Unibank kommersiya banki 31 dekabr 2011-ci IL tarixinə Konsolidə edilmiş Maliyyə Hesabatları



Yüklə 3,48 Mb.
Pdf görüntüsü
səhifə27/37
tarix14.09.2018
ölçüsü3,48 Mb.
#68414
1   ...   23   24   25   26   27   28   29   30   ...   37

UNİBANK KOMMERSİYA BANKI 

 

31 DEKABR 2011-Cİ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ KONSOLİDƏ EDİLMİŞ MALIYYƏ 

HESABATLARINA QEYDLƏR (DAVAMI) 

(min Azərbaycan manatı ilə, başqa şəkildə qeyd edilməyənə qədər)  

55 


 

Riskləri  idarəetmə  siyasəti  və  prosedurları  bazar  şərtləri,  təklif  olunan  məhsul  və  xidmətlərdə  baş 

verən  dəyişikliklərin  əks  etdirilməsi  və  “qabaqcıl  təcrübənin”  tətbiq  edilməsi  məqsədilə  müntəzəm 

olaraq  nəzərdən  keçirilir.  Qrup  risk  siyasətinin  bir  hissəsi  kimi konservativ  nəzarət  mühitini  qoruyub 

saxlamaq və davamlı olaraq inkişaf etdirmək məqsədilə etibarlılıq, idarəetmə və peşə standartlarına 

xüsusi diqqət yetirir. 

 

Riskləri idarəetmə strukturu 

 

Riskləri  idarəetmə  siyasəti,  təsdiqləmə,  monitorinq  və  nəzarət  mexanizmləri  Qrupun  nəzdində 

fəaliyyət  göstərən  bir  sıra  ixtisaslaşmış  bölmələr  tərəfindən  aparılır.  Bu  bölmələr  həmçinin  Bankın 

törəmə lizinq müəssisəsinin  riskləri idarəetmə  siyasətinə və nəzarət mexanizmlərinə  nəzarət edirlər. 

Qrup  Azərbaycan  qanunvericiliyinə,  Azərbaycan  Respublikası  Mərkəzi  Bankının  təlimatlarına  və 

qabaqcıl təcrübəyə uyğun icra strukturları, komitələr və departamentlər yaratmışdır. 

 

Qrupun  Müşahidə  Şurası  riskləri  idarəetmə  strukturuna  nəzarət,  əsas  risklərin  idarə  edilməsinin 



monitorinqi,  risklərin  idarə  edilməsi  siyasəti,  eləcə  də  bəzi  əsas  risk  limitlərinin,  o  cümlədən  böyük 

kredit  riskləri,  iqtisadi  və  sənaye  sektoru  üzrə  risk  limitlərinin  təsdiqlənməsi  səlahiyyətlərinin 

nəzərdən  keçirilməsi  və  təsdiqlənməsinə  görə  ümumi  məsuliyyət  daşıyır.Şura  həmçinin  İcraedici 

Şura və Kredit Komitəsinə müəyyən səlahiyyət səviyyələrini həvalə etmişdir. 

 

İdarə  Heyəti,  Riskləri  İdarəetmə  Komitəsi,  Audit  Komitəsi  (“AK”),  Daxili  Audit  Departamenti,  Kredit 



Komitəsi  və  Aktiv  və  Passivlərin  İdarə  Edilməsi  Komitəsi  (“APİK”)  Müşahidə  Şurası  tərəfindən 

yaradılır, təyin edilir və birbaşa ona hesabat verir. 

 

İdarə  Heyəti  risklərin  azaldılması  tədbirlərinin  həyata  keçirilməsi  və  monitorinqinə  görə  məsuliyyət 



daşıyır və  Qrupun müəyyən edilmiş risk parametrləri çərçivəsində fəaliyyət göstərməsini  təmin  edir. 

Risklərin  idarə  edilməsinə  görə  məsuliyyət  daşıyan  İdarə  Heyətinin  üzvü  həmin  Direktora  hesabat 

verən  Risklərin  İdarə  Edilməsi  Departamenti  ilə  birlikdə  risklərin  idarə  edilməsi  üzrə  ümumi 

funksiyalara  görə  məsuliyyət  daşıyır  və  maliyyə  və  qeyri-maliyyə  risklərinin  müəyyən  edilməsi, 

ölçülməsi,  azaldılması,  idarə  edilməsi    və  bu  risklərə  dair  hesabatın  hazırlanması  üzrə  ümumi 

prinsiplərin və metodların tətbiq edilməsini təmin edir.  

 

Risklərin  İdarə  Edilməsi  Komitəsinə  risklərin  idarə  edilməsinə  görə  məsuliyyət  daşıyan  İdarə 



Heyətinin  Üzvü  sədrlik  edir.  Bu  Komitə  risklərin  idarə  edilməsi  metodologiyalarının  hazırlanmasına 

görə  məsuliyyət  daşıyır  və  Qrupun  risk  yanaşmasının  strateji  və  biznes  planlarında  düzgün  əks 

etdirilməsini  təmin  edir.  Bu,  bütün  risk  yanaşmaları  və  prosedurları  üzrə  dəyişikliklərin  İdarə  Heyəti 

və Müşahidə Şurası tərəfindən müzakirə edilməsi və tövsiyələrin verilməsi üçün vacib forumdur. Bu 

forum  Qrupun  üzləşdiyi  bütün  potensial  risklərin  Risklərin  İdarə  Edilməsi  Departamenti,  Kredit 

Komitəsi, APİK  və İdarə Heyəti tərəfindən  nəzərdən keçirilməsini və bu məsələlərlə bağlı Müşahidə 

Şurasına hesabatların hazırlanmasını təmin edir. 

 

Audit  Komitəsi  Qrupun  daxili  nəzarət  sisteminin  nəzarət  və  monitorinqi,  eləcə  də  Qrupun  daxili 



nəzarət  sisteminin  ayrılmaz  hissəsi  olan  risklərin  idarə  edilməsi  siyasəti  və  prosedurlarının 

adekvatlığının  qiymətləndirilməsinə  görə  məsuliyyət  daşıyır.  Müstəqil  peşəkar  auditor  olan  Audit 

Komitəsinin  Sədri  və  digər iki Komitə  üzvü  iki  səhmdarın  nümayəndəsidir.  Audit  Komitəsinin  üzvləri 

Qrupun işçiləri və ya idarəetmə strukturunun tərkibində ola bilməzlər. Onlar, daxili nəzarət sisteminin 

inkişafına dair İdarə Heyəti, Risklərin İdarə Edilməsi Komitəsi və Müşahidə Şurasına təkliflər verir və 

risklərin idarə edilməsi funksiyasının keyfiyyətinə və müəyyən edilmiş siyasət, prosedurlar və limitlərə 

riayət  edilməsi  ilə  bağlı  rəy  bildirirlər.  Audit  Komitəsi  birbaşa  ona  hesabat  verən  Daxili  Audit 

Departamentinin fəaliyyətinə nəzarət edir. Daxili Audit Departamentinin iş  planları, audit yoxlamaları 

və  hesabatları,  o  cümlədən  planlaşdırılmamış  audit  yoxlamalarının  qrafiki  Audit  Komitəsi tərəfindən 

diqqətlə təhlil və təsdiq edilir. 

 

Daxili  Audit  Departamentinə  və  Audit  Komitəsinin  tövsiyələrinə  əsaslanan  icra  planları  və  auditin 



statusu haqqında hesabatlar İdarə Heyəti tərəfindən icra edilir və İdarə Heyətinə, Müşahidə Şurasına 

və Səhmdarların Ümumi Yığıncağına təqdim edilir. 




UNİBANK KOMMERSİYA BANKI 

 

31 DEKABR 2011-Cİ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ KONSOLİDƏ EDİLMİŞ MALIYYƏ 

HESABATLARINA QEYDLƏR (DAVAMI) 

(min Azərbaycan manatı ilə, başqa şəkildə qeyd edilməyənə qədər)  

56 


 

Kredit  Komitəsi  beş  üzvdən  ibarətdir.  Onlar,  Risklərin  İdarə  Edilməsi  Komitəsi  və  İdarə  Heyəti 

tərəfindən  namizədlikləri  irəli  sürülür  və  Müşahidə  Şurası  tərəfindən  təsdiq  edilir.  Kredit  Komitəsi 

kreditlərin  təsdiqlənməsi  səlahiyyəti  çərçivəsində  hüquqi  şəxslər,  fiziki  şəxslər  və  maliyyə 

təşkilatlarının qarşı tərəf risklərini idarə edir, təsdiqləyir və təsdiqlənmə ilə bağlı öz tövsiyələrini verir. 

Kredit  Komitəsi  həmçinin  təhlil  metodologiyası  və  portfelin  keyfiyyəti,  o  cümlədən  ümumi  struktur, 

diversifikasiya və qiymətləndirməni  davamlı şəkildə nəzərdən keçirir və bunlara dair tövsiyələr verir. 

Kredit Komitəsi təsdiqlənmə və səlahiyyət limitləri, risklərin təhlili və qiymətləndirilməsi üzrə qabaqcıl 

standartlara riayət edilməsini təmin edən bölmələrdən biridir. 

 

APİK,  Qrupun  aktiv  və  öhdəliklər  strukturunun  idarə  edilməsi  və  optimallaşdırılmasına  görə 



məsuliyyət  daşıyır.  Bu,  likvidlik,  xarici  valyuta  və  faiz  dərəcəsi  üzrə  risklər  daxil  olmaqla,  müxtəlif 

bazar risklərini əhatə edən risklərin idarə edilməsi prosesinin tərkib hissəsidir. APİK-in funksiyalarına 

qeyd  olunan  risklərlə  bağlı  strategiyaların,  siyasətin  və  limitlərin  təsdiqlənməsi  üçün  tövsiyələrin 

hazırlanması daxildir. APİK, bu risk sahələrinə dair vaxtında və düzgün məlumatların və hesabatların 

təqdim  edilməsinə  görə  məsuliyyət  daşıyır.  APİK,  qiymətləndirmə  siyasətinin  və  maliyyələşdirmə 

strategiyalarının  müəyyənləşdirməsinə  yardım  göstərir.  Bundan  əlavə,  APİK  Qrupun  digər  riskləri 

idarəetmə  və  nəzarət  bölmələri ilə  yanaşı  Xəzinədarlıq  və  digər  müvafiq  bölmələrin  APİK,  Risklərin 

İdarə Edilməsi Komitəsi, İdarə Heyəti və Müşahidə Şurası tərəfindən müəyyən  edilmiş parametrlərə 

uyğun fəaliyyət göstərməsini təmin etmək üçün məsuliyyət daşıyır. 

 

Kredit Riski 



 

Kredit  riski  müştərinin  və  ya  qarşı  tərəfin  müqavilə  üzrə  öhdəliklərini  yerinə  yetirə  bilmədiyi  zaman 

Qrup üçün yaranan maliyyə itkisi riskidir. Kredit riskinin əsas hissəsi Qrupun müştərilərə və banklara 

verdiyi  kreditlər  və  avanslardan,  balans  və  balansdankənar  kreditlər  üzrə  digər  risklərdən  yaranır. 

Risklər  üzrə  hesabat  hazırlayarkən  Qrup  müştərilər  və  ya  qarşı  tərəfin  ödəmə  qabiliyyətinin 

olmaması riski və sənaye riski kimi kredit riskinin bütün elementlərini tam şəkildə nəzərə alır. Adətən 

bazar  əməliyyatları  üzrə  yeganə  kredit  riski  dövlət  istiqrazları  və  Azərbaycan  Respublikası  Mərkəzi 

Bankının  buraxdığı  notlardan  yaranır.  Bu  istiqrazlardan  yalnız  Qrupun  likvidlik  mövqeyinin  daha 

səmərəli idarə edilməsi məqsədilə istifadə edilir. 

 

Hüquqi  şəxslər, fiziki şəxslər və maliyyə təşkilatları üçün kredit risklərinin təsdiqlənməsi üzrə ümumi 



struktur aşağıdakı kimidir: 

 

Təminatlı biznes kreditləri üzrə: 

 

-

  Müşahidə  Şurası  məcmu  kapitalın  10%-dən  20%-dək  olan  kredit  limitlərini  təhlil  edərək 



təsdiqləyir və müntəzəm olaraq yığışır; 

-

  İdarə  Heyəti  və  Müşahidə  Şurasının  Sədri  1,000  min  AZN-dən  məcmu  kapitalın  10%-dək  olan 



kredit limitlərini təhlil edərək təsdiqləyir və müntəzəm olaraq yığışır; 

-

  İdarə Heyəti 500 min AZN-dən 1,000 min AZN-dək  olan kredit limitlərini təhlil edərək təsdiqləyir 



və müntəzəm olaraq yığışır; 

-

  Kredit Komitəsi 250 min AZN-dən 500 min AZN-dək olan kredit limitlərini təhlil edərək təsdiqləyir 



və müntəzəm olaraq yığışır; 

-

  İcraedici  Direktor  150  min  AZN-dən  250  min  AZN-dək  olan  kredit  limitlərini  təhlil  edərək 



təsdiqləyir; 

-

  Baş  Menecer 100 min AZN-dən 150 min AZN-dək olan kredit limitlərini təhlil edərək təsdiqləyir; 



və 

-

  Menecer filial  direktorunun  kredit  limitindən  100  min  AZN-dək  olan  kredit limitlərini  təhlil  edərək 



təsdiqləyir; 

-

  Yuxarıdakı limitlərdən aşağı olan kreditlər filial direktoru tərəfindən təsdiqlənir. 




Yüklə 3,48 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə