Unibank kommersiya banki 31 dekabr 2011-ci IL tarixinə Konsolidə edilmiş Maliyyə Hesabatları



Yüklə 3,48 Mb.
Pdf görüntüsü
səhifə2/37
tarix14.09.2018
ölçüsü3,48 Mb.
#68414
1   2   3   4   5   6   7   8   9   ...   37








UNİBANK KOMMERSİYA BANKI 

 

31 DEKABR 2011-CI İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ KONSOLİDƏ EDİLMİŞ MALIYYƏ 

HESABATLARINA QEYDLƏR  

(min Azərbaycan manatı ilə, başqa şəkildə qeyd edilməyənə qədər)  



 



1. 

ÜMUMİ MƏLUMAT 

 

Unibank Kommersiya Bankı (“Bank”) və onun törəmə müəssisələri (birlikdə “Qrup” adlandırılır) üçün 



31 dekabr 2011-ci il tarixi üzrə tamamlanan hazırkı konsolidə edilmiş maliyyə hesabatları Beynəlxalq 

Maliyyə Hesabatı Standartlarına (“MBHS”) uyğun hazırlanmışdır. 

 

Bank  Azərbaycan  Respublikasında  təsis  olunub  və  bu  ölkədə  fəaliyyət  göstərir.  Bank  Azərbaycan 



Respublikasının  qanunvericiliyinə  uyğun  olaraq  yaradılmış  açıq  səhmdar  cəmiyyətidir.  31  dekabr 

2011-ci  il  tarixi  üzrə  Bankın  əsas  səhmdarı  cənab  Eldar  Qəribovdur  (31  dekabr  2010-cu  il  üzrə: 

cənab Eldar Qəribov).  

 

UniLeasing  şirkəti  (“UniLeasing”)  17  iyun  2004-cü  il  tarixində  Azərbaycan  Respublikası  Ədliyyə 



Nazirliyində dövlət qeydiyyatından keçmişdir. Şirkət 2004-cü ilin avqust ayında fəaliyyətə başlamışdır 

və səhmlərinin 66.7%-i Banka məxsusdur.  

 

23  yanvar  2008-ci  ildə  Bank  tam  sahiblik  etdiyi  müəssisəsi  olan  UniCapital  Məhdud  Məsuliyyətli 



Cəmiyyətini  (“UniCapital”)  Azərbaycan  Respublikası  Ədliyyə  Nazirliyində  dövlət  qeydiyyatından 

keçirmişdir. Şirkət  2008-ci ilin fevral ayında fəaliyyətə başlamışdır.  Şirkətin əsas fəaliyyəti müştərilər 

adından  səhm  portfelinin  idarə  edilməsi  və  Azərbaycanın  qiymətli  kağızlar  bazarında  sərmayə 

xidmətlərinin göstərilməsindən ibarətdir.

  

 

Əsas fəaliyyət.  



 

Bankın  əsas  fəaliyyəti  Azərbaycan  Respublikasında  kommersiya  və  pərakəndə  bankçılıq 

əməliyyatlarının  aparılmasından  ibarətdir.  Bank  1992-ci  ildən  Azərbaycan  Respublikası  Mərkəzi 

Bankı (“ARMB”) tərəfindən verilmiş ümumi bank lisenziyası əsasında fəaliyyət göstərir.  

Bank 29 dekabr 2006-cı il tarixli “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının 

Qanununda  nəzərdə  tutulan  əmanətlərin  sığortalanması  üzrə  dövlət  proqramında  iştirak  edir. 

Əmanətlərin  Sığortalanması  Fondu  aşağıdakı  qaydada  fərdi  depozitlərin  100%  ödənilməsinə 

zəmanət verir: 

 

1 yanvar 2010-cu ildən – 30,000 manata qədər. 



 

müvafiq limitdən yuxarı hər hansı məbləğ sığota edilmir. 

 

31 dekabr 2011-ci il tarixi üzrə Bank Azərbaycan  Respublikası daxilində iyirmi üç filiala malikdir (31 



dekabr 2010-cu il üzrə: iyirmi dörd filial). 

 

Bankın hüquqi ünvanı və fəaliyyət göstərdiyi ölkə.  



 

Bankın hüquqi ünvanı aşağıdakı kimidir: 

R. Behbudov küçəsi 55,  

AZ1022 


Azərbaycan Respublikası, Bakı şəhəri 

 

Əməliyyat valyutası. 



 

 Hazırkı  konsolidə  edilmiş  maliyyə  hesabatlarındakı  məbləğlər,  xüsusi  qeydlər  göstərilmədiyi  halda, 

min  Azərbaycan  Manatı  ilə  (“min  AZN”)  əks  olunmuşdur.  Azərbaycan  Manatı  (“AZN”)  Azərbaycan 

Respublikasının rəsmi valyutasıdır. 

 



UNİBANK KOMMERSİYA BANKI 

 

31 DEKABR 2011-Cİ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ KONSOLİDƏ EDİLMİŞ MALIYYƏ 

HESABATLARINA QEYDLƏR (DAVAMI) 

(min Azərbaycan manatı ilə, başqa şəkildə qeyd edilməyənə qədər)  



 



2. 

MÜHÜM MÜHASİBAT UÇOTU QAYDALARI  

 

Uyğunluq haqqında bəyanat  



 

Hazırkı  konsolidə  edilmiş  maliyyə  hesabatları  Mühasibat  Uçotu  üzrə  Beynəlxalq  Standartları  Şurası 

(“MÜBSŞ”)  tərəfindən  buraxılmış  Maliyyə  Hesabatlarının  Beynəlxalq  Standartlarına  (“MHBS”)  və 

Beynəlxalq  Maliyyə  Hesabatlarının  Şərhi  Komitəsi  (“BMHŞK”)  tərəfindən  verilmiş  şərhlərə  müvafiq 

olaraq hazırlanmışdır. 

 

Təqdimat meyarlarının digər əsasları  

 

Hazırkı  konsolidə  edilmiş  maliyyə  hesabatları  Qrupun  proqnozlaşdırıla  bilən  gələcəkdə  fasiləsizlik 



prinsipinə  uyğun  olaraq  fəaliyyətini  davam  etdirə  biləcəyi  haqqında  fərziyyələr  əsasında 

hazırlanmışdır.  

 

Hazırkı  konsolidə  edilmiş  maliyyə  hesabatları,  başqa  cür  qeyd  edilməyənə  qədər,  Azərbaycan 



Manatı  (manat)  ilə  ifadə  edilir.  Bu  konsolidə  edilmiş  maliyyə  hesabatları  aşağıda  göstərilən 

mühasibat  uçotu  qaydalarında  izah  edildiyi  kimi  yenidən  qiymətləndirmə  məbləğində  və  ya  ədalətli 

dəyərlə  ölçülmüş  binalar  və  bəzi  maliyyə  alətləri  istisna  olunmaqla,  ilkin  dəyər  əsasında  tərtib 

edilmişdir. Tarixi dəyər ümumi olaraq aktivin mübadilə edilə biləcəyi ədalətli dəyərə əsaslanır. 

 

Azərbaycan  Respublikasında  qeydiyyatdan  keçmiş  Bank  və  onun  konsolidə  edilmiş  şirkətləri 



mühasibat uçotlarını yerli mühasibat uçotu qaydalarına uyğun olaraq aparırlar. Bu konsolidə edilmiş 

maliyyə  hesabatları  məcburi  mühasibat  uçotu  qaydalarına  istinadən  hazırlanmış  və  MHBS-a 

uyğunlaşdırılması üçün tərtibatında düzəlişlər edilmişdir. 

 

Bank  maliyyə  vəziyyəti  haqqında  konsolidə  edilmiş  hesabatını  likvidlik  ardıcıllığı  ilə  geniş  şəkildə 



təqdim edir. Maliyyə vəziyyəti haqqında hesabatın verilməsi tarixindən sonra 12 ay ərzində (cari) və 

12  aydan  çox  müddət  (uzun-müddətli)  ərzində  əvəzləşdiriləcək  və  ya  ödəniləcək  məbləğlər  üzrə 

təhlili 26 saylı Qeyddə göstərilir.  

 

Maliyyə  aktivləri  və  maliyyə  öhdəlikləri  yalnız  uçotda  tanınmış  məbləğlərin  əvəzləşdirilməsi  üçün 



qanuni  hüquq  mövcud  olduqda  və  xalis  məbləğ  əsasında  hesablaşmalar  aparılması,  yaxud  da  eyni 

vaxtda  aktivlərin  satılması  və  öhdəliyin  yerinə  yetirilməsi  nəzərdə  tutulduqda  bir-birinə  qarşı 

əvəzləşdirilir, xalis məbləği isə  maliyyə vəziyyəti haqqında  konsolidə edilmiş  hesabatda bildirilir. Hər 

hansı mühasibat uçotu standartı və ya şərhi ilə tələb olunmayınca və ya yol verilməyincə və Bankın 

mühasibat  uçotu  qaydalarında  konkret  göstərilməyincə  məcmu  gəlir  haqqında  konsolidə  edilmiş 

hesabatda gəlir və xərc bir birinə qarşı əvəzləşdirilmir. 

 

 

Əsas mühasibat uçotu qaydaları aşağıda açıqlanır.  



 

Konsolidasiyanın əsasları 

 

Konsolidə  edilmiş  maliyyə  hesabatları  Bankın  və  onun  nəzarət  etdiyi  qurumların  (müəssisələrinin) 



maliyyə hesabatlarını özündə ehtiva edir. Öz fəaliyyətindən gəlir əldə etmək məqsədilə Bankın maliyyə 

və əməliyyat qaydalarını idarə etmə səlahiyyəti olduğu zaman nəzarət tətbiq olunur.  

 

Zəruri  hallarda  mühasibat  uçotu  qaydalarını  Qrupun  digər  üzvləri  tərəfindən  istifadə  edilən  qaydalara 



uyğunlaşdırılması məqsədilə törəmə müəssisələrin maliyyə hesabatlarına düzəlişlər edilir.  

 

Bütün qrup daxili əməliyyatlar, balans, gəlir və xərclər konsolidasiya zamanı tam şəkildə çıxarılır.  



 

Qeyri-nəzarət payları 

 

Qeyri-nəzarət payı Bankın birbaşa və ya dolayısı ilə sahib olmadığı törəmə müəssisənin mənfəət və ya 



zərəri və xalis aktivlərinin bir hissəsidir.  

 

Qeyri-nəzarət payları konsolidə edilmiş məcmu gəlir hesabatında ayrıca və əsas müəssisə kapitalından 



ayrı olaraq konsolidə edilmiş maliyyə vəziyyəti barədə hesabatda kapital çərçivəsində təqdim edilir.  


Yüklə 3,48 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə