Unibank kommersiya banki 31 dekabr 2011-ci IL tarixinə Konsolidə edilmiş Maliyyə Hesabatları



Yüklə 3,48 Mb.
Pdf görüntüsü
səhifə8/37
tarix14.09.2018
ölçüsü3,48 Mb.
#68414
1   ...   4   5   6   7   8   9   10   11   ...   37

UNİBANK KOMMERSİYA BANKI 

 

31 DEKABR 2011-Cİ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ KONSOLİDƏ EDİLMİŞ MALIYYƏ 

HESABATLARINA QEYDLƏR (DAVAMI) 

(min Azərbaycan manatı ilə, başqa şəkildə qeyd edilməyənə qədər)  

20 


 

Kreditlər və debitor borclarının dəyərsizləşməsi  

 

Qrup  dəyərsizləşməni  müəyyən  etmək  məqsədilə  müştərilərə  verilmiş  kreditlər  və  debitor  borclarını 



mütəmadi  olaraq  nəzərdən  keçirir.  Qrupun  müştərilərə  verilmiş  kreditlər  və  debitor  borcları 

portfelində  baş  vermiş  dəyərsizləşmə  üzrə  zərərin  tanınması  üçün  kreditlərin  dəyərsizləşməsi  üzrə 

ehtiyatlar  yaradılır.  Qrup  müştərilərə  verilmiş  kredit  və  debitor  borclarının  dəyərsizləşməsi  üzrə 

ehtiyatlara dair mühasibat təxminlərini qeyri-müəyyən hesab edir, ona görə ki, (i) onlar gələcək defolt 

dərəcələri  barədə  fərziyyələrin,  eləcə  də  dəyərsizləşmiş  kreditlər  və  debitor  borcları  ilə  bağlı 

potensial  itkilərin  yaxın  keçmişdəki  fəaliyyət  nəticələrinə  əsaslanması  səbəbindən  dəyişikliklərə  çox 

məruz  qalır  və  (ii)  Qrupun  hesabladığı  zərər  ilə  faktiki  zərər  arasında  hər  hansı  əhəmiyyətli  fərq 

müqabilində  ondan  gələcək  dövrlərdə  maliyyə  hesabatlarına  əhəmiyyətli  dərəcədə  təsir  göstərə 

biləcək ehtiyatların qeyd edilməsi tələb oluna bilər.  

 

Borcalanlar maliyyə  çətinlikləri ilə  üzləşdikdə  və  belə  borcalanlara  dair tarixi  məlumat  mənbələri  az 



sayda  olduqda,  Qrup  hər  hansı  dəyərsizləşmə  üzrə  zərərin  məbləğini  hesablamaq  üçün  rəhbərliyin 

mülahizələrindən  istifadə  edir.  Eyni  ilə,  Qrup  keçmiş  fəaliyyət  nəticələri,  keçmiş  müştəri  davranışı, 

qrup  daxilində  borcalanın  ödəniş  etmə  vəziyyətindəki  mənfi  dəyişiklikləri  göstərən  müşahidə  oluna 

bilən  məlumatlar,  eləcə  də  qrup  daxilində  aktiv  üzrə  öhdəliyin  yerinə  yetirilməməsi  halları  ilə  əlaqəli 

olan ölkə və yerli iqtisadi şəraitlərinə əsaslanmaqla gələcək pul hərəkətində dəyişiklikləri hesablayır. 

Rəhbərlik  kredit  riski  ilə  səciyyələnən  aktivlər  halında  əvvəllər  baş  vermiş  zərər  üzrə  keçmiş 

təcrübəyə  və  kreditlər  qrupunda  olduğu  kimi  dəyərsizləşməyə  sübut  edən  obyektiv  sübutlara 

əsaslanan  təxminlərdən  istifadə  edir.  Qrup  tarixi  məlumatlarda  əksini  tapmamış  hazırkı  şəraitlərin 

qeyd edilməsi məqsədilə kreditlər qrupu üzrə müşahidə oluna bilən məlumatlara düzəliş etmək üçün 

rəhbərliyin mülahizələrindən istifadə edir.  

  

Maliyyə  hesabatlarına  maliyyə  aktivlərinin  dəyərsizləşməsi  üzrə  ehtiyat  müddəasının  daxil  edilməsi 



mövcud iqtisadi və siyasi şəraitlərə əsasən müəyyən olunmuşdur. 

 

31  dekabr  2011-ci  və  2010-cu  il  tarixlərinə  müştərilərə  verilmiş  kreditlərin  ümumi  məbləği  müvafiq 



olaraq 344,798 min manat və 262,415 min manat, ehtimal olunan zərərin məbləği isə müvafiq olaraq 

37,071 min manat və 34,393 min manat təşkil etmişdir. 

 

Müştərilərə verilmiş kredit və avanslar 

 

Rəhbərlik  Azərbaycan  İpoteka  Fondu  (“Fond”)  ilə  müqavilənin  məzmununu,  xüsusilə  də,  Bankın 

fondun  agenti  qismində  və  ya  bu  proqram  çərçivəsində  kreditorla  komitent  (principal)  qismində 

fəaliyyət göstərib göstərmədiyini qiymətləndirmişdir. Proqram çərçivəsində verilən kreditlərə dair risk 

və  mükafatları  nəzərdən  keçirərək,  rəhbərlik  bu  qənaətə  gəlmişdir ki,  Bank  komitent  qismində  çıxış 

edir və buna müvafiq olaraq, hazırkı konsolidə edilmiş maliyyə məlumatlarındakı mühasibat uçotu bu 

mülahizəyə  əməl  edir.  Alternativ  nəticə  əldə  olunsaydı,  müştərilərə  və  Fonda  ödəniləcək  kreditlərin 

31  dekabr  2011-ci  il  üzrə  19,164  min  manat  həcmində  ümumi  məbləği  (31  dekabr  2010-cu  il  üzrə 

12,860 min manat) Qrupun konsolidə edilmiş maliyyə hesabatlarından çıxarılardı.  

 

Maliyyə alətlərinin dəyərləndirilməsi 

 

29  saylı  qeyddə  izah  edildiyi  kimi,  Bank  müəyyən  növlü  maliyyə  alətlərinin  ədalətli  dəyərini 



hesablamaq  üçün  müşahidə  oluna  bilən  bazar  məlumatlarına  əsaslanmayan  giriş  məlumatlardan 

ibarət qiymətləndirmə üsullarından istifadə edir. 29 saylı qeyddə maliyyə alətlərinin ədalətli dəyərinin 

müəyyənləşdirilməsində  tətbiq  edilən  əsas  fərziyyələrə  dair  müfəssəl  məlumat,  eləcə  də  belə 

fərziyyələr  üzrə  həssaslıq  təhlilinin  təfərrüatları  göstərilir.  Direktorlar  hesab  edir  ki,  tətbiq  olunan 

seçilmiş qiymətləndirmə üsulları və fərziyyələr maliyyə alətlərinin ədalətli dəyərinin müəyyən edilməsi 

üçün məqsədə uyğundur.  




UNİBANK KOMMERSİYA BANKI 

 

31 DEKABR 2011-Cİ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ KONSOLİDƏ EDİLMİŞ MALIYYƏ 

HESABATLARINA QEYDLƏR (DAVAMI) 

(min Azərbaycan manatı ilə, başqa şəkildə qeyd edilməyənə qədər)  

21 


 

Müddətli borclar 

 

Rəhbərlik hökumət və beynəlxalq maliyyə institutlarından  kreditlərin ilkin  tanınması zamanı mənfəət 

və ya zərərin yaranıb yaranmadığını nəzərdən keçirmişdir. Qrup inkişaf etməkdə olan bazarlara belə 

institutların  adətən  kredit  verdiyi  faiz  dərəcəsində  və  Qrupun  yerli  kreditorlardan  aldığı  vəsait 

səviyyəsindən  aşağı  ola  bilən  dərəcədə  hökumət  və  beynəlxalq  maliyyə  institutlarından  uzun 

müddətli  maliyyələşdirmə  əldə  etmişdir.  Əməliyyatlar  əlaqəsiz  tərəflərlə  olduğundan  rəhbərlik 

düşünür  ki,  bu  vəsaitlər  və  aiddiyatlı  kreditlər  bazar  faizi  dərəcəsindədir  və  mənfəət  və  ya  zərərin 

olduğu təqdirdə heç bir ilkin tanınma mövcud deyildir. Bu mülahizəni  yürüdərkən rəhbərlik həmçinin 

bu institutların ayrıca bazar seqmentini təşkil etməsini nəzərdən keçirir.

 

 



Cari və təxirə salınan mənfəət vergiləri 

 

Uçota  alınmış  təxirə  salınmış  xalis  vergi  aktivi  vergiyə  cəlb  olunan  gəlirdən  gələcək  çıxılmalar 

vasitəsilə  əldə  olunan  mənfəət  vergisi  məbləğlərindən  ibarətdir  və  maliyyə  vəziyyəti  haqqında 

konsolidə  edilmiş  hesabatda  qeydə  alınır.  Təxirə  salınmış  mənfəət  vergisi  aktivi  müvafiq  vergi 

faydasının realizasiya oluna biləcəyi zaman qeydə alınır. Vergiyə  cəlb olunan gələcək mənfəətin və 

gələcəkdə yaranması ehtimal edilən vergi faydası məbləğinin müəyyən edilməsi rəhbərlik tərəfindən 

hazırlanmış ortamüddətli biznes planına və onun ekstrapolyasiya nəticələrinə əsaslanır. Biznes-plan 

rəhbərliyin şəraitə adekvat olan təxminlərinə əsaslanır. 

Təxminlər  və  ehtimallar  əsasən  Qrupun  gələcək  illər  üzrə  işgüzar  fəaliyyətinin  planlaşdırılmasına 

aiddir. Təxminlər və ehtimallar əvvəlki dövrün təcrübəsinə və mövud vəziyyətdə məqbul hesab edilən 

digər ehtimallara əsaslanır. Həmin təxminlər və  ehtimallar müntəzəm olaraq nəzərdən keçirilir, lakin 

faktiki göstəricilərdən fərqlənə bilər.  

14  noyabr  2008-ci  il  tarixində  Azərbaycan  Respublikasında  “Bankların,  sığorta  və  təkrarsığorta 

şirkətlərinin  kapitallaşma  səviyyəsinin  artırılmasının  stimullaşdırılması  haqqında"  yeni  qanun  tətbiq 

olunmuşdur.  Bu  qanuna  əsasən  bankların,  sığorta  və  təkrarsığorta  şirkətlərinin  mənfəətinin 

nizamnamə  kapitalının  artırılmasına  yönəldilmiş  hissəsi  1  yanvar  2009-cu  il  tarixindən  etibarən  3  il 

müddətində  mənfəət  vergisindən  azad  olunmuşdur.  Rəhbərlik,  Bankın  bu  qanunda  göstərilmiş 

azadolmadan  yararlanmaq  üçün  lazım  olan  şərtlərdə  hər  hansı  bir  boşluğun  olub-olmamasını 

dəyərləndirmişdir.  

 

Vergi qanunvericiliyi 

 

Azərbaycan vergi, valyuta və gömrük qanunvericiliyi bir çox təfsirlərə yol verir. 28 saylı Qeydə istinad 



edin.

 

 



Təxirə salınmış vergi aktivlərinin bərpa edilmə qabiliyyəti  

 

Qrupun  rəhbərliyi  hesabat  tarixində  təxirə  salınmış  vergi  aktivlərinə  heç  bir  yenidən  dəyərləndirmə 



ehityatının  zəruri  olmadığnı  düşünür,  belə  ki,  təxirə  salınmış  vergi  aktivinin  tam  realizə  edilmə 

ehtimalı mövcuddur. Təxirə salınmış vergi  aktivlərinin balans dəyəri müvafiq olaraq 31 dekabr 2011 

və 2010-cu illər üzrə 4,713 manat və 2,328 manat təşkil etmişdir.  

 

Əlaqəli tərəf əməliyyatlarının ilkin uçotu  



 

Qrup  öz  fəaliyyəti  gedişində  əlaqəli  tərəflərlə  əməliyyatlar  aparır.  39  saylı  BMS-ə  uyğun  olaraq 

maliyyə  alətləri ilkin  olaraq  ədalətli  dəyərdə  uçota  alınmalıdır.  Lakin,  həmin  əməliyyatların  bazar  və 

ya qeyri-bazar faiz dərəcələrində həyata keçirilməsini müəyyən etmək məqsədilə bu cür əməliyyatlar 

üçün aktiv bazar mövcud olmadıqda peşəkar mülahizələrdən istifadə etmək lazım gəlir. Mülahizələrin 

irəli  sürülməsinin  əsasını  əlaqəli  olmayan  tərəflərlə  analoji  əməliyyatların  qiymətinin  müəyyən 

edilməsi  və  effektiv  faiz  dərəcəsinin  təhlili  təşkil  edir.  Əlaqəli  tərəflərlə  əməliyyatların  şərtləri 

haqqında məlumat 30 saylı Qeyddə açıqlanır. 




Yüklə 3,48 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə