|
Union we Unite We Succeedİnduksiya karotajı üsulunun mahiyyəti
İnduksiya karotajı üsulunun mahiyyəti
İnduksiya karotajı (İK) elektromaqnit karotajının növlərindən biridir. O, quyularda İK zondunun cərəyan makarası ilə yaradılmış burulğanlı
cərəyanların dəyişən maqnit sahəsinin gərginliyinin ölçülməsinə əsaslanır. Üsulun təyinatı adi qazıma məhlulu (cərəyan keçirən) və elektrik
cərəyanı keçirməyən qazıma məhlulu (neft əsaslı məhlul) ilə doldurulmuş yaxud da hava, qaz vurulmuş quyularda süxurların elektrik
keçiriciliyini (xüsusi keçiriciliyini) öyrənməkdir. Bu məqsədlə istifadə edilən quyu cihazı induksiya zondundan və elektron sxemlərindən
ibarətdir. Ən sadə halda İK zondu cərəyan və ölçü makaralarından (iki makaralı zond) ibarət olur və makaralar bir-birindən müəyyən
məsafədə qeyri-keçirici material üzərində yerləşir. Makaralar arasındakı məsafə zondun uzunluğu adlanır.
Cihazın elektron sxemi cərəyan makarasını sabit olaraq yüksək tezlikli (20-80khs) dəyişən cərəyanla qidalandırmaqla yanaşı həm də
ölçü makarasındakı siqnalların gücləndirilməsini və çevrilməsini təmin edir.
Cərəyan makarasından axan yüksək tezlikli dəyişən cərəyanın yaratdığı dəyişən ilkin maqnit sahəsi (H
1
) süxurlarda burulğanlı
cərəyanlar (Fuko cərəyanı) induksiya etdirir. Bu cərəyanlar öz növbəsində süxurlarda ikinci dəyişən maqnit sahəsi (H
2
) yaradırlar.
Dəyişən maqnit sahələri (H
1
və H
2
) qəbuledici makarada E
1
və E
2
-dən ibarət e.h.q. induksiya etdirirlər. Ölçü makarasındakı e.h.q. (E)
ilkin (E
1
) və ikinci (E
2
) elektromaqnit sahələrinin e.h.q.-ləri cəmindən ibarət olur. İkinci maqnit sahəsi isə öz növbəsində aktiv (E
a
) və reaktiv
(E
r
) təşkiledicilərin cəmini ifadə edir. Yəni:
E=E
1
+E
2
və yaxud E=E
1
+E
a
+E
r
İlkin sahə ilə yaradılan E
1
maneəedici olduğundan kompensasiya edilir.
Aktiv təşkiledicinin qiyməti cərəyan makarasından axan cərəyanla əks fazada olur, reaktiv təşkiledici isə onu p/2 qədər qabaqlayır.
E
a
və E
r
-in qiymətləri mühitin elektrik keçiriciliyi, maqnit həssaslığı və dielektrik keçiriciliyi ilə müəyyən edilir. Reaktiv təşkiledici
süxurların maqnit həssalığından asılı olur.
İK-da yalnız aktiv təşkiledici ölçülür ki, o, əsasən keçiricilikdən asılı olur və yaxşı keçirici çökmə süxurlar haqqında mühüm əhəmiyyət
kəsb edir. Odur ki, ölçü makarasındakı aktiv təşkiledici gücləndirilir və düzləndirildikdən (çevrildikdən) sonra geofiziki kabel vasitəsi ilə yer
səthinə göndərilərək qeyd olunur
.
41
İK əyrilərinin formaları və layların sərhədlərinin təyini
Xüsusi müqavimətləri (keçiricilikləri) eyni olan laylar arasında yatan böyük qalınlıqlı lay qarşısında İK əyriləri (fərz olunan xüsusi keçiricilik
əyriləri) layın orta hissəsinə nisbətən simmetrik əyrilərdir. Yüksək keçiriciliyə malik laylar qarşısında əyriləri maksimal, kiçik keçiriciliyə malik
laylar qarşısında isə minimal olur.
Layın qalınlığı 2m və daha çox olduqda layların sərhədləri amplitudun 1/2 qiymətinə aid nöqtələrdən keçir. Layın qalınlığı kiçildikcə onun
sərhədləri amplitudun «zirvəsinə» doğru yerini dəyişir: h=1¸1,5 m olduqda layın sərhədləri əyrilərinin amplitudlarının təxminən 2/3 hissəsindəki
nöqtələrə aid edilir.
İnterpretasiya edilən laydan aşağıda və yuxarıda yatan layların fərz olunan keçiricilikləri kifayət qədər fərqləndikdə əyriləri assimmetrik
formalı olur: əyrinin maksimumu (minimumu) keçiriciliyi daha yüksək olan (daha kiçik olan) ətraf süxur tərəfə meyl edir.
Xüsusilə bu hal kiçik qalınlıqlı laylar (h<1,5m) üçün özünü daha aydın göstərir. Yüksək və kiçik keçiriciliyə malik nazik layların
növbələşməsindən ibarət olan qeyribircinsli laylar İK əyrilərində ümumi anomaliya şəklində qeyd olunur. belə halda əyrilərilərində ayrı-ayrı
təbəqələr bir-birindən əhəmiyyətli dərəcədə fərqlənmirlər. Əgər təbəqələrin qalınlığı 0,4 metrdən kiçik olarsa, lay bircinsli kimi qeyd edilir, fərz
olunan keçiriciliyi isə bütövlükdə lay dəstəsinin uzununa keçiriciliyinə yaxın olur. Layın qalınlığından və quruluşundan asılı olaraq İK əyrilərində
fərz olunan xüsusi keçiriciliyin müvafiq qiymətləri alınır.
a) böyük qalınlıqlı laylar üçün (h>2¸3 m) qalınlığa görə -in orta çəkili qiyməti;
b) kiçik qalınlıqlı laylar üçün (h<1-2 m) -in ekstremal qiymətləri;
c) nazik lay dəstələri qarşısında--in orta qiyməti;
Daş kömür və filiz yataqlarının tədqiqində hər iki təşkiledicilər (E
a
və E
r
) ölçülür.
Mühitlərin xüsusi elektrik keçiriciliyi (s
keç
) ilə aktiv təşkiledici (E
a
) arasında mütənasiblik yalnız kiçik elektrik keçiriciliyində müşahidə olunur.
cərəyanın tezliyi və s
keç
artdıqda burulğanlı cərəyanların maqnit sahələrinin qarşılıqlı təsiri ilə əlaqədar olaraq bu mütənasiblik pozulur.
Təcrübədə bu hal skin-effekti adlanır və r<2 Omm olduqda özünü nəzərə çarpan dərəcədə büruzə verir.
© Elvin Hajiyev – SOCAR Geophysical Engineer
42
2>
Dostları ilə paylaş: |
|
|