziki fəallıq – şəxsiyyətin hərəkətlırində, çevikliyində özünü biruzə verir. Yəni, şəxsiyyətin məqsədyönlü hərəkətləri, davranışı, gerçəkliyi dəyişdirmək istiqamətində gördüyü işlər başa düşülür. Genezisi erkən yaşlardan uşaqlara hərəkət müstəqilliyinin verilməsi ilə şərtlənir.
2.Psixi fəallıq – şəxsiyyətin psixi proseslərinin cərəyanında, inkişaf səviyyəsində özünü biruzə verir. Yəni, şəxsiyyətin idrak prosesinin gedişatında, onun gerçəkliyinin dərk etməsində biruzə verən fəallıq başa düşülür. Senezisi erkən yaşlarda uşaqlarda psixi proseslərin inkişaf etdirilməsi üçün şəraitin yaradılması ilə şərtlənir.
3.Sosial fəallıq – Şəxsiyyətin cəmiyyətdə mövqe tutmasında ictimai-siyasi hadisələrə münasibətdə biruzə verir. Sosial fəallığın genezisi erkən yaşlarda uşaqlarda özünə inam formalaşdırmaqla və onları ictimai fəallığa təhrik etməklə şərtlənir. Şəxsiyyətin fəallığının mənbəyi problemi qismən mübahisəlidir. Məs: Z. Freydin fikrincə şəxsiyyətin fəallığını tənzim edən onun şüuraltında mövcud olan cinsi və özünü müdafiə instiktidir.
Neofreydistlərin (E. From, K. Xorni, A. Adler, A. Freyd və s.) fikrincə şəxsiyyətin fəallığını təmin edən anadangəlmə sosial keyfiyyətlərdir. Təhlükəsizlikdən yaxa qurtarmaq, başqalarının məhəbbətini, tərifini, sevgisini, rəğbətini qazanmaq, nüfuz qazanmaq və s.
Şəxsiyyətin mənlik şüuru- mənlik şüuru insanın özünü şəxsiyyət kimi tanıması və dərk etməsi prosesidir. Mənlik şüuru dedikdə şəxsiyyətin tələbatları və qabiliyyətinə, fikir və hisslərinə, davranış və fəaliyyət motivlərinə şüurlu münasibət bəsləməsi başa düşülür. Mənlik şüuru insana özünü, yəni öz mənini qeyri mənlərdən ayırmaq özünün psixi keyfiyyətlərini mənəvi aləmini dərk etmək imkanı verir. Mənlik şüurun strukturunda 3 əsas konponent fərqlənir.

  1. Mən- obraz. Buraya insanın özü haqqında təsəvvürləri aid edilir. Başqa sözlə psixoloji avtopartiret deyilir. Mən –obraz mürəkkəb hadisədir. Gəlin gənc oğlan və qızlara belə bir tapşırıq verək: özünü 20 sözlə səciyyələndir. Təcrübə göstərir ki, gənc oğlan və qızların bir çoxu ciddi çətinliklə rastlaşırlar. Onların bir çoxu 7-12 sözdən sonra bilmirlər ki, nə etsinlər. Bu o deməkdir ki, gənc oğlan və qızların özləri haqqındakı təsəvvürləri bir çox hallarda məhdud xarakter daşıyır. Hətta bəzən onlarda müəyyən ziddiyətlərdə özünü göstərir.

  2. Özünüqiymətləndirmə buraya insanın özü haqqındakı təssəvürləri aid edilir. Yəni aderkvat sürətdə qiymətləndirmə. Özünüqiymətləndirmə termini 2 sözdən özünü və qiymətləndirmə sözlərindən əmələ gəlmişdir. Onun psixoloji mənası aydındır. Söhbət insanın özünə verdiyi qiymətdə özünün obrazını qiymətləndirməsindən gedir. İnsanın özü haqqındakı təsəvvürlərinin formalaşması bilavasitə Özünüqiymətləndirməsi ilə bağlıdır. Özünüqiymətləndirmənin 2 komponentə ayrılır:

1 Koqnitiv (idrak)
2. Affektiv(emosional)
Psixoloji tədqiqatlar özünüqiymətləndirmənin 3 səviyyəsinin müəyyənləşdirmək imkanı verir.
Adekfat Özünüqiymətləndirmədə şagird özünün ayrı-ayrı keyfiyyətlərini əsasən düzgün qiymətləndirir. Tutaq ki onun qabiliyyəti”10” a bərabərbir. O özünə 10 qiymət verir.
Qeyri Adekvat yuxarı qiymətlər- şagird özünü ayrı-ayrı keyfiyyətlərinin olduğundan yüksək qiymətləndirir. Tutaq ki, onun qabiliyyəti 10 bərabərdir. O özünə”15 ”bəzən”20” hətta daha yuxarı, məs 50 qiymət verir.
Qeyri adekvat aşağı qiymət- şagird özünün ayrı- ayrı keyfiyyətlərinə layiq olduqda aşağı qiymətləndirir. Tutaq ki, onun qabiliyyəti 10 bərabərdir o özünə 5, bəzən 7, hətta daha aşağı məs 3 qiymət verir. Özünüqiymətləndirmənin böyük əhəmiyyəti vardır. O insanın davranışının tənzim olunmasında mühüm rol oynayır. İnsanın başqa adamlarla qarşılıqlı münasibəti onun öz uğurlarına və uğursuzluqlarına münasibəti ayrı-ayrı həyatı situasiyasında davranış və rəftar öz qiymətindən asılıdır.

  1. Potensial davranış reaksiyası-buraya insanın “ mən ” obrazı və özünə verdiyi qiymətin onun davranış və rəftarında təzahür etməsi aid edilir. Psixoloqlar qeyd edirlər ki, mənlik şüuru əsasən yeniyetməlik və gənclik yaşında formalaşır. Başqa sözlə bu dövrdə bu proses daha intensiv sürətlə gedir. Bu yaşda insan özünü daha çox təhlil etməyə, şəxsi keyfiyyətlərini dərk etməıyə meylli olur. Təsadüfü deyildir ki, yeniyetməlik yaşı dövrü şüurun ən intensiv inkişaf etdiyi bir dövr kimi ayrılır.

Mənlik şüuru öz başlanğıcını erkən yaşlardan götürür. Müəyyən olunmuşdur ki, uşaqlar özlərini güzgüdə ilk dəfə 18-20 ayliq olanda tanıyırlar. Onlar yaşa dolduqca idrak prosesinin inkişafı nəticəsində özləri haqqında təsəvvürlər də təkminləşir. Bəzi psixoloqlar qeyd edirlər ki, uşaqlarda mənlik şüurunun inkişafı onlar ilk “mən ” özüm dedikləri vaxtdan inkişaf etməyə başlayır. Uşaqların mənlik şüurunda nitqin rolu böyükdür.
İki yaşdan başlayaraq uşaqlar öz adlarını mən əvəzliyi ilə əvəz etməyə başlayırlar. Mənlik şüurunun inkişafında 3 yaşın böhranı xüsusi rol oynayır.
Məktəbəqədər yaşlı uşaqlarda artıq oğlan və qız anlayışından geniş istifadə edir. Və sən oğlansan yaxud qızsan? Sualına daha dəqiq cavab verirlər. 6 yaşlı uşaqlarda artıq öz bədənin sxemi haqqında təsəvvür formalaşır. Uşaqlarda mənlik şüurunun formalaşmasında cinsi difersiyasiyanın hər kəsin (öz cinsinə mənsub olunduğunun dərk olunması) rolu böyükdür. Şəxsiyyətin mənlik şüurunun inkişafında refleksiyanın da (insanın öz hərəkətlərini, davranışını, keçirdiyi hissləri bir növ kənardan müşahidə edərək qiymətləndirməsi özünə kənardan baxma rolu böyükdür).

  1. Şüurun strukturu

Şüur-psixikanın ən yüksək ictimai cəhətdən şərtlənmiş insanaməxsus formasıdır.


İnikasın yüksək formasına insan şüuruna keçid şəraiti-Psixikanın ən yüksək forması olan şüura keçid aşağıdakı şəraitlərlə şərtlənir.
1. İnsanın ayaq üsdə yeriməsi nəticəsində əllərinin azad olması və onun əlləri ilə müxtəlif manipulyasiyalar aparması. Ən manipulyativ davranış meymundadır.
2.Insanın əmək alətləri hazırlaması qoruması , təkmiləşməsi və onlardan istifadə etməsi.
3. Kollektiv həyat tərzi.

  1. Dildən ünsiyyət vasitəsi kimi istifadə etməsi.

Şüurun 2 forması ayrılır.
1. Fərdi şüur.
2. İctimai şüur.
Fərdi şüur- dedikdə konkret bir fərdi şüuru başa düşülür. Fərdi şüuru psixologiya elmi öyrənir. İctimai şüur- dedikdə müəyyən cəmiyyət üçün, sosiyal qrup üçün səciyəvi olan ideyalar və baxışlar məcmuyu başa düşülür. Məs.din,elm,fəlsəfə,əxlaq,incəsənət və.s.
Fərdi şüur insan dünyaya gəldiyi dövrdən ölənə qədər inkişaf yolu keçmişdir.
İctimai şüur isə nəsillərdən nəsillərə ötürülür. Hər ikisində inkişaf və dəyişmə mövcutdur.

Yüklə 135,57 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə