Union we Unite We Succeed


)    STEM məktəb proqramını tamamlayır



Yüklə 294,29 Kb.
Pdf görüntüsü
səhifə7/14
tarix08.04.2018
ölçüsü294,29 Kb.
#36636
1   2   3   4   5   6   7   8   9   10   ...   14

10)    STEM məktəb proqramını tamamlayır.

7-14 yaşlı uşaqlar üçün olan STEM tədris metodu həm də məktəblilərin öz reqular dərslərinə olan marağını da artırır. Məsələn, uşaqlar 

fizika dərsində yerin qravitasiya gücünü öyrənirlər, lövhədə olan düstüru əzbərləyirlər. STEM təhsil mərkəzində isə onlar paraşut, roket, 

aeroplan qurara öz biliklərini təkminləşdirə bilərlər. Məktəbli uşaqlar üçün görmədikləri və ya eşitmədikləri terminləri yadda saxlamaq hər 

zaman asan olmur. Məsələn təziq və ya atmosferin genişlənməsi, bu kimi terminləri onlar praktiki dərslər sayəsində daha asan 

mənimsəyirlər. Məhs bunun üçün Amerikanın  bir çox ştatında məktəblər STEM mərkəzləri ilə sıx əmakdaşlıq edirlər.



8)      Təhsil və karyera arasında olan körpü.

Hansısa sahənin vacibliyinin ölçə bilmək üçün bir neçə üsül var. 10 ən 

vacib sahənin ən azı 9-u STEM təhsili tələb edən sahələrdi. Əsasəndə 

2018-ci ilədək neft mühəndisi, analitik komputer sistemləri, mexanika 

mühəndisliyi, sənayyə mühəndisliyinə marağın daha da artacağı 

ehtimal olunur.

9)      Uşaqların həyatda baş verən texniki innovasiyaya hazırlığı.

STEM təhsil mərkəsi uşaqları texniki inkişaf etmiş dünyaya da hazırlayır. 

Son 60 ildə texnologiya güclü inkişaf etdi, İnternetin yaranmasından 

(1960), GPS texnologiyasının yayılmasından (1978),  ta ki DNK-ın skanına 

kimi(1984) və əlbəttə ki İpod (2001). Bügünki dünyamızı texnologiyasız 

təsəvvür etmək xeyli çətin məsələdir. Bu da ondan xəbər verir ki, 

texnologiyanın inkişafı davam edəcək, və STEM bu inkişafın əsasıdır.

27


Bakida fəaliyyət göstərən STEM təhsil mərkəzinin kurrikulumu 300 dərs  saatından ibarətdir. Burda uşaqların yaşına 

uyğun olaraq 3 yaş qrupu var: Junior (4-6 yaş), Apprentice (7-10 yaş) və Master (11-14 yaş).

Ətraflı məlumat və qeydiyyat üçün facebook səhifəndən tanış ola bilərsiniz.

Telefon: (050) 444-25-25

e-mail: info@stem.az

28


Qaz anbarlarının yaradılması və mahiyyəti

Yeraltı qaz anbarları ehtiyatı tükənmiş yataqlarda, istifadə

edilməyən şaxtalarda, süxur boşluqlarında, köhnə tunellərdə və

digər təbii yeraltı məkanlarda yaradılır.

Təbii qaz məsaməli süxurlarda qaz halında saxlandığı

halda, süxur boşluqlarında əsasən maye formada saxlanılır.

Yeraltı qaz anbarlarının funksional təyinatı sistemdə baş verən

hər hansı qəzalar zamanı yanacağın təmin edilməsi, qazın

ehtiyat halında saxlanılması, daha mükəmməl nəql prosesini

həyata keçirtməkdir.

Dünyada ilk qaz anbarı 1915-ci ildə Kanadada yaradılmışdır. Amerika Birləşmiş Ştatlarında isə 1916-cı ildə işlənmiş qaz yatağında

tikilmişdir. Bu ölkədə duz yatağında da yeraltı qaz anbarı 1950-ci ildə yaradılmışdır. Artıq XX əsrin 70-ci illərində ABŞ-da belə anbarların sayı

200-ü və orada saxlanılan qaz həcmi 125 milyard kub metri aşmışdır. SSRİ-də ilk yeraltı qaz anbarı Kuybışev şəhərində tükənmiş qaz yatağında

düzəldilmişdir. Respublikamızda isə artıq bir necə onillikdir ki, təbii qazın müvafiq üsulla saxlanılması Bakı şəhəri yaxınlığında təşkil edilmiş

Qaradağ və Qalmaz iri yeraltı qaz anbarları vasitəsi ilə həyata keçirilir. Bu anbarların ümumi aktiv həcmi 3 milyard kub metridir.

29


30

Azərbaycanın iki ən böyük qaz saxlama anbarından biri olan “Qalmaz” Yeraltı Qazsaxlama Anbarı 1955-ci ildən istifadədədir. Yaz-yay

aylarında anbarlara qazı vurmaqla, payız-qış aylarında götürülərək magistral qaz kəmərləri sisteminə nəqli ilə məşğul olur.

Qaradağ Qaz Saxlama Anbarı-tükənmiş Qaradağ qaz-kondensat yatağının bazasında yaradılmışdır. Qaradağ YQA-a qazvurma 1986-ci

ildən başlanmışdır.

Ümumiyyətlə, yeraltı qaz anbarlarından iri qaz yataqlarının mövcud olduğu yerlərdə istifadə edilir. Bu zaman həmin yataqların

hermetikliyi ciddi nəzərə alınmalıdır. Əks halda yerdə vurulan qaz kənara çıxdıqda böyük itkilərə səbəb ola bilər. Nəzəri-elmi əsaslandırma və

sınanmış praktikaya görə meqapolislərdə, ümumiyyətlə, energetik ehtiyacları təbii qaz istehlakına standartlaşdırılmış şəhərlərdə bu yanacaq

növünə olan tələbin 10% miqdarında anbar ehtiyatının olması zəruridir.

© Nizami Piriyev – Socar Polymer PP&HDPE Plant Operator


31

Texno-təşəbbüskarlıq - gələcəyi formalaşdıran fəaliyyət.

Təkərin kəşfindən bu yana bəşəriyyət daima texniki və texnoloji yeniliklər sayəsində irəliləmiş və bu mövcud səviyyəyə çatmışdır. Bu

yeniliklər şübhəsiz ki məhz təşəbbüskar insanların zəhmətləri nəticəsində mümkündür. Məlumdur ki, təşəbbüskarın uğurlu olması üçün ilk və

ən mühüm şərt, əmtəəyə çevrilmə potensialı yüksək, yeni bir fikrin/məhsulun bazara təqdim edilməsidir. Xüsusilə, təşəbbüskarın işini davam

etdirmək üçün əlində böyük miqdarda sərmayə olmadığı nəzərə alındıqda, davamlı inkişafın təmin edilməsi üçün təqdim edilən

məhsul/xidmət ya bazarda mövcud olmamalı ya da rəqiblərinə qarşı üstünlük təmin edəcək yeni imkanlarının olmalıdır. Bazar iqtisadiyyatı

şəraitində iqtisadi dəyər müəyyən bir ehtiyacın təmin olunması mənasını verir. Əksər hallarda təşəbbüskarın yaratdığı məhsula olan ehtiyac,

kəmiyyət və keyfiyyət etibarı ilə fərqli olsa da müəyyən formada qarşılanır. Buna görə də təşəbbüskar, mövcud şablonları dəyişdirəcək yeni

yanaşma tərzi inkişaf etdirməlidir. Bir başqa vəziyyət isə bazarda bir ehtiyac və ya tələbat mövcuddur amma buna cavab verəcək əmtəə

yoxdur. Bu vəziyyətdə yeni bir “şey” etmək tələb olunur.

Hər iki vəziyyətdə, yeni texnologiyalara əsaslanan təşəbbüskarlığın əhəmiyyəti meydana çıxır. Texnologiya sahəsində müşahidə edilən

dəyişikliklər, proqram təminatı sektoru başda olmaqla gen mühəndisliyi, toxuma mühəndisliyi kimi geniş miqyaslı və məşğulluq profilinə

malik müxtəlif yeni sənaye sahələrinin ortaya çıxmasını təmin etmişdir. Bu sahələrdə, son 30 ildə elm və texnologiyanın nailiyyətlərinin

yarıdan çoxunun, hələ əmtəə halına gəlmədiyini nəzərə alsaq, texno-təşəbbüskarlığın əhəmiyyəti və potensialı daha yaxşı aydın olar. Texnoloji

təşəbbüs və ya qısaca texno-təşəbbüs adı verilən proses, yeni texnologiya əsasında həllərdən faydalanaraq iqtisadi dəyər yaratmağı və

bundan gəlir əldə etməyi qarşısına hədəf qoyur. Texno-təşəbbüskar öz maraq dairəsinə uyğun hələ aşkar edilməmiş müəyyən ehtiyacın

mövcud olmayan bir yolla qarşılanması istiqamətində fəaliyyət göstərir.


Yüklə 294,29 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə