Unibank kommersiya banki 31 dekabr 2011-ci IL tarixinə Konsolidə edilmiş Maliyyə Hesabatları



Yüklə 3,48 Mb.
Pdf görüntüsü
səhifə9/37
tarix14.09.2018
ölçüsü3,48 Mb.
#68414
1   ...   5   6   7   8   9   10   11   12   ...   37

UNİBANK KOMMERSİYA BANKI 

 

31 DEKABR 2011-Cİ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ KONSOLİDƏ EDİLMİŞ MALIYYƏ 

HESABATLARINA QEYDLƏR (DAVAMI) 

(min Azərbaycan manatı ilə, başqa şəkildə qeyd edilməyənə qədər)  

22 


 

Əsas kapitalın yetərlilik əmsalı 

 

Əsas  kapitalın  yetərlilik  əmsalı  Kapitalın  Qiymətləndirilməsi  və  Kapital  Standartları  haqqında 

Beynəlxalq  Konvergensiyaya  (iyul  1988-ci  il,  noyabr  2005-ci  ildə  yenilənmişdir)  və  ya  Bazel  Kapital 

Sazişinin tələblərinə uyğun olaraq hesablanır. Belə tələblər təfsirlərə yol verir və buna müvafiq olaraq 

əsas kapitalın yetərlilik əmsalının hesablanmasına daxil edilmiş məbləğin daxil edilməsi, çıxarılması 

və/və  ya  təsnifləndirilməsinin  müvafiqliyi  rəhbərliyin  mühakiməsini  tələb  edir  (məsələn,  bloka 

salınmış  müştəri  hesabları  ilə  yerinə  yetirilən  balansdan  kənar  hesabat  öhdəliklərinin  ümumi  risk 

daşıyan aktivlərin hesablanması məqsədilə 0% risk daşıyıb daşımaması). Hazırda, rəhbərlik düşünür 

ki,  belə  balansdan  kənar  hesabat  öhdəlikləri  əsas  kapitalın  yetərlilik  əmsalının  hesablanması 

məqsədi üçün 0% risk daşıyır.   

 

Fasiləsiz fəaliyyət prinsipi 

 

Rəhbərlik  hazırkı  konsolidə  edilmiş  maliyyə  hesabatlarını  fasiləsiz  fəaliyyət  prinsipinə  əsasən 



hazırlamışdır.  Belə  bir  mülahizədən  istifadə  edərkən  rəhbərlik  mövcud  planları,  əməliyyatların 

gəlirliyini və mövcud olan xarici maliyyə resurslarından istifadəni nəzərə almışdır. 

26  saylı  Qeyddə  açıqlandığı  kimi,  Qrupun  31  dekabr  2011-ci  il  tarixindən  gələcək  on  iki  ay  üzrə 

gözlənilən  31,627  min  manat  məbləğində  məcmu  likvidlik  çatışmazlığı  olmuşdur  (2010-cu  il  üzrə: 

46,438 min manat). 

Rəhbərlik zərurət halında Bankın 20 milyon manat məbləğində əlavə istiqrazlar yerləşdirməsi, eləcə 

də, yerli və xarici banklararası kredit bazarlarından 20 milyon manatdan artıq əlavə vəsait cəlb etmə 

imkanına malik olmasına inanır. 

 

Son qlobal hadisələr yerli və beynəlxalq maliyyə institutlarından yeni və ya vaxtı uzadılmış müddətli 



kreditlər almaq qabiliyyətinə təsir etmişdir və maliyyələdirmə həcminin səciyyəvi olaraq azaldığı 

halda rəhbərlik öz mövqeyini fəal idarə etməkdədir. Gördüyü növbəti tədbirlər nəticəsində rəhbərlik 

düşünür ki. Qrup vaxtı gəldikcə öz öhdəliklərini yerinə yetirməsını davam etdirə bilmək üçün yetərli 

resurslara çıxış əldə edəcək. Azərbaycan Respublikasının Mərkəzi Bankı likvidliklə bağlı problemli 

dövrlərdə Banka davamlı dəstəyini göstərməkdədir.  

 

Rəhbərliyin qiymətləndirməsi və görülən tədbirlər nəticəsində rəhbərlik Qrupun növbəti on iki ay 



müddətində öz likvidlik ehtiyaclarını ödəmək qabiliyyətində olmasını düşünür. 

 

Bina və avadanlıqların faydalı istismar ömrü 

 

Qrup hər bir hesabat dövrünün sonunda  əmlak və avadanlığın hesablanmış faydalı istismar ömrünü 



nəzərdən keçirir. Maliyyə ili ərzində Rəhbərlik müəyyən etmişdir ki, müəyyən növ bina, avadanlıq və 

qeyri-maddi aktivlərin faydalı istismar ömrünə Qrupun tarixi təcrübəsinə əsasən likvidasiya dəyəri daxil 

olmalıdır.  

 

Aktivlərin öz faydalı istismar ömürlərinin sonuna qədər saxlanmasını fərz etsək, bu yenidən 



qiymətləndirmənin maliyyə təsiri aşağıdakı həcm üzrə cari maliyyə ili və növəti 3 il üzrə konsolidə 

edilmiş köhnəlmə xərcini azaltmaqdır: 



 

 

AZN’000 

 

 



2011-ci il 

370 


2012-ci il 

172 


2013-cü il 

123 


2014-cü il 

87 


 


UNİBANK KOMMERSİYA BANKI 

 

31 DEKABR 2011-Cİ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ KONSOLİDƏ EDİLMİŞ MALIYYƏ 

HESABATLARINA QEYDLƏR (DAVAMI) 

(min Azərbaycan manatı ilə, başqa şəkildə qeyd edilməyənə qədər)  

23 


 

Yeni və düzəliş edilmiş Maliyyə Hesabatları üzrə Beynəxalq Standartların (MBHS) Tətbiqi  

 

Qrup  Mühasibat  Uçotu  üzrə  Beynəlxalq  Standartları  Şurası  (“MÜBSŞ”)  və  Beynəlxalq  Maliyyə 



Hesabatlarının  Şərhi  Komitəsi  (“BMHŞK”)  tərəfindən  buraxılmış  yeni  və  ya  düzəliş  edilmiş  aşağıdakı 

standart  və  şərhləri qəbul  etmişdir  ki,  bunlar  da  31  dekabr 2011-ci il tarixinə  bitən il  üzrə  Qrupun illik 

maliyyə hesabatı üzrə qüvvəyə minmişdir: 

 

 



3  saylı  MHBS  (2008)  “Müəssisə  Birləşmələri”  /  27  saylı  MUBS  “Konsolidə  edilmiş  və  ayrıca 

maliyyə  hesabatları”  —  MHBS-ə  2010-cu  il  may  tarixli  İllik  Təkmilləşmələr  nəticəsində 

düzəlişlər:  1)  düzəliş  edilmiş  MHBS-in  qüvvəyə  minmə  tarixindən  əvvəl  baş  vermiş  müəssisə 

birləşməsinin  şərti  nəzərə  alınması  üzrə  keçid  tələblər;  2)  qeyri-nəzarət  maraqlarının 

ölçülməsinin aydınlaşdırılması; 

 

7  saylı  MHBS  “Maliyyə  Alətləri:  Açıqlamalar”  —  MHBS-ə  2010-cu  il  may  tarixli  İllik 



Təkmilləşmələrdən  nəticələnən  düzəlişlər:  açıqlamaların  aydınlaşdırılması  və  təkrar 

müəyyənləşdirilmiş kreditlərə dair açıqlama tələbinin buraxılması;  

 

24  saylı  MUBS  “Əlaqəli  Tərəf Açıqlamaları”  —  (2010-cu ildə  düzəliş  edildiyi  kimi)  əlaqəli  tərəf 



anlayışını dəyişdirir və hökumət qurumları üçün açıqlamaları sadələşdirir. 

 

Yeni  və  ya  düzəliş  edilmiş  standartların  qəbul  edilməsi  Qrupun  maliyyə  vəziyyəti  və  ya  fəaliyyətinə 



heç  bir  təsir  göstərmədi  və  hamısı  aşağıda  başqa  cür  göstərilməyibsə  8  saylı  MUBS  “Mühasibat 

Uçotu  Qaydaları,  Mühasibat  Uçotu  Təxminləri  və  Səhvlərində  Dəyişikliklər”ə  uyğun  olaraq 

restrospektiv şəkildə tətbiq olunmuşdur. 

 

24  saylı  MUBS-a  Düzəlişlər  –  24  saylı  MUBS-də  (2010-cu  ildə  düzəliş  edildiyi  kimi)  təklif  edilən 

açıqlama azadolmaları Qrupun hökumətlə əlaqəli qurum olmadığına görə ona təsir göstərmir. 

 

Buraxılmış, lakin hələ qüvvəyə minməmiş yeni və düzəliş edilmiş MBHS-lər 

 

Hazırkı  maliyyə  məlumatlarının  təsdiq  edilməsi  zamanı  növbəti  yeni  standart  və  şərhlər  buraxılmış, 



lakin qüvvəyə minməmiş və Qrup tərəfindən ilkin qəbul edilməmişdir: 

 

 



7  saylı  MHBS  “Maliyyə  Alətləri:  Açıqlamalar”  —  maliyyə  aktivlərinin  köçürülməsinə  dair 

açıqlamaların genişləndirilməsinə dair düzəlişlər 

1



 



9 saylı MHBS “Maliyyə Alətləri”

 6



 

10 saylı MHS “Konsolidə edilmiş Maliyyə Hesabatları”

 3



 



11 saylı MHBS “Birgə Razılaşmalar

 3



 

12 saylı MHBS “Digər qurumlarda Maraqların Açıqlanması”

 3



 



13 saylı MHBS “Ədalətli Dəyərin Ölçülməsi”

 2



 

1  saylı  MUBS  “Maliyyə  Hesabatlarının  Təqdimatı”  —  digər  məcmu  gəlirin  təqdim  edilməsi 

yolunu dəyişdirmək üzrə düzəlişlər 

4



 

12  saylı  MUBS  “Mənfəət  Vergiləri”  —  Məhdud  tətbiq  dairəsinə  düzəlişlər  (əsas  aktivlərin 

bərpası)

5



 

27 saylı MUBS – 27 saylı MUBS kimi yenidən buraxılmışdır “Ayrıca Maliyyə Hesabatları” (2011-

ci il may tarixində düzəliş edildiyi kimi)

 3



 

28  saylı  MUBS  –  28  saylı  MUBS  kimi  yenidən  buraxılmışdır  “Assosiasiya  olunmuş  və  Birgə 

Müəssisələrdə İnvestisiyalar” (2011-ci ilin mayında düzəliş edildiyi kimi)

 3



 

32  saylı  MUBS  –  əvəzləşdirmə  qaydaları  və  açıqlama  tələblərinin  tətbiqinə  aydınlıq  gətirən 

düzəlişlər

7



 

1

  2011-ci  il  1  iyul  tarixində  və  ya  ondan  sonra  başlayan  illik  dövrlər  üçün  qüvvəyə  minmiş,  erkən 



tətbiqlə icazə verilən. 

2

  2013-cü  il  1  yanvar  və  ya  ondan  sonra  başlayan  illik  dövrlər  üçün  qüvvəyə  minmiş,  və  erkən 



tətbiqinə icazə verilən. 

3

  Beş  standartın  hər  biri  2013-cü  il  1  yanvar  tarixində  və  ya  ondan  sonra  illik  dövrlər  üzrə  qüvvəyə 



minmişdir,  və  əgər  “beş  paket”də  bütün  digər  standartlar  da  həmçinin  erkən  tətbiq  edilərsə  erkən 

tətbiqə icazə verilir (erkən özü tətbiq edilə bilən 12 saylı MHBS istisna olmaqla). 




Yüklə 3,48 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə