Union we Unite We Succeed


«Azərikimya» İB-də “Xəmsə” bilik yarışı keçirilmişdir



Yüklə 294,29 Kb.
Pdf görüntüsü
səhifə3/14
tarix08.04.2018
ölçüsü294,29 Kb.
#36636
1   2   3   4   5   6   7   8   9   ...   14

«Azərikimya» İB-də “Xəmsə” bilik yarışı keçirilmişdir

11

SOCAR-nin «Azərikimya» İstehsalat Birliyinin təşkilatçılığı ilə Dövlət 

Bayrağı, Konstitusiya və Milli Dirçəliş günlərinə həsr olunmuş 

“Xəmsə” bilik yarışı keçirilmişdir.“Azərikimya” İB-nin də təmsil 

olunduğu yarışda 20 komanda iştirak etmişdir. İştirakçıların xüsusi 

fəallığı ilə, münsiflər heyəti və ekspertlərin ciddi nəzarəti altında 

keçirilən yarış üç seçim və bir final mərhələsindən ibarət olmaqla 

dörd saata qədər davam etmişdir. Yüksək bilik səviyyəsi, geniş 

dünyagörüşü və hazırcavablıqları ilə seçilən “Azərikimya” İB-nin 

komandası birinci, YAP Sumqayıt şəhər təşkilatının və Bakı Ali Neft 

Məktəbinin komandaları isə müvafiq olaraq ikinci və üçüncü yerləri 

tutmuşlar. Karbamid zavodunun komandası həvəsləndirici 

mükafata (IV yer) layiq görülmüşdür. Sumqayıt Dövlət 

Universitetinin komandası bilik yarışmasında fəal iştirak etdiyinə və 

4 fəal komanda arasında keçirilən şans mərhələsində qalib 

gəldiyinə görə mükafatlandırılmışdır. «Azərikimya» İB-nin 

Müşahidə Şurasının sədri Muxtar Babayev bilik yarışmasında 

seçilmiş komandaların üzvlərini təbrik etmiş, onlara daha böyük 

qələbə sevincləri arzulamışdır. Qalib komandalara «Azərikimya» 

İstehsalat Birliyi Həmkarlar İttifaqı Komitəsi tərəfindən fəxri 

diplomlar və mükafatlar təqdim olunmuşdur.


12

Bu il yeraltı qaz anbarlarına 2 mlrd. kubmetrə qədər qaz vurulub

Noyabrın 14-nə olan məlumata əsasən, yeraltı qaz anbarlarından 185,6 mln. kubmetr qaz götürülərək təhvil verilib ki, bunun 

da 167,8 mln. kubmetri “Qaradağ”, 17,7 mln. kubmetri isə “Qalmaz” qaz anbarlarının payına düşüb. Hazırda anbarlardakı aktiv 

qazın həcmi 2,685 mlrd.kubmetr təşkil edir.

Qeyd edək ki, yeraltı qaz anbarlarına qazvurma mövsümü 2016-cı ilin aprel ayında başlayıb və “Azneft” İstehsalat Birliyinin Qaz 

Anbarlarının İstismarı İdarəsi tərəfindən istismar edilən “Qaradağ” və “Qalmaz” yeraltı qaz anbarlarına təbii qazın vurulması

noyabr ayında başa çatdırılıb.

Bu il qazvurma mövsümü ərzində (aprel-noyabr) Azərbaycan Dövlət 

Neft Şirkətinin (

SOCAR

) “Azneft” İstehsalat Birliyinin Qaz Anbarlarının 

İstismarı İdarəsi tərəfindən istismar edilən “Qaradağ” və “Qalmaz” 

yeraltı qaz anbarlarına ümumilikdə 1,987 mlrd. kubmetr qaz vurulub.

“Report”a “Azneft” İB-dən verilən məlumata görə, keçən ildən qalan 

qalıq qazla birlikdə yeraltı qaz anbarlarındakı aktiv qazın miqdarı 2 

,871 mlrd. kubmetr təşkil edib.

“Bu ölkəmizin payız-qış mövsümündə təbii qaza olan tələbatının təmin 

edilməsi istiqamətində əldə olunmuş yüksək göstəricidir. Bu il ölkə 

ərazisində qış mövsümünün daha tez başlaması və respublika əhalisinin 

qaza olan tələbatının artmasını nəzərə alaraq, “Azneft” İstehsalat 

Birliyinin Qaz Anbarları İstismarı İdarəsində qazgötürmə mövsümünə 

daha tez başlanılıb. Bununla bağlı olaraq bu ilin oktyabr ayının 24-dən 

qazgötürmə mövsümü başlanıb”- məlumatda qeyd olunub.

© Günel Abbasova – Report.az


13

BP 2011-ci ildən sonra ilk dəfə AÇG-də hasilat artımına nail ola bildi

Cari ilin doqquz ay ərzində Azəri-Çıraq-Günəşli (AÇG) layihəsi 

çərçivəsində hasilat orta hesabla gündəlik 644 min barel və 

ya ümumilikdə 176,45 milyon barel, yəni 23,8 milyon ton 

təşkil edib.

Caspian Barrel

“BP-Azərbaijan” şirkətinin bu gün ictimaiyyət 

üçün açıqladığı rüblük hesabata əsasən məlumat verir.

Qeyd edək ki, 2015-ci ilin yanvar-sentyabr aylarında AÇG-dən 

gündəlik orta hesabla 640 min barel və ya ümumilikdə 174,72 

milyon barel, yəni 23,6 milyon ton neft hasil edilmişdi.

Beləliklə, 2016-cı ilin 9 ayınının yekunlarına əsasən, AÇG-dən 

neft hasilatı gündəlik olaraq 4 min barel və ya ümumilikdə 

1,73 milyon barel (233,8 min ton) artıb. Bu isə hasilatın 

tempinin 0,62  faiz artımı deməkdir.



Texasda ən iri neft-qaz yatağı aşkar edilib

ABŞ-ın Texas ştatında ən iri neft-qaz yatağı aşkar edilib.



Trend-in “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, 

texniki baxımdan çıxarıla bilən ehtiyatlarının ümumi həcmi: neft 

20 milyard barel, 16 trilyon kubmetr təbii qaz, 1,6 milyard barel 

qaz kondensatı təşkil edir.



14


Doqquz ayda Səngəçal terminalından 219 milyon barreldən çox neft və kondensat ixrac edilib

Bu ilin yanvar-sentyabr aylarında Səngəçal terminalı 219 

milyon barreldən çox neft və kondensat, o cümlədən 194 

milyon barreldən çox Bakı-Tbilisi-Ceyhanla (BTC), təxminən 23 

milyon barrel Qərb İxrac Boru Kəməri marşrutu (QİBK) və 

təqribən 2 milyon barrel kondensat ixrac kəməri vasitəsilə 

ixrac edib.

“BP-Azerbaijan” şirkətindən



AZƏRTAC

-a bildirilib ki, hesabat 

dövründə “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku və 

“Şahdəniz” yataqlarından neft və qazın sualtı boru kəmərləri 

vasitəsilə Səngəçal terminalına göndərilməsi davam edib. 

Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 

1,2 milyon barrel neft və “Şahdəniz” qazı üçün təqribən 29,5 

milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü 

isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 49,3 

milyon standart kubmetr təşkil edir.

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) 

və terminalın qaz emalı obyektlərini “Azəriqaz”ın qazpaylama 

sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac 

olunur.


Üç rüb ərzində terminaldan həmçinin gündəlik orta hesabla 

29,1 milyon standart kubmetr (1 milyard 27 milyon standart 

kubfut) “Şahdəniz” qazı ixrac edilib.

15



Yüklə 294,29 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə